10
IV.Ölkənin inkişafı statistika elminin qarşısında yeni-yeni vəzifələr qoymaqla bərabər onun vəhdətin-
dən yeni sahələrin yaranmasına səbəb olmuşdur. Müxtəlif elmlərdə olduğu kimi, statistikada da fərqli ya-
naşmaların təmin edilməsi, ayrı-ayrı istiqamətlərin rəqəmlər etibarı ilə işıqlandırılması məqsədilə statisti-
ka elminin daxili tərkibini müəyyən edən quruluşunu aydınlaşdırmaq zərurəti ortaya çıxır. Tədqiq olunan
məsələ ilə bağlı daha təfsilatlı baxışları formalaşdırmaq məqsədilə sxem 1-ə müraciət etmək yerinə dü-
şərdi.
Sxem 1. Statistika elminin tərkibi.
Sxem 1-dən də göründüyü kimi, vahid statistika elminin aparıcı sahəsi statistikanın nəzəriyyəsidir.
Statistika elminin hər bir sahəsinin tədqiqat obyekti vardır və onlar müəyyən göstəricilər sisteminin ma-
hiyyətini aydınlaşdırır. Statistikanın bütün sahələrində onun nəzəriyyəsinin hazırladığı prinsip və me-
todlar tətbiq edilir.Statistikanın nəzəriyyəsi sosial-iqtisadi hadisələrin rəqəmlərlə işıqlandırılmasının ən
ümumi prinsipləri, qaydaları və qanunları haqqında elmdir. Nəzəriyyə statistika elminin ümumi anlayış
və kateqoriyalarını, statistika müşahidəsinin nəzəriyyə-sinin, statistika materiallarının qruplaşdırılması və
yekunlaşdırılmasının prinsipləri və aparılma qaydalarını, ümumiləşdirici göstəricilərin hesablanması qay-
dalarını, mütləq, nisbi və orta kəmiyyətlərin mahiyyəti və müəyyənləşdirilməsini, onların qurulmasının
elmi metodologiyasını işləyir. O, əlamətin variasiyasını ölçür və təhlil edir, sosial-iqtisadi hadisələrin və
onların əlamətlərinin qarşılıqlı əlaqəsini, əlaqənin sıxlığını reqressiya-korrelyasiya metodu ilə təhlilini ve-
rir. Statistikanın nəzəriyyəsi sosial-iqtisadi hadisələrin inkişaf qanunauyğunluqlarını öyrənmək məqsədilə
dinamika sıralarının qurulma qaydasını və onların təhlili məsələlərini işləyir, hadisələrin məkan və zaman
daxilində dəyişilməsini öyrənmək uçün indekslər sisteminin qurulması və təhlili prinsiplərini işləyir. Sta-
tistika elminin digər sahələri statistika nəzəriyyəsinin kateqoriyaları, göstəriciləri və metodlarından istifa-
də edərək öz tədqiqat obyektlərini öyrənirlər.
Statistika elminin mühüm sahələrindən biri iqtisadi statistikadır. İqtisadi statistika iqtisadiyyatın bütün
sahələrində baş verən nisbətləri, sahələrin quruluşunu, qarşılıqlı əlaqələrini və təkrar istehsalın elementlə-
rini öyrənir. İqtisadi statistikanın quruluşunda makroiqtisadi statistika xüsusi yer tutur. O, ölkənin iqti-
sadiyyatını kompleks öyrənən metodlar işləyir, sahələrarası əlaqələri və s. öyrənir. İqtisadi statistikanın
tərkibinə müəssisələr statistikası, sənaye stalistikası, kənd təsərrüfatı statistikası, istehsal sahələrində
əmək statistikası, ticarət statistikası, tikinti statistikası və digər istehsal sahələrinin statistikası daxildir. Bu
sahələr statistikası statistik nəzəriyyənin və iqtisadi statistikanın metod və kateqoriyalarına istinad edərək
öz tədqiqat obyektlərini öyrənirlər. Statistika elminin üçüncü sahəsi sosial statistikadır. Sosial statistika,
ilk növbədə, əhalini, onun yaşayış şəraitini, əmək prosesində onların münasibətlərini öyrənir. Onun əsas
məqsədi insanların sosial şəraitinin müxtəlif tərəflərini və həyat tərzini kompleks öyrənməkdir.
Mövzu 3. Statistika müşahidəsi və qruplaşdırılması.
Plan:
1. Statistika informasiyası haqda anlayış və statistik müşahidənin təşkilinin əsas formaları.
2. Statistika müşahidəsinin növləri və üsulları.
3. Statistik müşahidənin proqram-metodoloji məsələləri və xətası
4. Seçmə müşahidənin mahiyyəti və tətbiqi. Seçmə üsulları
Statistika elmi
İqtisadi statistika
Statistikanın
nəzəriyyəsi
Sənaye statistikası
Əhali statistikası
Sosial statistika
Kənd təsərrüfatı statistikası
Maarif statistikası
Digər istehsal sahələrinin statistikası
istehsal sahələrində əmək
statistikası
İstehsal sahələrində əmək statistikası
Tikinti statistikası
Həyat səviyyəsi statistikası
Mədəniyyət və incəsənət statistikası
Digər sosial sahələr statistikası
Səhiyyə statistikası
Müəssisələr statistikası
Makroiqtisadi statistika
Sahələrarası əlaqələr statistikası
Ticarət statistikası
11
5.Statistik yekunlaşdırma haqda anlayış və onun vəzifələri
6.Statistika qruplaşdırmasının mahiyyəti və növləri
Statistika informasiyası ilkin statistika materialı olub, statistik müşahidə əsasında formalaşır. O, sta-
tistik tədqiqatın ilk mərhələsidir. Sosial-iqtisadi hadisələri, onların inkişaf qanunauyğunluqlarını öyrən-
mək ücün, ilk növbədə, həmin hadisələrin həcmini, səviyyəsini xarakterizə edən statistika məlumatı əldə
edilməlidir. Həyatda baş verən kütləvi hadisə və proseslər haqqında ilkin məlumatın toplanılması üzrə el-
mi əsasda təşkil edilmiş va aparılmış işə statistika müşahidəsi deyilir. Deməli, statistika müşahidəsi kütlə-
vi məlumat əldə edilməsində ilk mərhələ olub, sosial-iqtisadi hadisələrin tədqiqində çox mühüm yer tu-
tur. Ona görə də hər bir statistika tədqiqatının nəticəsi öyrənilən sosial-iqtisadi hadisələr haqqında top-
lanan məlumatın tamlığından, düzgünlüyündən və vaxtında uçota alınmasından asılıdır.
Sosial-iqtisadi hadisələr haqqında statistik informasiyaya olan tələbat bazar iqtisadiyyatı şəraitində
daha da artır. Statistika müşahidəsi dövlət statistika orqanlarının elmi-tədqiqat institutlarının, birjaların,
firmaların iqtisadi xidmətləri tərəfindən aparıla bilər. Statistika müşahidəsinin aparılması aşağıdakı mər-
hələləri əhatə edir: müşahidəyə hazırlıq; məlumatın kütləvi toplanmasının həyata keçirilməsi; məlumatın
işlənilməsi üçün hazırlıq; statistika müşahidəsinin təkmilləşdirilməsi üzrə təkliflərin işlənilməsi.
Toplanılan kütləvi statistika məlumatlarının etibarlılığını tə-min etmək üçün onlar ətraflı
yoxlanılmalıdır. Toplanan faktla-rın etibarlılığının yoxlanılması statistika müşahidəsinin mühüm
məsələlərindəndir. Hər bir statistika müşahidəsinin elmi təşkili obyektiv statistika materiallarının
toplanılmasının mühüm şər-tidir. Statistika müşahidəsinin aparılması müşahidənin hazırlıq işlərinin
lazımi səviyyədə həyata keçirilməsini tələb edir. Ha-zırlıq işlərinə müşahidənin məqsədini və obyektini
müəyyən et-mək, qeydə alınacaq əlamətlərin tərkibini müəyyən etmək, mə-lumatları toplamaq üçün
sənədləri işləmək, müşahidə vahidini və hesabat vahidini, məlumatın alınması metodlarını və vasitə-ləri
müəyyənləşdirmək daxildir.
Müasir şəraitdə statistika müşahidəsinin aşağıdakı üç əsas təşkilati formalarından istifadə edilir: 1)
hesabat; 2) xüsusi təşkil edilmiş statistika müşahidəsi; 3) registr.
Statistika müşahidəsinin mühüm təşkili forması hesabatdır. O, rəsmi sənəd olub, müəssisə, idarə,
təşkilatlar və s. işləri haq-qında statistika məlumatlarını əhatə edir, təsdiq edilmiş forma-da məcburi
şəkildə statistika orqanlarına təqdim edilməlidir. Müşahidənin əsas forması kimi hesabat ilk uçot
məlumatına əsaslanır. Fəaliyyətdə olan statistika hesabatları tipik və ixtisas-laşdırılmış hesabatlara
ayrılır. Tipik hesabatda göstəricilərin tərkibi fəaliyyət sahələrinin bütün müəssisələri üçün eynidir.
İxtisaslaşdırılmış hesabatlarda göstəricilərin tərkibi iqtisadiyya-tın ayrı-ayrı sahələrinin xüsusiyyətindən
asılı olaraq dəyişir. He-sabatlar verilmə müddətindən asılı olaraq cari və illik hesabat-lara ayrılır. Cari
hesabatlara günlük, həftəlik, ongünlük, aylıq, rüblük və yarımillik hesabatlar daxildir. Ən dolğun və geniş
mə-lumat illik hesabatda verilir, çünki müəssisə, idarə və təşkilatlar öz fəaliyyətləri haqda ən geniş
məlumatı illik hesabatda verir-lər. İllik hesabatda verilən məlumat ölkənin sosial-iqtisadi mə-sələlərini
proqnozlaşdırmaq, onların təhlili əsasında istifadə edilməmiş ehtiyatları aşkar etmək üçün mühüm
məlumat mən-bəyidir. Məlumatın verilmə üsuluna görə hesabatlar elektron, teleqraf, teletayp və poçt ilə
göndərilən hesabatlara ayrılır.
Bazar münasibətləri şəraitində xüsusi təşkil edilmiş statisti-ka müşahidəsi formasından geniş istifadə
edilir. Ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyəti olan bir çox hadisələr haqda məlumat xüsusi
təşkil edilmiş statistika müşahidələri əsa-sında əldə edilir. Bir çox sosial-iqtisadi hadisələr haqda tam,
dolğun və dəqiq məlumatı xüsusi təşkil edilmiş siyahıyaalmalar (məsələn əhalinin siyahıyaalınması)
vasitəsilə toplamaq müm-kündür.
Statistika müşahidəsinin təşkili formalarından biri də registr-dir. Bu müşahidə formasında qeydə
alınmış və əvvəli olan uzun-müddətli proseslərin fasiləsiz statistika müşahidəsidir. Registr müşahidə
formasında müşahidə vahidinin vəziyyətini daima iz-ləyən bir sistem olub, öyrənilən göstəricilərə
müxtəlif amillərin təsirini qiymətləndirir. Bütün göstəricilər tədqiq olunan məcmu vahidlərinin
müşahidəsi tam başa çatana qədər mü-hafizə olu-nur. Aşağıdakı məsələləri həll etmədən registr təşkil
etmək və aparmaq mümkün deyildir:
məcmu vahidini nə vaxt registrdə qeydə almaq və nə vaxt məcmu vahidindən çıxarmaq;
hansı informasiya mühafizə olunmalıdır;
məlumatı hansı mənbələrdən almaq lazımdır;
informasiyanın təzələnməsi və əlavə edilməsi necə həyata keçirilməlidir.