142
Onlar pillәlәrә tәrәf gedәndә arxadan Namiqin
sәsi eşidildi:
- Dua elә ki, ona bir şey olmasın. Yoxsa nә
edәcәyimi özüm dә bilmirәm.
- Әllәrim göylәrdәdi, Namiq. Narahat olma,
inşallah, heç nә olmaz.
Kәnan isә hirslә başını buladı: “Dәrәdә qurd az
idi, biri dә bu yandan çıxdı”...
Palataya qayıdıb tәzәcә oturmuşdular ki, polis
mayoru formasında bir nәfәr qapını döyüb,
cavab gәzlәmәdәn içәri girdi:
- Axşamınız xeyir! Allah şәfa versin, qardaş!
- Salam, xoş gördük, buyurun keçin!
Đçәri girәn kimi onun rәsmiyyәti bir kәnara qoyub
“qardaş” demәsi onlara tәәccüblü gәldi. Bunu
tәcrübәli tәhqiqatçı da hiss elәdi. Ona görә dә
aradakı gәrginliyi daha da yumşaltmaq istәdi:
- Tәәccüblәnmәyin. Mәn bura hәqiqәtәn dә,
qardaş kimi gәlmişәm. Özü dә axşam, yәni işdәn
sonra. Ilk öncә narahat elәdiyimә görә üzr
istәyirәm. Đkincisi, icazә versәydiniz, bir neçә
dәqiqә vaxtınız alardım.
- Özünüz dediniz axı, qardaş kimi gәlmisiniz.
Buyurun, әylәşin burda. – Yaşar onun üçün stul
çәkdi. - Әlimizdәn nә gәlir, etmәyә hazırıq.
- Çox sağ olun. – Dadaşov yerini rahatlayıb
sözünә davam etdi. – Yaşar bәy, sizi demәk olar,
bütün
Bakı
tanıyır.
Sayılıb-seçilәn
iş
adamlarından birisiniz. Sizә bizim dә böyük
hörmәtimiz var. Necә halallıqla işlәdiyiniz dә
hamıya mәlumdur. Bu sözlәri eynilә Uyğur
hәkimә dә aid etmәk olar. O, mәnim dostumun
downloaded from KitabYurdu.org
143
qızını ölümdәn qurtarıb. Bәlkә dә bunların
mәsәlәyә dәxli yoxdur. Amma onları demәyim
dә tәsadüfi deyil. Mәn Uyğurun işini aparan
tәhqiqatçıyam. Telefonda demişdim: mayor
Firudin Dadaşov. Mәsәlә ondadır ki, mәn bu
cinayәti Uyğurun törәtdiyinә inanmıram. Siz
ifadәnizdә
heç
nәyin
yadınıza
gәlmәdiyini
demisiniz. Mәni sәhv başa düşmәyin, Yaşar bәy,
bura sizdәn ifadә almaq üçün gәlmәmişәm.
Uyğurla aranızdakı münasibәti çox gözәl bilirәm.
Sadәcә xahiş edirәm ki, müәyyәn mәsәlәlәrdә
mәnә kömәk edәsiniz. Mәnә elә gәlir ki, burda ya
Uyğur tәrәfdәn, ya da siz tәrәfdәn üçüncü
adamın iştirakı var. Yәni demәk istәdiyim odur
ki, әgәr biz indi Uyğura kömәk etmәsәk, sonra
gec
olacaq,
artıq
“yuxarıdan”
da
işi
yekunlaşdırmağı
tәlәb
edirlәr.
Mәn
başa
düşürәm, arada elә şәxsi mәsәlәlәr ola bilәr ki, –
vә mәn әminәm ki, var – onu açıqlamaq
mәqsәdәuyğun deyil. Amma yәqin nәlәrisә
açıqlamaq da olar. Đnanın, bu hәm dostunuzun,
hәm dә sizin xeyrinizә işlәyәcәk faktor olacaq.
Uyğur tәrslik edib heç nәdәn kiminsә güdazına
getmәmәlidir. Bir dә ona çöldә - azadlıqda daha
çox ehtiyac var. Amma “içәri” düşsә, orda
hәmişәlik mәhv olub gedәcәk... Sizә demәk
istәdiklәrim bunlardı.
Yaşar
onun
dediklәrinә
tәәccüb
qarışıq
heyranlıqla qulaq asırdı: “Bax, professionallıq
budur! Gör necә incә mәqamdan tutub?! Elә bil
arada üçüncü adamın olduğuna yüz faiz әmindir.
Halal olsun! Hәm dә hiss olunur ki, obyektiv,
downloaded from KitabYurdu.org
144
insan adamdır vә bizә doğrudan da kömәk etmәk
istәyir. Lap yaxşı, elә bizә dә bu lazımdı dә!”
- Tәşәkkür edirәm, cәnab mayor...
- Firudin...
- Firudin bәy, nәyә әsasәn bu qәdәr әmin
danışırsınız?
Dadaşov gülümsündü:
- Müәyyәn qәnaәtlәrim vә tәxminlәrim vardı.
Sizin aldığınız zәrbәnin izini görmәyim isә onları
bir az da möhkәmlәndirdi.
- Anlamadım?
- Alnınızdakı iz. Hündürboy adamın vurduğu
zәrbәyә oxşamır. Uyğur isә uzunboyludur.
- Sәmimiyyәtinizә
inandım.
Tәcrübәnizә
vә
peşәkarlığınıza da şübhәm yoxdur. Uyğura
kömәk etmәk üçün әlimdәn gәlәni edәcәm.
Amma sizdәn bir xahişim var. Әvvәlcә mәni
Uyğurla görüşdürün...
- ...
***
Yaşargil tәcridxananın qarşısına çatanda gündüz
saat on idi. Darvazadan içәri girib hәyәtә daxil
olduqdan sonra yolun qalan hissәsinә o, tәk
davam etmәli idi. Đçәri keçdiyi iki dәqiqә deyildi,
amma artıq buranın aurası onu sıxırdı: “Görәsәn,
Uyğur buranın havasına necә dözür?” Tәbii ki, o
“hava”
deyәndә
tәkcә
atmosfer
hadisәsini
nәzәrdә tutmurdu.
downloaded from KitabYurdu.org
145
Görüş üçün ayrılmış otağa çatanda onu içәri
dәvәt edib “gözlәyin!” dedilәr. Dәmir döşәmәyә
bәrkidilmiş stullardan birindә oturdu. Saniyәlәr,
dәqiqәlәr elә ağır-ağır keçirdi ki, elә bil çoxdan
burdaydı. Bir yandan da hәyәcan. Uyğuru
görәndә nә edәcәyini, nә deyәcәyini fikirlәşirdi.
Birdәn ayaq sәslәri eşidildi. Özünü toplayıb,
ayağa durdu: “Gәtirirlәr!” Nәzarәtçi Uyğuru içәri
ötürüb qapını bağladı. Bir anlığa ikisi dә çaşdı.
Hәrәkәtsiz dayanıb sual dolu baxışlarla bir-
birilәrinә baxdılar. Sanki neçә gün hәsrәtlә
görüşmәk arzusuyla alışıb-yanan bunlar deyildi.
Nәhayәt, Yaşar dözmәyib, irәli yeridi. Onlar göz
yaşlarını
gizlәtmәyә
çalışaraq
bir-birilәrinә
sarıldılar.
Oturanda da sükutu Yaşar pozdu:
- Niyә belә elәdin?
- Belә lazım idi!
- Özünü mәnә görә...
- Heç nә demә. Sәn mәnim yerimdә olsaydın,
eyni şeyi etmәzdin?
- Bizi necә tapdın?
- Arxanca
çıxdım.
Danulduzu
ayaqyolunda
Tәravәtin şalından başqa heç nәyin vә heç kimin
olmadığını deyәndә şübhәlәndim. Maşının yanına
gәldim, orda da yox idiniz. Zәng elәdim,
ağacların arasından telefonunun işığı görsәndi.
Yaxınlaşanda birinci Tәravәti gördüm... – Uyğur
bu dәfә göz yaşlarını saxlaya bilmәdi. Son sözlәri
deyәndә sәsi dә titrәdi. – Әclaf onu düz
sinәsindәn
vurmuşdu.
Ә
vvәlcә
elә
bildim,
keçinib. Amma yaxınlaşanda gördüm ki, nәbzi
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |