65
ci illərdə müvafiq olaraq 2,1 və 2,4 təşkil edir ki, bu da sirkətin yüksək tədiyyə
qabiliyyətinin olduğunu göstərir. Ona görə də hər bir cari aktivin növünün cari
aktivlərin ümumi həcminin hansı hissəsini təşkil etdiyini göstərən cari aktivlərin
faizlə tərkibini müəyyən etmək lazımdır.Bütün bu qısamüddətli öhdəliklər il
ərzində ödənirlər.Lakin bütün cari aktivləri nağd pula çevirmək olmur.
Cari aktivlərin faizlə tərkibi
Göstəricilər
2008-ci il
2012-ci il
Nağd pul
7.7
2.4
Ödənməli hesablar
47.4
48.7
Əmtəə
material
ehtiyatları
44.5
48.9
Yeku
100
100
2012-ci ildən 2008-cı ilə nisbətən əmtəə-material ehtiyyatlarının 4,4% (48,9-
44,5) artması və nağd pulun 5,3%( 7,7-2,4) azalması onu göstərir ki, cari aktivlərin
faizlə tərkibi verilmis müəssisənin xeyrinə dəyisməmisdir. Müəssisənin rəhbərliyi
2012-ci ildə nagd pulun azaldılmasının səbəblərini diqqətlə təhlil etməli və düzgün
nəticələr çıxartmalıdır.
Bizim misalda 2008-2012-ci illərdə uyğun olaraq 24,500 min manat və
30,000 min manat təşkil edir ki, bu da normal hal hesab edilir. Lakin bu göstərici
sirkətin kredit qabiliyyətini açmır, ona görə də auditorların növbəti addımı likvid
aktivlər ilə cari öhdəliklərin məbləğinin fərqi kimi hesablanan, xalis tez dövr edən
aktivlərin (net quick assets) aşkarından ibarətdir. Səhmdar cəmiyyətinin dövriyyə
aktivlərinin yoxlanılması zamanı audit əmtəə-material ehtiyyatlarına xüsusi diqqət
ayırmalıdır.Onların həcmi müəssisənin fəaliyyət sahəsi və ilin fəslindən aslı olan
bir sıra amillərlə müəyyənləsir.
Auditor nəzarətin həyata keçrilməsi zamanı kapital bazarında səhmdar
cəmiyyətin mövqeyini qiymətləndirmək üçün qiymətli kağızların uçot və təftişi
mühüm əhəmiyyət kəsb edir. Öz xüsusi istiqrazlarını buraxan müəssisələr üçün
66
xüsusi auditor bu növ qiymətli kağızları maddi cəhətdən təmin edən aktivlərin
ölçüsünü müəyyən edir, istiqrazların ödənilmə əmsalını yoxlayır. Bu əmsal
istiqrazları ödəyən aktivlərin bu növ qiymətli kağızların məcmu nominal dəyərinə
olan nisbət təyin olunur.
ə i.ə=Ai.ə/Di
stiqrazların ödənilmə əmsalı, istiqrazları ödəyən aktivləri istiqrazların
nominal dəyərinə nisbəti kimi hesablanır.
Müəssisədə istiqrazların ödənilmə əmsalının hesablanması:
Maddələrin adı
2008
2012
Cəmi aktivlər
55.300
65.400
Amortizasiya çıxmaqla qeyri maddi aktivlər
300
400
Cəmi cari ehtiyatlar
11.000
9.000
Istiqrazları ödəyən xalis maddi aktivlər
44.000
56.000
Buraxılmış istiqrazların cəmi nominal dəyəri
13.000
13.000
Istiqrazların ödəmə sayı
3.385
4.308
Hesablamamız göstərdi ki, müəssisənin 2008-cı ildə buraxılmış nominal
dəyəri 1manat olan hər bir istiqrazın dəyəri 3.385 manatdan aktivlərlə 2012-ci ildə
isə dəyəri 4308 manatdan aktivlərlə təmin olunmusdur. Bu onu göstərir ki,
istiqrazların alınmasının riski aşağıdır və bu qiymətli kağızlara vəsait qoyuluşunun
etibarlılıq dərəcəsi yüksəkdir.
Mənim bu misalım əsasən qərb ölkələrində ən çox yayılmış auditor yoxlaması
işlərinə uyğun olaraq ölkəmizdəki müəssisə timsalında idi. Qeyd edim ki, həmin
göstəricilərin dairəsi müəssisələrin xüsusiyyətləri yoxlamanın məqsədləri və s. aslı
olaraq genişlənə bilər.
Azərbaycan Respublikasında “Auditor Xidməti haqqında” qanun 1994-cü
ildə təsdiq edildi.1995-ci ildə Auditorlar Palatası yaradıldı. Bu illərdən etibarən
təsərrüfat-maliyyə
(müəssisələrin)
fəaliyyətinin
yoxlanılmasında
auditor
xidmətlərini auditor təşkilatları və sərbəst auditorlar yoxlamağa basladı. Bu son
67
dövrlər daxili audit haqqında qanunun çıxarılması ölkəmizdə nəzarət sahəsində
aparılan operativ tədbirlərin nə qədər irəlilədiyini göstərdi.
Daxili audit dedikdə-firma daxilində və eyni zamanda filiallarda audit
xidmətlərini həyata keçirərkən firmanın firmanın mərkəzi rəhbəri kimi fəaliyyət
göstərir və firma rəhbərliyi səviyyəsində, filialın səviyyəsində fəaliyyət göstərən
firmadaxili auditor tərəfindən aparılır. Onun vəzifələri aşağıdakı kimi qəbul
olunub:
-əllik hesabatların tərtibi zamanı mühasibat uçotu prinsip və qaydalarına
riayət olunması
-Kənar auditorların zəmanətlərini təsdiq etmək
-Rəhbərlik üçün hazırlanan məlumatların dəqiqliyi, etibarlıgı və s.
yoxlanılması
-Ləğv olunmuş vəsaitlərdən qənaət ehtiyyatının aşkarlanması
-Firmanın təsərrüfat fəaliyyətinin səmərəliliyinin təyin edilməsi.
Son dövrlərdə qeyr-dövlət maliyyəsində əsas prinsip kimi səmərəlilik ön
planda durur ki, bu da audit yoxlaması zamanı əsas məsələdir.
Məs: Ölkəmizdə xarici audit haqda qanunda var ki, onun özəlliyi
aşağıdakılardan ibarətdir.O, xüsusi audit firması, vergi idarəsi idarə və müəssisələr
ilə və s. banklar xarici tərəfdaslarla səhmdar və sığorta cəmiyyətləri ilə bağlanan
müqavilələr əsasında həyata keçrilir.
Xarici auditorların əsas vəzifələri yoxlanılan obyektlərdə maliyyə
hesabatlarının düzgünlüyünün təmini həmçinin təsərrüfat fəaliyyəti və kommersiya
nəticələrinin yaxşılaşdırılması üçün tövsiyyələr işləyib hazırlamaqdan ibarətdir.
Ümumiyyətlə auditin xidmət sahəsi olduqca əhəmiyyətlidir və bu sahədəki
işçilər hər sahədə səmərəliliyin və düzgünlüyün olmasına fikir verməlidir.