19
Birinci halda ödənişin həcmi lisenziya məhsulunun istehsalı və satışından əldə
olunan gəlirin bir hissəsi kimi müəyyən olunur. Bu zaman lisenziarın gəlirdəki
payı kifayət qədər böyük olub 10-50% arasında olur. Bu payın həcmi gəlir
səviyyəsi, patentin qorunması səviyyəsi və ümumiyyətlə verilən (lisenziata)
hüquqların ölçüsü kimi qiymətəmələgətirən amillərdən asılıdır.
Ə
gər lisenziya müqaviləsi üzrə obyekt hələ tam hazır olmayan texnoloji
prosesdirsə və bu zaman əsas qiymətliliyi patent hüququ daşıyırsa o zaman
lisenziarın payı lisenziatın gəlirinin təqribən 20%-ni təşkli edir. Əgər obyekt tam
mənimsənilmiş texnoloji prosesdirsə onda bu payın həcmi 35-50% ola bilər. Əgər
lisenziata yalnız istifadə hüququ verilibsə (digər hüquqlar lisenziarda qalmqaq
şə
rtilə) onda bu göstərici 20-30%-ə bərabər olur.
Royalti əsasında isə istehsal olunan və satılan məhsulun maya dəyərindən asılı
olaraq intelektual mülkiyyət sahibinə ayrılan ödəniş əsasında müəyyənləşir.
Royaltinin hesablanma qaydalarının mövcud olmasına baxmayaraq beynəlxalq
təcrübədə əsasən emprik metoddan istifadə olunur. Beləki, sənayenin müxtəlif
sahələri üçün orta standart qiymət səviyyəsi müəyyənləşdirilir.
qtisadi ədəbiyyatlarda göstərilən qiymətlər bir qayda olaraq 0.5%-lə 14%
arasında dəyişir. Məsələn, elektron sənayedə royalti ayırmaları 1-5%, farmakoloji
sənayedə 2-7%, təyyarəqayırmada 10%, avtomobil sənayesində 1-3%, az
yararlılıq müddəti olan istehlak mallarının hazırlanmasında 0.2-1.5%.
Elmi-texniki biliklərlə beynəlxalq mübadilənin əsas formalarından biri də,
beynəlxalq injinirinqdir. Beynəlxalq injinirinq – ixtisaslaşdırılmış mühəndis-
konsultasiya, tikinti və s. şirkətlər tərəfindən həyata keçirilən, istehsal xarakterli
kompleks əməliyyatların həyata keçirilməsidir. njinirinq xidmətləri ilə bağlı
beynəlxalq ticarətin inkişafı birbaşa elmi-texniki inqilabın təsiri nəticəsində baş
vermişdir. Bu fəaliyyət növünün 3 forması mövcuddur:
20
Konsultativ injinirinq – obyektlərin layihələşdirilməsi, tikinti planlarının
hazırlanması və işə nəzarət edilməsi ilə bağlı intelektual xidmətlərdir.
Texnoloji injinirinq – sənaye obyektinin tikilməsi və istismara verilməsi,
elektrik və su təchizatının hazırlanması, nəqliyyat və s. bağlı texnika və ya
texnologiyanın sifarişçiyə verilməsidir.
Tikinti və ya ümumi injinirinq – avadanlıq və texnikanın çatdırılması,
montaj və quraşdırma işlərinin icrası, mühəndis işlərinin həyata
keçirilməsidir.
Bu sahədə aparıcı şirkətlər ABŞ, Böyük Britaniya, Fransa, Almaniya,
Yaponiya və s. kimi ölkələri təmsil edir.
Beynəlxalq injinirinq bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir: stehsal
xidməti kimi fəaliyyət göstərməsi. Yəni injinirinq istehsal prosesində birbaşa
məhsul istehsalı ilə deyil, sadəcə istehsal prosesinin effektivliliyinin artırlıması ilə
məşğul olur: lahiyələşdirmə, məsləhət xidmətləri, təhsil və s. njinirinq
xidmətlərinin lisenziya və “nou-hau”dan əsaslı surətdə fərqlənir. Beləki lisenziya
və "nou-hau"nun mübadiləsi zamanı satıcı qismində birbaşa ixtiranın sahibi,
müəllifi özü çıxış edir. Bu xidməti və ya istehsal-texnoloji prosesi digər bir şəxs
təklif edə bilməz. njinirinq zamanı göstərilən xidməti isə, eyni zamanda başqa
firmalar da göstərə bilər.
Lisenziya müqavilələrində olduğu kimi injinirinq xidmətlərinin qiymətinin
hesablanması problem yaradır. Bu qiymətlərin səviyyəsini müəyyən etmək üçün
dünya bazarının müxtəlif regionlarında olan rəqib firmaların qiymətləri araşdırılır.
Ə
gər xidmətin heç bir analoqu olmursa, o zaman mütəxəssislərin saat hesabına
ödənişləri baza kimi götürülür. Bu zaman qiymət səviyyələri belə ola bilər: yüksək
sinif mütəxəssislər üçün 60-70 dollar, orta sinif 30-35 dollar, aşağı sinif 20-25
dollar.
21
Beynəlxalq təcrübədə aparıcı sahələrdən biri də françayzinqdir. Tərcüməsi
fransızcadan güzəşt, təzminat deməkdir.
Françayzinq yaranma tarixi orta əsrlərə gedib çıxır. Krallar öz baronlarına
müəyyən xidmət qarşılığında vergilərin toplanmasını həvalə edirdilər. Sadə
adamlar isə müəyyən ödənişlər qarşılığında bu və ya digər bazarlarda öz
məhsullarını satmaq imkanı əldə edirdilər. Maraqlı fakt kimi qeyd etmək lazımdır
ki, Böyük Britaniyada qədim franşizə forması hələ də mövcuddur. Belə ki, bu
franşizə növündə müəyyən ödənişlər qarşılığında müxtəlif yarmarka və sərgilərdə,
bərə-körpülərdə, ayrı-ayrı bazarlarda yer götürmək mümkündür.
Ticari təcrübəyə gəldikdə isə, XVII əsrdə Londonda müasir françayzinq
sisteminə bənzər sistemlər formalaşmağa başladı. XIX əsrin əvvəllərində isə
“əlaqəli, bağlı evlər” sistemi yaradıldı. Sistemin mahiyyəti isə ayrı-ayrı fiziki
şə
xslərə dövlət tərəfindən spirtli içkilərin satışı üçün lisenziyaların verilməsindən
ibarətdir. Buna baxmayaraq bir sıra sahibkarlar xüsusi lisenziya əsasında ev
təsərrüfatlarını daimi şəkildə inkişaf etdirə bilmirdi. Bu cür problemlərin
yaranmasından isə pivə bişirilməsi və satışı ilə məşğul olan şəxslər maksimum
yararlandı. Onlar özlərinə məxsus olan həyətyanı sahələri iri sahibkarlara icarəyə
verir, bunun qarşılığında isə öz pivələrini və digər spirtli içkilərini satmaq üçün
bazarlar əldə edirdilər.
Ümumilikdə, françayzinq kompaniya üçün genişlənmə, əhatə dairəsinin
artırılması vasitəsidir. Bu sistem özündə böyük və kiçik biznesi birləşdirir. Bütün
dünyada françayzinq biznesin inkişaf etdirilməsinin təhlükəsiz vasitəsi hesab
olunur. Bu halda yeni yaradılmış biznesin inkişafına şərait yaradılır, sahibkar ağır
bazar qanunlarının mənfi təsirindən sığortalanmış olur.
Fəaliyyət dairəsinin
genişləndirilməsi zamanı kütləvi adminstrativ xərclərdən vaz keçilir.
Françayzinqin bir neçə növü var:
Dostları ilə paylaş: |