62
Müəssisənin maliyyə təsərüfat fəaliyyətinin nəticələrinin daha tam şəkli
onun bir necə illik fəaliyyətinin ğöstəricilərinin dinamikasında və əlavə olaraq,
onun göstəricilərinin orta sahə ğöstəriciləri ilə müqayisəsində görünür.
Maliyyə
təhlili əsasən gələcəyə yönəlməlidir.
Maliyyə təhlili müəssisənin büdcəsinin
qurulmasında, faktiki ğöstəricilərin plan göstəricilərdən kənara çıxmalarınının
səbəblərinin öyrənilməsində istifadə olunur.
Müəssisənin maliyyə təhlilinin əsas xüsusiyyətləri aşağıdakılaran ibarətdir.
1. Maliyyə göstəricilərinin böyük əksəriyyəti nisbi kəmiyyətlərdir, ona görə
də müəssisənin müxtəlif fəaliyyət sahələrini müqayisə etməyə imkan verir.
2. Maliyyə təhlili zamanı müqayisə üçün aşağıdakı kimi faktorları tətbiq
etmək lazımdır:
- Müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin göstəricilərınin müxtəlif vaxt
periodlarında müqayisəsinin tendensiyasına baxılmalıdır ;
- Müəssisənin göstəricilərinin onun aid olduğu sahə üzrə orta statistik
göstəricilərlə müqayisəsi təmin olunmalıdır.
3. Maliyyə təhlili ücün müəssisənin seçilmiş periodda (adətən ildə) tam
maliyyə təsviri olmalıdır. Əgər təhlil zamanı ancaq bir periodun məlumatları varsa,
onda bu məlumatlar mütləq həmin periodun əvvəlinə və axırına aid olmalıdır. Əsas
alət kimi horizontal (dinamik göstəricilər) və vertikal (maddələrin struktur analizi)
analizlərdən istifadə olunur.
Müəssisənin aktivləri, passivləri və xüsusi kapitalının arasındakı əlaqə
mühasibat uçotunun əsas tənliyi olmaqla analiz zamanı da əsas elementlərdən
biridir:
Aktivlər=Passivlər+Xüsusi kapital
Maliyyə analizi zamanı əsas məsələ ğöstəricilərin hesablanması deyil,
alınmış nəticələrin düzgün şərh olunmasıdır. Bu prosesin özündə bir çox
ə
məliyyatlar həmçinin də risklidir. Ona görə də müəssisənin maliyyə fəaliyyətinin
daha düzgün təhlili üçün maliyyə tələbatının təhlili, maliyyələşmə mənbələrinin
təhlili və risklərin təhlilinin də aparılmasını tələb edir.
63
Beləliklə, müəssisənin daha ümumi maliyyə təhlilini sxemdə olan kimi
təsvir etmək mümkündür:
Şəkil 4. Müəssisənin ümumi maliyyə təhlili sxemi.
AR “Mühasibat uçotu”
haqqında qanunda “maliyyə” hesabatlarının tərkibi
ə
sasən mühasibat balansından və ona əlavə edilən maliyyə nəticələri (mənfəət və
zərərlər) və onların istifadəsi, əmlakın, fondların, dövriyyə vəsaitlərinin, xüsusi
kapitalın, pul vəsaitlərinin, qeyri-maddi aktivlərin, maliyyə və kapital
qoyuluşlarının və s. aktiv və passivlərin hərəkəti haqqında hesabatlardan ibarətdir.
Ona görə də müəssisənin maliyyə təsərrüfatı fəaliyyətini təhlil etmək üçün
aşağıdakı maliyyə - mühasibat hesabatlarını istifadə etmək lazımdır.
1.
Müəssisə balansı ( Forma № 1)
2.
Maliyyə nəticələri və onların istifadəsi haqqında hesabatı
(Forma № 2)
3.
Müəssisə balansına əlavə ( Forma № 5)
Təhlil zamanı vergi bəyannamələrini də araşdırmaq məqsədəuyğun hesab
edilir.
Müəssisənin
maliyyə
vəziyyətinin təhlili
Müəssisənin
maliyyə
resurslarına
tələbatının təhlili
Maliyyələşdirmə
mənbələrinin
təhlili
Risklərin
təhlili
Yeni məqsədlərin, maliyyə planlarının
və maliyyə ehtiyaclarının
müəyyənləşməsi
Maliyyə resurslarına tələbatın
ödənilməsi
64
Balans müəssisənin müəyyən vaxtda, məsələn, hesabat dövrünün sonuna
maliyyə vəziyyətini əks etdirir. AR “Mühasibat uçotu”
haqqında qanunda hesabat
dövrü 1 yanvar – 31 dekabr dövrünü əhatə edir, maliyyə hesabatları da bu
müddətin əvvəlinə və sonuna olan nəticələri əks etdirir.
Maliyyə nəticələri və onun istifadəsi haqqında hesabat müəyyən müddət
ə
rzində müəssisənin gəlir və xərclərini göstərir, bütövlükdə onun fəaliyyətinin
səmərəliliyinə qiymət verir.
Müəssisə balansına əlavədə (Forma № 5-də) müəssisənin xüsusi
kapitallarının hərəkəti, borc vəsaitlərinin hərəkəti, debutor və kreditor borcların
dəyişməsi, maliyyə qoyuluşları və s. öz əksini tapır.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, müəssisənin maliyyə hesabatları
həmin müəssisənin maliyyə vəziyyətinin əksidir. Bu hesabatlara baxdıqda
müəssisənin xalis mənfəəti, debutor və kreditor borcları, məhsul satışından daxil
olmalar, müəssisənin büdcə qarşısındakı öhdəlikləri və s. kimi məlumatlar bəlli
olur. Ancaq bu nəticələr müəssisənin maliyyə təhlili üçün kifayət etmir. Daha
dərindən təhlil aparmaq üçün müxtəlif üsul və metodlardan istifadə edilir. Hazırda
ə
saslı maliyyə təhlilləri aparmaq üçün maliyyə əmsalından istifadə edilir. Maliyyə
ə
msalı bir mühasibat göstəricisinin digərinə nisbətidir. Məlumdur ki, müqayisəsi
heç bir iqtisadi məzmuna malik olmayan göstəricilər əsasında maliyyə əmsalları
formalaşmır. Məsələn, satılan məhsulun maya dəyərinin qisa müddətli borca
nisbəti təhlil üçün heç bir lazımlı nəticə vermir. Ona görə də maliyyə əmsalları
müəssisənin fəaliyyətini səmərəli təhlil etmək üçün daha uyğun göstəricilər tətbiq
edilməlidir. Ümumiyyətlə, müəssisənin fəaliyyətinin səmərililiyinin beş aspektini:
rentabellik, aktivlərin dövriyyəsi, xüsusi və borc vəsaitləri hesabına maliyyələşmə
mənbəyi, likvidliyi və bazar dəyərini təhlil etmək lazımdır. Maliyyə əmsallarının
təhlili həm müəssisənin bu günkü vəziyyətini qiymətləndirməyə imkan verir, həm
də onun gələcək fəaliyyətini planlaşdırmağa kömək edir.
Müəssisənin maliyyə əmsalları əsasında müxtəlif metodlarının tətbiqi ilə
daha dərin təhlillər aparmaq mümkündür. Əmsalların analizi müəssisənin bir neçə
maliyyə təsərrüfat göstəricilərinin əlaqələndirilmə bacarığıdır. Bu metodlardan biri