Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə9/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   5   6   7   8   9   10   11   12   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
35
“Elleyada”sında  görürük.  Mədəni  qəhrəman  (Elley) 
barədə 
əfsanə 
və 
rəvayətlərdən 
ibarət 
olan 
“Elleyada”da  Elleylə  Omoqoy  arasında  qarşılıqlı  əlaqə 
və  münaqişə  diqqət  mərkəzindədir.  Düşmən  təzyiqi 
nəticəsində  ata  yurdlarından  didərgin  düşən  və 
cənubdan  şimala  doğru  köç  etmək  məcburiyyəti  qar-
şısında  qalan  bu  soydaşlar  yeni  yurdda  birincilik 
qovğası  aparası  olurlar  və  bu  qovğa  yakut  rəvayət-
lərində  geniş  əksini  tapır.  A.P.Okladnikovun  sözləri  ilə 
desək “Elley və Omoqoy barədə rəvayətlərin əsasında 
ilahi  mənşəli  əkiz-qəhrəmanlardan  bəhs  edən  qədim 
beynəlxalq süjet durur” (5, 6). 
Qardaşların  rəqabətindən  bəhs  edən  nümunələrə 
Azərbaycan folklorundan da xeyli misal çəkmək olar. 
Azərbaycan  əfsanələrinin  birində  əkin-biçinlə 
məşğul olan iki qardaşdan söhbət açılır. Qardaşlardan 
biri:  “Acmışam,  gəl  çörəh  yeyəh”,  –  deyir.  O  biri 
qardaş: “Namaz  qılax,  sora  yeyəh”, – deyəndə  birinci 
qardaş  acıqlanıb  “qardaşını  vırır  yabıya,  qaldırır 
göyə”.  Əfsanəyə  görə,  göydəki  ay  yaba  ilə  göyə 
qaldırılan  qardaşdır,  ayın  üzündəki  ləkə  yabanın 
yeridir (1, 30). Bu əfsanə iki cəhətdən “Dədə Qorqud” 
boyları  ilə  səsləşir.  Birinci  cəhət  budur  ki,  əfsanədə 
“Dədə  Qorqud”  boylarında  olduğu  kimi,  qədim  türk 
dünyagörüşü  İslam  dünyagörüşü  ilə  toqquşur.  “Dədə 
Qorqud”  eposunun  “Dəli  Domrul”  boyunda  Dəli 
Domrul  ölüm  mələyini  –  Əzrayılı  tanımadığı  kimi, 
nümunə  gətirdiyimiz  əfsanənin  də  qəhrəmanlarından 
biri şəriətin mühüm bir şərti olan namazı qəbul etmək 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
36 
istəmir. 
Əfsanəni 
«Dədə 
Qorqud» 
boylarına 
yaxınlaşdıran  ikinci  cəhət  doğma  adamlar  arasında 
münaqişənin 
olmasıdır. 
İki 
qardaş 
arasında 
münaqişənin  ölüm-dirimlə  nəticələnən  formasına 
«Dədə Qorqud» eposunda da rast gəlirik. 
Əkizlər  mifi  folklorda,  təbii  ki,  dəyişilmiş  şəkildə 
özünü göstərir. Dəyişikliyin mühüm əlamətlərindən biri 
əkiz  olmayan  qardaşlarla  bağlı  obrazlara  folklorda 
daha  çox  təsadüf  edilməsidir.  Belə  obrazlar  “Dədə 
Qorqud” eposu üçün də səciyyəvidir. 
“Dədə  Qorqud”  eposundakı  “Basatın  Təpəgözü 
öldürdüyü  boy”u  nəzərdən  keçirək.  Yadımıza  salaq  ki, 
həmin  boyda  qardaş  məsələsi  diqqət  mərkəzindədir. 
Boyun  əsas  münaqişəsi  olan  Oğuz  eli  –  Təpəgöz 
toqquşmasının  həlledici  döyüşü  (Basatın  Təpəgözlə 
vuruşması)  öz  başlanğıcını  Basatın  böyük  qardaşı 
Qıyan  Səlcuğun  ölümündün  götürür.  Qıyan  Səlcuğun 
Təpəgöz  əlində  həlak  olması  Basatın  qəlbini  intiqam 
hissi ilə doldurur və Basat ağlasığmaz bir addım atır – 
Təpəgözlə  təkbətək  döyüşə  qərar  verir.  Amma  bu 
döyüşün  qardaş  münaqişəsinə  bir  dəxli  varmı?  Bizcə, 
var.  Məsələ  burasındadır  ki,  Basat  aslan  südü  ilə 
bəslənib.  Mətnin  alt  qatında  Basat  aslan  balaları  ilə 
qardaş  olduğu  kimi,  müəyyən  mənada  Təpəgözlə  də 
qardaşdır.  Bu  qardaşlığın  qısa  tarixçəsi  belədir: 
“Bayındır xan bəylər ilə seyrana yetmişlərdi. Bu binarın 
üzərinə gəldilər. Gördülər ki, bir ibrət nəsnə yatır, başı-
götü  bəlirsiz.  Çevrə  aldılar.  Endi  bir  yigit,  bunu  dəpdi. 
Dəpdikcə  böyüdü. Bir  qaç  yigit dəxi dəpdilər, dəpdilər. 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
37
Dəpdiklərincə  böyüdü.  Aruz  qoca  dəxi  enüb  dəpələdi, 
mahmızı  toqundu,  yığanaq  yarıldı,  içindən  bir  oğlan 
çıqdı. Gövdəsi adam, dəpəsində bir gözü var. Aruz aldı 
bu  oğlanı  ətəginə  sarıdı.  Aydır:  –  Xanım,  munu  mana 
verin! Oğlum Basatla yaşlıyayım, – dedi. Bayindır xan: 
–  Sənin  olsun!  –  dedi.  Aruz  Dəpəgözü  aldı,  evinə  gə-
tirdi”  (2,  90).  Nə  qədər  çətin  olsa  da  (neçə  dayənin 
canını  alandan  sonra  əcaib  uşağa  qazan-qazan  süd 
içirmək  lazım  gəlsə  də)  Təpəgözü  Basatla  bir  yerdə 
bəsləyib  boya-başa  çatdırmaq  mümkün  olur.  Oğuz  eli 
ilə, o cümlədən Basatla düşmənçilik  Təpəgözün adam 
əti  yeməsindən  və  Aruzun  onu  evdən  qovmasından 
sonra  başlayır.  Boyda  qeyd  olunan  cüt  qardaşlar 
(Qıyan Səlcuq – Basat,  Qazan xan – Qaragünə,  həm-
çinin  bir  qarının  iki  oğlu)  arasında  heç  bir  ədavətdən 
söhbət  getmədiyi  halda,  Təpəgözlə  Basat  bir-birlərinə 
qənim kəsiləsi olurlar. 
Təpəgözün  Basatla,  bütövlükdə  Oğuz  eli  ilə  düş-
mənçiliyinin səbəbi aydındır: Aruzun Qonur Qoca Sarı 
Çoban adlı bir çobanı sakral aləmə xas yasağı pozub 
pəri qızına qarşı zina işlətdiyinə görə həmin qız Oğuz 
elindən  qisas  almaq  qərarına  gəlir  və  Qonur  Qoca 
Sarı  Çobanın  zinasından  doğduğu  Təpəgözü  Oğuz 
elinə  bir  bəla  kimi  göndərir.  Qonur  Qoca  Sarı  Çoban 
sakral  aləmin  nizam-intizamını  pozduğuna  görə  pəri 
də  Təpəgözün  əli  ilə  Oğuz  elinin  nizam-intizamını 
pozmaq  istəyir.  Sakral  aləmin  qayda-qanununa  xələl 
gətirmədiyi  məqamlarda  sakral  aləm  “sakin”lərinin  – 
dəniz  atlarının,  Zümrüd  quşlarının…  qəhrəmana  yar-


Muxtar Kazımoğlu
__________________________________  
 
 
38 
dımçı olması epizodlarına nağıllarda çox rast gəlmişik. 
Amma Təpəgöz əhvalatı həmin epizodların heç birinə 
bənzəmir.  Təpəgöz  əhvalatı  çayın  qabağını  kəsib 
camaatı  susuz  qoyan  əjdaha,  gözəl  qızları  oğurlayıb 
öz  qalasında  tilsimə  salan  div  əhvalatlarına  bənzəyir. 
Fərq burasındadır ki, Təpəgöz Oğuz eli ilə qohumdur, 
yuxarıda  qeyd  etdiyimiz  kimi,  Basatla  müəyyən 
mənada  qardaşdır.  Qonur  Qoca  Sarı  Çobanın  Oğuz 
elində  başqa  birinin  yox,  məhz  Aruzun  çobanı olması 
və  Təpəgözün  məhz  həmin  çobandan  törəməsi 
Təpəgözü  Basata  bir  az  da  yaxınlaşdırır.  Yeganə 
gözü  çıxarılandan  sonra  nə  qədər  cəhd  eləsə  də, 
Basatı  öldürə  bilməyən  Təpəgöz  sonda  Basatdan 
aman diləyəsi olur. Boyun bu yeri həm də Təpəgözün 
dilindən  deyilən  “qardaş”  sözü  ilə  maraq  doğurur. 
Təpəgöz  Basata  xitabla:  «Əmdi  qardaşız,  qıyma 
mana!» – deyir (2, 93). Bu, o deməkdir ki, Oğuz elinə 
düşmən  kəsilən  Təpəgöz  hardasa  Basatı  özünə 
qardaş  bilir  və  qardaş  bildiyi  adama  qarşı  vuruşur. 
Təpəgözün missiyası elə bundan ibarətdir. Barmağına 
qızıl  üzük  taxıb  Təpəgözü  oxbatmaz,  qılınckəsməz 
məxluqa  döndərməkdə  anasının  məqsədi,  yuxarıda 
qeyd etdiyimiz kimi, Təpəgöz vasitəsilə Oğuz elinin ni-
zamını  alt-üst  etməkdir.  Belə  nizamlardan  biri  qardaş 
birliyidir, 
iki 
qardaşın 
bir 
yerdə 
güç-qüvvət 
yaratmasıdır. 
Diqqət 
yetirin, 
görün 
Təpəgözün 
öldürdükləri  və  yaraladıqları  sırasında  kimlər  var? 
Basatın qardaşı Qıyan Səlcuqla yanaşı, bir qarının iki 
oğlundan  biri,  Salur  Qazanın  qardaşı  Qaragünə. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə