MÜHAZ RƏ MƏTNLƏR
«GÖMRÜK HÜQUQU»
MÖVZU 1.
GÖMRÜK HÜQUQU FƏNN N N PREDMET
1. Gömrük işinin mahiyyəti va strukturu.
2. Gömrük hüququnun predmeti
3. Gömrük hüququnun hüququn digər sahələri ilə əlaqəsi
4. Gömrük siyasəti və gömrük qanunvericiliyi
5. Gömrük işi va bu sahədə qanunvericiliyin inkişaf tarixinə dair
6. Gömrük işi sahəsində qanunvericiliyin formalaşması prosesi
Gömrük işinin mahiyyəti va strukturu.
Azərbaycan iqtisadiyyatında bazar münasibəthrinin inkisafı, xarici iqtisadi
fəaliyyətin daha da liberallaşdırılması, sahibkarlıq və təsərrüfat fəaliyyəti ilə məşğul olan
səxslər, habelə tələbələr, aspirantlar və müəllimlər tərəfindən gomrük işinə, gomrük
məsələləri üzrə qanunvericiliyə, digər tərəfdən isə gömrük hüququnun inkisaf
problemlərinə maraq dairəsinin kəskin surətdə artdığını göstərir. Bu maraq isə gömük
hüququ üzrə vəsaitin olmaması, dövri nəsrlərdə bu sahəyə dair materialların və milli
dildə kitab buraxılışının qismən az olması ilə əlaqədardır.
Digər tərəfdən isə qeyd etmək lazımdır ki, gömrük hüququ üzrə sabiq ittifaq
dövründə nəşr olunmuş tədris vəsaitləri və suveren Rusiya Fеderasiyasına mənsub olan -
Rusiya Gömrük hüququna aid dərsliklər, habelə K. F. Heydərovun «Gömrük işinin
ə
sasları» toplusu (4 cilddə) istisna olmaqla göstərilən sahəyə dair stabil bir dərslik
yoxdur.
Məhz bu göstərilənlər gömrük problemlərinin həlli baxımından bu tədris vəsaitinin
yaranmasına yaradıcılıq impulsu vermişdir.
Müəllif tərəfindən bir sıra aktual gömrük-hüquq problemlərinin həllinə kifayət qədər
istinad, movcud ədəbiyyat mənbələrindən istifadə edilməsi, normativ-hüquqi aktların
müqayisəli və hərtərəfli təhlili, nəticələrin şərhi «Gömrük hüququ» tədris vəsaitinin
işlənib hazirlanmasına səbəb olmuşdur.
Gömrük hüququnun xarakteristikası zamanı Azərbaycan hüquq elminin sərbəst
kompleks bir sahəsi kimi onun təhlilinə xüsusi diqqət yetirilmişdir.
Bir sira mühüm məsələlərin həlli konseptual elmi-nəzəri, praktiki xarakter daşiyir və
tədris vəsaiti ümуmi strukturuna görə ümumi, əsas və xüsusi hissələrdən ibarətdir.
2
Ümumi hissədə Azərbaycan Respublikasında gömrük işinin elmi-nəzəri, hüquqi
ə
sasları, onun strukturu müfəssəl şəkildə öz əksini tapmışdır. Bu hissədə gömrük
hüququnun predmeti, sistem və mənbələri, gömrük hüquq münasibətləri, normaları,
gomrük hüquq münasibətləri və gömrük hüququnun obyektləri və subyektləri, hüquq
pozulmasına görə məsuliyyət məsələləri şərh olunmaqla gömrük hüququnun kompleks
hüquq sahəsinin yeni və sərbəst bir еlementi olduğu göstərilir.
Ə
sas hissədə mal və nəqliyyat vasitələrinin sərhəddən кеçirilməsinin gömrük
rəsmiləşdirilməsinin, nəzarətinin aparılmasının hüquqi tənzimlənməsi qaydaları, gömrük
rejimləri, onlar üzrə gömrük proseduralarının tətbiqinin, gömrük nəzarəti formalarının və
nəhayət gömrük tənzimlənmələrinin, ödənişlərin aпаrılmasının, gömrük güzəştlərinin,
gömrük statistikasının və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılmasının
qanunvericilik, hüquqi-normativ aktların tətbiqi ilə əlaqadar təhlili, tafsiri-sarhi hüquqi
ə
saslarla müqayisəli surətdə verilmişdir.
Xüsusi hissədə isə hüquq-mühafizə statusu verilmiş gömrük orqanlarının inzibati-
hüquqi, inzibati-prosessual, cinayat-hüquqi, cinayat-prosessual, əməliyyat-axtarış
fəaliyyəti formaları, digər tərafdən isə Аzərbаycаn gömrük təşkilatının gömrük işi
sahəsində beynəlxalq - hüquqi əməkdaşlığına dair problemlər hərtərəfli və geniş surətdə
təhlil olunaraq açıqlanmiş və bu sahədə fəaliyyət göstərən bəzi beynəlxalq təşkilatların,
birliklərin xarakteristikaları verilmişdir.
Bir sözlə gömrük hüququ gömrük-hüquq münasibətlərini tənzim1əyən normativ-
hüquqi aktların məcmusu əsasınдa Аzərbаycаn qanunvericiliyinin bir sahəsi kimi, habelə
gömrük-hüquq münasibətləri haqqında biliklərin məcmusu olan bir elm kimi xarakterizə
olunmuşdur.
Müəllifin təqdim etdiyi vəsaitdə qarşıda qoyulan məqsəd вə məsələlərə nail
olunmaqla bu sahədəki aidiyyatı problemlər öz həllini tapmışdır.
Vəsait gömrük hüququnun öyrənilməsinə həsr olunmuş tədris vəsaitlərindəndir və
ş
übhəsiz ki, iqtisadçılar, hüquqşünaslar, xarici iqtisadi fəaliyyatlə məşğul olan iş adamları
və onların partnyorları, tələbələr, müdavimlər, habelə aspirantlar, ümumilikdə isə geniş
oxucu kütləsi üçün geniş maraq doğuracaqdır.
Gömrük işinin mahiyyəti va strukturunun izahı va əsaslandırılması problemi
konseptual-nəzəri deyil, eyni zamanda praktiki əhəmiyyətə malikdir.
Azərbaycan Respublikasinın Gömrük Məcəlləsinin (GM) birinci maddəsinə görə,
Azərbaycan Respublikasında Gömrük işini malların və nəqliyyat vasitələrinin
Azərbaycan Respublikasinın Gömrük sərhəddindən keçirilməsinin qaydaları va şərtləri,
Gömrük ödənişlərinin alınması, Gömrük rəsmiləsdirilməsi, Gömrük nəzarəti və Gömrük
siyasətinin həyata keçirilməsinin digər vasitələri təşkil edir. Bu qişa va səliş tərif
bütünluklə Gömrük işinin məğzini tam aça bilmasə da, əsasən onu xarakterizə edə bilir.
Ilk baxişda Gömrük işi mahiyyət etibari ilə sadə gorünsə da, mürəkkəb və
kompleks xaraktеrli, həm də onun elementlərinin həmcins olmaması ilə diqqəti cəlb edir.
Dostları ilə paylaş: |