64
Xarici ticarət balansı ölkənin xaricdən asılılığını müəyyən etməyə imkan verir. xrac
və idxalın səviyyəsi ölkənin iqtisadi inkişaf səviyyəsinə təsir edir.
Ə
gər idxal həcmi ixracdan çox olarsa bu zaman xarici ticarət balansı mənfi olur,
və iqtisadiyyatda mütləq qeyri-sabitlik vəziyyətinin olmasına şərait yaradır. xracın
həcmi idxaldan çox olarsa xarici ticarət balansı müsbət olur və iqtisadiyyatda mütləq
sabitlik vəziyyətinin olmasına şərait yaradır. dxal və ixrac bərabər olması isə narmal
iqtisadi sabitlik vəziyyətinin olmasına şərait yaradır.
Bazar münasibətlərin formalaşdırıldığı hazırkı mərhələdə Azərbaycan
Respublikasının xarici iqtisadi strategiyasının mühüm istiqamətlərini onun ixrac
imkanlarının artırılması, tək ixrac deyil, həm də idxal əməliyyatlarının strukturunun
təkmilləşdirilməsi, dünya bazarına rəqabətqabiliyyətli məhsullarla çıxılması təşkil
edir və bütün bu proseslər isə ölkənin maliyyə durumunun yaxşılaşması, ölkə
iqtisadiyyatının inkişafı, maliyyə sabitliyinin möhkəmlənməsi üçün şərait yaradır[28,
səh.287].
Xarici ticarət siyasətinin mühüm istiqamətlərindən biri də ixracın
stimullaşdırılması siyasətidir. Azərbaycanda fikrimizcə, ixracın stimullaşdırılmasının
bir neçə metodundan istifadə etmək məqsədəuyğun olardı:
1.vergi və gömrük güzəştlərinin tətbiq edilməsi;
2. xarici ticarət ilə əlaqədar olan sahələrdə məqsədli investisiya proqramlarının
hazırlanması və həyata keçirilməsi;
3. ixracın stimullaşdırılmasında lizinq mühüm rol oynaya bilər;
4. ixracı stimullaşdırmaq üçün istehsalçılara dövlət yardımlarının verilməsi.
5. ixrac-idxal əməliyyatlarının kreditləşdirilməsinin həyata keçirilməsi üçün
güclü kredit təşkilatlarının yaradılması;
6. azad iqtisadi zonaların bir növü olan xüsusi ixracyönümlü və elmi-texniki
zonaların yaradılması.
Azərbaycan Respublikasında xarici ticarət dövriyyəsinin tərkibində mühüm
dəyişikliklər baş vermişdir. Belə ki, ölkəmizdə yeni istehsal sahələrində buraxılan
məhsullar daxili bazarda satılan analoji xarici malları tədricən sıxışdırıb çıxarmış,
65
hətta bəzi hallarda ixraca da yönəldilmişdir. Bu da son nəticədə daxili bazarın
idxaldan asılılığının azaldılmasına imkan yaradır.
Azərbaycanda ixracın böyük bir qismini neft, neft məhsulları və qazın satışı
təşkil etsə də, xarici ticarətdə qeyri-neft sektorunun payı getdikcə artır. Bu
istiqamətdə atılan ən mühüm addımlardan biri Nazirlər Kabinetinin 8 fevral 2011-ci il
tarixli qərarı ilə “2011-2013-cü illər üçün qeyri-neft məhsullarının ixracının
stimullaşdırılmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsidir. Həmin planda
qanunvericilik
bazasının
təkmilləşdirilməsi,
ixrac
malları
istehsalının
stimullaşdırılması, ixracın infrastruktur təminatının yaxşılaşdırılması, keyfiyyətə
nəzarət sisteminin gücləndirilməsi kimi vacib məsələlər öz əksini tapmışdır. Bundan
başqa, Sumqayıtda Sənaye Parkının yaradılması, Gəncədə isə hazırda bu istiqamətdə
işlərin aparılması rəqabətədavamlı və elmtutumlu istehsalın təmin edilməsi, başqa
sözlə, qeyri-neft sektorunun inkişafı, o cümlədən qeyri-neft ixracının artırılması
məqsədi daşıyır.
xrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz,
bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları,
qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik
avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil etmişdir.
dxal olunan mallarda isə nəqliyyat vasitələri və onların hissələri, elektrotexnika
avadanlığı, quru, ərzaq malları, az qiymətli metallar və onlardan hazırlanan
məmulatlar, hava və su nəqliyyatı vasitələri, mebel və onun hissələri, kimya sənayesi
məhsulları, əçzacılıq məhsulları üstünlük təşkil edir.
Azərbaycanın iqtisadi gücünü göstərən daha bir məqam ölkənin elektrik enerjisi
sferasında da əsas ixracatçı statusunu daşımağa başlamasıdır. Ölkənin elektrik
enerjisi satışını və mübadiləsini həyata keçirdiyi ölkələr - Rusiya, ran, Gürcüstan və
Türkiyədir.
Azərbaycan dövləti son illər ayrı-ayrı ölkələrlə ikitərəfli əlaqələrin inkişafına
xüsusi əhəmiyyət verir. Artıq bu sahədə müsbət nəticələr əldə edilmiş, qarşılıqlı
faydalı əməkdaşlığın genişləndirilməsi üçün yeni istiqamətlər müəyyənləşdirilmişdir.
66
Ə
vvəllər Azərbaycanın əsas ticarət partnyorlarını MDB ölkələri təşkil edirdisə,
indi bu nisbət Avropa Birliyi ölkələrinin xeyrinə dəyişib. MDB ölkələri arasında
Azərbaycanla ən cox ticarət dövriyyəsinə malik olan ölkə Rusiya Federasiyasıdır. Bu
ölkənin Azərbaycanın ticarət dövriyyəsindəki payı 50%-dir. Digər MDB ölkələri ilə
müqayisədə Rusiyanın daha böyük üstünlüyə malik olmasının səbəbi bu ölkənin
Azərbaycanın kənd təsərrufatı məhsulları üçün böyük bazara sahib olmasıdır.
Azərbaycanla Rusiya arasında keçmişdə mövcud olmuş iqtisadi-ticari əlaqələr də bu
dövriyyənin artmasında başlıca rol oynayır.
Son dövrlərdə, xüsusilə xarici neft şirkətlərinin Azərbaycanın neft sektoruna iri
həcmli investisiyalarından sonra ölkənin xarici ticarət dövriyyəsində Avropa Birliyi
ölkələrinin rolu artmağa başlayıb. Bu tendensiya Bakı- Tbilisi-Ceyhan boru
kəmərinin işə düşməsindən sonra xüsusilə nəzərə çarpır.
Azərbaycan Avropa Birliyi, ABŞ, Norveç, Kanada, Türkiyə, sveçrə və
Yaponiyanın Ümumiləşdirilmiş Preferensiyalar Sisteminə qoşulmuşdur ki, bu da
Azərbaycan malların bu bazarlara rüsumsuz və ya aşağı rüsumlarla daxil olmasına
imkan verir. Bununla yanaşı Azərbaycan Respublikası Rusiya, Qazaxıstan, Ukrayna,
Moldova, Belarus, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan ilə Sərbəst
ticarət haqqında Saziş imzalamışdır. Yalnız Rusiya və Qazaxıstan ilə imzalanmış
sazişlərdə spirtli içkilər və tütün məmulatları sərbəst ticarət rejimindən istisna
edilmişdir.
Xarici ticarət dövriyyəsində taliya, Rusiya, Fransa, ABŞ, Almaniya, Türkiyənin
xüsusi çəkisinin böyük olduğu müşahidə olunur. Belə ki, 2011-ci ildə xarici ticarət
dövriyyəsinin 26,4%-i taliya, 12,8%-i Fransa, 7,8%-i Rusiya, 6,7%-i ABŞ 4,8 %-i
Türkiyə, 4% Ukrayna, 3,8%-i isə Almaniya ilə olmuşdur. Xarici ticarət
dövriyyəsində ixracatda 35.2%-lə taliya, idxalda isə 16.8%-lə Rusiya öndə durur.
2002-ci ildən başlanan yeni dövr maliyyə sabitliyinin möhkəmlənməsi
nəticəsində sosial - iqtisadi inkişafın dayanıqlı xarakter alması, bazar iqtisadiyyatına
keçid dövrünün başa çatması və ölkənin beynəlxalq əmək bölgüsündə layiqli yer
tutması xarici ticarət dövriyyəsinin yüksəlişinə səbəb olmuşdur.
Dostları ilə paylaş: |