26
nkişaf etmiş ölkələrdən olan transmilli şirkətlərin investisiyalarının yarıdan çox
hissəsini əsas kapitala yönəldiyi halda, inkişaf etməkdə olan ölkələrin transmilli şirkətlərin
81% investisiyaları təkrar–investisiya layihələrinə yönəldilmişdir.
Şə
kil 1.6. Dünyanın BX yatıran ən iri 20 ölkəsi
(x) = 2013-cü ildə
yeri
Mənbə: UNCTAD, FDI/MNE database (
www.unctad.org/fdistatistics
)
nkişaf etməkdə olan ölkələrdə Asiyada olan TMŞ xaricə yatırılan investisiyalarını
artırmışlar, lakin Latın Amerikası, Karib hövzəsi ölkələri və Afrikadan olan TMŞ-in xaricə
yönəlmiş investisiyalarının miqdarında azalma qeydə alınmışdır. lk dəfə olaraq, inkişaf
ABŞ
Honq-Konq, Çin
Çin
Yaponiya
Almaniya
Rusiya Federasiyası
Kanada
Fransa
Niderland
Sinqapur
rlandiya
spaniya
Cə
nubi Koreya
taliya
Norveç
sveçrə
Malayziya
Küveyt
Çili
Tayvan, Çin (21)
nkiş
af etmiş
ölkə
lə
r
nkiş
af etmə
kdə
olan və
keçid iqtisadiyyatlı ölkə
lə
r
27
etməkdə olan ölkələrin TMŞ-i dünyanın ən iri investor qrupuna çevrilmişlər, onlar dünya
BX qoyuluşlarının üçdə birini təşkil edirlər. Dünyanın investisiya yatıran ən iri 20
ölkəsindən 9-u inkişaf etməkdə olan və ya keçid iqtisadiyyatlı ölkələrdir (Honq Konq, Çin,
Rusiya Federasiyası, Sinqapur, Koreya, Malayziya, Küveyt, Çili, Tayvan) (Şəkil 1.6).
2014-cü ildə Asiyada yerləşən TMŞ tərəfindən xaricə yönələn investisiyalar 29%
artaraq 432 milyard ABŞ dolları olmuşdur. Şərqi Asiyada regionunda, Honq Konqdan olan
TMŞ 143 milyard ABŞ dolları investisiya ilə dünya üzrə ABŞ-dan sonra ikinci ən iri investor
olmuşdur olmuşdur. 2014-cü ildə Çin xaricə 116 milyard ABŞ dolları investisiya yatırmışdır.
Cənub-Şərqi Asiyada xaricə yönələn investisiyaların artımına əsas səbəb Sinqapurun bu
göstərici üzrə artımı olmuşdur (2014-cü ildə 41 milyard ABŞ dolları). Qərbi Asiya
regionunda 6%-lik azalma baş vermişdir, bunun səbəbi regionun əsas investoru Küveytin
xaricə cəmi 13 milyard ABŞ dolları yatırmasıdır. Buna baxmayaraq 2014-cü ildə eyni region
üzrə Türkiyədən olan TMŞ tərəfindən xaricə yatırılan investisiyalar iki dəfə artaraq 7 milyard
ABŞ dolları olmuşdur.
2014-cü ildə Latın Amerikası və Karib hövzəsi ölkələrindən olan TMŞ-in xaricə
yönələn investisiyalarının miqdarında 18% azalma baş verərək 23 milyard ABŞ dolları
olmuşdur. Meksikadan və Kolumbiyadan olan investisiyalar ikiqat azalaraq uyğun olaraq 5
milyard ABŞ dolları və 4 milyard ABŞ dolları olmuşdur. Lakin Çilidə əksinə olaraq xaricə
yönələn investisiyaların miqdarı 71% artaraq 13 milyard ABŞ dolları olmuşdur.
2014-cü ildə Afrika ölkələrindən BX axını 18% azalaraq 13 milyard ABŞ dollarına
bərabər olmuşdur. Cənubi Afrika regionundan olan TMŞ əsasən telekommunikasiya və
mədənçıxarma sahələrinə investisiya yatırdıqları halda, Nigeriyadan olan şirkətlər əsasən
maliyyə xidmətlərinə investisiya yönəltmişlər.
2014-cü ildə inkişaf etmiş ölkələrdən TMŞ xaricə 823 milyard ABŞ dolları investisiya
yatırmışlar. Bu göstərici 2013-cü ilin göstəricisinə çox yaxındır. Avropa ölkələrindən BX
axınının həcmi dəyişməmişdir. Almaniya 112 milyard ABŞ dollar göstəricisi ilə regionun
lider ölkəsidir.
28
2014-cü ildə Kanada investisiya ixracı 4% artaraq 53 milyard ABŞ dollarına çatmışdır.
ABŞ-ın da investisiya ixracı 3% artaraq 337 milyard ABŞ dolları olmuşdur. Bu sahədə
Yaponiya 3 illik davamlı artımın əksinə olaraq 16% azalma baş vermişdir.
Müasir dövrdə xarici investisiyaların iqtisadi həyatdakı rolu əhəmiyyətli dərəcədə
artmışdır. Hazırda BX -nin cəlb olunması vasitəsi ilə ölkə iqtisadiyyatına tələb olunan
maliyyə resursların təmin olunması ilə yanaşı, bilik və bacarıqların əldə olunması, yeni
texnologiyaların ötürülməsi, yerli kadrların hazırlanması, gələcək iqtisadi potensialın artımı
və ölkənin dünya iqtisadiyyatına inteqrasiyası kimi vəzifələr yerinə yetirilir. Davamlı və
balanslaşdırılmış inkişafı təmin etmək məqsədi ilə investisiyaların cəlb edilməsi bütün ölkələr
üçün xarici iqtisadi siyasətin əsas prioritetinə çevrilir. nvestisiyaların cəlb olunması ilə
iqtisadiyyatın artan tələbatının ödənilməsi bütövlükdə ölkənin iqtisadi potensialını yüksəldən
amillərdən biridir. Son illərdə dünyanın müxtəlif ölkələri tərəfindən xarici investisiyaların
cəlb edilməsi istiqamətində intensiv investisiya siyasətinin həyata keçirilməsinə baxmayaraq,
bu sahədə onların daha seçici olduqları aşkar görünür. Sosial rifahın inkişafına
istiqamətlənmiş investisiyaların cəlb olunması və korporativ sosial məsuliyyətin mövcudluğu
müasir investisiya siyasətinin formalaşmasının əsasıdır. Ölkələr xüsusilə yeni iş yerlərinin
yaradılmasına, məhsuldarlığın və səmərəliliyin artırılmasına, innovasiyalar vasitəsilə
iqtisadiyyatın rəqabət qabiliyyətliliyini və çevikliyini artıran əqli mülkiyyət sahəsinə və ətraf
mühit problemlərinin həllinə yönəlmiş investisiyalara üstünlük verirlər. Bu cür
investisiyaların cəlb edilməsinin kökündə davamlı və balanslaşdırılmış inkişafın təmin
edilməsi durur. Dünyada davam edən iqtisadi böhran fonunda ölkələr BX -nın cəlb edilməsi
üçün özlərinin liberallaşdırma siyasətini aparırlar. nvestisiyaların təşviqi qurumları, habelə
təşviq və stimullaşdırma mexanizmləri qarşısında qoyulan yeni tələblər BX -nın cəlb
olunması sistemi anlayışına baxışı da dəyişdirmişdir. nvestisiyaların cəlb olunması üzrə
müasir sistem təkcə məlumat dəstəyi (xarici investorlara zəruri məlumatların təqdim
edilməsi, qeydiyyat prosesinə dəstək) deyil, eyni zamanda maliyyə dəstəyi (güzəştləri və
azadolmaları, investisiya ilə bağlı xərclərin bölüşdürülməsi və xüsusi imtiyazlar) və davamlı
dəstək (investisiya layihələrinin müşayiət olunması, iş prosesində yaranan problemlərlə bağlı