11
I FƏS L. DÖVLƏT N XAR C QT SAD S YASƏT N N MAH YYƏT VƏ
XAR C QT SAD S YASƏT STRATEG YASININ
FORMALAŞDIRILMASININ KONSEPTUAL ƏSASLARI
1.1.
Dövlətin xarici iqtisadi siyasətinin mahiyyəti və
onu formalaşdıran amillər
Dövlətin iqtisadi siyasəti – ölkənin cari dönmədə strateji məqsədlərinin
reallaşdırılması üçün onun iqtisadiyyata müdaxilə prinsiplərini konkretləşdirir.
Dövlətin iqtisadi siyasətinin aşağıdakı istiqamətlərini qeyd edə bilərik:
1
-
Xarici iqtisadi siyasət – əmtəə və xidmətlərin idxal və ixracı, xarici kapitalın
ölkəyə cəlb edilməsi və kapitalın ölkədən xaricə çıxarılması və s.;
-
nstitusional siyasət – iqtisadiyyatın təşkilati strukturunun dəyişdirilməsi,
köhnə iqtisadi, sosial və maliyyə institutlarındakı nöqsanların aradan qaldırılması,
onların funksiya və əlaqələrinin dəyişdirilməsi və ya yeni institutların yaradılması;
-
Struktur siyasəti – istehlakçıların və ümumi kapitalın formalaşdırılması,
dövlətlərin gəlir və xərcləri, ixrac və idxal, iqtisadiyyatın sektorial və regional
strukturları arasında makroiqtisadi proporsiyaların dəyişdirilməsi;
-
Sosial siyasət – sosial xidmətlərin inkişafı, sosial təbəqələrin gəlirlərinin
differensiasiyası və bu və ya digər fəaliyyətlərin təşviq olunması;
-
nvestisiya siyasəti – investisiya miqyasının, onların mənbələrinin və
istifadə olunma istiqamətlərinin qurulması;
-
Qiymətləndirmə siyasəti – istehsal və istehlak bazarlarındakı qiymətlərin
tənzimlənməsi;
-
Maliyyə siyasəti – dövlətin maliyyə resurslarının formalaşdırılması və
istifadəsi və o cümlədən, dövlət büdcə vəsaitlərinin istifadəsi və ona nəzarət;
-
Pul-kredit siyasəti – pul və kreditlərin dövriyyəsi;
-
Regional siyasət – regionların iqtisadi inteqrasiyası və onların sosial
təbəqələşməsi;
-
Xarici siyasət – yaxın dövlətlərlə inteqrasiya üzrə.
1
Е. Н. Ведута, «Стратегия и экономическая политика государства», Москва, 2002, с.12
12
Dövlətlərin iqtisadi siyasət istiqamətlərinin hazırkı siyahısı ölkənin tarixi
inkişaf mərhələlərindən asılı olaraq dəyişir. Onlara maddi istehsal və qeyri-maddi
istehsal sferaları üzrə sahələr siyasətini (məsələn: sənaye siyasəti və ya səhiyyə
sahələri üzrə siyasət), mülkiyyətin özəlləşdirilməsi və ya yenidən özəlləşdirilməsi ilə
bağlı siyasəti və vergi siyasətini əlavə etmək olar.
Hər bir iqtisadi-siyasi fəaliyyət zamanı qarşıya qoyulmuş məqsədlərə nail
olmaq üçün, müəyyən vaxtda və məkanda planın və ya fəaliyyətlərin dəqiq müəyyən
olunmuş ardıcıllığının olması mütləqdir. qtisadi fəaliyyət planı – sərvət və gəlirin
hasil edilməsi və bölüşdürülməsi üzrə qeydlərin yer aldığı balansın olmasını tələb
edir və dövlətlərin iqtisadi strategiyalarını reallaşdırma aləti sayılır. Dövlətin gəlir və
xərclərinin yer aldığı dövlət büdcəsi məhz bəhs etdiyimiz planın özüdür. Bu növ plan
hələ qədim dövlətlərdə mövcud idi.
2
Xarici iqtisadi siyasət – dövlətin idxal və ixrac, gömrük rüsumları, tariflər,
məhdudiyyətlər, xarici kapitalın cəlb olunması, kapitalın xaricə ixracı, xarici
istiqrazlar, digər ölkələrə iqtisadi yardımların göstərilməsi və birgə iqtisadi
layihələrin gerçəkləşdirilməsi sahəsində dövlət siyasəti deməkdir.
200 dövlət təşkilatını birləşdirən müasir dünya təsərrüfat sistemi özündə
qarşılıqlı əlaqələrin asimmetrik olduğu dinamik ərazini əks etdirir, lakin müxtəlif
ölkələr bu əməkdaşlığa bərabər şərtlərlə və eyni dərəcədə cəlb olunmurlar.
Avropa ttifaqından başlayaraq regionalizm siyasəti bizə “müxtəlif surətli”
dövlətlər anlayışını verdi. XX əsrin sonundan etibarən elmi texniki tərəqqinin inkişafı
şə
raitində eyni iqtisadi mövqedə olan bir çox dövlətlər bir-birlərindən uzaqlaşmağa,
öz inkişaf dərəcələrinə müvafiq müxtəlif ölkə qruplaşmalarının iştirakçısı olmağa
başladılar. nkişaf tempində ziddiyyətlərin artdığı bir şəraitində ayrı-ayrı ölkələrin
xarici iqtisadi siyasətləri, siyasətin məzmunu, dövlət bloklarının fəaliyyəti və bir çox
başqa xarici amillər əvvəlcədən müəyyən edilirdi. SSR -nin süqutu və milli
dövlətlərin qeyri-hərbi ekspansiya metodlarının güclənməsi ziddiyyətlərin meydana
2
«Понятие и сущность внешнеэкономических связей и внешнеэкономической деятельности», статья /
http://www.economy-web.org/?p=55
13
gəlmə prosesini daha da sürətləndirdi, lakin onların sürəti və keyfiyyəti olduqca
müxtəlif idi.
Cənub Şərqi Asiya, Orta Asiya, MDB məkanı, Baltikyanı ölkələr buna misal
ola bilər. Bütün bunlar onu göstərir ki, müasir dövrdə dünya arenasında iqtisadi
qüvvələrin bu və ya digər balansı təkcə obyektiv şəraitlə deyil, həm də məqsədyönlü
xarici iqtisadi siyasətlə xarakterizə olunur. Buna görə də qeyd etmək lazımdır ki, son
vaxtlar ölkələrin təbii-iqlim şəraiti, iqtisadi və digər maniələr bir çox obyektiv
proseslərin realizəsinə imkan vermir. Oxşar xüsusiyyətlərə və inkişaf səviyyəsinə
sahib bir çox ölkələrin Beynəlxalq Əmək Bölgüsünə müxtəlif iyerarxiya
səviyyələrində inteqrasiya etdiyini görmək olar.
3
Yuxarıda qeyd olunanları nəzərə alsaq xarici iqtisadi siyasətə tam muxtar
(müstəqil) məfhum kimi baxmamız məqsədə uyğun olmaz. Çünki müasir dövrdə
təkcə ölkələrarası qarşıdurmalar deyil, o cümlədən xarici təsir amilinə çevrilən və
ictimai dəyişikliklərə səbəb olan amillər, ocaqlar, vasitələr və qarşıdurmalar
mümkündür.
Bununla bağlı G. P. Babinin təbirincə desək, xarici iqtisadi siyasət dünya
bazarında müəyyən imtiyazlara malik ölkələrin iqtisadiyyatı əldə etmələrinə və daxili
bazarı xarici malların rəqabətindən müdafiə etmələrinə yönəldilmiş tədbirlər
sistemidir. Belə nəticəyə gəlmək olar ki, dövlətin xarici iqtisadi siyasəti onun daxili
iqtisadi siyasətinin mühüm həlqəsidir. Xarici iqtisadi siyasətin məzmunu ölkənin
ictimai quruluşunun təbiəti, milli təsərrüfat sisteminin vəzifələri və eləcədə xarici
amillərlə şərtlənir. Xarici iqtisadi siyasət ölkənin xarici və daxili siyasəti ilə təbii
qarşılıqlı əlaqədə olub, dünya təsərrüfatının mürəkkəb koordinat sistemində milli
iqtisadiyyatla qarşılıqlı fəaliyyətin tərkibində tamamlanır. Dünya təsərrüfat
ə
laqələrində tendensiya növbəti şəbəkəni müəyyənləşdirir: milli iqtisadiyyat
beynəlmiləlləşmiş istehsal həlqələrinin tərkib hissəsinə çevrilir və şəbəkənin məcmu
elementlərinə təsir göstərməyə cəlb olunur.
qtisadiyyatın beynəlmiləlləşməsi dünyanın siyasi xəritəsini prinsipcə dəyişir,
şə
xsi milli maraqlara uyğun yeni iqtisadi sərhədlərin, strateji məqsədli arealların və
3
Буглай В. Б., Ливенцев Н. Н., «Международные экономические отношения», М: Финансы и статистика, 1996,
Dostları ilə paylaş: |