Microsoft Word dusguncelerim II hiss?doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/50
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18685
1   ...   31   32   33   34   35   36   37   38   ...   50

105 
 
daxili  qüvvələrini,  enerjisini,  təsirini  meydana  gətirib.  Belə 
nəticə  hasil  olur  ki,  qalaktikalar  bir-birinə  təsirdədir  və  bu 
təsirlər  sayəsində  nizam  əldə  edilir  və  kainatlar  idarə  olunur. 
Bəs,  kainatları  idarə  edən  qüvvə  hansıdır.  Bu  suala  cavab 
axtarmaqla belə hesab etmək olar ki, bu fövqəl kainat qüvvədir 
ki, bir elementdən kainatı yarada bilir.  
Nəticə: Günəş, fəza, su, od, torpaq, hava vahid elementdən 
meydana  gəlib.  Onlarda  vahid  tərkib  əlamətləri  mövcuddur. 
Ə
mələ  gəlmə  prosesləri  (hərəkətin  müəyyən  koordinatlar  üzrə 
təzahürünü  əks  etdirən-vahid  qüvvəni)  qüvvələri  yaradıb. 
Günəş  tükənməz  mənbəyini  kosmik  fəzadan  qəbul  edir  və 
kosmik  fəzaya  və  planetlərə  ötürür.  Planetlərdən  də  enerji 
qəbul  edir.  Bu  baxımdan  da  Günəş  və  planetlər  eyni  sistemin 
tərkibidir.  
Fəza 
itələyici 
elementlərdən 
(hissəciklərdən-yüngül 
hissəciklərdən)  ibarətdir  (yüngül  hissəcikıələrin  lap  sıxlaşmış 
forması  isə  suyu,  atmosferi  və  planetləri  meydana  gətirir. 
Günəşdə  də  kosmik  fəza  sıxlaşır,  mayeyə  və  qaza  çevrilir)  və 
bu  hissəciklər  birləşmələri  itələmə  qüvvəsini  yaradırlar. 
İ
tələmə qüvvəsi əslində digər koordinatda cəzbetmə qüvvəsinə 
çevrilir.  İtələmə  qüvvəsi  başqa  koordinatda  cəzbetmədir. 
Deməli,  əslində  bütün  kainatı  vahid  qüvvə  idarə  edir:-bu,  bir 
tərəfə itələmə,  digər  tərəfdə  cəzbetmədir. Hər  ikisi də hərəkəti 
yaradır  və  hərəkətdən  yaranır.  Hərəkətə  təsir  edən  qüvvə 
vahiddir.  Təbii  ki,  bu  qüvvə  öz  tərkibi  baxımından  da  təsnif 
oluna bilir. Deməli, kainatda yalnız bir makro qüvvə var. Bu da 
hərəkəti yaradan qüvvədir. Cəlbetmə, cəzbetmə, kənarlaşdırma, 
itələmə  yalnız  koordinatlarla  istiqamətlərlə  xassələnən  vahid 
qüvvənin bölgü ünsürləridir. 
Fəza  itələyici  elementlərdən  ibarət olduğuna  görə  (hərəkət 
xassəni  yaradır,  yəni  fəzanın  xassəsi  genişləndirmədir, 
itələmədir.  Məsələn,  insanın  xarakteri  də  onun  hərəkətindən 
meydana  gəlir.  Sürətli  hərəkətlər  enerjinin  bolluğundan 


106 
 
meydana  gəlir)  bərk  materiyanın  Günəşə  doğru  getməsinin 
(Günəş tərəfindən udulmasının) qarşısını alır.  
Fəzaya  düşən  hər  bir  cisim  sürətlə  hərəkət  etməyə 
məcburdur.  Çünki  fəza  elementləri  müstəvisi  itələyicidir, 
genişləndirəndir,  dağıdandır.  Fəzaya  düşən  cisim  dağılmaq, 
həm də sürətlə hərəkət edə bilmək imkanına malikdir.  
Hər  bir  planetin  Günəş  sistemində  öz  yeri  və  payı  vardır. 
Planetlər  olmasa  indiki  kimi  nizam  da  ola  bilməz.  Planetlərin 
birinin olmaması digər planetlərin məhvinə gətirib çıxara bilər. 
Planetlərin sayı və cəm halda kütləsi Günəşin kütləsini meydan 
gətirir. Planetlərin azalması Günəşin kütləsində fərqləri yarada 
bilər;  çünki  enerji  paylanmaları  arasında  tarazlıq  pozula  bilər. 
Elementləri  sorma  və  buraxma  tarazlığı  pozular,  Günəşin 
kütləsi  fərqi  yaranar,  bu  zaman  indki  nizam  pozula  bilər. 
Planetlərin  Günəş  ətrafında  fırlanmasında  da  ciddi  problemlər 
yarana bilər.  
Günəş  oddur  (alovdur),  materiyalar  odu  özlərinə 
çəkirlər.  Bu  zaman  materiya  üzərində  enerji  seli  yaranır. 
Materiyalara 
(planetlərə) 
gələn 
Günəş 
enerjisi 
elə 
hissəciklərdən 
ibarətdir. 
Od 
(alov) 
da 
hissəciklərin 
birləşməsidir.  Nə  üçün  yandırıcıdır,  çünki dağıdıcıdır. Deməli, 
odun  tərkibi  yandırıcı,  dağıdıcı  (digər  materiyaya  tətbiqdə) 
hissəciklərdən  ibarətdir.  Odun  buraxdığı  enerji  (hissəciklər 
toplusu) sürətlə yayılır. Ətraf materiya onu özünə çəkir. Od bir 
materiyadır.  Tərkibi  hissəciklərdən  ibarətdir.  Çox  sürətli  və 
digər materiya tərəfindən cəzb edilən hissəciklərdir, onlar cəzb 
edən  materiyanı  dağıda  bilirlər.  Deməli,  odun  (alovun) 
hissəcikləri  çox  sürətlə  udulur,  digər  materiyada  olan  mövcud 
hissəcik  quruluşlarını  dəyişir  və  nəticədə  dağıdıcılıq  əmələ 
gəlir.  Odun  içərisinə  düşən  hər  bir  cisimin  tərkibində  və 
formasında  mütləq  dəyişikliklər meydana  gəlir.  Alov materiya 
quruluşunu  dağıtmağa  cəhd  göstərir.  Su  da  hissəcikləri 
(formanı məzmuna çevirən) dəyişən elementdir. Deməli, od və 
su  enerjiyə  (qüvvəyə)  malikdir.  Od  sovurma  xassəsinə 


107 
 
malikdir.  Külək  odu  yayır  və  odun  mənbəyini  (yanan  şeyin, 
materiyanın)  tükəndirir.  Alovlanmanın  güclənməsi  təbii  ki, 
materiyada  hissəciklərin  dağılmasına  və  yeni  formalara 
çevrilməsinə səbəb olur. Alovlanma sayəsində hissəciklər  yeni 
məzmun  alırlar.  Deməli,  alov  əslində  məzmun  dəyişən  və 
formanı  dəyişən  qüvvədir.  Qüvvəni  hissəciklərin  hərəkəti 
(sürətlə  yerdəyişməsi)  yaradır.  Hissəciklərin  bərkləşmiş 
toplumunun  hərəkəti  daha  çox  enerji  yaradır.  Deməli,  enerji 
ə
slində  kütlənin  (hissəciklərin  hərəkəti  və  hissəciklərin  toplu 
halda  hərəkəti)  hərəkətindən  yaranır.  Enerji  qüvvənin 
təzahürüdür. Alov həm enerji, həm də qüvvədir.  
Külək  (güclü  hissəciklərin  axını)  sayəsində  enerji  artır, 
alovlanan  materiyanın  hissəciklərinın  məzmunu  dəyişir  və 
materiyadan  olan  hissəciklər  dağılır.  Nə  isə  yanıb  külə  dönür. 
Kül  enerjisi  çıxmış,  hissəciklərinin  çoxusunu  itirmiş  əvvəlki 
mövcudluğun  nisbi  son  vəziyyətidir.  Külək  enerjidir  və 
qüvvədir. Külək zamanı atmosferdə (havada) olan hissəciklərin 
hərəkəti  meydana  gəlir.  Külək  hissəcikləri  (havanı  yaradan 
hissəciklər-havanın  tərkibi)  digər  materiyaya  nisbətdə  formanı 
dəyişir.  Yəni,  qüvvə  tətbiq  edir  və  küləklə  gələn  hissəciklər 
digər  materiyaya  nisbətdə  (təsirdə)  dağıdıcı  olur.  Külək  tərkib 
məzmununu  çevirə  bilmir.  Yəni,  hissəciklərə  təsir  edən  qüvvə 
həmin  hissəciklərin  məzmununu  saxlayır.  Külək  alovdan  daha 
az  təsirli  enerjidir,  qüvvədir.  Yalnız  forma  dəyişəndir.  Külək 
ə
sasən, alov hissəciklərini sürətləndirən və qovandır.  
Su  da  tərkib  dəyişir  və  forma  dəyişir.  Məsələn,  suyun 
güclü  axını  (sel)  sayəsində  həm  materiyalar  öz  quruluşlarını 
dəyişirlər, həm də məhlullar yaranır. Alov və su dağıdıcı-tərkib 
və məzmun  dəyişən,  hissəciklər  axınıdırlar. Onların tərkibində 
ya eyni, ya da bir-birini qovan, fəaliyyətini məkanda dəyişdirən 
hissəciklər  vardır.  Alovu  su  söndürür,  alov  suyun  tərkibini 
dəyişir.  Deməli,  ən  güclü  qüvvələr  su  və  alovdadır.  Ən  böyük 
enerji  də  sudan  və  alovdan  alına  bilər.  Maraqlıdır:  nə  üçün 
bunlar əksdirlər: -belə də güman  etmək olar ki, onlar ayrı-ayrı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə