baş verir. Kəskin təsir EM, istilik təsiri nəticəsində baş verir. Bu təsir əsasən
təhlükəsizlik texnikası qaydaları pozulduqda baş verir. stilik təsiri lokal
xarakter daşıyır. Bu tsirin simptomları şüalanmaya məruz qalan hissənin
topoqrafiyası ilə təyin olunur. Şüalanma zamanı zərərçəkən şüalanmaya məruz
qalan hssədə istiləşmə hiss edir, bu da günəş şüasının təsirinə oxşayır. Bir sıra
hallardabu təsir nəticəsində baş ağrısı, baş gicəllənməsi , ürək bulantısı, qusma,
qorxu hissi, susuzluq, zəiflik, əl və ayaqlarda ağrılarla səciyyələnir.
Zərərçəkənin temperaturu qalxır, ürək fəaliyyəti pozulur və qan təzyiqi yüksəlir.
Üç-dörd gün keçdikdən sonra göstərilən simptomlar yox olur. nsanın iş
qabiliyyəti tam bərpa olunur. Əgər şüalanma güclü olarsa, orqanizmdə müəyyən
lokal dəyişikliklər (yanıq yeri, göz kataraktı və s.) qala bilər [ 16 ].
RT və YT EMŞ-nin digər əsas təsiri oqanizmin əsəb sistemində baş verən
dəyişikliklərdir.Bu təsirin xüsusiyyəti obyektiv və subyektiv amillərdən asılı
olaraq özünü müxtəlif cür biruzə verir. Təsirin effektivliyi əsasən EMŞ-in
intensivliyindən asılı olur. Cədvəl 9-da şüalanma nəticəsində insan
orqanizmində baş verən mümkün dəyişikliklərin siyahısı verilmişdir.
Bir sıra müəlliflər fərz edirlər ki, göstərilən diapazonlarda EMŞ intensivliyi
10 Vt/m
2
-dən az olan hallarda qeyri-dayanıqlı dəyişikliklər baş verir.Bunlara
misal olaraq leykositlərin və limfositlərin sayının artması aid edilir.
Bir sıra tədqiqatçılar çox aşağı tezlikli şüalanmaların daha təhlükəli olduğunu
iddia edirlər. Bu tezliklərə 30-dan 300 Hs-ə kimi olan tezliklər aid edilir. Bu
tezliklərdə şüalanmanın energetik gücü çox böyük olduğundan molekulyar
səviyyədə hüceyrələrdəki əlaqəni dəyişə və yaxud onu tamamilə poza bilmir.
Fərz olunur ki, bu şüalanmalar nəticəsində insanın canlı hüceyrəsində baş verən
proseslər elektrik dəyişmələrinin imitasiyasını yaradır.
Müəyyən olunmuşdur ki, bu imitasiyaların təsirindən xərçəng şişlərinin
artması prosesi sürətləndirilir. Xərçəng xəstəliyinin inkişafına müsbət təsir
göstərən amillərdən biri də, bu sahənin təsiri nəticəsində hüceyrələrin birləşmə
funksiyasının dağılmasıdır.
Təcrübələrdən alınan maraqlı nəticələrdən biri də bir sıra bioloji effektlərin
göstərilən tezliklərdə ancaq sahə dəqiqliyinin müəyyən bir qiymətində baş
verməsidir. Belə ki, qiymətdən nə aşağı, nə də yuxarı həddlərdə qeyd olunan
bioloji dəyişkənlik baş vermir. Bu effektə bəzən “pəncərə effekti” də deyilir. Ola
bilsin ki, bu effekt yerin maqnit sahəsinin xüsusiyyətindən asılıdır [ 14].
Cədvəl 9.
Müxtəlif intensivlikli EMŞ insan orqanizminə təsirinin
nəticəsində baş verə bilən dəyişikliklər.
EMŞ
intensivliyi
mVt/sm
2
Müşahidə olunan dəyişikliklər
600
Ş
üalanma müddətində ağrıların hiss olunması
200
Hüceyrələrdə oksidləşmə-bərpa olunma proseslərinin pisləşməsi
100
Qan təzyiqinin yüksəlməsi və sonradan aşağı düşməsi
40
stiliyin hiss olunması. Şüalanma 0,5-1 saat olduqda qan təzyiqi
20-30mm.c.süt. qədər qalxır.
20
Hüceyrələrdə
oksidləşmə-bərpa
olunma
proseslərinin
aktivləşməsi
10
15 dəqiqə şüalanmadan sonr beynin bioaktivliyinin dəyişməsi.
5
Elektrokardioqrafik dəyişmələr
4-5
Çoxsaylı şüalanmadan sonra qan təzyiqinin dəyişməsi
2-3
Qan təzyiqinin aşağı düşməsi
1
Qan təzyiqinin aşağı düşməsi.Ürək döyüntülərinin artması
0,4
mpuls şəkilli EMŞ təsirindən eşitmə qabiliyyətində
dəyişikliklər.
0,3
5-10 il müddətində belə şüalanmaya məruz qaldıqda əsəb
sistemində xroniki dəyişiklik.
0,05-ə kimi
Qan təzyiqinin azalması müşahidə olunur. Bu uzun müddət
ş
üalanma qəbul etdikdə baş verir.
Xarici ölkələrdə aparılan müşahidə və ölçü nəticələrlə əlaqədar
mütəxəssislər belə nəticəyə gəlmişlər ki, elektrik ötürmə xəttlərinin yaxınlığında
(400 m-dən az məsafədə) yaşayan şəxslərdə xərçəng xəstəliyinə tutulma
ehtimalı 29% artır.Alimlər hesab edir ki, elektrik ötürücü xətləri havanı
ionlaşdırır. Belə hava ilə nəfəs aldıqda yüklü hissəciklər ağ ciyərdə toplanırv
bütün orqanizmdə gedən proseslərə öz mənfə təsirini göstərir.
Radio və YT şüalanmalar görmə və eşitmə sistemlərinə ciddi təsir
göstərirlər. Görmə orqanlarına təsir özünü ən çox hallarda katarakt xəstəliyində
göstərir. Yəni şüalanma təsirindən göz büllurunun rəngi bulanııır və onun
görmə funksiyası itir. Mütəxəssislər göz kataraktının yaranma səbəbləri
içərisində (diabet, ultrabənövşəyi şüalanma, metabolik pozulmalar, ionlaşdırıcı
radiasiya) EMŞ 5-ci səbəb kimi göstərilir. XX əsrin 60-cı illərindən etibarən
elektromaqnit şüalanma mənşəli kataraktın olması artıq sübut olunmuşdur.
Eşitmə prosesində pozuntular əsasən impuls formalı EMŞ müşahidə
olunur. Bunun təsir mexanizmi tam aydınlaşdırılmasa da, aeron effekt bir növ
akustik küylərdə baş verən effektə oxşayır [ 9].
nsan orqanizmi elektromaqnit şüalanmasına hər hansı bir qoruyucu
reaksiya verə bilməz. Lakin bu təsirin müxtəlif xəstəliklərə səbəb olması üçün
müəyyən şərtlər ödənilməlidir. lk növbədə şüalanmanın səviyyəsi güclü olmalı
və təsiri uzunmüddətli olmalıdır. Buna görə də aşaöi səviyyəli EMŞ
yaradanməişət cihazları əhalinin əksər hissəsinə təsir göstərmir.Təhlükə əsasən
üçün mövcud olur ki,EMŞ bu şəxslərdə allergiya yaradır.