33
əyyənləşdirilmədikdə. Hər ayın biri tarixinə analitik uçot hesablarının məlumatları
ilə üzləşdirilərək onların bərabərliyi və düzgünlüyü müəyyənləşdirilmədikdə.
5. Mühasibat uçotunun əsas vəzifəsi maliyyə, bank, vergi orqanları, inves-
torlar, malsatanlar, malalanlar, kreditorlar, dövlət orqanları və digər marağı olan
təşkilatlar və şəxslər tərəfindən operativ rəhbərlik və idarəetməni həyata keçirmək,
təqdim ediləcək maliyyə (mühasibat) hesablarının tərtibi üçün, həmçinin
müəssisənin təsərrüfat prosesləri və maliyyə-təsərrüfat fəaliyyəti haqqında zəruri
olan məlumatları tam və düzgün formalaşdırılmadıqda. Maliyyə-təsərrüfat
fəaliyyətindəki mənfi halların qarşısını vaxtında almaq, təsərrüfatdaxili ehtiyatları
aşkara çıxarmaq və onları səfərbər etməkdir.
6. Müəssisədə mühasibat uçotunun təşkilinə müəssisə rəhbəri cavabdehdir.
Müəssisənin rəhbəri mühasibat uçotunun düzgün aparılması üçün lazımi şərait
yaratmadıqda, uçotla əlaqədar olan bütün bölmələrinə, xidmətlərin işçiləri
tərəfindən hazırlanan uçot sənədlərinin və məlumatların vaxtında və duzgün tərtib
və təqdim edilməsi işində tələblərin yerinə yetrilməsini təmin etmədikdə və uçot
üzrə normativ sənədlərin tələblərinə riayət etmədikdə.
7. Mühasibat uçotunun təşkili, aparılması, uçot siyasətinin formalaşması,
daxili mühasibat hesabatı, inventarizasiya qaydası, əmlak və öhdəliklərin qiy-
mətləndirilməsi üsulları və s. barədə müəssisə rəhbəri daxili əmrlər, qərarlar, qay-
dalar və s. hazırlamadıqda. Bu zaman o, mühasibat uçotunun təşkilatı formasını,
sənəd dövriyyəsi qaydasını və uçot məlumatlarının texnoloqiyasını təyin etməyir,
daxili uçot və hesabat sistemini işləyib hazırlamayır, mühasibat uçotunun məqsə-
dini həyata keçirmək üçün vacib olan təsərrüfat əməliyyatları üzərində
qaydasını, sənədlərə imza etmək hüququ olanları və s. müəyyən etməyir.
8. Müəssisənin mühasibat xidmətinə baş mühasib rəhbərlik edir. Baş mühasib
və mühasibat xidmətinin rəhbəri müəssisə tərəfindən həyata keçrilən bütün
təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini,
34
ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə)
hesabatlarının müəyyən edilmiş müddəttərdə tərtib və təqdim edilməsini, digər
bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması
və səfərbər edilməsi məqsədilə mühasibat uçotu və hesabatın məlumatları üzrə
müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilini həyata keçirliməsini
təmin etmədikdə. Auditorun tərtib etdiyi proqramaya uyğun olaraq müəssisənin
bütün təsərrüfat-maliyyə fəaliyyəti üzrə yoxlamalar aparılmadıqda mühasibat
(maliyyə) hesabatının düzgünlüyü və etibarlılığını qiymətləndirməyə şərait
yaranmayır.
Bununla əlaqədar auditor Azərbaycan Respublikası Maliyyə Nazirliyinin illik
mühasibat (maliyyə) hesabatının həcmi üzrə müəyyən olunmuş hesabat formalarını
yoxlamaqla, hesabat nəticələrini müəyyənləşdirir. Auditor yoxlaması ilə əlaqədar
müəssisənin balansı, maliyyə nəticəiəri haqqında hesabat, əmlakın hərəkətinə dair
hesabat, pul vəsaitinin hərəkətinə dair hesabat, müəssisə balansına əlavə, illik
hesabatı izahatlı arayış müvafiq normativ sənədlərlə qüvvədə olan digər hesabat
formaları və sair hesabatlar yoxlanarkən auditor qanunvericiliklə müəyyən
olunmuş normativ sənədlərlə yanaşı aşağıdakı informasiya mənbələrindən istifadə
edə bilər:
– müəssisə təsərrüfat maliyyə fəaliyyəti ilə əlaqədar olan hesabat formaları;
– illik hesabatın tərtib olunması ilə əlaqədar olan inventarlaşdırma məlumat-
ları;
– sintetik və analitik hesablarda əks olunmuş mühasibat uçotu yazılışları və
sair.
Audit aparılarkən hesabat ilinin sonuna olan dövr üçün müəssisə balansının
bütün maddələri, əvvəldəki keçirilən inventarlaşma nəticələri əsasında əsaslı
35
şəkildə yoxlanmalıdır. Mühasibat uçotu yazılışlarda bütün səhvlər və nöqsanlar
müəyyən olunmalı və aid olan uçot yazılışlarında lazımi düzəlişlər aparılmalıdır.
Auditor balans maddələrinin düzgün qiymətləndirilməsini yoxtamalı və ba-
lansa əlavə olunmuş maliyyə nəticələrinin, kapitalın hərəkətinın, pul və satışın
hərəkəti və digər hesabatların uçot göstəricilərinə uyğunluğunu müəyyən etməlidir.
Bundan sonra auditor mühasibat uçotu analitik və sintetik hesablarında əks
olunmuş məlumatları yox-lamalı və həmin göstəricilərin hesabat formalarında əks
olan göstəricilərə uyğunluğu müəyyən olunmalıdır. ilik hesabatlar yoxlanarkən
rüblük hesabatlar da yoxlanmalı və onların bir-birinə uyğunluğu müəyyən
olunmalıdır. Nəzərə almaq lazımdır ki, rüblük mühasibat hesabının məzmunu və
tərkibində illik hesabat göstəricilərindən fərqiər müəyyən oluna bilər. Belə halda
auditor rüblük və illik hesabatların tərtib olunması qaydaları ilə əlaqədar olan
məlumatlardan istifadə etməlidir
Uçot siyasətinin hazırlanması zamanı özünün strateji inkişaf baxımından
təsərrüfat subyekti optimal son nəticələrə nail olmağa imkan verəcək siyasətin
formalaşdırılmasına səy göstərir. Uçot siyasətinin seçilməsindən öncə aşağıdakı
analitik işlər görülməlidir:
– Müəssisənin cari maliyyə vəziyyətinin təhlili;
– Müəssisənin uçot siyasətinin bu və ya digər aspektinə təsir edən mövcud
qanunvericilikdə və digər normativ aktlardakı dəyisikliklərin təhlili;
– Növbəti maliyyə ilində təsərrüfat subyektinin strategiyasının və inkişaf
perespektivinin qiymətləndirilməsi;
– Uçot siyasətinin təmin edə biləcəyi aparıcı məqsədlərin müəyyən edilməsi;
– Mühasibat uçotunun aparılmasının mövcud üsul və metodlarının təhlili və
təsərrüfatçılığın konkret şəraitində onların tətbiqinin səmərəliliyinin
qiymətləndirilməsi;