Birlik daxilində qarşılıqlı iqtisadi əlaqələri qüvvətləndirərkən ayrı-ayrı
ölkələrin göstəricilərini nəzərdən keçirmək lazımdır.
Qazaxıstan və Belarus Rusiyanın səviyyəsinə daha yaxındır (ÜDM-nin 77 və
71%-i). Bundan sonra Gürcüstan (48%), Ukraynadır (45%). Azərbaycan və
Türkmənistan (28%), Ermənistan (26%), Moldova (24%), Qırğızıstan (18%) və
Tacikistan (11%) zəif inkişaf etmiş ölkələrə daxildir.
Göstəricilərin dəyəri MDB-nin keçid iqtisadiyyatlı ölkələri üçün kifayət qədər
etibarlı alət deyil. Ona görə məşğulluğun strukturuna diqqət yetirək.
Kənd təsərrüfatında məşğulluğun ümumi həcminə görə 3 qrup ölkə var.
Rusiya, Belarus, Qazaxıstan və Ukrayna - 13-24%. Orta Asiya ölkələrində xüsusilə
Tacikistan, həmçinin Gürcüstan və Moldova aqrar sektorun həcmi məşğulluğun
xüsusi çəkisinə görə aşağıdır. Burada əhalinin böyük hissəsi hələ sənayeləşmə
dövrünə qədəm qoymamışdır.
Ümumdünya inteqrasiya meyllərindən fərqli olaraq postsovet məkanında
ölkələrin iqtisadi cəhətdən ayrılma prosesi gedir.
MDB ölkələrinin qarşılıqlı münasibətlərindən danışdıqda onların qarşılıqlı
çətinlikləri, yaranmaqda olan iqtisadi fəaliyyətin qloballaşması (regional və
subregional) proseslərini nəzərdən keçirmək lazımdır.
Hamıya məlumdur ki, qlobalizasiyanın hərəkətverici qüvvələri - ölkənin
ticarəti, kapital bazarının liberallaşdırılması, yeni texnologiyaların, məhsulların
bölüşdürülməsi, mübadiləsi strategiyası və istehsalın beynəlxalq xarakterinin
möhkəmləndirilməsi, məhsul, xidmət və kapitalın hərəkəti zamanı yaranan maneələri
aradan qaldırılmasına doğru atdığı addımlardır.
Qlobalizasiya meylləri dünya iqtisadiyyatında müxtəlif cür qiymətləndirilir.
Bunlar EÖ-də meydana gəlir, inkişaf edir və EOÖ-ə böyük təhlükələr yaradır. Bu
təhlükələrin olmaması üçün MDB ölkələri öz unikal geosiyasi mövqeyindən istifadə
edərək öz iqtisadi maraqlarını qoruya və dünya bazarlarına aktiv şəkildə müdaxilə
edə bilər. Bunun üçün bütün hərəkətverici qüvvələr vardır. MDB ölkələri spekrli və
böyük həcmli təbii resurslara, güclü elmi-texniki potensiala, ixtisaslı mütəxəssislərə
və işçi kadrlara malikdir.
Qərbi Avropa və inkişaf edən Asiya-Sakit Okean regionu arasında geosiyasi və
sosial mədəni bir qurum kimi inteqrasiya edən Müstəqil Dövlətlər Birliyi hal-hazırda
beynəlxalq siyasi və iqtisadi münasibətlər sisteminə aktiv şəkildə təsir etmək
gücündədir.
Yeni müstəqil dövlətlərin yaranmasından açıq bazar iqtisadiyyatının
formalaşmasına istiqamət götürən keçmiş ittifaq respublikaları dərin iqtisadi
transformasiyalara məruz qalmışdır.
Nəticədə hal-hazırki dövrdə demək olar ki, bazar iqtisadiyyatının bazisi vardır.
Bir çox ölkələr iqtisadiyyatın açıqlığı, liberalizasiyası ilə təmin olunmuş və bir çox
dövlət müəssisələri və təşkilatlarında iri miqyaslı özəlləşdirmə prosesləri
aparılmışdır.
Keçmiş sovet məkanında MDB-nin bütün ölkələrində iqtisadi münasibətlərin
yeni əsasda qurulması prosesi başlamışdır. Bu konteksdə qeyd etmək lazımdır ki,
hakimiyyətə nail olmaq onlara sərbəst surətdə xarici bazarlara çıxmaq imkanı verir.
MDB-də mürəkkəb iqtisadi vəziyyətin olması onun ölkələrinin dünya təsərrüfat
ə
laqələrinin qoşulmasına hazır olmaması olmuşdur və bunun da nəticəsində neqativ
dezinteqrasiya prosesləri güclənməkdədir. Bu şəraitdə birlik ölkələri milli maraqların
qorunması şərti ilə qarşılıqlı münasibətləri, əməkdaşlığı inkişaf etdirmək üçün
qanunauyğun şəkildə milli təsərrüfatların kompleks inkişafı yollarını axtarır. Burada
qeyd etmək olar ki, son dövrlərdə inteqrasiya prosesləri güclənməkdədir.
1997-ci ilin oktyabrında Kişinyov sammitindən sonra ilk dəfə MDB-yə bitərəf
bir qiymət verildi. Uzun müddət dövlətlərarası forum işə başladı ki, bu MDB
qarşısında duran kompleks problemlərin həlli, onun inkişafı və perspektivlərini
müəyyənləşdirməsi üçün nəzərdə tutulmuşdu. Daha qısa və konkret vəzifə - tam
qiymətli çoxtərəfli azad ticarət zonası formalaşdırılması irəli sürüldü. Bu dövrdən
etibarən aydınlaşdı ki, 15 aprel 1994-cü il azad ticarət zonasının yaradılması barədə
imzalanan, hələ onun yarısı təsdiq edilən bir razılaşma qarşılıqlı işgüzar tərəfdaşlığın
real bazası olmamışdır.
Burada qeyd etmək lazımdır ki, bu sənəd eks prezidentlərin rəyinə görə çox
yüksək tələblərə cavab verirdi. Bu tədricən gömrük rüsumlarının ləğvini, qarşılıqlı
ticarətdə kəmiyyət məhdudlaşdırmalarını, hər bir iştirakçı üçün 3-cü ölkələrə qarşı
münasibətlərin xarakterini özü müəyyən etməyi nəzərdə tuturdu. Lakin fakt
faktlığında qalır.
Bunun səbəbi müxtəlifdir. Bəzi ekspertlər əsas səbəbi MDB çərçivəsində
iqtisadi qarşılıqlı əlaqələrə təşəbbüsün olmaması və ikitərəfli əlaqələri üstün tutmaq
kimi qiymətləndirirlər. Razılaşmanın ireallaşdırılması üçün bu ölkələrdən ticarət
siyasətində əhəmiyyətli mövqelərin razılaşdırılmasını qaçılmaz qarşılıqlı güzəştlərə
getmək hazırlığını tələb etmiş olur.
Digərləri hesab edir ki, hər hansı bir planı həyata keçirərkən onu real faktlardan
götürmək lazımdır. 3-cülər hesab edir ki, azad ticarət rejiminin səmərəli fəaliyyət
göstərməsi üçün müəyyən bir sərhəddə çatmaq və bazar islahatlarının kefyiyyəti
zəruridir. Buraya dövlətlərin hüquqi və iqtisadi sisteminin bağlılığı və uyğun olaraq
islahatların istiqamətliliyi və sinxronluluğu nəzərə alınmalıdır.
Forum bu arqumentləri nəzərdən keçirdi və azad ticarət zonasının yaradılması
haqqında olan razılaşmaya dəyişikliklər və əlavələr edilməsi haqqında protokol
hazırladı. Protokol özündə prinsipial düzəlişlər və təkliflər çoxluğunu birləşdirirdi ki,
mütəxəssislərin qiymətlərinə görə bu sənədi azad ticarət rejiminin müəyyən məqsədə
yönəlmiş bir sənəd kimi dəyərləndirirdi.
Ə
gər adı çəkilən sənəddə qoyulmuş iddialar həyata keçirilsə, nazirlik və
təşkilatların konkret addımları ilə möhkəmləndirilsə, birlik ölkələri əhalinin həyat
səviyyəsinin qaldırılması üçün onların elmi-istehsal, təbii və əmək potensialından tam
və dolğun istifadə edə biləcək mexanizmə yiyələnəcəkdir. Əməkdaşlığın
müvəffəqiyyətli inikşafı üçün həm yuxarı (dövlət orqanları), həm də aşağılar
(təsərrüfat subyektləri) tərəfindən ardıcıl müəyyən bir məqsədə yönəlmiş bir fəaliyyət
göstərilməlidir. Bunlara iyun ayında keçirilmiş Moskva sammitində təsdiq edilmiş
"MDB-nin 2005-ci ilə qədərki dövrdə inkişafına dair" fəaliyyət proqramında ətraflı
şə
kildə nəzər yetirmişdir. Bu sammitin iqtisadi hissəsində diqqət azad ticarət
zonasının formalaşdırılmasına yönəlmişdir. Proqram kompleks ölçülərin həyata
keçirilməsini nəzərdə tutur ki, bu da son nəticədə ilk növbədə bütün birlik inteqrasiya
sistemi üçün faydalı olan milli iqtisadiyyatların qarşısına qoyduğu vəzifələri, 2-ci
Dostları ilə paylaş: |