137
1. Gömrük rüsumları hər bir əmtəə qrupu üzrə orta səviyyədə
müəyyənləşdirilməli və sonra hər bir konkret mal mövqeyinə görə
dəqiqləşdirilməlidir;
2. Gömrük rüsumlarının müəyyənləşdirilməsi daxili və dünya qiymətləri
arasındakı fərqlə əsaslandırılmalıdır;
3. Gömrük rüsum normaları malların emal dərəcəsi artdıqca artmalıdır. Yəni
xammal üçün aşağı, yarımfabrikat üçün orta və hazır məhsul üçün yüksək gömrük
rüsumları müəyyən edilməlidir;
4. stehsalı çox əmək sərfi tələb edən məhsullar üçün yüksək rüsumlar
müəyyən olunmalıdır;
5. Yüksək texnoloji, elm tutumlu və idxalında dövlətin maraqlı olduğu
məhsulların idxalına aşağı rüsum normaları tətbiq edilməlidir;
6. Rüsum normaları müəyyən olunarkən dövlətin idxal siyasəti, sosial siyasəti,
daxili bazarın vəziyyəti, anoloji malların istehsalının vəziyyəti və onların istehsalının
inkişaf perspektivləri nəzərə alınmalıdır;
7. Rüsum normaları elə müəyyənləşdirilməlidir ki, ölkə iqtisadiyyatının
strukturunda mütərəqqi dəyişiklikləri təmin etsin;
8. Rüsum normaları müəyyənləşdirilərkən xarici ölkələrlə əməkdaşlığın
səviyyəsi, əmək kooperasiyasının vəziyyəti və ticarət əlaqələrinin inkişaf
perspektivləri nəzərə alınmalıdır;
9. Rüsum normalarının müəyyənləşdirilməsində ən əsas amil kimi dövlətin
iqtisadi təhlükəsizliyi götürülməlidir.
Xüsusi əhəmiyyət kəsb edə biləcək məsələlərdən biri də ölkəmizdə azad
iqtisadi zonaların yaradılmasıdır. Bununla bağlı dövlətin müvafiq proqramları
mövcuddur, ardıcıl danışıqlar aparılır və müvafiq hazırlıq işləri görülür.
124
Xarici iqtisadi əlaqələr sahəsində təsərrüfat-təşkilatçılıq tədbirləri və milli
iqtisadi inkişaf strategiyası iki əsas istiqamətə yönəldilmişdir: 1. Az bir zaman
kəsiyində qeyri-neft sektoru məhsulları sahəsində beynəlxalq bazara genişmiqyaslı
124
Abdullayev A. A., Xanlarov . F., “Azərbaycan Dövlətinin investisiya strategiyası” // AMEA, xəbərlər, iqtisadiyyat,
humanitar və ictimai seriyası, Bakı, Elm, 2003
138
çıxmaq imkanı məhdud olduğu üçün, yerli firmaların daxili bazarda xarici şirkətlərlə
sağlam rəqabət apara bilməsi üçün geniş imkanlar yaradılmalıdır. Milli bazar,
beynəlxalq müqavilə və hüquq normalarına uyğun olaraq qorunmaqla yanaşı, əsas
diqqət firmalar tərəfindən rəqabətqabiliyyətli məhsullar istehsalının təmin edilməsinə
yönəldilməlidir. 2. Açıq iqtisadiyyat modelini yekdilliklə seçmiş Azərbaycan dünya
bazarında da bərabər hüquqlu tərəf kimi fəal iştirak etməlidir. Latın Amerikası,
Cənub-Şərqi Asiyanın yeni sənaye ölkələrinin təcrübəsi və Türkiyə “möcüzəsi”
göstərdi ki, müasir mərhələdə geriliyin az bir zaman kəsiyində aradan qaldırılması və
sıçrayışlı iqtisadi inkişafın yeganə yolu daxili bazarın tələblərini ödəməklə yanaşı,
ixracat potensialının sürətli artımını təmin etmək, dünya ilə sıx inteqrasiyaya nail
olmaqdır. Yeni texnika və texnologiyanın kilid həlqəsi olan valyuta ehtiyatlarının
artırılması üçün idxalı əvəzetmə siyasəti ilə ixracyönümlü iqtisadi inkişaf strategiyası
optimallaşdırılmalıdır.
Xarici iqtisadi əlaqələrin iqtisadi tənzimlənmə metodlarının və xarici iqtisadi
ə
laqələrin institusional tənzimlənmə strukturunun yaradılması olduqca mühümdür.
Bir çox əmtəələrin defisitli və qiymət disproporsiyalarının mövcud olduğu şəraitdə
ə
mtəələrin istehlakçıları və təchizatçıları ilə hesablaşmalarda yeni bazar metodlarının
həyata keçirilməsi az önəmli deyil. Xarici ticarət həcmi ilə eyini zamanda, ixrac və
idxal effektivliyinin yüksəldilməsi məsələsi də qaldırılmalıdır. stehsalçıların ixraca
yönəldilməsi isə yalnız iqtisadi metod və rıçaqlarla mümkün olur.
125
Müasir maliyyə inqilabının digər tərəfi – beynəlxalq maliyyə inteqrasiyası,
daxili və beynəlxalq maliyyə bazarları arasında mövcud olan sərhədlərin aradan
qaldırılması və onlar arasında çoxtərəfli əlaqələrin yaradılması ilə bağlıdır. Elə bir
şə
rait yaradılmalıdır ki, maliyyə kapitalı maneəsiz olaraq daxili bazardan beynəlxalq
bazara və əksinə hərəkət edə bilsin. Ölkə daxilində əlverişli iqtisadi və maliyyə
mühiti yaradılarsa, milli kapitalın xaricə axması problemi də öz-özünə aradan qalxa
bilər. Ölkəmizin beynəlxalq maliyyə inteqrasiyası sürətlənərsə, nəhəng maliyyə
institutları öz filial və nümayəndəliklərini açarlar. Beynəlxalq maliyyə sisteminin
125
Samirə Əli qızı Eyvazova, “Avropa ttifaqının yeni qonşuluq siyasəti və Azərbaycan Respublikası: iqtisadi
ə
məkdaşlığın beynəlxalq hüquqi problemləri”, hüquq üzrə fələsə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş
dissertasiyanın avtoreferatı, Bakı, 2013
139
hərəkətverici mühərriki rəqabət, rəqabətin yaratdığı dinamik güc isə maliyyə
yenilikləridir
(innovasiya).
Azərbaycanın
qlobal
maliyyə-iqtisadi
mühitə
inteqrasiyasının səmərəliliyi birbaşa olaraq maliyyə yeniliklərinin ölkəyə geniş
miqyaslı axınından asılıdır. Ona görə də pul-kredit siyasəti həmin prosesin hərtərəfli
təşviqinə yönəldilməlidir.
Ölkədə investisiya mühutinin yaxşılaşdırılması və ölkə iqtisadiyyatına
yönəldilən xarici investisiyaların tənzimlənməsi sahəsində dövlət siyasətinin davam
etdirilməsi ilə bərabər, ölkə daxili investisiya vəsaitlərinin dünya bazarlarına
çıxarılması da ölkənin iqtisadi imkanları daxilindədir.
Valyuta liberallaşdırılması idxalat sahəsində məhdudiyyətlərin qlobal maliyyə-
iqtisadi mühitə inteqrasiyası üçün mühüm amillərdən biridir. Bu sahibkar azadlığını
təmin edən tədbirdir. Lakin bu məsələdə həddən artıq ehtiyatlı olmaq lazımdır.
Müasir şəraitdə hər şeydən əvvəl, xarici transmilli şirkətlərin güclü rəqabətinə məruz
qalan daxili bazar liberallaşdırılmalıdır. Daha geniş valyuta liberallaşdırılması
aparılarkən nəzərə almaq lazımdır ki, bütün dünya ölkələrində valyuta
ə
məliyyatlarına tam azadlıq yalnız həmin ölkələr dayanıqlı iqtisadi artım müstəvisinə
çıxdıqdan sonra verilmişdir. Xarici valyuta ilə əməliyyatların tam liberallaşdırılması
milli sahibkarların, yalnız daxili bazarda fəaliyyət göstərən hissəsinin rəqabət
mövqeyini möhkəmləndirmir, əksinə zəiflədir və onların beynəlxalq əmək
bölgüsündə iştirakını çətinləşdirir.
Orta müddətdə normativlərin işlənib hazırlanması sisteminin təkmilləşdirilməsi
məqsədilə aşağıdakılar təklif olunur:
-
Bütün sahələr üçün valyuta ayırmaları ilə bağlı normativlərin tətbiqi;
-
Sahə prinsipindən əmtəə prinsipinə tədricən keçidlə bağlı normativlərin
qəbulu;
-
Valyuta gəlirlərinin mərkəzləşdirilmiş yerli fondlara transferi ilə bağlı
vahid prinsipin qəbulu.
Daxili bazar qiymətləri və dünya bazar qiymətləri arasında böyük fərqlər
olduğu şəraitdə, xarici iqtisadi əlaqələrin yeni tənzimlənmə alətləri ixrac və idxal
vergisi sayılır. Xarici iqtisadi əlaqələrin digər önəmli iqtisadi tənzimləmə alətləri
Dostları ilə paylaş: |