25
Dövlət maliyyəsinin uzunmüddətli sabitliyin analizinin əsas vəzifəsi rusiyalı
alimlərin fikrincə perspektivdə büdcə siyasətində dəyişiklik edilməsi zərurəti
yaradılacaq risklərin aşkarlanmasından ibarətdir. Dövlət maliyyəsinin uzunmüddətli
sabitliyi xalis məcmu borcun, məcmu gəlirlərin, nominal ümumdaxili məhsulun
artım tempi nəzərə alınmaqla müvafiq dövrdəki büdcə xərclərinin nisbəti ilə
müəyyən olunur.
Bununla razılaşmaq olar ki, dövlət maliyyəsinin vəziyyətinin müəyyən olunması
məqsədi ilə onların inkişaf riskinin aşkarlanması vacibdir. Lakin bunun üçün çoxlu
sayda indikatorlardan istifadə etmək lazımdır, axı dövlət maliyyəsinə yalnız dövlət
büdcəsi və məqsədyönlü dövlət fondları aid deyil. Dövlət idarəçiliyi sektorunun cari
gəlir və xərcləri, eləcə də dövlət koorporasiyalarının gəlir və xərcləri nəzərə
alınmalıdır. Özəl borc indikatoruna gəlincə, onları dövlətin ümumi borcları ilə deyil,
mərkəzi hökumət, yerli hökumət, dövlət maliyyə və qeyri -maliyyə
koorporasiyalrının borcları ilə qarşılaşdırmaq lazımdır. Çünki, belə borcun həmişə
dövlət büdcəsinin resursları hesabına ödənilməsi nəzərdə tutulur.
Xarici ölkələrdə bir qayda olaraq dövlət büdcəsinin sabitliyi analizi aparılır.
Alimlər onun vəziyyətinin müəyyən olunması üçün aşağıdakı göstəriciləri istifadə
etməyi təklif edirlər: büdcənin minimal xərcləri (Xm); büdcənin məcmu gəlirləri
(Mg); büdcənin tənzimləyici gəlirləri (Tg), büdcə borcları (b). Onların köməyi ilə
büdcənin dayanıqlılığı belə əks etdirilir:
Mütləq sabitlik
Xm < (Mg +Tg)
Sabitliyinin normal vəziyyəti:
Xm = (Mg +Tg)
Qeyri -sabit vəziyyət
Xm > (Mg +Tg-3)
Mütləq qeyri-sabit vəziyyət
Xm > (Mg+Tg)
26
Xərclər gəlirlərin həcmini və borcları üstələyərsə büdcənin vəziyyəti qeyri -sabit
hesab edilir.
Yerli büdcələrin sabitliyi məsələsi xüsusi rola malikdir. “Büdcənin maliyyə
sabitliyi- yerli hakimiyyət orqanlarının səlahiyyətində olan ərazidə büdcə
proqramında nəzərdə tutulmuş məqsədyönlü vəsaitlərlə sosial-iqtisadi vəzifələri
kompleks şəkildə tam həcmdə və keyfiyyətlə həyata keçirmək imkanıdır. Yerli
büdcənin sabitliyi səviyyəsi minimal büdcə xərclərinin təmin edilməsi üçün
resursların həcmi ilə xarakterizə olunur.
Mərkəzi dövlət idarəçiliyi sektoru çərçivəsində məqsədyönlü dövlət fondları,
xüsusən də pensiya fondunun sabitliyinin qiymətləndirilməsi vacib əhəmiyyətə
malikdir. Fondun gəlir və xərclərinin balansının pozulması onların büdcə kəsirinin
artırılması yolu ilə maliyyələşməsinə səbəb ola bilər. Bu da dövlət maliyyəsinin
ümumi kəsirinin artımına və müvafiq olaraq onun sabitlik göstəricisinin azalmasına
gətirib çıxa bilər. Buna görə də dövlət pensiya sistemlərinin sabiltik məsələlərinə
ayrıca tədqiqatlar həsr olunmalıdır.
BVF ölkələrdə maliyyə sabitliyinin 40 indikatorunu müəyyən etmişdir. Depozit
koorporasiyaları sektoru üçün 25 indikator (bunlardan 12-si əsasdır), depozit
müəssisələrin müştəriləri üçün 15 indikator. BVF hər rübdə depozit müəssisələrin -
bankların maliyyə dayanıqlılığı indikatorları üzrə məlumatları yayır, onlardan 12-si
ə
sas, 10 tövsiyə olunan indikatorlardır.
Yuxarıda qeyd olunanları əsasən, dövlət maliyyəsinin vəziyyətini o zaman sabit
hesab etmək olar ki, dövlət funksiyalarını həyata keçirmək üçün maliyyə vəsaiti
kifayət dərəcədə olsun. Bu halda onların maliyyələşdirilməsi mənbələrindən istifadə
fiskal yükün kəskin artmasına və dövlətin borc öhdəliklərinin ümumi həcminin
artmasına, eləcə də onların strukturunun pisləşməsinə səbəb olmamalıdır.
Beləliklə, dövlət maliyyəsinin vəziyyəti aşağıdakı şərtlərin yerinə yetirildiyi
halda sabitdir:
• cari ödənişlərin təminatı məsələləri həll olunur (onların ödənilməsi, təkrar
strukturlaşdırılması, təkrar maliyyələşdirilməsi, vaxtının uzadılması və s.);
27
• gələcək dövrlər üçün ölkənin inkişafı ilə bağlı vəzifələrin həlli üzrə xərclər
maliyyələşdirilir;
• fiskal siyasət xüsusi və dövlət biznesin inkişafını məhdudlaşdırmır;
• borc ödənişləri üzrə borcların həcmi dövlətin ödəmə qabiliyyətinə dağıdıcı
təsir göstərmir.
Qeyd etdiyimiz kimi maliyyə sisteminin digər bir tərkib hissəsi müəssisə və
təşkilatların
maliyyəsidir.
Mikro
səviyyədə
iqtisadiyyatın
idarəedilməsi
makromaliyyə sabitliyinə öz təsiri göstərir. Müəssisə və təşkilatların maliyyəsi
kommersiya və qeyri-kommersiya müəssisələrinin maliyyəsi, ictimai birliklərin və
təşkilatların maliyyəsinə bölünür.
Müəssisə və təşkilatların maliyyə sabitliyi gəlirlərin xərclərdən stabil olaraq
yüksək olmasını, pul vəsaitlərinin sərbəst manevrliyini və fasiləsiz məhsul (iş,
xidmət) istehsalı və satışı prosesində onlardan səmərəli istifadə olunmasını əks
etdirir[12, səh.501].
Müəssisə və təşkilatların maliyyə sabitliyinin idaərə edilməsi prinsiplər
kompleksindən irəli gəlir. Bu prinsiplər aşağıdakılardır:
- biznesin miqyasının starteji məsələlərə, investisiya tələbatına və bazarın
konkret seqmentində təsərrüfat fəaliyyətinin şərtlərinə uyğunluğu;
- tez- tez qeyri-müəyəyn situasiyalar formalaşdıran maliyyə risklərinin uçotu;
- maliyyə məqsədlərinin, resurs və nəticələrin balanslaşdırılması;
- gəlir və xərclərinin mühasibat uçotunun aparılması;
- gəlir və xərclərin uçotunun prinsiplərinin Maliyyə Hesabatlarının Beynəlxalq
Standartlarına ( MHBS) uyğunlaşması.
- maliyyə sabitliyinin qiymətləndirilməsi və analizi metodlarının sistematik
təkmilləşdirilməsi;
Müəssisə və təşkilatların maliyyə sabitliyinin əsas göstəriciləri bunlardır:
istehsalın təşkil olunma səviyyəsi; xarici investor və kreditorlardan asılılıq səviyyəsi;
təsərrüfat və maliyyə əməliyyatlarının səmərəliliyi; borc ödəmə qabiyyətliliyi
səviyyəsi; mənfəətlik səviyyəsi.
Dostları ilə paylaş: |