ideoloji hərəkata Mədinədə çiçəklənmiş elm ocağı rəhbərlik edirdi. Bu elm ocağını Əli ibn
Əbutalib əleyhissəlamın Sadiq ləqəbli nəvəsi təsis etmişdi. O fəal təhqiqatçı böyük mütəfəkkir və
dövrün elmlərinə yaxşı bələd olan bir şəxs idi. O İslamda əsl fəlsəfə üsullu məktəb təsis edən ilk
şəxsiyyət olmuşdur. Onun elmi məclislərində sonralardan fiqhi məzhəb baniləri olmuş
adamlardan əlavə, uzaq yerdən gəlmiş filosof və fəlsəfə elminin tələbələri də, onun dərslərində
iştirak edirdilər. Bəsrə fəlsəfə məktəbinin banisi Həsən Bəsri və Mötəzilə məzhəbinin banisi Vasil
ibn Əta da, o Həzrətin şagirdlərindən olmuş onun elm mənbəyindən bəhrələnmişlər.»
Məşhur tarixçi ibn Xəllikan yazır: “O on iki İmamlı şiələrin İmamlarından biri Peyğəmbər
ailəsinin böyük şəxsiyyətlərindən biri olmuşdur. Düzgünlüyünə və doğru danışdığına görə onu
Sadiq adlandırmışlar. Onun fəzilət və kəraməti o həddədir ki daha bunu şərh etməyə ehtiyac
yoxdur. Əbu-Musa Cabir ibn Həyyan Tərtusi onun şagirdi olmuşdur. Cabir İmam Sadiq
əleyhissəlamın təlimlərini ehtiva etmiş və beş yüz risalədən ibarət olan min vərəq həcmində bir
kitab yazmışdır.
İmam Sadiq əleyhissəlamın dövründəki siyasi ictimai və mədəni
vəziyyət
İmamlar arasında İmam Sadiq əleyhissəlamın dövrü özünəməxsus yer tutmuş və o dövrdəki
siyasi-mədəni vəziyyət heç hansı bir İmamın dövründə olmamışdır. Çünki həmin dövr Bəni-
Üməyyə hakimiyyətinin zəiflədiyi Bəni-Abbasın qüdrətinin isə artdığı bir dövr olmuşdur. Bu iki
dəstə bu müddətdə bir-biri ilə mübarizədə olmuşdur. Hişam ibn Əbdülməlikin dövründən etibarən
Abbasilərin siyasi təbliğatı başlamış hicrətin yüz iyirmi doqquzuncu ilində bu təbliğat artıq silahlı
və nizamlı mübarizəyə çevrilmiş nəhayət yüz otuz ikinci ildə Abbasilərin qələbəsi ilə
nəticələnmişdir. Bu dövrdə Bəni-Üməyyə siyasi çətinliklər içərisində olduğundan daha İmam
Sadiq (əleyhissəlam) və şiələrə (İmam Səccad əleyhissəlamın dövründə olduğu kimi) təzyiq
göstərməyə fürsət tapmırdı. Abbasilər də hakimiyyətə gəlməzdən qabaq Peyğəmbər ailəsinin
tərəfdarı və onların intiqamını almaq şüarı altında hərəkət etdikləri üçün onlar tərəfdən bir
çətinlik törənmirdi. Bu cəhətdən də, bu dövr İmam Sadiq əleyhissəlamın və şiələrin nisbi rahatlıq
və azadlıq dövrü onların elmi-mədəni fəaliyyətləri üçün çox yaxşı fürsət hesab olunurdu.
Xüsusi mədəni şərait
Fikir və mədəniyyət cəhətdən də, İmam Sadiq əleyhissəlamın dövrü mədəniyyət və fikir yüksəlişi
dövrü olmuşdur. O dövrdə İslam cəmiyyəti içərisində misli görünməmiş dərəcədə elmə həvəs
yaranmış və müxtəlif elmlər istər Quran qiraəti təfsir hədis fiqh və əqaid kimi İslami elmlər
istərsə də tibb fəlsəfə astronomiya riyaziyyat və bu kimi digər dünyəvi elmlər meydana gəlmişdi.
Belə ki azca düşüncə tərzi olan hər bir şəxs elm bazarına müraciət edirdi. Deməli İmamın cavab
verməsinin labüd olduğu bir elm teşnəliyi yaranmışdı.
Bu elmi yüksəlişə səbəb olan amilləri aşağıdakı şəkildə xülasə etmək olar:
1. İslamda fikir və əqidə azadlığı; Düzdür bu fikir azadlığında Abbasilərin də rolu olmuşdur
ancaq bu azadlığın bünövrəsi İslam təlimlərində idi. Yəni əgər Abbasilər bunun qarşısını almaq
istəsəydilər yenə bacarmazdılar.
2. O dövrün mühiti tamamilə bir İslami mühit olmuş və camaat məzhəbi fikirlərin təsir dairəsində
olmuşdur. İslam Peyğəmbərinin eləcə də, Quranın elm öyrənmək elm barədə düşünmək
haqqındakı alqışları bu elmi yüksəlişin meydana gəlməsində əsas amillərdən biri olmuşdur.
3. İslamı yenicə qəbul etmiş qəbilələrin əksəriyyəti elm və fikir sabiqəsinə malik olan qəbilələr
olmuşlar. Hətta bəzi vaxtlar bu qəbilələr İran Misir və Suriya qəbilələri kimi o dövr
mədəniyyətinin mərkəzinin əhalisindən hesab olunurdular. Onlar İslam təlimatına dərindən
yiyələnmək üçün təhqiq tədqiqat və nəzər mübadiləsi ilə məşğul olurdular.
4. Dini güzəşt yaxud qeyri-müsəlmanlarla xüsusən də, kitab əhli ilə dinc-yanaşı qonşuluq.
Müsəlmanlar kitab əhli ilə yola gedir və bunu heç də öz dini qayda-qanunlarına zidd bilmirdilər.
O dövrdə kitab əhli əsasən, alim və savadlı adamlar olmuşlar. Müsəlmanlar onlarla elmi əlaqələr
yaradır bu isə təbii ki bəhs təhqiqat və elmi münazirələrə gətirib çıxarırdı.
Məzhəb və firqələrin bir-biri ilə rəftarı
İmam Sadiq əleyhissəlamın dövrü, həm düşüncə və fikirlərin bir-biri ilə mübadilə olunması həm
də məzhəb və firqələrin meydana gəldiyi bir dövr olmuşdur. Müsəlmanların kitab əhlinin eləcə də
yunan alimlərinin əqidə və nəzərləri ilə üzləşməsi nəticəsində müxtəlif növ çətinliklər irəli
çıxmışdı. O dövrdə Mötəzilə Cəbriyyə Mürciə Qulat Zənadiqə Müşəbbihə Mütəsəvvifə
Mücəssəmə Tənasüxiyyə və bu kimi məzhəblər yaranmış və bunların hər biri öz əqidələrini
yaymağa çalışmışlar. Bundan da əlavə, İslami elmlərin hər birində o elmin alimləri arasında fikir
müxtəlifliyi yaranırdı. Məsələn, Quran qiraəti təfsir hədis fiqh və əqaid elmlərində qızğın
mübahisələr yaranır hərə bir cür hökm verərək müxtəlif nəzəriyyəni himayə edirdi.
Böyük Cəfəri məktəbi
İmam Sadiq (əleyhissəlam) yaranmış əlverişli siyasi vəziyyəti və cəmiyyətin böyük ehtiyacını
həmçinin, ictimai şəraitin hazır olduğunu nəzərə alıb atası İmam Baqir əleyhissəlamın elmi və
mədəni inqilabının yolunu davam etdirərək böyük elm ocağı böyük məktəb təsis etdi. O dövrün
dini və dəqiq elmləri sahəsində sayı dörd minə yaxın qeyd edilmiş Hişam ibn Həkəm Məhəmməd
ibn Müslim Əban ibn Təğlib Hişam ibn Salim Mömin Taq Müfəzzəl ibn Ömər Cabir ibn Həyyan
və s. kimi seçilmiş böyük şagirdlər yetişdirdi. Bu şagirdlərin hər biri öz növbəsində böyük elmi
şəxsiyyət və parlaq simalardan olub böyük xidmətlər göstərmişdir. Onlardan bəziləri böyük elmi
əsərlər yazmış çoxlu şagirdlər yetişdirmişlər. Misal üçün qeyd edə bilərik ki Hişam ibn Həkəm
otuz bir cild Cabir ibn Həyyan isə müxtəlif elmlər sahəsində istər dəqiq elmlər istər təbiət elmləri
istərsə də o dövrdə geniş yayılmış kimya sahəsində iki yüz cilddən artıq kitab yazmış məhz buna
görə də, “kimyanın atası” ləqəbini almışdır. Cabirin kitabları orta əsrlər dövründə Avropanın
müxtəlif dillərinə tərcümə edilmişdir. Yazıçılar onun xatirəsini böyük əzəmətlə yad edirlər.
Tövhidi Müfəzzəl risaləsi
Qeyd etdik ki İmam Sadiq (əleyhissəlam) təbii elmlər sahəsində bir sıra elmi bəhslər aparmış bu
günkü alimləri heyrətə gətirən üstüörtülü sirləri açmışdır. Bu məsələnin ən aşkar nümunəsi
(Cabiri yetişdirməsindən əlavə) Tövhidi Müfəzzəldir. İmam Sadiq (əleyhissəlam) onu dörd gün
ərzində imla etmiş Müfəzzəl ibn Ömər Kufi də onu qələmə alaraq nəticədə “Tövhidi Müfəzzəl”
adlı kitabı meydana gəlmişdir. Müfəzzəl özü bu kitabın müqəddiməsində deyir: “Bir gün