Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə20/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   16   17   18   19   20   21   22   23   ...   327

İdarəetmə mədəniyyəti

həndisliyin,  tarixi  proseslərin  düzgün  dərk  edilməsi  və  effektiv  idarəetmə 

qərarlarının qəbul edilməsinin, gələcəyin proqnozlaşdırılması və qurulması- 

nın əsasında durur.

Kulturologiyanın  müstəqil  elm  kimi  XX  əsrin  20-ci  illərində  başlayan 

yaranması  -  tarix,  fəlsəfə,  sosiologiya,  psixologiya,  həmçinin  bihevioristik 

psixologiya6, psixiatriya,  antropologiya,  iqtisadiyyat və  digər elmlərin inki- 

şafı  ilə  şərtlənmişdir.  İnsanların  davranış  tədqiqinə  Amerika  kulturoloqu, 

professor Lesli Alvin Uayt ciddi töhfələr vermişdir.  1930-cu ildən onun tə- 

rəfindən ABŞ-ın Miçiqan universitetinin antropologiya şöbəsində mədəniy- 

yətin təkamülü problemləri üzrə məhsuldar tədqiqatlar inkişaf etdirilmişdir. 

Əfsuslar olsun ki,  elmdə  və  cəmiyyətdə  yeniliyə  qarşı  müqavimət  qanunu- 

nun  fəaliyyəti  sayəsində  hətta  Amerika  kimi  innovativ  ölkədə,  alimin  bö- 

yük elmi kəşflərinin qəbul edilməsi yalnız keçən əsrin 50-ci illərində müm- 

kün  oldu.  E.B.Teylorun  və  L.Morqanın  təkamül  ənənələrini  bərpa  edərək 

L.A.Uayt,  insanın  fikirləri,  hərəkətləri  və  əşyaları  rəmzi  olaraq  mənimsə- 

məsi  qabiliyyəti  ilə  əlaqəli  olan,  mədəniyyətin  prinsip  etibarilə  yeni  kon- 

sepsiyasını işləyib hazırladı.  O, mədəniyyətə,  insanın qabiliyyətləri  ilə  şərt- 

lənən  rəmzləşdirilmiş  hadisə  və  əşyaların  qarşılıqlı  əlaqəsini  aid  edirdi. 

Bunların sırasına ideyalar, münasibətlər, hisslər, etiqadlar, fəaliyyətlər, dav- 

ranış  modelləri,  adətlər,  qanunlar,  institutlar,  maddi  obyektlər,  vasitələr, 

əmək  alətləri,  mexanizmlər,  əsərlər,  incəsənət  formaları  və  başqaları  daxil 

edilmişdir.  Bu zaman Uayt mühüm kulturoloji  qanun  ifadə etmişdir ki,  ona 

uyğun  olaraq,  insanın  davranışı  onun  mədəniyyət funksiyasıdır  (B=f(C)), 

bunun  da nəticəsində  mədəniyyətin  dəyişməsi  ilə  davranış  dəyişir.  Horatsi, 

İbn  Haldun,  Kant,  Herder,  Kondorse,  Bahofen,  Kont,  Taylor,  Morqan, 

Spenser  və  başqalarının  əsərlərinə  istinad  edərək,  L.A.  Uayt  sübut  etdi  ki, 

təkamül nəzəriyyəsinə  görə, bir formanın digərindən törəməsi təkcə  bioloji 

aləm  üçün  deyil,  həm  də  insan  cəmiyyətinə,  mədəniyyətə  yanaşmada  da 

ədalətlidir.  Bunu nəzərə  alaraq  alim  belə  bir mövqeyə  əsaslanırdı  ki,  təka- 



mül prinsipi  bəşəriyyətin  tarixinin  və  bizi  əhatə  edən  aləmin  tədqiqi  üçün 

başlıca prinsipdir.

Bilikdə  üstünlük -  yaşamağın  və  inkişafın,  hökmranlığın  və  qələbənin, 

istehsalın  məhsuldarlığı  və səmərəli  istehlakın,  mütərəqqi  ideologiyalar və 

düşünülmüş siyasətin  mütləq şərti  olub,  var və olacaqdır.  Müasir dünya ta- 

rixi mərhələsində kulturologiya XX I əsrin hakim paradiqması -  sosial-siya- 

si  inkişafın  aktual  problemlərinin  qoyuluşu,  metodoloji  cəhətdən  onların 

düzgün  təhlili  və  fərdi,  lokal,  regional,  milli,  qlobal  səviyyələrdə  daha  ef-

6 İnsanın davranışının, stimullara sırf fizioloji  reaksiya kimi başa düşülməsini öyrənən.

45



fektiv həllinin  aparıcı konsepsiyası, modeli  olmuşdur.  Müasir elmi kəşflərə 

və  nailiyyətlərə  əsaslanan,  fasiləsiz  olaraq yeniləşən  və  genişlənən biliklər 

kulturologiyanın  görüş  dairəsindədir.  Bu  biliklərin  düzgün  qiymətləndiril- 

məsi və dünya sivilizasiyasının inkişaf proseslərində və ayrı-ayrı sosial mə- 

dəniyyət  institutlarının  inkişafındakı  dəyişiklikləri  nəzərə  alaraq,  yaradıcı- 

lıqla  istifadə  edilməsi  əmək  məhsuldarlığının  artırılması,  insanların  həyat 

fəaliyyəti  keyfiyyətinin  yüksəldilməsi  və  dövlət  idarəçiliyi  sisteminin  tək- 

milləşdirilməsi üçün geniş imkanlar açır.



Kulturologiya, fundamental elm kimi  -  dövlət,  iqtisadi  və  sosial idarəet- 

mə mədəniyyəti ilə bağlı düzgün elmi əsaslandırılmış strateji və situativ  qə- 

rarların  işlənilməsi  və  dərk  edilməsi,  şəxsiyyətin  və  ailənin yüksək  mədə- 

niyyətinin formalaşdırılması,  ictimai münasibətlərin  ahəngdarlığına nail  ol- 

maq üçün əvəzedilməzdir.  Kulturologiyanın xüsusi rolu onunla şərtlənir ki, 

müasir  dünyada  inzibati  xarakterli  və  inteqral  həlli  metodların  istifadəsini 

tələb  edən  problemlərin  sayının  artması  müşahidə  olunur.  Kulturologiya 

strateji  inkişafın  daha  düzgün  modellərinin  (paradiqmalarının),  həmçinin 

konkret siyasi, idarəçilik və  sosial  şəraitdə yaranan tətbiqi məsələlərin həlli 

üçün  alqoritmlərin  (qaydaların  və  fəaliyyətlərin)  seçilməsi  imkanını  verir. 

Buna - məntiq, tarixilik prinsipi və dialektika, həmçinin sistemli yanaşmaya 

əsaslanan tədqiqat metodları kimi universal metodoloji prinsiplər imkan ya- 

radır.  Bu  prinsiplərə  və  metodlara  istinad  edərək,  Kulturologiya  mürəkkəb 

problemlərin  və  konkret  situasiyaların  öyrənilməsinə,  düzgün  metodoloji 

yanaşmanı təyin etməyə imkan verir, effektiv idarəetmə  qərarlarının qəbulu 

üçün  tövsiyələr  hazırlayır.  Eyni  zamanda  kulturologiya,  həm  də  müxtəlif 

ölkə  alimləri və din xadimlərinin öz yaradıcı fəaliyyətlərində riayət etdiklə- 

ri  yüksək  ruhi  mədəniyyət prinsiplərinə  qarşı  duran  zorakılığın  və  mənəvi 

pozgunluğun, mənəvi relyativizmin təbliğinə  qarşı humanist fəlsəfə mənbə- 

yidir.


Dövlət  quruculuğu  və  idarəçiliyi,  insanın  həyat  fəaliyyətinin  innovativ 

texnologiyalarının  işlənib  hazırlanması,  ictimai  münasibətlərin  tənzimlən- 

məsi,  kadrların hazırlanması və  tərbiyə  edilməsi,  həyat keyfiyyətinin və  ri- 

fahın  artırılması,  inkişafın  başlıca  amili  kimi  mədəniyyətin  fasiləsiz  mo- 

dernləşdirilməsi üçün kulturologiyanın strateji əhəmiyyətini qiymətlən- dir- 

mək çətindir.  Gəlin,  özümüzə  sual  verək:  feodal mentaliteti  üstünlük təşkil 

edən ölkələrə yüksək demokratiyanı tez və  ağrısız daxil etmək olarmı?  Çə- 

tin  ki.  Çox güman  ki,  əvvəlcə  demokratiya mədəniyyətinin  inkişafı,  kultu- 

roloji maarifin və təhsilin, demokratik etika və hüquq dəyərlərinin yayılma- 

sı vasitəsi ilə vətəndaşların şüurunun müsbət dəyişdirilməsini nəzərdə tutan 

“hazırlıq  dövrü”  lazımdır.  Burada  əsas  rol  ölkənin  kulturologiya  elminin 

nailiyyətlərinə  əsaslanan  sosial-mədəni  siyasətinə  məxsusdur.  Məhsuldar



Fuad Məmmədov

46



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə