Microsoft Word Fuad-magistr-yenii doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə15/31
tarix17.09.2018
ölçüsü1,06 Mb.
#68736
1   ...   11   12   13   14   15   16   17   18   ...   31

 

40 


 

Parça  modeli  –  bu  modelin  digər  adı  parça  barlar  hesab  olunur.  Bu  model 

seçilən zaman periodu üzrə maksimal qiymət (parçanın təpə nöqtəsi), minimal qiymət 

(parçanın  dib  nöqtəsi),  açılış  qiymət  (parçanın  sol  çıxıntı  səviyyəsi)  və  bağlanış 

qıyməti  (parçanın  sağ  çıxıntı  səviyyəsi)  əks  olunduğu  parça  qrafiklərindən  daha  çox 

uzun zaman periodları üzrə qiymət dəyişkənliklərinin analizindən istifadə olunur. 



Qrafik 2.2. Parça modeli 

 

 



 

 

 



Yapon şamları bu qrafiklər də parça qrafiklərinə oxşar şəkildədir. Sadəcə olaraq 

fərqi barların üzərində xüsusi qeydlərin əks olunmasıdır. 



Qrafik 2.3 Yapon şamları qrafiki 

 

 



 

 

 



Səhm  investorlarını  maraqlandıran  əsas  məsələ  sahibləri  olduqları  səhmlərin 

qiymətlərinin  dəyişkənliklərinin  təyin  olunmasıdır.  Xarici  iqtisadi  ədəbiyyatlarda  bu 

proses yəni qiymət dinamikasının müəyyən olunması səhm betası adlanır. Beta verilən 

səhmin  (həmçinin,  birgə  fondların  və  portfellərin)  qiymətinin  ümumi  bazara,  adətən 

S&P  500  indeksinə  nisbətən  dəyişkənliyinin  kəmiyyət  ölçüsüdür.  S&P  1  faiz 

dəyişdikdə, səhmin dinamikasının necə dəyişdiyi beta ilə ölçülür. Beta 1-dən yüksək 

olarsa, deməli bu səhmin qiyməti ümumi bazara nisbətən daha dəyişkəndir. Beta 1-dən 

aşağı olduqda isə az dəyişkən hesab edilir.  

Beta  səhmin  qiymətinin  nə  dərəcədə  dəyişkən  və  ya  qeyri-sabit  olduğunu 

ölçdüyündən, "risklə" eyni istiqamətdə hərəkət edir - yəni, qiymətin daha dəyişkən olması 

səhmin daha riskli olduğuna işarə edir. Eynilə, daha az dəyişkənlik daha az risk deməkdir. 



 

41 


tkilərin  dayandırılması  əmrinin  müəyyən  edilməsi  zamanı  səhmin  betasının 

müəyyənləşdirilməsi çox faydalı hesab olunur. Çünki beta səhmin qiymətinin dəyişmə 

həddi  haqda  ümumi  anlayış  yaradır.  Əgər  cari  qiyməti  50  ABŞ  dolları  olan  səhm 

adətən 48-52 ABŞ dolları həddində birjaya çıxarılırsa, о zaman bu səhm üzrə "treylinq 

stop'' əmrini  49  ABŞ  dolları  səviyyəsində yerləşdirmək  iqtisadi  cəhətdən  neqativ  hal 

kimi  qiymətləndirilir.  Əgər  səhmin  qiyməti  10  faiz  aşağı-yuxarı  dəyişkəndirsə, 

itkilərin  dayandırılması  əmrini  həmin  günün  qiymətindən  15  faiz  aşağı  səviyyədə 

yerləşdirilməsi məqsədəuyğun hesab olunur. 

nkişaf etmiş sənaye sahəsində iri kapitallaşma şirkətinin səhminin betası adətən 

aşağı olur (1-ə yaxın) - ümumi bazara yaxın. Yeni meydana çıxan sənaye sahələrində 

kiçik  və  orta  kapitallaşma  şirkətləri  gündəlik  qiymət  dəyişkənliyində  daha  həssas 

görünür; bu səbəbdən, onların betası daha yüksək olur.  

Qiymətli  kağızlar  bazarında  qiymətlərin  dəyişilmə  meyllərini  müəyyən  etmək 

və  izləmək  üçün  müxtəlif  birja  indekslərindən  istifadə  olunur.  Birja  indeksi    birja 

ticarət  meydançalarında  ticarət  olunan  aktivlər  qrupunun  (bir  qayda  olaraq  əsasən 

səhmlərin) orta ölçülmüş bazar qiymətidir. Bu alətlərin qiyməti ticarət iştirakçılarının 

tələb və təklifi əsasında formalaşır və bu səbəbdən bazar qiyməti adlanır. Daha dərin 

və  likvid  fond  bazarına  malik  olan  ölkələrdə  bazarın  ümumi  tendensiyasını  ölkənin 

birja  indeksini  müşahidə  etməklə  müəyyənləşdirmək  mümkündür.  Başqa  sözlə, 

indekslər  iqtisadiyyatın  barometri  kimi  çıxış  edir.  Bu  indeksləri  adətən  “səhm 

indeksləri”  adlandırırlar.  Bu  indekslərin  belə  adlandırılmasının  əsas  məqsədi  onların 

müxtəlif  şirkət  və  eləcədə  şirkətlər  korporasiyasının  səhmlərinin  orta  qiymətini  əks 

etdirməsidir. Bu indekslərdən istifadə olunmasının əsas müsbət cəhəti onların qiymətli 

kağızlar  bazarında  qiymətlərin  dinamikasını  əyani  şəkildə  əks  etdirməsidir.  Onların 

ə

sasında  qiymətli  kağızlar  bazarı  və  eləcədə  bu  bazarın  ayrı-ayrı  komponentlərinin 



ümumi vəziyyəti barədə dəqiq və dolğun məlumatlar əldə etmək mümkündür.  

Qiymətli  kağızlar  bazarında  aşağıdakı  növ  indekslərdən  istifadə  olunur  ki, 

bunlar arasındakı əsas fərq onların hesablanma formasıdır. Belə ki, 

Qiymət  üzrə  ölçülən  indeks:  Bu  indeks  növü  bir  səhm  üzrə  fərdi  səhm 

qiymətinin dəyişməsinə əsaslanan dəyişiklikləri izləyir. Məsələn, fərz edək ki, iki növ 

səhm mövcuddur. Hər birinin dəyəri 20 AZN olan A səhmləri və hər birinin dəyəri 40 



 

42 


AZN olan В səhmləri. Qiymət üzrə ölçülən indeksdə 20 AZN dəyərində olan səhmlərə 

nisbətən 40 AZN dəyərində olan səhmlərə daha böyük faiz nisbəti təyin olunur.  ndeks 

yalnız göstərilən bu iki növ səhmlərdən ibarət olarsa, 40 AZN-lik səhmlər indeksin 67 

faizini  təşkil  etdiyi  halda  (səhmlərin  ümumi  sayının  üçdə  ikisi),  20  AZN  dəyərində 

olan  səhmlər  33  faiz  (səhmlərin  ümumi  dəyərinin  üçdə  biri)  təşkil  edəcəkdir.  Dow 

Jones qiymət üzrə ölçülən indeksin ən bariz nümunəsidir. 



Bazar dəyəri üzrə ölçülən indeks: Eyni zamanda, kapitallaşma indeksi adı ilə 

məlum olan bu indeks bazar kapitallaşmasına (və ya bazar dəyərinə) əsaslanan səhmin 

nisbətini izləyir. 

Deyək ki, sizin səhm portfelinizdə 20 AZN dəyərində olan 10 milyon səhm (A 

Səhmi) və 40 AZN dəyərində olan 1 milyon səhm (B Səhmi) vardır. A Səhminin bazar 

kapitallaşması  200  milyon  AZN  olduğu  halda,  В  Səhmimn  bazar  kapitallaşması  40 

milyon  AZN  təşkil  edir.  Buna  görə  də,  bazar  dəyəri  üzrə  ölçülən  indeksə  əsasən,  A 

Səhminin  daha  böyük  bazar  kapitallaşmasına  malik  olması  səbəbi  ilə  o,  indeksin 

dəyərinin 83 faizini təşkil edir. Bazar dəyəri üzrə ölçülən indeksə misal olaraq Nasdaq 

Composite Index - NASDAQ toplu indeksini (kapitallaşma əsasında Qiymətli Kağızlar 

üzrə Dilerlərin Milli Assosiasiyasının qiymətləndirilmiş indeksi) göstərmək olar. 

Geniş  təyinatlı  indekslər:  Yuxarıda  qeyd  olunan  səhm  portfeli  nümunələri 

yalnız iki növ səhmləri göstərir - bu indekslər bazarın mənzərəsini müvafiq şəkildə əks 

etdirmir.  Bir  çox  investisiya  peşəkarları  (xüsusilə  investisiya  menecerləri  və  birgə 

fondlar)  müvəffəqiyyətlərinin  müqayisə  edilməsində  bir  etalon  olaraq  geniş  təyinatlı 

indekslərdən  istifadə  edirlər.  Geniş  təyinatlı  indeks  ümumi  bazar  haqqında  müəyyən 

məlumatı  təmin  edir.  S&P  500  (Nyu-York  fond  birjasında  (NYSE'də)  qeydiyyata 

alınmış  500  korporasiyanın  səhmlərinin  bazar  dəyərinin  indeksi  (400  sənaye,  20 

nəqliyyat, 40 maliyyə və 40 kommunal müəssisə) və Wilshire 5000 (ABŞ-da emitent 

ş

irkətlərin  kapitallaşma  üzrə  qiymətləndirilmiş  təqribən  7,5  min  səhmini  göstərən 



milyard  dollarla  ifadə  olunan  ən  böyük  fond  indeksi)  geniş  təyinatlı  indekslərə  misal 

ola bilər (eyni zamanda, onları bazar qiyməti üzrə ölçülən indeks də adlandırmaq olar). 



Toplu  indekslər:  Nəzərdə  tutulan  indeks  müxtəlif  orta  qiymətlərin  və  ya 

indekslərin birləşməsidir. Bu indeksə misal olaraq NYSE'dəki bütün səhmləri izləyən 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə