Microsoft Word etraf muhit cavab az doc



Yüklə 480,9 Kb.
Pdf görüntüsü
səhifə8/20
tarix26.10.2017
ölçüsü480,9 Kb.
#6598
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

 

19 


məlumatları  sistemləşdirən,  resursların  kadastr  xidməti  təşkil  edir.Təbii 

resurslarının yerləşməsi və istifadə edilməsi hüququndan asılı olmayaraq təbiətdən 

istifadənin  idarə  etməsi  hər  bir  inzibati  –  ərazi  yaranma  sərhədlərində  təbii 

resurslarının kəmiyyəti,   keyfiyyəti və müxtəlif növlərinin iqtisadi qiymətlənməsi 

tam  informasiyasız  mümkün  deyil.  Təbii  resurslarını  qeydə  almanın  sistemi  ənə-

nəvi  dəqiqlikdən  kənardı:  əldə  olan  kadastr  məlumatı  bütün  təbii  obyekt  və 

resurslarını  əhatə  etmir;  Ərazinin  təbii  resurs  potensialından  səmərəli  istifadə 

etməyin  qeydiyyatının  vacibliyi;  bir  çox  kadastr  göstəricilərinin  olmaması, 

müəyyən ərazidə istifadə olunan ehtiyata səmərəli ekoloji-iqtisadi qiymət verməyə 

imkan vermir və s.  



19. Təbii resursların kompleks ərazi kadastrı və onun əhəmiyyəti. 

Lakin  göstərilən  çatışmazlıqlar  resurs  kadastrının  informasiya  bankı 

sistemində yeni informasiya sisteminin yaranmaqda olan rolunu azaltmır,  hansılar 

ki,  ərazi  aspektində  səmərəli  təbiətdən  istifadə  idarəçiliyinin  rolunu  artırmağa 

cavab  verməlidir.  Belə  sistemin  əsasını  təbii  resursların  kompleks  ərazi  kadastrı 

(TRKƏK)  ola  bilər  ki,    bunlar  da  özlərində  ərazi-təşkilatı  məlumatlar  bankı 

yaradıb,  konkret  ərazinin  təbii  resurs  potensialından  və  regionun  iqtisadi 

vəziyyətindən xəbər versin.  

 TRKƏK-ə daxildir: 

— təbii resursların kəmiyyət və keyfiyyət qiymətləndirilməsi; 

—  resursların  yerləşmələri  haqqında  məlumat,      status  və  mülk  subyektləri,   

təbii resursların istifadəsi və yerləşməsi; 

—  regionun  ekoloji  vəziyyətinin  dinamikası  (hər  bir  təbii  resursun 

istifadəsinin ekoloji məhdudiyyəti); 

—  resursların  iqtisadi  qiymətləndirilməsi  təbii  resurslarından  istifadə  etmə 

haqqını və d.  iqtisadi tənzimləyiciləri müəyyənləşdirən bazadır.  Bazarın inkişafı 

TRKƏK informasiya resurslarına olan tələbat dövlət orqanlarının təbiətdən istifadə 

idarələrinin,  müxtəlif  firmaların,  milli  təbii  sərvətlərin  xərc  qiymətləndirilməsinə 

cavabdeh olduqları kimi, sığorta kompaniyaları və s.  də cavabdeh olacaqlar. 

20. Təbii resursların sərfyyat, renta və qarışıq qiymətləndirilməsi. 

Təbii  resursların  iqtisadi  qiymətləndirilməsi  altında  təbii  xüsusiyyətlərinə 

ə

saslanaraq onların, pulla ifadə olunan təsərrüfat zənginliklərini anlamaq lazımdır.  



qtisadi  qiymətlənmənin  təbii  göstəricisi  yaxşı  sahələrin  az  olması  və  təbii 

resursların miqdarı,   onların keyfiyyəti və ərazi müxtəlifliyidir.  Resursun qiyməti 

təbiətdən  istifadə  edən  istismarçıların  aldığı  effektlə  müəyyənləşdirilir.  Müasir 

dövrdə təbii resursların vacibliyi və labüdliyinin qəbul olunması imkanlarını 2 bir-

birindən  fərqlənən  metodoloji  qiymətləndirmə  konsepsiyası  -  sərfiyyat  və  renta 

yaranmışdır.  Müxtəlif  konsepsiyaların  yaranması  təbii  resursların  ikili 

xarakterindən  irəli  gəlir,  bir  tərəfdən  onlar  istehsalın  təbii  bazası  kimi,  əmək 

məhsuldarlığının artım faktoru kimi çıxış edir,   digər tərəfdən təbii resurslar onun 

məhsulu,   qiymət göstəricisi, milli sərvətlərin elementi hesab olunur.  

Təbii  resursların  iqtisadi  qiymətləndirilməsinin  əsasının  əmək  məhsulu 

kimi müəyyənləşməsində akademik S. Q. Strumilina görə sərfiyyat konsepsiyası 

durur.  Bu  konsepsiyaya  əsasən  resursların  qiymətləndirilməsi  onların 



 

20 


öyrənilməsinə  və  təsərrüfat  dövriyyəsinin  cəlbinə  sərf  olunan  əməklə  müəyyən-

ləşir;  cəmiyyətin  birbaşa  xərcləri  nə  qədər  yüksək  olarsa,  istifadəyə  lazım  olan 

resurs, bir o qədər baha olacaq.  

Sərfiyyat  konsepsiyası,  suyun  qiymətləndirilməsi,  meşə  və  mineral-xammal 

resurslarının bir çox metodik araşdırmaların əsasını təşkil edir. Lakin son zamanlar 

daha  çox  fikir  resurs  qiymətləndirmə  işlərində  renta  konsepsiyasına  verilir.    Bu 

konsepsiyanın  tərəfdarları  sərfiyyat  konsepsiyasının  əsas  nöqsanını  onda  görürlər 

ki,  resursların  qiymətləndirilməsi  zamanı  keyfiyyətcə  daha  ucuz  olan  təbii 

resurslar,  daha  baha  qiymətləndirilir.    Sərfiyyat  konsepsiyasının  başqa  nöqsanı 

təbii  resursların  keyfiyyət  xüsusiyyətlərinin  ciddi  qeydiyyatının  olmamasıdır,   

hansılar  ki,      iqtisadi  qiymətləndirmənin  predmeti  olmalıdır.  Təbii  resursların 

iqtisadi qiymətləndirilməsində renta yanaşmasının əsası ondadır ki, o,   diferensial 

rentanın  gətirdiyi  həmin  resursların  miqdarı  ilə  ölçülür.    Diferensial  rentanın 

iqtisadi  xeyri  ondadır  ki,  o  gücünü  xalq  təsərrüfatında  resursların  təbii  əlverişli 

xüsusiyyətlərinin  qiymətlənməsindən  alır.  Diferensial  rentanın  müəyyənləşdi-

rilməsi  ərazi  müxtəlifliyində,  ictimai  əmək  məhsuldarlığında,  resursların  müxtəlif 

xüsusiyyətində özünü göstərir.  

Qarışıq  qiymətləndirmə  həm  renta  həm  də  sərfiyyatın  cəmi  şəklində 

hesablanır.  Yəni  həm  təbii  resursların  öyrənilməsinə  və  təsərrüfat  dövriyyəsinə 

çəkilən xərcə. həm də ondan alınan effektə görə qiymətləndirmədir. 

Təbii  resursların  renta  qiymətləndirilməsinə  nəzəri  metodoloji  yanaşma  və 

xalq təsərrüfatında onların səmərəli istismarını müəyyənləşdirən metodlar görkəmli 

iqtisadçılar.  L.B.Kantoroviç,  V.S.Nemçinov,  N.P.Fedorenko,  K.Q.Qofmanın 

işlərinin əsasını təşkil edir.  

Absolyut  renta  şəxsi  torpaq  mülkiyyətiylə  bağlıdır,  daha  doğrusu  –  şəxsi 

mülkiyyətin  inhisarıdır.  Absolyut  rentanı  torpaq  mülkiyyətçisi  icarədardan  onun 

məhsuldarlığından  asılı  olmayaraq,  eyni  səviyyədə  həm  pis,  həm  də  yaxşı 

torpaqlardan alır.  



Diferensial  rentanın  yaranmasının  başqa  əsas  amili  təbii  resursların 

məhdud  olmasıdır.    Bunu  K.Marks  da  qeyd  edirdi:  «Diferensial  rentanın 

meydana gəlməsi yaxşı torpaq sahələrinin az olmasındandır. Belə yanaşmanı 

müasir  qərb  iqtisadçıları  da  təsdiqləyir:  « qtisadi  renta  –  istifadə  edilə

torpaqlara və kəmiyyətcə az olan təbii resurslara  verilən qiymətdir «.  Belə-

liklə,  diferensial  rentanın  əsasını,  məhsuldar  torpaqların  və  başqa  təbii 

resursların  istismarından  istehsalçının  aldığı  əlavə  gəlir  təşkil  edir.    Onların 

yaxşı  keyfiyyəti  ona  əmək  məhsuldarlığının  daha  yüksək  olmasından  irəli 

gəlirsə,  ancaq  müxtəlif  məhsuldarlıqlı  torpaqlara  qoyulan  eyni  zəhmət, 

müxtəlif həcmdə kənd təsərrüfatı məhsulları verəcəkdir.  

Diferensial  rentanın  müəyyənləşdirilməsinin  çətinliyi  ondadır  ki,  onu  əlavə 

gəlirdən fərqləndirmək lazımdır, hansı ki,  o, istehsalın daha yaxşı təşkil olunması,   

daha vicdanla işləməmək və s. nəticəsində alınır.  

Təsəvvür edilir ki, təbii resursların iqtisadi qiymətlənməsinə bu üç yanaşmaya 

alternativ ola bilməz. Bunların hər biri bazar münasibətlərinin yaranma şəraitində 

təbiətdən  istifadə  etmədə,  iqtisadi  mexanizmin  yaradılmasında  işlədilir:  məsrə



Yüklə 480,9 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə