Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə76/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   69   70   71   72   73   74   75   76   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     175 
 
 
lığında  böyük  ustadımız  Aşıq  Ələsgərin  zəngin  bədii  irsi  ilə  yanaşı,  həm  də  onun 
ölümündən sonra xalq arasında ustad aşıqlar tərəfindən yaradılan dastan-rəvayətlərin 
tədqiqi də böyük yer tutur. Məlumdur ki, uzun bir həyat yolu keçmiş Aşıq Ələsgərin 
apardığı  irili-xırdalı  toy  məclislərində  baş  vermiş  hər  bir  əhvalat  zaman  keçdikcə 
rəvayətə çevrilmişdir. Ustad haqqında yaradılmış bu dastan-rəvayətləri böyük həvəs-
lə toplayan tədqiqatçı onları müxtəlif illərdə çap etdirmişdir. 
Aşıq Ələsgərin bir çox şeirlərinin yaranma səbəbləri barədə müəyyən söhbətlər 
də məlumdur. Aşıqlar bunlara bir qədər də bəzək-düzək vurub, dastan şəklində danı-
şırlar.  Amma  aşıqlar  bunları  "dastan"  yox,  "əhvalat"  və  ya  "hekayət"  adlandırırlar 
("Dəli  Alının  əhvalatı",  "Həcər  xanımın  hekayəti"  [1,5]  və  s.).  İslam  Ələsgəri  iste-
dadlı folklorşünas kimi tanıdan, onun davamlı şəkildə apardığı dərin elmi araşdırma-
ları olmuşdur. Bu onu deməyə əsas  verir ki, o, aşıq  yaradıcılığının  istər təbliğ olun-
ması  işində,  istərsə  də toplanıb  nəşr  olunması  sahəsində  böyük  xidmətlər  göstərmiş 
alimlərimizdən idi. Onu da qeyd edək ki, alimin apardığı səmərəli elmi axtarışlar yal-
nız Aşıq Ələsgər irsinin üzə çıxarılması ilə yekunlaşmır. O, həm də, Ələsgər ocağının 
yetirdiyi  digər  yaradıcı  aşıqlardan  –  Aşıq  Nəcəf  və  Növrəs  İmanın  bədii  irsini  top-
layıb tədqiq etmiş, onlara sığal çəkərək elmi  və ədəbi  ictimaiyyətə təqdim etmişdir. 
Tədqiqatçı bu kitabların hər birinə ön söz yazaraq ədəbi irsin elmi təhlilini vermişdir. 
Saz-söz sənətinə qəlbən bağlı olan İslam müəllim ta gənclik illərindən bu günə 
kimi  böyük ustad Dədə Ələsgərin zəngin  söz xəzinəsinə dönə-dönə  müraciət etmiş-
dir. Hər dəfə müraciət edəndə onun yeni-yeni keyfiyyətlərini üzə çıxarmışdır. 
Alimin “Aşıq Ələsgər yaradıcılığının bədii xüsusiyyətlərinə dair” məqaləsində 
oxuyuruq: “Aşıq Ələsgərin dili bədii təsvir və ifadə vasitələri ilə zəngindir. O, epitet, 
bənzətmə,  istiarə,  mübaliğə,  təzad, təkrir  və  kinayə  kimi  təsvir  vasitələrindən  yerli-
yerində  istifadə  etməyi  bacarmışdır.  Ələsgər  özündən  əvvəlki  klassik  aşıq  poeziya-
sını dərindən öyrənmiş, böyük həyat təcrübəsi və qeyri-adi, fitri istedadı sayəsində bu 
ədəbiyyatı bir çox orijinal bədii keyfiyyətlərlə zənginləşdirib, yüksək mərhələyə qal-
dırmışdır.  Klassik aşıq şeirinin  müxtəlif  formalarından  istifadə edən  böyük sənətkar 
təcnis, dodaqdəyməz divani, müstəzad, qoşa qafiyə və dildönməzin ilk nümunələrini 
yaratmışdır” [2, 3-4]. 
İslam Ələsgər qırx səkkiz  il  müəllim  işləmişdir. Alim  bu  müddət ərzində elmi 
axtarışlarını uğurla davam etdirərək Göyçə aşıqları və el şairlərinin şeirlərini toplayıb 
çap  etdirmişdir.  Tədqiqatçının  1991-ci  ildə  “Yazıçı”  nəşriyyatı  tərəfindən  çap  olun-
muş  “Ələsgər ocağı” şeirlər kitabı  buna  misal ola bilər. İslam  müəllim  bu kitabında 
Aşıq Ələsgər ocağının ən  istedadlı  nümayəndələrindən on  ikisinin şeirlərini  vermiş-
dir. Bunlardan, Aşıq Ələsgərin atası Alməmmədin, qardaşı çoban Məhəmmədin, qar-
daşı oğlu Növrəs İmanın  və oğlu Aşıq Talıbın əsərlərindən seçmə nümunələri  misal 
göstərmək  olar.  Mərhum  professor  Mürsəl  Həkimov  kitab  haqqında  yazırdı:  "Aşıq 
Ələsgər  şəcərəsində  poetik  söz-sovu,  deyim-duyumu  ilə  ədəbi  ictimaiyyətimizin 
oğuz-elat elində, toy-büsatlarda sazı-sözü ilə diqqəti cəlb edən aşıqların istedad dün-
yasını nəvə İslam daha uğurlu şəkildə toplayıb qələmə ala bilərdi. Folklorçu Ələsgər 
dünyasının  poetik  duyumunu,  əsasən,  düzgün  irdələmiş,  çeşidləmiş  və  geniş  oxucu 
kütləsinin stolüstü kitabına çevirmişdir" [3, 4]. 
Tədqiqatçının bu sıradan olan kitablarından biri də Azərbaycan Dövlət nəşriy-
yatı  tərəfindən  1999-cu  ildə  çap  olunmuş  "Sazlı-sözlü  Göyçə"  toplusudur.  Təbii  ki, 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     176 
 
 
bu kitab Göyçə aşıq və el şairlərinin heç də hamısını əhatə etmir. Adı çəkilən bu ki-
tabın əsas əhəmiyyəti ondadır ki, burada"şeirləri itib-batmaq təhlükəsi qarşısında qa-
lan el şairlərinə də yer verilmişdir". 
Bunların ardınca tədqiqatçı Ələsgər ocağının Azərbaycan aşıq sənətinə bəxş et-
diyi  yaradıcı ustad aşıqlarından olan Aşıq Nəcəfin və Növrəs İmanın təkrarolunmaz 
bədii irsini toplayıb ayrı-ayrılıqda çap etdirmişdir. Ümumiyyətlə, müəllifin Azərbay-
can aşıq sənətinin tədqiqinə (xüsusən də Göyçə aşıq mühitinə) dair altmışdan çox el-
mi məqaləsi çap olunub. Alimin yazdığı bir sıra məqalələri Göyçə aşıq mühitinin ye-
tirdiyi  görkəmli  saz-söz  ustadlarının  həyatı,  dövrü  və  ədəbi  irsinin  dəqiqləşdirilərək 
üzə  çıxarılması  işində  böyük  əhəmiyyətə  malikdir.  Məsələn,  vaxtılə  alimin  "Ulduz" 
jurnalında  dərc  olunmuş  "Aşıq  Musa"  adlı  məqaləsində  oxuyuruq:  "Yalnız  onun 
Göyçənin  Qaraqoyunlu  kəndindən  olduğu  və  1795-1840-cı  illər  arasında  yaşadığı 
qeyd  olunur.  Aşığın  iki  cümlədən  ibarət olan  bu  "tərcümeyi-halı"  ayrı-ayrı  müəllif-
lərin  yazılarında  dönə-dönə təkrar olunmuşdur.  Cəsarətlə  demək  olar  ki,  Musa  haq-
qında olan bu qeyd yanlışdır. Tədqiqatçı vaxtılə Aşıq Musanın məclislərində olan şa-
hidlərin təsdiqini tapan fikirlərinə istinad etmiş və nəticədə aşığın Qaraqoyunlu kən-
dində deyil, məhz Ağkilsə kəndində 1830-ju ildə doğulduğu üzə çıxmışdır” [4, 7-8]. 
Aşıq  Ələsgərin  1956-cı  ildə  çap  edilən  kitabının  hazırlanmasında  gənc  tədqi-
qatçı İslam Ələsgərin xidmətlərini yüksək qiymətləndirən professor M.Təhmasib ya-
zırdı: “Əsərlərinin son nəşrindən keçən iyirmi il ərzində bu görkəmli sənətkarın əsər-
ləri bir dəfə də olsun əsaslı şəkildə nəşr edilməmişdir. “Azərnəşr” bu yeni kitabın tər-
tibini aşığın nəvəsi İslam Ələsgərov yoldaşa tapşırmışdır ki, bu da çox doğru bir hə-
rəkətdir. İslam aşıq ədəbiyyatını  yaxşı  bilən gənclərimizdəndir. Demək olar ki, əgər 
Hümmət Əlizadə Ələsgərin şeirlərini ilk dəfə toplamış və hər dəfə nəşr edərkən təh-
riflərdən təmizləməyə çalışmış, getdikcə təkmilləşdirmişsə, İslam bu son nəşr ilə mü-
əyyən dərəcədə istinad edilməsi mümkün olan dürüstləşdirilmiş mətn əmələ gətirmiş-
dir” [5, 3]. 
Göründüyü  kimi,  professor  M.Təhmasib  İslam  Ələsgərin  bir  tədqiqatçı  kimi 
Aşıq Ələsgər irsinin toplanıb nəşr olunması işində qazandığı uğurları yüksək qiymət-
ləndirmişdir. Çoxsaylı məqalələri ilə yanaşı, folklorşünas alim həmçinin iyirmiyə ya-
xın kitabın tərtibçisi  və redaktoru olmuşdur. Həmin kitablar sırasına daxildir: "Aşıq 
Ələsgər",  Bakı,  “Azərnəşr”,  1956;  "Aşıq  Ələsgər",  Bakı,  “Elm”  nəşriyyatı,  1963; 
"Aşıq Ələsgər" “Bakı, “Elm nəşriyyatı, 1972, II cilddə; "Göyçəli Aşıq Ələsgər" An-
kara, 1987; "Aşıq Ələsgər", Bakı,  “Yazıçı”  nəşriyyatı, 1988; "Ələsgər ocağı", Bakı, 
“Yazıçı  nəşriyyatı, 1981; "Gözüm  bir alagöz xanıma düşdü", Bakı, “Yazıçı” nəşriy-
yatı, 1993; "Aşıq Ələsgər", Bakı, “Şərq-qərb” nəşriyyatı 1999; "Sazlı-sözlü Göyçə". 
Bakı,  “Azərnəşr”,  1999;  "Haqq  aşığı  Ələsgər",  Bakı,  “Maarif”  nəşriyyatı,  1999; 
"Göyçəli Aşıq Nəcəf". Bakı, “Səda” nəşriyyatı, 2000; "Aşıq Ələsgər". Bakı, “Çinar-
çap”  nəşriyyatı,  2003;  "Növrəs  İman",  Bakı,  “Səda”  nəşriyyatı,  2004;  "Aşıq  Ələs-
gər",  Bakı,  “Çaşıoğlu”  nəşriyyatı,  2004  və  s.  İslam  Ələsgər  Göyçə  aşıq  mühitinin 
timsalında  ozan-aşıq  sənətinin  yalnız  təbliğatçısı  kimi  deyil,  eyni  zamanda  istedadlı 
tədqiqatçısı  kimi  də  elmi  ictimaiyyət  tərəfindən  tanınır.  İslam  müəllimin  səmərəli 
elmi fəaliyyəti Azərbaycan filoloji fikri tarixində əhəmiyyətli yer tutur. 
Ulu Qorqud yadigarı olan ana sazımızın həzin və məlahətli sədaları altında bö-
yüyüb tərbiyə alan gənc İslam saz və söz sənətinin sehrinə düşməyə bilməzdi. Atalar 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə