Microsoft Word Ilhame-qesebova



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix14.07.2018
ölçüsü0,71 Mb.
#55559
1   2   3   4   5   6   7   8

 

5

–  Qazax  aşıqları  və  el  şairlərinin  yaradıcılığının  mövzu 



dairəsini və janr xüsusiyyətlərini müəyyənləşdirmək; 

–  Qazax  aşıqlarının  klassik  poetik  ənənələrini  müəyyənləşdir-

mək və bunu onların fərdi bioqrafik kontekstində araşdırmaq; 

–  Qazax  aşıq  və  el  şairlərinin  yaradıcılığında  dini  şeirlərin 

təhlili yoluyla onların dini dünyagörüşünü araşdırmaq; 

–  aşıq  və  el  şairlərinin  yaradıcılığının  mövzu  dairəsini 

müəyyənləşdirmək; 

–  ustad-şagird  münasibətinin  müasir  dövrə  qədər  qorunub 

saxlanılmasını aşkarlamaq; 

– ustad aşıqların  yaratmış olduqları aşıq  havalarının, sənətkar-

lıq  xüsusiyyətlərinin  səciyyəvi  cəhətlərini  müəyyənləşdirməklə  və 

Qazax aşıq mühitinin regional özəlliklərini təyin etməklə Azərbaycan 

aşıq poeziyası haqqında elmi təsəvvürləri genişləndirmək; 

 –  Qazax  aşıqlarının  yaradıcılığının  dil-üslub  xüsusiyyətlərini 

öyrənmək;  

 – Qazax aşıqlarının məxsusi saz havacatlarını araşdırmaq; 

 –  Qazax  aşıqlarının  dastan  yaradıcılığını  təhlil  etməklə  XX 

yüzildə  dastançılığın  ənənəvi,  özəl,  fərqli  və  oxşar  cəhətlərini 

aşkarlamaq; 

– dastan və nağıl-dastan yaradıcılığını üzə çıxarmaq; 

–  aşıq  və  el  şairlərinin  yaradıcılığında  aşıq  şeir  növlərini 

araşdırmaq; 



Tədqiqatın  nəzəri-metodoloji  əsasları.  Son  dövrlərdə  Azər-

baycan  folklorşünaslığının  qazandığı  elmi-nəzəri  nailiyyətlər, 

müddəalar,  aşıq  sənətinə  tarixi-obyektiv  qiymət  verilməsi  prinsipi 

dissertasiyanın  metodoloji  əsaslarını  təşkil  edir.  Dissertasiya  işində 

müqayisəli  metod,  təsviri  təhlil  əsas  götürülmüş,  dünya  və 

Azərbaycan elminin nailiyyətləri nəzərə alınmışdır. 



İşin  elmi  yeniliyi.  Araşdırmanın  elmi  yeniliyi  Qazax 

bölgəsinin  ilk  dəfə ayrıca bir  mühit  kimi tədqiq  olunması, aşıq  və  el 

şairlərinin  yaradıcılıqlarının  monoqrafik  planda  tədqiqata  cəlb 

olunması ilə şərtlənir.İndiyə qədər Qazax aşıq mühiti ayrılıqda tədqi-

qata cəlb olunmamışdır. Gəncəbasar aşıq mühitinin tərkibində təqdim 

edilən  Qazax  aşıq  mühiti  coğrafi  baxımdan  iki  mühitlə  –  Borçalı  və 

Göyçə  aşıq  mühitləri  ilə  sıx  yaradıcılıq  əlaqəsində  inkişaf  edərək 

daha  da  təkmilləşmişdir.  Ümumilikdə,  Qazax  aşıq  yaradıcılığı  geniş 

şəkildə  öyrənilməmişdir.  Aşıq  Canallı  Məmməd,  Aşıq  Məmmədyar 

Eminov,  Mirzə  Səməd,  Çoban  Əfqan,  Miskin  Əli,  Aşıq  Hüseyn 

 

6

Sarıyev, Aşıq Hüseyn Piriyev, Aşıq Ədhəm Ərəbov, şair Şeyda Əziz, 



Aşıq  Məhəmməd  Qocayev,  Aşıq  Avdı,  Aşıq  Bəhrəm,  Aşıq  Aslan 

Aslanov,  şair  Hacı  Qaracayev,  şair  Qulu  Məşədiyev,  şair  Temraz 

Novruzov,  Aşıq  Ayaz  Zülfüqarov,  Aşıq  Şəmistan  Dərgahquliyev, 

Aşıq  Zəkəriyyə  Mehman  və  onlarla  ustad  aşıqların,  el  şairlərinin 

yaratdıqları  sənət  inciləri  demək  olar  ki,  lazımi  səviyyədə 

öyrənilməmişdir.  

Bu  mənada  XX  əsr  Qazax  aşıq  mühitinin  ustad  aşıqlarının  və 

el  şairlərinin  yaradıcılığı  mövzu  və  elmi  yeniliyi  baxımından  hər 

zaman  tədqiq  edilməyə  möhtacdır.  Azərbaycan  aşıq  yaradıcılığını 

tarixi  baxımdan  yaşadan,  aşıq  şeir  şəkillərində  yenilik  edən, 

özünəməxsus saz havaları yaradan, dastanlar və nağıllar qoşan Qazax 

aşıqlarının,  el  şairlərinin  həyatını  və  yaradıcılığının  elmi  baxımdan 

öyrənilməsinə ehtiyac vardır. Qazax aşıqlarının yaradıcılıqları indiyə 

qədər  müstəqil  tədqiqat  mövzusu  olmayıb  və  elmi  dövriyyədən 

kənarda  qalıb.  Bu  baxımdan  XX  əsr  Qazax  aşıqları  və  el  şairlərinin 

sənətkarlıq  xüsusiyyətlərini  öyrənmək  dissertasiyanın  əsas  elmi 

yeniliyidir. 

Dissertasiyanın  nəzəri  və  praktik  əhəmiyyəti.  Bu  disser-

tasiya  işindən  ali  məktəblərin  folklor,  orta  məktəblərin  ədəbiyyat 

dərsliklərinin  aşıq  sənəti  ilə  bağlı  bölmələrinin  hazırlanması  üçün 

istifadə  etmək  olar.  Ali  məktəblərin  filologiya  fakültələrində  aşıq 

sənətinə  dair  xüsusi  kursların  tədrisi  zamanı  da  bu  tədqiqatdan  elmi 

vəsait kimi istifadə etmək mümkündür. 



Tədqiqatın 

aprobasiyası.  Təqdim 

olunan  dissertasiya 

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda işlənib 

hazırlanmışdır.  Tədqiqatın  əsas  müddəaları  müəllifin  konfrans  və 

seminarlardakı  məruzələrində,  müxtəlif  elmi  məcmuələrdə,  o 

cümlədən xaricdə çap olunmuş məqalələrində öz əksini tapmışdır. 



Dissertasiyanın  quruluşu.  Tədqiqat  işi  giriş,  üç  fəsil,  nəticə, 

istifadə  edilmiş  ədəbiyyat  siyahısından  ibarətdir.  Dissertasiyanın 

“Əlavələr”  bölməsində  vaxtilə  Qazaxda  yaşayıb-yaratmış  və  bu  gün 

də  fəaliyyət  göstərən  aşıq  və  el  şairlərinin  siyahısı  xronoloji  ardıcıl-

lıqla təqdim edilmişdir.  

 

 



 

 

 




 

7

 



TƏDQİQATIN ƏSAS MƏZMUNU 

 

“Giriş”də  mövzunun  aktuallığı  əsaslandırılır,  tədqiqatın 

obyekti,  predmeti,  məqsəd  və  vəzifələri,  işlənmə  dərəcəsi 

müəyyənləşdirilir,  tədqiqatın  elmi  yeniliyindən,  metod  və  mən-

bələrindən,  nəzəri  və  praktik  əhəmiyyətindən  bəhs  edilir,  işin 

aprobasiyası  və  quruluşu  haqda  məlumat  verilir,  mövzunun  tədqiqi 

vəziyyətinə diqqət yetirilir. 

Dissertasiyanın  üç  yarımfəsildən  ibarət  olan  birinci  fəsli 

Qazax  aşıqlarının  Gəncəbasar  aşıq  mühitinin  təşəkkülündə 



rolu”  adlanır.  “Aşıq  mühiti  kontekstində  Qazax  aşıqları  və  el 

şairlərinin  özünəməxsusluğu”  adlanan  birinci  yarımfəsildə  Qazax 

aşıqlarının  Gəncəbasar  aşıq  mühitinin  tərkib  hissəsində  ayrıca  bir 

mühit  olaraq  özəlliyi,  sənətkarlıq  xüsusiyyətləri,  ayrı-ayrı  ustad 

aşıqların və el şairlərinin həyat bioqrafiyasının öyrənilməsi sahəsində 

Azərbaycan  folklorşünaslığında,  xüsusən  son  iyirminci  yüzilliyin 

sonlarında görülən işlərə ümumi nəzər salınmışdır. Göstərilmişdir ki, 

Qazax  aşıq  mühitində  həyat  və  sənət  bioqrafiyasının  dərindən 

araşdırılmasına ehtiyac olan  aşıq və el şairləri çoxdur. Məlumdur ki, 

Qazax mahalı şərti olaraq Gəncəbasar aşıq mühitinin tərkib hissəsinə 

daxil  edilmişdir.  Nəzərə  alsaq  ki,  bu  mahalın  zəngin  folklor 

nümunələri,  coğrafi  baxımdan  iki  –  Göyçə  və  Borçalı  aşıq 

mühitlərinin  sənət  əlaqəsi  ilə  formalaşıb,  onda  Qazax  aşıqlarının 

yaradıcılığında, ifa tərzində bu iki mühitin sənət əlaqəsinin sintezi ilə 

qarşılaşmış  olarıq.  Qazax  aşıqları  ifaçılıqda  yüksək  peşəkarlıq 

qabiliyyəti  nümayiş  etdirməklə  bərabər,  el  şairləri  də  poetik 

yaradıcılıqda  özlərini  sınamışlar.  Miskin  Əli,  Çoban  Əfqan,  Mirzə 

Səməd,  Hacı  Qaracayev,  Qulu  Məşədiyev  və  başqalarını  göstərmək 

mümkündür.  Aşıq  Avdı,  Aşıq  Məhəmməd  kimi  saz  çalıb  məclis 

apara  bilməyən  el  şairlərinin  yaradıcılıqları  da  diqqəti  cəlb  edir. 

Miskin  Əlı,  Çoban  Əfqan,  Hacı  Qaracayev,  Şair Temraz, Şair  Qulu, 

Şair  Cəlil,  Şair  Mustafa,  Şair  Səyyad,  Alı  Baba  və  b.  kimi  şairlər 

demək  olar  ki,  şeirlərini  saz  pərdələri  üstündə  yazıblar.  Həm  də  bu 

şeirlər  aşıqlıq  ənənəsi  üzərində  şəkilləndiyindən  onları  aşıq 

yaradıcılığı kontekstində öyrənmək daha doğrudur. 

 Regional  və  lokal  mühitə  məxsus  ayrı-ayrı  sənətkarların 

yaradıcılığının  fərdi  şəkildə  tədqiqi  bütövlükdə  Azərbaycan  mədəni 

sisteminin  mükəmməl  öyrənilməsi  üçün  zəruri  şərt  olaraq  bu  fəsildə 

 

8



öz  əksini  tapmışdır.  Bu  baxımdan  Qazax  aşıq  mühitinin  və  bu 

mühitin  görkəmli  sənətkarlarının  yaradıcılığının  öyrənilməsi  də  həm 

folklorun  həm  də  konkret  olaraq  aşıq  ədəbiyyatının  gerçək  elmi 

mənzərəsini yaradıb, gələcək nəsillərə ötürmək üçün vacibdir. Qazax 

mahalı  deyəndə  ilk  növbədə  saz  yada  düşür.  Mayası  sazdan-sözdən 

tutulan,  saz  havasına,  söz  müdrikliyinə  güvənən  Qazaxda  bədii-

estetik  fikrin  qaynaqları  cilalanıb  büllurlaşan  müqəddəs  xalq 

inamlarından,  bayramlardan,  adət-ənənələrdən,  zəngin  folklordan 

cilalanaraq  günümüzə  qədər

 

gəlib  çıxmışdır.  Son  zamanlara  qədər, 



Qazax  mahalında  toyları  və  məclisləri  aşıqlar  idarə  edərdi.  Onların 

xüsusi  məclisi  qurular,  ibrətamiz  fikirlər  səslənər,  dastanlar  danışar, 

aralarında deyişmələr yaradar, sonda bir aşıq digərini bağlayardı. Əsl 

sınaq meydanı olardı. Toylar hətta üç, yeddi bəzən qırx gün çəkirmiş. 

Deyilənə görə elə aşıqlar olub ki, ayaqlarını zərblə yerə vurub, səsini 

zilə  çəkəndə  lampalar  titrəyib  sönərmiş.  Hətta  el  arasında  belə 

deyirlər ki, zil səsi ilə lampanı söndürən ustad aşıq Ağköynəkli Aşıq 

Məmmədyar  (Eminov  Məmmədyar)  olub.  Qazax  aşıqlarının 

özünəməxsusluqlarından biri də dini bayramlara, Kərbəla müsibətinə 

hörmətlə  yanaşmalarıdır.  Məsələn,  Qazax  aşıqları  Məhərrəmlik 

ayında  sazın  simlərini  sökərmişlər  ki,  birdən  barmaqları  simə 

toxunar.  Qazax  aşıqlarının  digər  özəlliyi  də  bəlli  mövzulara,  bəlli 

janrlara  daha  çox  üstünlük  vermələridir  ki,  bu  problem 

dissertasiyanın müvafiq fəsillərində araşdırılmışdır. 

Birinci  fəslin  ikinci  yarımfəsli  “Göyçə  aşıq  mühiti  ilə  sənət 

əlaqəsi” adlanır. Burada Qazax aşıq  mühitinin Göyçə  aşıq  mühiti  ilə 

sıx sənət əlaqələrindən danışılır, Gədəbəy, Kəlbəcər bölgələrinin aşıq 

sənəti ilə əlaqələrinə də toxunulur.  

 Prof.  M.Qasımlı  yazır:  “Göyçə  aşıq  mühiti  1988-ci  ildə 

Azərbaycan  türklərinin  zorla  dədə-baba  yurdlarından  çıxarılması 

nəticəsində  dağılmaq  məcburiyyəti  qarşısında  qalmışlar.  Qaçqınlıq, 

didərginlik  məşəqqətləri çəkən Göyçə sənətkarları pərakəndə şəkildə 

Gəncə, 


Şəmkir, 

Daşkəsən, 

Şamaxı 

və 


Bakı 

ərazilərində 

məskunlaşmışlar”.

1

  Bu  yarımfəsildə  Qazax  bölgəsində  1988-ci  ildən 



öncə  yəni  1905-ci  illərdən  ermənilərin  Azərbaycan  türklərini 

çıxartdıqları dövrdən Göyçədən məcburi köçüb yaşayanların çoxluğu 

və  elə  bu  səbəbdən  də  Qazax  və  Göyçə  mahalının  adət-ənənəsinin, 

müəyyən  yaşam  tərzinin,  dialektlərin  bir-birinə  qaynayıb  qarışdığı 

                                                

1

 Qasımlı M. Ozan aşıq sənəti. Bakı: Uğur, 2003, s.92 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə