Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə19/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   15   16   17   18   19   20   21   22   ...   156

f.f.d. Mürsəlov Mirniyaz Mürsəl o.
 
 
52
Qiraət alimləri Ləhni iki yerə ayırmışlar: ləhni-cəli (ىلجلا نحللا) və ləhni-xəfi  نحللا)
(ىفخلا . 
Ləhni-cəli açıq-aşkar xəta deməkdir.  İstər Quran və qiraət elmi sahəsində 
mütəxəssis olan şəxslərin, istərsə də Quran oxumağı bacaran demək olar ki, hər kəsin 
fərqində olub anlaya biləcəyi xətalı oxunuşlar Ləhni-cəli adlanır. Bu xətalar hərflərin 
məxrəclərində və xüsusiyyətlərində, hərəkələrdə və sükunlarda meydana gəlir.
5
 
 
ط Hərfini ت
 kimi, خ
  hərfini
 
ـھ
 kimi, 
صhərfini  سkimi və s. oxumaq hərflərin 
məxrəclərində  və xüsusiyyətlərində edilən xətalardır.  Əl-İxlas surəsinin 2-ci 
ayəsindəki دمصلاkəlməsini دمسلاşəklində oxuduqda məna tamamlilə dəyişir.  
İstər kəlmənin əvvəlində, istər ortasında, istərsə də sonunda bir hərəkəni başqa 
bir hərəkə ilə və ya sükunla dəyişmək də Ləhni-cəlidir. Bu zaman məna əksərhallarda 
dəyişir. Məna dəyişsə də, dəyişməsə də hökm eynidir. Yəni hər iki halda baş verən 
xəta Ləhni-cəli sayılır. Məsələn, əl-Maidə surəsinin 117-ci ayəsindəki (ْمُھَل  ُتْلُق اَم)  ُتْلُق 
kəlməsini  َتْلُقvə ya  ِتْلُقşəklində oxuduqda məna dəyişir.  Əl-Fatihə surəsinin 1-ci 
ayəsindəki (
 
 ِﱠ ِ  ُدْمَحلا) ِ ﱠ ِ kəlməsini  ُﱠ ِ
  və  َﱠ ِ  şəklində oxuduqda isə məna dəyişmir. Lakin 
yuxarıda qeyd etdiyimiz kimi mənanın dəyişib dəyişməməsi nəticəni dəyişmir, hər iki 
ayədə meydana gələn xəta Ləhni-cəlidir. 
Sükunlu hərfin hərəkəli olaraq oxunması da Ləhni-cəlidir. Bu zaman da məna 
bəzən dəyişir, bəzən isə dəyişmir. Məsələn, əl-Ənam surəsinin 148-ci ayəsindəki ( َو
 ٍىْيَش  ْنِم اَنْمﱠرَح  َلا)
 
  اَنْمﱠرَح  َلا kəlməsini  اَنَمﱠرَح  َلا şəklindəoxuduqda məna dəyişir. Əl-İxlas 
surəsinin 3-cü ayəsindəki ( ْدَلوُي ْمَل َو ْدِلَي ْمَل)  ْدِلَي ْمَل kəlməsini  ُدِلَي ْمَل və ya  ْدَلوُي ْمَل َو kəlməsini  َو
 ُدَلوُي  ْمَل şəklində oxuduqda məna dəyişmir. Lakin hər iki halda meydana gələn xətalar 
Ləhni-cəli sayılır. 
İbnul-Cəzəri isə Ləhni-cəlini iki yerə ayırmışdır:  
1. Kəlmələrdə meydana gələn və həm mənanı, həm də təcvid qaydalarını pozan 
ləhni-cəli. Məsələn,
 
 َتْمَعْنَا kəlməsindəki ت hərfini fəthəli və ya damməli oxuduqda həm 
məna, həm də təcvid qaydası pozulur. 
2. Kəlmələrdə meydana gələn və yalnız təcvid qaydasını pozan ləhni-cəli. 
Məsələn,  ِﱠ ِ  kəlməsindəki ل hərfini fəthəli və ya damməli oxuduqda məna dəyişmir, 
təcvid qaydası isə pozulur.  
Qiraət xətalarının namaza təsiri və ya hansı şəkildə baş verərsə, namazı pozacağı 
həm fiqh, həm də təcvid elminin mövzusudur. Bu eyni zamanda hər iki elmin bir-biri 
ilə sıx əlaqəli olduğunu göstərir. Ona görə də təcvid kitablarında bu məsələyə qısa da 
olsa, toxunulur. 
Quran oxuyan hər kəsin öz oxunuşunu Ləhni-cəlidən qoruması  fərzi-eyndir. 
Çünki tilavət əsnasında ləhni-cəli sayılan xətalar baş verərsə, çox vaxt məna dəyişir. 
Hənəfi məzhəbinə görə Quran oxuyarkən hər hansı bir kəlmə məna pozulacaq şəkildə 
qəsdən dəyişdirilsə, namaz pozular. Sözlərin sonundakı  hərəkə  xətaları  mənanı 
dəyişdirsə, namaz pozulmaz. Hərflərin məxrəclərində  və xüsusiyyətlərində edilən 
xətalar da namazı pozmaz. Xüsusilə, س və ص kimi məxrəcləri bir-birinə yaxın olan 
                                                 
5
ص 189 ، نآرقلا مولعلا يف ثحابم ، ناطقلا عانم 


Təcvid elmində ləhn anlayışı və onun namazla bağlı fiqhi hökmlərə təsiri
 
 
53
hərflərin yanlış  tələffüzü namazı pozmaz. Məsələn,  دمصلا  kəlməsini  دمسلا,  ْرَھْقَت  َلاَف 
kəlməsini  ْرَفْكَت  َلاَف  şəklində  tələffüz etmək namazı pozmaz. Lakin, alimlərin çoxuna 
görə
 
  ٌدَحَا ُﷲ  َوُھ  ْلُق ayəsindəki  ٌدَحَا kəlməsinin د hərfini ت kimi tələffüz etmək namazı 
pozar. Eyni zamanda bu ayədə   ُﷲ  kəlməsinin  əvvəlinə   َا sual ədatını  əlavə edərək 
tələffüz etmək də mənanı dəyişdirdiyi üçün namaz pozular.
6
 
Hənəfi məzhəbinin bir çox alimlərinə görə məxrəcləri bir-birinə yaxın olmayan 
hərfləri qarışdıraraq (məsələn ض hərfini  
ذ
  və ya ز kimi) yanlış tələffüz etmək namazı 
pozmaz.  
Şafii və Hənbəli məzhəbinin alimlərinə görə əl-Fatihə surəsi xaric, digər surələri 
oxuduqda meydana gələn xətalar qəsdən baş verməzsə, namaz pozulmaz.
7
 
Cəfəri məzhəbinə görə isə, hərflərin məxrəclərində  və xüsusiyyətlərində 
meydana gələn Ləhni-cəli (məsələn, ض hərfini ظ kimi tələffüz etmək) namazı pozar. 
Eyni zamanda bir hərəkənin başqa bir hərəkə ilə  dəyişdirilməsi də, təşdidli hərfi 
təşdidsiz tələffüz etmək də namazı pozar.
8
 
Yeni öyrənənlərin və yaşlıların bu növ xətaları etməmələri mümkün olmadığı 
üçün onlar üzürlü sayılırlar.  Şübhəsiz ki, tənbəllik edərək, diqqətsizlik, laqeydlik 
göstərərək eyni xətaları edənlər mənəvi məsuliyyət daşıyırlar və üzrlü 
sayılmayacaqlar.
9
 
Ləhni-xəfi (ىفخلا  نحللا) gizli xəta deməkdir. Hərflərin arizi xüsusiyyətlərində 
meydana gələn xətalara ləhni-xəfi deyilir. Quran oxuyarkən ləhni-xəfi meydana 
gələrsə məna pozulmaz. Bəzi qiraət alimləri ləhni-xəfini iki növə ayırmışlar:  
1. Qiraət və təcvid elmi ilə əlaqəsi olan hər kəsin anlaya biləcəyi xətalar. Məsələn, 
ixfa, izhar, iqlab, idğam kimi təcvid qaydalarını düzgün şəkildə  tətbiq etməmək, 
ğunnəni tələffüz etməmək, incə hərfi qalın, qalın hərfi isə incə oxumaq, qəsrlə (qısa) 
oxunacaq hərfləri uzatmaq, uzadılaraq oxunacaq hərfləri qəsrlə oxumaq, hərəkə ilə 
vəqf etmək, şiddətli hərfi zəif, zəif hərfi isə şiddətli tələffüz etmək ləhni-xəfi sayılır.
10
 
2. Qiraət və təcvid elmində mahir mütəxəssis olan şəxslərin fərqində olub anlaya 
biləcəyi xətalar. Məsələn, ر hərfini tərqiq (incə) əvəzinə təfxim (qalın) ilə, təfximin 
yerinə isə tərqiq, ل hərfini təğliz (qalın) əvəzinə tərqiq ilə, tərqiqin yerinə isə təğliz ilə 
oxumaq, bir sözlə  ر  və  ل  hərflərinin hökmlərinə riayət etməmək bu növ 
xətalardandır.
11
 
Quran oxuyarkən ləhni-xəfinin birinci növünün meydana gəlməsi təhrimən 
məkruh sayılır. Ona görə də, üzrlü səbəb olmadan tilavət əsnasında bu xətanı edənlərin 
məsuliyyət daşıdıqları bildirilir. Ləhni-xəfinin ikinci növünün hökmü isə  tənzihən 
məkruhdur. Bu xətanı edənlərin də savabının az olacağı bildirilir. Oxunuşu bu xətadan 
                                                 
6
Hüseyn Algül və digəriləri, İlmihal, səh. 245 
7
Hüseyn Algül və digəriləri, İlmihal, səh. 246 
8
 Məhəmməd Fazil Lənkərani, Tovzihul-Məsail Risaləsi, səh. 105 
9
 Ramazan Pakdil, Ta`lim Tecvid ve Kıraat, s. 33 
10
Ali Osman Yüksel, İbn Cezeri ve Tayyibetü`n-Neşr, s. 291 
11
Mehmet Adıgüzel, Kuran`ı-Kerimin tecvidi ve tilavetiyle ilgili ders notları, s. 42 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə