Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə62/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   58   59   60   61   62   63   64   65   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     136 
 
 
Digər tərəfdən, əgər eposda hadisənin çıxışı hamının tanıdığı Dəmirqapı Dərbənddə, 
Göyçədə,  Trabzonda,  Tiflisdə,  Bağdadda,  Qarsda,  Əlincə  qalasında  və  b.  yerlərdə 
məlum zamanda (Məhəmməd peyğənbərin yaşadığı dövrdə, Osman qazinin hakimiy-
yəti çağında və s.) başlanırsa, sonrakı döyüşlərin də gerçəkliyinə şübhə ilə baxılmır. 
Və «Dədə Qorqud» ona görə spesifik xüsusiyyətli dastandır ki, onda zaman  və  mə-
kan anlayışının  hər  iki çıxış-başlanğıc formasından  istifadə olunur. Lakin elə boylar 
var ki,  
A) Zaman mifik anlamdadır: «Duxa qoca oğlı Dəli Domrul boyu», «Basat Dəpə-
gözi  öldürdigi  boy»,  «Dirsə  xan  oğlı  Buğac  boyı»,  «Salur  Qazan  tutsaq  olub  oğlı 
Uruz çıqardığı boy».  
B) Emprik-tarixi zamanla başlanan boylar daha çoxdur: «Salur Qazanın evinin 
yağmalandığı  boy», «Qambörənin oğlı  Bamsı  Beyrək boyu», «Qazan bəg oğlı Uruz 
bəgin tutsaq oldığı boy», «Qanlı qoca oğlı Qanturalı boyu», «Qazılıq qoca oğlı Yey-
nək  boyı»,  «Bəkil oğlı Əmranın  boyu», «Uşun qoca oğlu Səgrək  boyu», «İç Oğuza 
Taş  Oğuz  asi  olub  Beyrək  öldügi  boy».  Ancaq  hadisələrin  çıxışı  emprik  xarakterdə 
olsa  da,  süjet  xəttinin  inkişafı  prosesində  çox  hallarda  başqa  axara  düşür.  Diqqət 
çəkicidir  ki,  Dədə  Qorqud  obrazının  özü  mifik  mədəni  qəhrəman  səviyyəsindədir, 
onda  ilkinliklə  bağlı  əlamətlərin  qalıqları  bir  neçə  boyda  hiss  olunacaq  dərəcədədir. 
Eləcə də onun ad qoyma xüsusiyyəti, əksər boylarda xatırlanır. Bütövlükdə götürən-
də epos Dədə Qorqudun dünyaya real gəlişi  ilə başlanır,  ilk  baxışda elə təsir oyanır 
ki,  mifik  zaman  arxada  qoyulmuş,  tarixə  bəlli  hadisə  ön  plana  çəkilmişdir.  Əslində 
isə «Kitabi-Dədə Qorqud» adı altında  müxtəlif dünyagörüşlərinin (zaman etibarı  ilə 
bir-birindən bəzən min il məsafəsi qədər ayrılan) məhsulu olan, yazıya alındığı dövr-
də ad və məkan ümumiliyi əsas götürülüb bir-biri ilə əlaqələndirilmişdir.  
Eposun «uzunluq toposları». Eposun «uzunluq toposları»nı, yaxud xronotop-
ları müəyyənləşdirilərkən onun yarandığı dövrə aid əlamətlər – dünyagörüşü sistem-
ləri,  adət-ənənələr,  tarixi  şərait  nəzərə  alınmalıdır.  Ümumiyyətlə,  tədqiqatçılar  epik 
ənənədə,  xüsusilə  eposlarda  işlənən  zaman  uzunluğunu  –  hadisələr  başlayıb  bitənə-
dək olan dövrü «topos», yaxud «xronoakt» (vaxt ardıcıllığı aktı) adlandırırlar.  
Mifoloji-arxaik qəhrəmanlıq dastanlarında bədii təsvirin əhatə dairəsinin spesifik-
liyini göstərən amillərdən biri – hadisə və hərəkətlərin mübaliğəli şəkildə həddindən 
artıq uzadılmasıdır. Təsvirdə özünü biruzə verən bu hala elmi ədəbiyyatda «uzunluq 
toposu», yaxud «xronoakt» deyirlər. Azərbaycan eposlarında bir qayda olaraq uzun-
luq toposları bir-birinə oxşardır, ənənəvi xarakterdədir.  
Bütövlükdə götürdükdə, dünya xalqlarının epos  yaradıcılığında uzunluq toposla-
rının ümumi məzmunu belədir: a)  qəhrəmanın təkbaşına mübarizəsi; bir neçə mərhə-
lədən  (çox  hallarda  üç)  ibarət  olur,  zaman  adi  qaydada  təsvir  edilir,  gecə  gündüzə 
çevrilir, üç gün, üç gecə keçir,  lakin  bu adiliyin  içərisində elə  bir sirli aləm gizlənir 
ki, onu tam dərk etmək üçün əsrləri adlayıb ilkinliyə baş vurmaq lazım gəlir; b) mən-
zil  başına çatmaq üçün qət edilən  yol; qəhrəman sehirli  əşya  və tapşırıq ardınca ge-
dir, illər bir-birini əvəzləyir, ancaq ona elə gəlir ki, sanki zaman preslənib, mübarizə 
aparan  bəzən  «kosmik  sürətlə»  hərəkət  edir,  «uçur»,  bir  aylıq  işini  bir  saata  yerinə 
yetirir,  lakin  vaxt dəyişmələrini  hiss etmədən bir  sirli  məkandan digərinə çatır, təbii 
əlamətlərin  belə  başqalaşması  (gecənin  gündüzlə,  qışın  yazla  əvəzlənməsi)  bir  göz 
qırpımında baş verdiyindən zaman uzunluğu duyulmur. 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     137 
 
 
Zaman  uzunluğu  toposunun  bu  iki  forması  epik  ənənədə  əsərdən  əsərə  müxtəlif 
poetik və fuksional xüsusiyyətlər kəsb edir. Məsələn: 
–  Elə  mifoloji  epos  və  nağıllar  var  ki,  orada  hadisələrin  zaman  ardıcıllığı  və 
uzunluğu  ilin  dörd  fəsli  ilə  müəyyənləşir,  biri  ilə  başlayıb  digərlərini  adlamaqla 
sonuncuda tamamlanır; 
– Başqa funksiyada hadisələr bir  fəsil (payız,  yaxud qış,  yaz,  yay) çərçivəsindən 
kənara çıxmır; 
–  Bəzən  zaman  hər  hansı  bir  məkanın  təbii  şəraitinə  uyğun  əlamətlə  müəy-
yənləşir;  qızılgüllər  açır,  ağaclar  yarpaqlayır  (bahara  işarədir),  şimşək  çaxır,  bağlar 
bar verir (payıza işarədir). «Dədə Qorqud» da suların coşub daşması, dağların ucalığı 
məkanla  zamanı  şərtləndirən  əsas  əlamətlərdən  biridir.  Belə  ki,  Oğuz  bəyləri  uzaq 
yerdən vətənə qayıdanda ilk olaraq təbiət varlıqlarına üz tuturlar: 
...Qarşu yatan qara dağdan aşub gəldügində-keçdügində 
Beyrək adlu bir yigidə bulaşmadınmı? 
Taşqun-taşqun suları aşub gəldügində-keçdügində 
Beyrək adlu bir yigidə bulaşdınmı?..» [1, 61] 
Yaxud: 
«Arğab-arğab qara tağın yıxılmışdı, ucaldı axır!.. 
Qanlu-qanlu suların sovulmuşdı, çağladı axır!..» [1, 66] 
Qışla yaz antiteza şəklində qoyulur; uğursuz hadisələr qışla, qələbələr, yaranışlar 
yazla bağlanır. 
İkinci  misalda Beyrəyin  vətəninə gəlib çatdığı, ata-anasına qovuşduğu zaman və 
məkan  «yıxılmış  dağın  təzədən  ucalması»,  «qurumuş  suların  coşub  çağlaması»  ilə 
əlaqələndirilir. 
Zaman toposları epik ənənədə qəhrəmanın yaş mərhələləri əsasında verilir; 
Vaxt sürətli göstərilir; «Ay keçdi, il keçdi, on beş yaşında bir oğlan oldı» cümlə-
sində böyük bir dövr sıxışdırılmış şəkildədir. 
Zamanın  tərsinə  dönməsinə,  geri  qayıtmasına  –  qocanın  cavanlaşması,  ölənlərin 
dirilməsi halına da rast gəlirik. 
Bu hallar  bir  məkan daxilində zaman uzunluğunun  funksional  və poetik əlamət-
ləridir. 
Epik qəhrəmanın səyahətləri və səfərləri bir məkanın dairəsindən çıxıb ölkələrlə, 
çaylarla, dənizlərlə, göllərlə, dağlarla, meşələrlə müşayiət olunur. Bu halda zamanla 
məkan əlamətlərinin əlaqələnməsi, bağlılığı yaranır və «xronotop» (vaxt-yer) şəklin-
də təsvir edilir. «Xronotoplar» eposun bədii sistemində xüsusi poetik  funksiya daşı-
maqla yanaşı, hadisələrin zaman uzunluğu və məkan yerləşməsini abstarklıqdan kon-
kretliyə  doğru  aparan  əsas  vasitələrdən  biri  kimi  çıxış  edir.  M.M.Baxtin  «zaman-
məkan anlayışının obrazlı şəkildə və vasitələrlə ifadə edilməsi» şəklində ümumiləşdi-
rərək göstərir ki, «Çox sulardan keçdilər, çox dağları aşdılar» - deyəndə vaxt məkan-
la qovuşuq haldadır və təsvirin «xronotop»luğunu şərtləndirir [5, 132-134]. 
Epik ənənədə, faktiki olaraq, həm zaman, həm də məkan qəhrəmanın şərlə təkba-
şına mübarizəsinin davamlılığına yardım edən vasitə rolunda çıxış edir. Ona görə ki, 
hər  ikisi  epik  hərəkətin  xarakterini  necə  var,  elə,  daha  doğrusu,  əsər  yaradanın 
nəzərdə tutduğu şəkildə göstərməklə daha fəal vəzifə daşıyıcısına çevrilir. Sanki qəh-
rəmanlıq  mübarizəsi  başlayandan  qurtaranadək  obrazla  məkan  rollarını  dəyişdirir. 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə