www.cafarcabbarli.org
1
“İBLİS”İN SON QURULUŞU
Bu cümə günü Dövlət Türk Teatrında 2-ci dəfə olaraq "İblis" pyesi oynandı.
Bu yeni quruluş xüsusunda Xəlil İbrahim yoldaşın "Kommunist"dəki yazısına əlavə olmaq
üzrə bir neçə məsələni qeyd etmək istərəm:
Əsərin başlıca fikir və hərəkət məhvərini təşkil edən və yeni quruluşda ehtimal ki, Şərq
miniatürlərinə təqlidlə təsvir edilmiş İblis, bizcə bir o qədər də mükəmməl çıxmamışdır. Biz
onun "Əlqəmə" ya "Deyləmə” olması üzərində danışmayacağıq.
Bizcə, İblisin yerinə bir "div" yaratmanın əslində mənası yoxdur. Çünki şərqlilərin
təsəvvür etdiyi "div" "İblis”dəki iblis kimi deyil.
Bu "div" nə isə insan ilə yüksək qüvvələr arasında orta bir yer tutur və hər şeydən əvvəl
böyük maddi və cismani qüvvətə malik, biçimsiz, kobud bir heybətdir. Nə qədər güclü olsa
da, hər halda onu güclü, bacarıqlı bir insan məğlub edə bilər. Ona görədir ki, hər bir
"Məlikməmməd" addımbaşı bir "div" məğlub edir. Mənəvi cəhətinə gəlincə, bunlar çox vaxt
idraksız, şüursuz bir halda təsəvvür edilir.
Bunlar tənbəl, ölgün, yatdığı yerlərindən bəzən əsrlərcə qalxmaz, ətraflarından bir o
qədər də xəbərləri olmaz bir şeydirlər ki, insan kimi yaşayış mübarizəsi aparır.
Halbuki, "İblis"in iblisi heç də belə deyildir. Bu alıcı, çevik, qurnaz, bir dəqiqə rahat durmaz,
bütün dünyanı dolaşır, basılmaz, yenilməz bir qüdrəti-külliyə, "bütün dünyanı" həm yapar,
həm də yıxar qüdrəti var məfhumdur ki, “Dünyada əgər varsa rəqibi, o da Allahdır".
O hər bir şeyi, keçmiş - gələcəyi, olmuş - olacağı bilir, hər bir cinayətdə iştirak edir, cismani
bir vücuddan daha artıq mənəvi bir qüvvətdir. İblisin məqsəd və kimliyini, əsərə toxunmaq
istəmədiyimiz üçün, göstərmirik.
Belə bir qüvvəni səhnədə elə tənbəl gedişlər, danışıqlar, ölgün hərəkətlər ilə təsvir etmək
heç də doğru deyildir. Xüsusilə, atəş olan və doğrudan da düşdüyü yeri yandıran, qanları
qaynadan, fikirləri oynadan, hissləri, duyğuları qızdıran bir od ikən onu soyuducu,
dondurucu və əsasən buz və soyuqluq təsviri üçün işlədilən mavi bir boyada göstərmək yerli
bir şey deyildir.
Ruhlarda bir coşqunluq, bir oynaqlıq törətmək üçün mənzərələr bir sıcaq, məsələ
(qırmızı) boyalar ilə, soyuq və soyuducu bir mühit və təsirat yaratmaq üçün isə, soyuq
boyalar işlədilir ki, mavi boya da bu qəbildəndir.
Hər halda şəkil məna və məzmun ilə uyuşdurulmalıdır. Digər tərəfdən müharibə
meydanlarında çalışan zabitləri gəlin kimi bəzəndirmənin, qazmalarda və İstanbul
salonlarında eyni paltarda çıxarmanın nə qədər doğru olub-olmadığım düşünmək istəyənlər
asanlıqla kəsdirə bilirlər. Xavərin paltarına gəlincə, şəhərdən uzaq, meşələrdə, ormanlarda
yaşayan sadə bir qiz İstanbul, daha doğrusu Paris salonlarında geyilə biləcək 25-ci il modası
ilə tikilmiş bahalı, alafranka əlbəsə və ehtimal ki, "Baksayuz"dan alınmış şıq "lak" çəkmələr -
əldə də bir səhəng, ormanlar, tarlalar, dekolte, lak, səhəng... Doğrudan da, adamın gülməyi
gəlir. Buna qarşı İstanbulda İbn Yəminin ali salonundakı xor, paltarlarıma görə, yenicə
göydən gətirilmiş bir kütləni xatırladır.
Əsl rəqqasələrin paltarı isə burasını bir dürlü anlaya bilmədik, bürüncək tuman
(darbalaq), döşlük, nə isə bu paltar Şərq tarixinin hansi dövrünə aid olursa-olsun, 1918-ci ilin
balet paltarı kimi təbii deyildir.
www.cafarcabbarli.org
2
Səhnə quruluşunda da bir anlaşılmazlıq var idi. Xüsusilə, 1-3-cü pərdənin görünüşü
büsbütün yanlış idi. Burası orman bətirində yol üzərində, insanlardan uzaq yaşayan bir
ixtiyarın qülbəsini, daxmasını təsvir etməli ikən, səhnədə orman və koma əvəzinə top atəşinə
dayanmaq üçün tikilmiş kimi qalın divarlı bir qala, bir bürc görünür. Yenilməz qalın divarlar
şəhər qalıqlarını andırır; böyük darvazalar nə isə mükəmməl bir şaşqınlıq! Hər halda son
teatrın başlıca əsaslarından birisi şəkil ilə məzmunun uyuşurluluğu olduğu üçün rejissor,
xüsusilə, Şərqi daha yaxından tanıya biləcək olan türk qismi, bu cəhətlərə əhəmiyyət
verməlidir.