21
pulsuz qoymamışam, “içәridә” çoxlu pulum
olurdu. Amma o ora-bura çox qaçıb, özünә pis
dostlar qazanıb. Ona görә yavaş-yavaş onu
yoldaşlarından ayırmaq istәyirәm. Elmәddin
mәnim yeganә varisimdir.
- Bu sizin öz işinizdir. Bunların heç biri mәni
maraqlandırmır. Insan nә qәdәr cahil olursa-
olsun, bir qadına qarşı o cür hәrәkәt etmәz.
Onun da bir qürüru var. Đncimәyin, buna görә
onu vurduğuma heyfslәnmirәm, heç peşman da
deyilәm. – Yaşar belә desә dә, bu cür qarşılanıb,
bu cür sözlәr eşitmәsindәn çaşıb qalmışdı. Artıq
qәlbindә Seyfәddinin tәmiz olduğuna heç bir
şübhә qalmamışdı.
- Yaşar, әgәr günahkar olduğunu bilsәydim,
sәninlә heç vaxt bu cür danışmazdım. Mәn yad
bir qıza söz atdıqlarına dözmәdiyimә görә on bir
ilimi türmәdә keçirdim. Nә isә... Bu dәqiqә bizә
yaraşmaz ki, belә şeylәrdәn danışaq. Bilirәm,
çox böyük bir sәhv edib. Onun sәhvi mәnә dә
yaxşı tәsir bağışlamadı. Bu azmış kimi, sәndәn
qisas almaq üçün dalınca adam da salmışdı.
Bunlara görә onun әvәzinә sәndәn üzr istәyirәm.
- O nә sözdü?! Mәn demirәm ki, onun yerinә üzr
istә...
- Ümumiyyәtlә, mәnim bir xüsusiyyәtim var.
Görüşmәk istәdiyim insanlarla ilk tanışlıqdan
qabaq
onlar
haqda
lazımi
mәlumatlar
toplayıram. Sәnin dә biznesini bәyәnirәm. Mәn dә
bu işlәrlә mәşqulam, bilirsәn yәqin ki...
- Yox, bilmirdim. Xeyirli olsun.
downloaded from KitabYurdu.org
22
- Çox sağ ol. Balaca bir “avtomoykam” vardı.
Bakıda bәlkә dә heç kim gecәlәri sәhәrә qәdәr
maşın yumurdu. Amma mәn sәhәrә kimi maşın
yudururdum. Indi maşallah, şәhәrdә on iki yerdә
“moykam” var. Yeddi yerdә dә müxtәlif xidmәtlәr
göstәrәn avto-servisim. Bir neçә ay bundan
qabaq fikirlәşdim vә işi böyütmәk üçün xaricdәn
çoxlu maşın hissәlәri vurdum. Düzü, bilmirdim
burda nә lazım olur әsas. Bilirdim e, avto-
servislәrin işindәn bilirdim, amma hәr şeyi
hәddindәn artıq gәtizdirdim deyәsәn. Indi sәndәn
bir xahişim var. Uşaqlar sәnә siyahı hazırlayıb
versinlәr, sәn dә lazım olduqca bizә kömәk elә,
sataq bitirәk onları.
- Әlbәttә, niyә olmasın ki? Әlimdәn gәlәni
edәrәm... – Yaşar fikirlәşmәdәn onun tәklifini
qәbul etdi.
- Bu işlәrin kralı sәnsәn dә. Biz elә-belә...
- Әgstәfurullah!
- Yox, qardaş. Tәvazökarlıq elәmә... Düz
deyirlәrmiş ki, çәkişmәsәn bәrkişmәzsәn.
Hәr ikisi güldü. Beş dәqiqә keçmәdi ki, qapı açıldı
vә ortaya süfrә salındı.
- Bu әziyyәt nәyә lazımdır axı?
- Әşşi, nә әziyyәt? “Delovoy obed” kimi qәbul
elә. Bizim alәmdә “duz-çörәk” deyirlәr...
***
downloaded from KitabYurdu.org
23
Uyğur evә gәlmişdi. Bu gün xәstәxanada işlәri
az olduğundan evdә yazı yazacaqdı. Yaşarın hәlә
qayıtmadığını görüb mәtbәxә keçdi. Aldığı çörәyi
stolun üstünә qoyub salona adladı. Televizoru
yandırıb divanda oturanda, gözü Yaşarın yazıb
stolun
üstünә
qoyduğu
qeydә
sataşdı:
“Elmәddinin qardaşı Siyoş mәni görüşә çağırıb.
Saat birdә görüşәcәyik. Gәlmәsәm, narahat
olma! Haqqını halal elә. Özündәn muğayat ol”!
Uyğur
dәli
kimi
ciblәrini
eşib
telefonunu
axtarmağa başladı. Elә bu vaxt ev telefonuna
zәng gәldi. Cәld dәstәyi götürdü:
- Alo?!
- Alo, alo? Uyğur sәnsәn?
- Yaşar?!
- Ürәyimi partlatdın, ay Uyğur. Hardasan, zәng
edirәm, zәng dә çatmır.
- Hә, seminarda idim, söndürmüşdüm, elә
sönülü qalıb. Hәlә sәn de görüm, bu nә yazıdı
bura qoymusan? Әslindә sәn mәni qorxutdun.
Özü dә, “Haqqını halal elә” yazmısan yekә-yekә.
- Әşşi, cır at o kağızı.
- Niyә, görüşmәdiniz?
- Görüşdük, Uyğur, görüşdük. Adam sandığım
qәdәr dә qәddar deyilmiş. Yaxşı kişidi. Axşam
gәlәndә әtraflı danışarıq.
- Oldu, qardaş. Düzdü, heç nә başa düşmәdim,
amma әsas odur ki, hәr şey qaydasındadır.
- Sağ ol. Narahat olma.
Uyğur dәrindәn ah çәkib, xeyli rahat oldu: “Çox
şükür... Vay... telefon... Danulduzu mәni birtәhәr
edәcәk”. Telefonu açan kimi dalbadal bir neçә
downloaded from KitabYurdu.org
24
SMS – in gәldiyini gördü. Bunların çoxu Yaşarın
yazdığı eyni mәtnli SMS idi: “Uyğur, narahat
olma, yaxşıyam. Axşam görüşәrik”. Sonda isә
Ulduzun mesajı idi: “Uyğur, mәn anamla
xalamgilә
gedirәm.
Axşam
danışarıq”.
Gülümsündü: “Deyirәm axı, niyә bundan cәmi bir
SMS gәlib. Deyәsәn, axşam işlәrim çox olacaq.
Indidәn digәr işlәrimi görüm”...
***
Yaşar beyni suallarla yüklәnmiş vәziyyәtdә
ofisindә oturub düşünürdü. Gözlәmәdiyi anda
gözlәmәdiyi adamdan gәlәn zәng, gözlәmәdiyi
görüş vә iş birliyi tәklifi. Bütün bunlar Yaşara çox
maraqlı
gәlirdi.
Verdiyi
qәrarı
incәlәyirdi:
“Zәhrimara qalsın, gәrәk bir az vaxt istәyәydim.
Fikirlәşib
-
elәmәmiş
razılaşdım.
Inşallah,
altından başqa işlәr çıxmaz bunun. Eee, heç nә
fikirlәşmәk istәmirәm bu haqda”. Qalxıb Kәnanı
yanına çağırdı. Onunla iş haqqında bir az
danışdıqdan sonra:
- Mәn Uyğurgilә gedәcәm, bu gün dә işlәri özün
yola
ver,
-
dedi.
-
Yeni
dükan
üçün
hazırladığımız mәlumat kitabını da mәnә ver,
aparım bir az göz gәzdirim.
- Qardaş, iki gündü Cәvahir xala yaman
narahatdı sәndәn ötrü. Bәlkә bir evә dәyәsәn?
- Naraht olma, zәng edib danışaram.
Paltosunu geyinib ofisdәn çıxdı, maşına oturub
Uyğurun evinә gәldi. Qapının ağzına çatmışdı ki,
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |