Naxçıvan : inkişafın yeni mərhələsi
Naxçıvan Muxtar Respublikasının yeni inkişaf mərhələsi öz başlanğıcını Ali
Məclisin 1995-ci il dekabrın 16-da keçirilmiş sessiyasından götürür. Məhz həmin
sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri seçilmiş cənab Vasif
Talıbov 1969-cu ildən başlanan Heydər Əliyev quruculuq və inkişaf yolunun ağır
blokada şəraitində yaşayan, istehsal və nəqliyyat əlaqələrinin maksimum məhdudluğu
səbəbindən ciddi problemlərlə üzləşən muxtar respublikamızda davam etdiriləcəyini,
öz fəailiyyətini bu proqram əsasında quracağını bəyan etmişdir.
Ötən 16 il ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab
Vasif Talıbov bu yolu muxtar respublikamızda böyük əzmlə, yüksək dinamizmlə
davam etdirmiş, həyata keçirilən məqsədyönlü siyasət sayəsində Naxçıvan Muxtar
Đstəyirəm
ki,
mənim
arzum,
istəklərim,
Azərbaycan
dövləti
haqqında, müstəqli Azərbaycanın
gələcəyi haqqında və Azərbaycanın
ayrılmaz hissəsi olan Naxçıvan
haqqında
planlarım,
arzularım
yerinə yetirilsin.
Heydər Əliyev,
Azərbaycan xalqının
ümummilli lideri
Naxçıvanın uğurlu inkişafı Azərbaycanın uğurlu
inkişafı
deməkdir.
Bizim
müstəqilliyimizin
möhkəmləndirilməsi deməkdir. Burada gedən
işlər məni çox sevindirir. Mən əminəm ki, bu
gözəl ənənələr gələcək illərdə də davam
etdiriləcək və Naxçıvan Muxtar Respublikası
həm iqtisadi inkişaf sürətinə görə, həm də
infrastruktur layihələrinin səviyyəsinə görə
nəinki bu regionda, hətta dünya miqyasında
qabaqcıl yerlərdə olacaqdır.
Đlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
2
Respublikası davamlı sosial-iqtisadi yüksəliş və ictimai həyatdakı nailiyyətləri
fonunda keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Bu dövrdəki məqsədyönlü fəaliyyət nəticəsində, ilk növbədə muxtar
respublikamızın hərtərəfli tərəqqisində mühüm amil olan ictimai-siyasi sabitlik
qorunub saxlanılmışdır. Ötən dövr ərzində bütün iqtisadi fəaliyyət sahələrində sürətli
inkişafa rəvac verən səmərəli iqtisadi siyasət muxtar respublikamızda tarazlı və
davamlı inkişaf üçün başlıca amil olmuş, şəhər və rayonlarımızda canlanma
yaranmış, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti
formalaşdırılmış, yeni təsərrüfat subyektləri yaradılmış və işsizliyin səviyyəsi
xeyli dərəcədə azalmışdır. Muxtar respublikamızın mərkəzində olduğu kimi,
rayonlarımızda, hətta ən ucqar kəndlərimizdə belə nəqliyyat-kommunikasiya
sisteminin bərpası, elektrik enerjisi, rabitə, qaz, su təminatı kimi sosial məsələlərin
həlli, müasir informasiya texnologiyalarının tətbiqi mədəni-intellektual yüksəlişə
əsaslı zəmin yaratmışdır. Muxtar respublikada mövcud potensialdan səmərəli istifadə
etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin
fəaliyyətinin daha da genişləndirilməsinə, ixracyönümlü məhsul istehsalının
stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin
daha da yaxşılaşdırılmasına, məşğulluq səviyyəsinin, xüsusilə gənclərin faydalı əmək
məşğulluğunun artırılmasına və ümumilikdə muxtar respublika iqtisadiyyatının
dinamik inkişafına nail olunmuşdur.
Muxtar respublikada son illərdə həyata keçirilən iqtisadi və sosial təmayüllü
islahatlar qısa tarixi dövr ərzində makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin
etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş və əhalinin həyat səviyyəsinin
əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olmuşdur.
Geniş ictimai rəydə “Naxçıvan möcüzəsi” adlandırılan iqtisadi inkişafın
Naxçıvan modeli haqda Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri belə
xarakteristika verir: “Yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə
sədaqət olanda, adamların qayğısı və ehtiyacları hədəfə alınanda istənilən
möcüzəni yaratmaq olar”.
3
Müqayisələr və nəticələr
Ötən 16 il ərzində əldə olunmuş uğurlar və nailiyyətlər dəqiq düşünülmüş icra
intizamının və Heydər Əliyev yoluna sədaqətin nəyə qadir olduğunun daha bir
göstəricisinə çevrilmiş, muxtar respublikamızda iqtisadi və sosial sahədə
makroiqtisadi göstəricilər hər il yüksələn xətlə davam etmişdir.
Bütün makroiqtisadi göstəricilərin pozitiv meyilli yüksəlişi təmin edilmiş,
2011-ci ilin yanvar-noyabr aylarında ümumi daxili məhsulun həcmi 1995-ci ilə
nisbətən 38 dəfə, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 31 dəfə, sənaye
məhsulunun həcmi 69 dəfə, əsas kapitala yönəldilən investisiyalar 261 dəfə, kənd
təsərrüfatının ümumi məhsulu 7 dəfə, nəqliyyat sektorunda yük daşınması 18 dəfə,
informasiya və rabitə xidmətlərinin həcmi 90 dəfə, pərakəndə əmtəə dövriyyəsi
20 dəfə, əhaliyə göstərilən pullu xidmətlər 30 dəfə, ixracın həcmi 142 dəfə, dövlət
büdcəsinin gəlirləri 26 dəfə, əhalinin gəlirləri 44 dəfə, hər bir nəfərə düşən gəlirlər
35 dəfə, orta aylıq əməkhaqqı isə 21 dəfə artmışdır.
Bir sıra əsas göstəricilər baxımından son 16 il ərzində yaradılmış iqtisadi
potensial və qazanılmış uğurlar muxtar respublikamızın yarandığı 1924-cü ildən
1995-ci ilədək - yəni 71 illik zaman məsafəsində əldə olunanları xeyli üstələyir.
Mühüm bir fakt ondan ibarətdir ki, 1924-1995-ci illər ərzində muxtar respublikada
fəaliyyət göstərən sənaye müəssisələrinin maksimum sayı 56-ya bərəbər olmuş, ötən
16 il ərzində isə sənaye sahəsində reallaşdırılan islahatların uğurlu nəticəsi kimi əlavə
olaraq 373 yeni müəssisə işə başlamış və hazırda bu göstərici 429-a çatmışdır.
Analoji qaydada sənaye məhsullarının sayı üzrə də müsbət meyillər özünü
göstərməkdədir. Əgər 1924-1995-ci illərdə muxtar respublikada istehsal olunan
sənaye məhsullarının sayı üzrə maksimum göstərici 28-ə bərabər idisə, ötən 16 il
ərzində əlavə olaraq 215 yeni sənaye məhsulunun istehsalına başlanılmış və bu
göstərici ümumilikdə 243-ə çatmışdır.
Nəqliyyat kompleksinin müasirləşdirilməsi çərçivəsində avtomobil yollarının
inşası üzrə dinamika inkişaf səviyyəsini səciyyələndirən mühüm göstəricilərdəndir.
Ötən 16 il ərzində muxtar respublikanın inzibati ərazisində 3221 kilometr
4
uzunluğunda yeni avtomobil yolları inşa olunmuşdur ki, bu da 1924-1995-ci illər
ərzində salınmış 1320 kilometr uzunluğunda avtomobil yollarını 2,4 dəfə üstələyir.
Son 16 il üzrə iqtisadi inkişafın xarakterik xüsusiyyətlərindən biri də ondan
ibarətdir ki, iqtisadiyyata investisiya qoyuluşlarının davamlılığı və proporsional
bölgüsü
təmin
olunmuşdur.
Keçmiş
sovetlər
birliyinin
yüksək
inkişaf
mərhələlərindən hesab olunan 1989-cu ildə muxtar respublikada tikinti sektorunda
1 ay ərzində istifadə olunan 2535 ton beton qarışığı hazırda 1 gün ərzində inşaat
işlərinə sərf olunmaqdadır.
Təhsilə göstərilən yüksək qayğı hazırkı dövlət siyasətinin başlıca
məqsədlərindəndir. Bu qayğını aydın ifadə etməyə imkan verən mühüm bir göstərici
ondan ibarətdir ki, ötən 16 il ərzində muxtar respublikada 178 yeni məktəb tikilərək
və ya yenidən qurularaq istifadəyə verilmişdir. Sovetlər birliyi dövründə isə bu sayda
məktəbi inşa etmək üçün 43 il vaxt sərf olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri öz çıxışlarında dəfələrlə
vurğulamışdır ki, dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır. Məhz bu
prinsip üstün tutulmaqla əhalinin sağlamlığının qorunması, tibbi profilaktika
işinin genişləndirilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması, müasir tibbi
avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası səhiyyə sahəsində
reallaşdırılan mühüm islahatlardandır. Təkcə son 16 il ərzində muxtar respublikada
185 səhiyyə ocağı tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir ki, bu
sayda tikilini təhvil vermək üçün keçmiş sovetlər birliyi vaxtında 50 ilə yaxın vaxt
lazım gəlmişdir.
Ümumi Daxili Məhsul istehsalının həcmi
2 milyard dollara çatdı
Đ
qtisadi inkişafın əsas ölçüsü hesab olunan Ümumi Daxili Məhsul istehsalının
həcmi cari ilin yanvar-noyabr aylarında 1 milyard 658 milyon 334 min 900 manata
çatmaqla 1995-ci ildəki göstərisini 38 dəfə üstələmişdir. 2011-ci ilin noyabr ayının
21 də muxtar respublikanın tarixində ilk dəfə olaraq Ümumi Daxili Məhsul
5
istehsalının həcmi 2 milyard Amerika Birləşmiş Ştatları dolları səviyyəsinə çatmış və
rekord göstərici təmin olunmuşdur.
Đqtisadi islahatların effektiv nəticəsidir ki, hazırda Naxçıvan Muxtar
Respublikası iqtisadi fəallıq üzrə öz statusunu aqrar bölgədən sənaye regionuna
dəyişmişdir. Artıq muxtar respublikada il ərzində istehsal olunan sənaye məhsulunun
həcmi kənd təsərrüfatı məhsulunun həcmini orta hesabla 2 dəfədən çox üstələyir ki,
bu da ümumilikdə inzibati ərazimizdə sənaye potensialının aparıcı mövqe qazandığını
sübut etməkdədir. Hazırda istehsal olunan Ümumi Daxili Məhsulun sahə
struklturunda ilk yeri sənaye sahəsi, ikinci yeri isə tikinti sektoru tutmaqdadır.
Son 16 il ərzində 373 yeni sənaye müəssisəsi işə başlayıb
Hazırda sənaye muxtar respublika iqtisadiyyatının lokomotivi rolunu
oynamaqdadır. Ötən 16 il ərzində muxtar respublikanın sənayesində həyata keçirilən
islahatların başlıca məqsədi mövcud sənaye müəssisələrinin fəaliyyətinin bərpası və
yenidən qurulmasından, yeni müəssisələrin yaradılmasından, sənaye məhsullarının
istehsalının təşkilindən, təbii sərvətlərin və əmək resurslarının səfərbər edilməsi
tədbirlərini həyata keçirməklə sənayenin dayanıqlı və davamlı inkişafını təmin
etməkdən ibarət olmuşdur. Bu dövr ərzində kənd təsərrüfatı məhsullarının emalı
müəssisələrinin yaradılmasına və bu əsasda da ixrac potensialının artırılmasına xüsusi
diqqət yetirilmişdir.
Sənaye sahəsində həyata keçirilən irimiqyaslı islahatların uğurlu nəticəsidir ki,
son 16 il ərzində muxtar respublikada 373 yeni sənaye müəssisəsi işə başlamışdır. Bu
hesaba hazırda muxtar respublikada 243 adda sənaye məhsulu istehsal olunmaqdadır.
6
9133,4
13765,4
41207,3
631591,9
1995-ci il
2000-ci il
2005-ci il
2011-ci ilin
yanvar-noyabr
ayları
Sənaye məhsulunun istehsalının dinamikası, min manatla
Hazırda muxtar respublikanın sənaye müəssisələrində 14437 nəfər işçi çalışır
ki, bu da 01 yanvar 1996-cı ildəki göstəricini 7 dəfə üstələyir.
Sənayenin əsas sahələrindən biri elektroenergetikadır. Muxtar respublikada
elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə ötən dövr ərzində ümumi
gücü 87 mVt olan Naxçıvan Modul Elektrik Stansiyası, ümumi gücü 22 mVt olan
Biləv Su Elektrik Stansiyası, Heydər Əliyev Su Anbarı üzərində 4,5 mVt gücündə Su
Elektrik Stansiyası tikilmiş, ümumi gücü 60 mVt olan Naxçıvan Qaz-Turbin Elektrik
Stansiyası isə yenidən qurulmuşdur. Hazırda Şərur rayonunda Arpaçay və Ordubad
rayonunda Ordubad su elektrik stansiyalarının tikintisi davam etdirilir. Həyata
keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, 2011-ci ilin yanvar-noyabr ayları
ərzində 658,3 milyon kvt saat elektrik enerjisi istehsal edilmişdir ki, bu da 1995-ci
ildəki göstəricidən 6 dəfə çoxdur.
Bu gün muxtar respublikamız elekrtik enerjisi idxal olunan regiondan elektrik
enerjisi ixrac edən diyara çevrilmişdir.
Uzunmüddətli fasilədən sonra muxtar respublikada istehlakçıların, ən əsası isə
əhali təsərrüfatlarının təbii qazla təminatı həyata keçirilir. Artıq əhalinin və təsərrüfat
subyektlərinin qazla təchizatı prosesi başa çatdırılmış, 01 dekabr 2011-ci il tarixə
78 min 888 əhali abonenti mavi yanacaqla təmin olunmuş, bütün mənzillərə pulsuz
olaraq mətbəx sobaları və qaz sayğacları quraşdırılmışdır.
7
Əhalinin qazla təminatı haqqında
Müqayisə
dövrü
Göstəricilər
01 dekabr
2011-ci il tarixə
01 yanvar
1991-ci il
artım
Abonentlərin sayı, nəfər
78888
33084
2,4 dəfə
Yaşayış məntəqələrinin
qazlaşma səviyyəsi (yekuna
görə), faizlə
100
45,3
-
Son 16 il ərzində əsas kapitala 2 milyard 785 milyon
manat həcmində investisiya yönəldilmişdir
Muxtar respublikanın şəhər və rayonlarında mövcud olan iqtisadi potensialdan
tam və səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və
iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi infrastruktur sahələrinin bərpası və
genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, təhsil, səhiyyə, idman-
sağlamlıq, mədəniyyət obyektlərinin istifadəyə verilməsinə səbəb olmuşdur. Təkcə
onu demək kifayətdir ki, son 16 ildə 9683 obyekt inşa olunaraq istifadəyə verilmiş və
bu quruculuq işlərinə də ümumilikdə 2 milyard 784 milyon 583 min manat
investisiya sərf olunmuşdur.
2011-ci ilin yanvar-noyabr aylarında əsas kapitala yönəldilən investisiyaların
həcmi 1995-ci ildəki göstəricini 261 dəfə üstələyərək 796 milyon 476 min manata
çatmışdır.
1995-ci ildən 01 dekabr 2011-ci ilədək olan dövr ərzində muxtar respublikada
428 inzibati bina, mənzil-kommunal təsərrüfatı sahəsində 632 obyekt, 158 nasos
stansiyası, 368 subartezian quyusu, 126 körpü, rabitə və informasiya texnologiyaları
sahəsində 268 obyekt və qurğu, 2220 müxtəlif güclü transformator yarımstansiyası,
57 xidmət və ticarət mərkəzləri, 244 elm və təhsil müəssisəsi, 297 mədəniyyət
müəssisəsi, 185 səhiyyə müəssisəsi, 34 idman obyekti, 375 halda su, kanalizasiya və
drenaj xətləri, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii fəlakətdən zərər
8
çəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 460 fərdi ev,
3448 istehsal, xidmət və digər infrastruktur obyektləri istifadəyə verilmişdir.
Əhalinin maddi-rifah halının yaxşılaşması fərdi yaşayış evlərinin tikintisi üzrə
müsbət meyilli dinamikanı daha da gücləndirmişdir. 2011-ci ilin yanvar-noyabr ayları
ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına ümumilikdə 401 min
812 kvadratmetr yaşayış sahəsi tikilmişdir ki, bu da 1995-ci illə müqayisədə 24 dəfə
çoxdur.
Əhalinin rahatlığına və yaşayış səviyyəsinin yüksəlməsinə xidmət edən
kommunal-məişət sistemlərinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin
tərkib hissəsi kimi içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması muxtar
respublikamızda irriqasiya sahəsində görülən əsas işlərdəndir. Ötən dövr ərzində
muxtar respublikada mövcud olan kaptajlar, içməli su xətləri bərpa olunmuş, yeni
kaptajlar tikilmiş və içməli su xətləri çəkilmişdir. Son illər bu istiqamətdə görülən
tədbirlər xüsusilə diqqəti cəlb edir. Azərbaycan Hökuməti ilə Asiya Đnkişaf Bankı
arasında bağlanmış kredit sazişinə uyğun olaraq “Şəhər su təchizatı və kanalizasiya
layihəsi” çərçivəsində Naxçıvan şəhərinə su çəkilişinə başlanmışdır. Layihə başa
çatdıqdan sonra Naxçıvan şəhərinin əhalisi fasiləsiz keyfiyyətli içməli su ilə təmin
olunacaq, o cümlədən kanalizasiya sistemi şəhərin bütün məhəllələrini əhatə etməklə
yenidən qurulacaqdır.
Son 16 ildə hərbi quruculuq üzrə 160 obyekt inşa olunub
Ötən 16 il ərzində muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı
ardıcıl olaraq sistemli tədbirlər müəyyənləşdirilib həyata keçirilmiş, 160 obyekt,
o cümlədən 15 qərargah binası, hərbi komissarlıq, hərbi prokurorluq orqanları üçün
inzibati bina və hərbi hissələrin bölük mərkəzləri üçün 13 bina, 27 zabit və əsgər
yataqxanası, 20 yeməkxana, 19 yaşayış binası, 4 tədris binası, 1 orta məktəb, 2 uşaq
bağçası, 4 xəstəxana, 6 tibb məntəqəsi, 3 klub və 46 müxtəlif təyinatlı obyekt
tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir.
9
Kənd təsərrüfatı məhsulları istehsalının ümumi
həcmi son 16 ildə 7 dəfə artmışdır
Naxçıvan Muxtar Respublikasında əhalinin zəruri ərzaq məhsulları ilə təmin
edilməsi məqsədilə aqrar bölmədə ötən 16 il ərzində aparılan köklü islahatlar bu
sahənin daha sürətli inkişafına əlverişli zəmin yaratmışdır. Kənd təsərrüfatında
yüksək məhsuldarlığa nail olmaq və istehsalın rəqabət qabiliyyətliyini artırmaq
məqsədilə toxum, yanacaq və sürtgü materialları, mineral gübrə və damazlıq
mal-qara alışına subsidiyalar verilməkdədir.
Muxtar respublikada ərzaq məhsulları istehsalını artırmaq, əhalini təhlükəsiz və
keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək, sahibkarlıq mühitini yaxşılaşdırmaq
məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il
17 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan
Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət
Proqramı” muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalının
artırılmasında yeni istiqamətləri müəyyənləşdirmişdir. Yeni emal müəssisələrinin
yaradılması, məhsul istehsalçılarına dövlət maliyyə yardımının göstərilməsi, güzəştli
şərtlərlə gübrə satışının təşkili, məhsulun satışı üçün yarmarkaların keçirilməsi kənd
təsərrüfatı sahəsində məhsul istehsalının həcminin ilbəil artmasına səbəb olmuşdur.
Artıq muxtar respublikada əkinə yaralı torpaq sahələri tam şəkildə əkin
dövriyyəsinə cəlb edilmişdir. 2011-ci ilin məhsulu üçün 60 min 19 hektar sahədə əkin
işləri həyata keçirilmişdir ki, bu da 1995-ci ilin məhsulu üçün əkilmiş sahədən
2,4 dəfə çoxdur.
Taxılçılığa strateji əhəmiyyətli sahə kimi yanaşılması nəticəsində bu sahədə
yüksək artım meyillərinə nail olunmuşdur. Ən əsası isə odur ki, əsas təbii ehtiyat
sayılan torpaqların məhdud olması nəzərə alınır və bitkiçilik ekstensiv üsulla deyil,
müasir aqrokimyəvi və aqrotexniki tədbirlərə əsaslanan intensiv metodlarla, yəni
məhsuldarlığın yüksəldilməsi yolu ilə inkişaf etdirilir. Bunun nəticəsində 1995-ci ilə
nisbətən 2011-ci ildə taxıl istehsalı 4,3 dəfə artaraq 101 min tona çatmışdır.
10
20,6
23,5
12,4
44,3
24,2
93,2
34,8
101,0
1995-ci il
2000-ci il
2005-ci il
2011-ci il
Taxıl əkini və məhsul istehsalının dinamikası
əkin sahəsi, m in hektarla
m əhsul istehsalı, m in tonla
Taxılçılığın inkişafı prosesində mühüm mərhələ sayılan anbarların yaradılması
işi xeyli intensivləşdirilmişdir. 2009-cu ildə tutumu 18 min ton taxılı uzunmüddətə,
tutumu 20 min ton taxılı qısamüddətə saxlamağa imkan verən Naxçıvan Muxtar
Respublikası Taxıl Ehtiyatı Anbarının istifadəyə verilməsi muxtar respublikada taxıl
ehtiyatlarının yaradılmasında əsas rol oynamaqla istehsalçıların məhsul tədarükü
zamanı rastlaşdıqları problemlərin aradan qaldırılmasında mühüm əhəmiyyətə
malikdir. Son 3 il ərzində muxtar respublikada istehsal olunan buğdanın hər
kiloqramının orta hesabla 30 qəpikdən mərkəzləşmiş qaydada satın alınması məhsul
istehsalçılarının taxıl istehsalına və onun vaxtında itkisiz yığılmasına marağını daha
da artırmışdır.
Ərzaq təminatının yaxşılaşdırılmasında xüsusi əhəmiyyətə malik olan strateji
məhsul kimi kartofun istehsalının artırılması davamlı olaraq dəstəklənməkdədir. Son
illər muxtar respublikada kartof istehsalı üzrə müsbət dinamikaya nail olunmuş,
01 dekabr 2011-ci il tarixə 2764 hektar sahədən 38,3 min ton məhsul yığılmışdır ki,
bu da 1995-ci ildə olan göstəricidən 96 dəfə çoxdur. Ümumilikdə 2011-ci ilin
yanvar-noyabr ayları ərzində muxtar respublikada 101028 ton taxıl, 65247 ton
tərəvəz, 40193 ton bostan məhsulları, 52394 ton meyvə və giləmeyvə istehsal
olunmuşdur ki, bu da 1995-ci ildə olan göstəriciləri müvafiq olaraq 4 dəfə, 50 dəfə,
101 dəfə və 3 dəfə üstələmişdir.
11
Əsas növ ərzaq məhsulları istehsalı, min ton
Müqayisə
dövrü
Məhsulların adı
2011-ci ilin
yanvar-noyabr
ayları üzrə
1995-ci il
üzrə
analoji
nisbət
Taxıl
101,0
23,6
4,3 dəfə
Kartof
38,3
0,4
95,8 dəfə
Tərəvəz
65,2
1,3
50,2 dəfə
Bostan məhsulları
40,2
0,4
100,5 dəfə
Meyvə və giləmeyvə
52,4
19,0
2,8 dəfə
Yeni kənd təsərrüfatı texnikalarının, maşın və mexanizmlərinin intensiv
qaydada iş prosesinə cəlb olunması iqtisadi aktivliyi sürətləndirməkdədir. Bu
istiqamətdə həyata keçirilən tədbirlərə uyğun olaraq “Naxçıvan Aqrolizinq” Açıq
Səhmdar Cəmiyyətinin xətti ilə 107 ədədi 2011-ci ilin yanvar-noyabr aylarında
olmaqla cəmi 684 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar
respublikaya gətirilmişdir. 2011-ci ilin yanvar-noyabr aylarında əvvəlki illərdə
gətirilən texnikalarla birlikdə 157 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası
lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir.
Kənd təsərrüfatı məhsullarının saxlanılması və satışı prosesləri üzrə
reallaşdırılan tədbirlər çərçivəsində soyuducu anbarların yaradılması işi xeyli
sürətləndirilmişdir. Ötən dövr ərzində ümumi tutumu 7 min 920 ton olan 12 soyuducu
anbar istifadəyə verilmiş, ümumi tutumu 500 ton olan 1 soyuducu anbarın qurulması
hazırda davam etdirilir.
Muxtar respublikada kənd təsərrüfatının əsas sahələrindən biri də
heyvandarlıqdır. Əhalinin heyvandarlıq məhsulları ilə etibarlı təminatı üçün bu
sahəyə xüsusi diqqət yetirilmiş, heyvanların baş sayında və heyvandarlıq
məhsullarının istehsalında artıma nail olunmuşdur.
01 oktyabr 2011-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat
kateqoriyalarında qaramalın sayı 104 min 869 baş, qoyun və keçilərin sayı isə
12
637 min 133 baş olmuşdur ki, bu da 01 yanvar 1996-cı ilə olan göstəriciləri müvafiq
olaraq 89 faiz və 2,3 dəfə üstələyir.
Muxtar respublikamızda dövlət baytarlıq xidməti orqanları tərəfindən heyvan
mənşəli xəstəliklərinin qarşısının alınması, insan sağlamlığı üçün yararlı və
təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, habelə əhalinin heyvan və insanlar
üçün ümumi olan xəstəliklərdən mühafizəsi, heyvandarlıqda yüksək məhsuldarlıq
göstəricilərinin təmin olunması üçün xüsusi əhəmiyyət kəsb edən süni mayalandırma
işinin təşviqi üzrə elmi, praktiki və təşkilati tədbirlər reallaşdırılmaqdadır. Təkcə son
6 il ərzində baytarlıq xidməti üzrə 74 yeni infrastruktur obyektinin inşası bu sahəyə
yüksək dövlət qayğısını xarakterizə etməkdədir.
Reallaşdırılan irimiqyaslı tədbirlər və əhalidə xüsusi mülkiyyətə münasibətin
köklü dəyişməsi, fərdi sahibkarlıq fəaliyyətinin üstün istiqamət alması öz növbəsində
muxtar respublikada il ərzində istehsal olunan kənd təsərrüfatı məhsullarının
həcminin artmasını şərtləndirən əsas amillərdəndir. Belə ki, 2011-ci ilin yanvar-
noyabr ayları ərzində muxtar respublikada 258 milyon manata yaxın kənd təsərrüfatı
məhsulları istehsal olunmuşdur ki, bu da 1995-ci ildəki göstəricisindən 7 dəfə çoxdur.
Son 16 ildə 10712 hektar sahədə
yeni yaşıllıqlar salınmışdır
Naxçıvan Muxtar Respublikası zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye
potensialına malikdir. Məhz bu baxımdan həyata keçirilən ekoloji siyasətin əsas
məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud
ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli
istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir.
Son 16 ildə muxtar respublika ərazisində təkcə dövlət strukturlarının dəstəyi ilə
10712 hektar sahədə yaşıllıqlar - meşə massivləri, meyvə bağları, yaşıllıq zolaqları
salınmışdır. Hazırda muxtar respublikanın ümumi ərazisinin 7-8 faizini yaşıllıqlar
əhatə edir. 1990-cı ilin əvvəllərində isə bu göstərici 0,6 faiz həddində olmuşdur.
13
2585
3373
4754
1995-2000-ci illərdə
2001-2005-ci illərdə
2006-cı ildən 01 dekabr
2011-ci ilədək
Yeni salınmış meşə massivləri və yaşıllıq z olaqları, hektarla
Muxtar respublikada avtomobillərin
sayı 40 min ədədə çatıb
20 ildən artıqdır ki, muxtar respublika blokada şəraitindədir. Ötən dövrlər
ərzində blokada vəziyyəti ilə bağlı çətinlikləri aradan qaldırmaq və nəqliyyat
infrastrukturunu müasirləşdirmək sahəsində əsaslı tədbirlər görülmüş, Naxçıvan
Beynəlxalq
Hava
Limanının,
Sədərək,
Culfa
və
Şahtaxtı
sərhəd-keçid
komplekslərinin, Culfa və Şahtaxtı Sərhəd Keçid Məntəqələrində yeni körpülərin
istifadəyə verilməsi, “Bakı-Naxçıvan-Bakı” müntəzəm avtobus və yeni hava
nəqliyyatı marşrutlarının açılması nəqliyyat əlaqələrinin genişlənməsində mühüm
mərhələ olmuşdur.
Son 16 ildə muxtar respublikada 3221 kilometr uzunluğunda yeni avtomobil
yolları salınmış, 5 yeni avtovağzal kompleksi inşa olunmuş, 126 körpü tikilərək və ya
əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Bu müddət ərzində şəhər nəqliyyatı işinin
yaxşılaşdırılması istiqamətində tədbirlərə uyğun olaraq 156 ədəd yeni müasir tipli
avtobus alınaraq muxtar respublikaya gətirilmiş və istismara cəlb olunmuşdur. Digər
tərəfdən isə bu dövr ərzində dəmiryolu nəqliyyatının gələcək inkişaf perspektivləri
14
nəzərə alınaraq infrastrukturu davamlı olaraq təkmilləşdirilmiş və muxtar respublika
daxilində ahəngdar işi təmin edilmişdir.
Muxtar respublikada 400 mindən artıq
mobil telefon aktiv istifadədədir
1995-ci ildən ötən dövr ərzində muxtar respublika ərazisində 4 mobil rabitə
operatorunun fəaliyyətinin təşkil edilməsi, internet xidməti sahəsinin yaradılması,
mövcud koordinat tipli avtomat telefon stansiyalarının hamısının elektron tipli
avtomat telefon stansiyaları ilə əvəz edilməsi, Đran və Türkiyə ərazilərindən keçməklə
fiber optik kabelin çəkilişi, “Naxtel” simsiz telefon xidmətinin və Yeni Nəsil
Telekommunikasiya şəbəkəsinin istifadəyə verilməsi, “Kanal-35” televiziyasının və
“Naxçıvanın səsi” radiosunun fəaliyyətə başlaması, Naxçıvan Muxtar Respublikası
Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin maddi-texniki bazasının
gücləndirilməsi və efir vaxtının artırılması, Naxçıvan Dövlət Universitetində
Universitet televiziyasının, “Nuhçıxan” radiosu üçün yeni studiyaların yaradılması,
Naxçıvan Muxtar Respublikası Đnternet Mərkəzinin, Naxçıvan Muxtar Respublikası
Kompyuter Təlim-Tədris və Đnternet Mərkəzinin və onun rayon filiallarının səmərəli
fəaliyyətinin təşkili, iqtisadiyyatın bütün sahələrində informasiya və kommunikasiya
texnologiyalarının tətbiqinin uğurla davam etdirilməsi, bu sahə ilə əlaqədar çoxsaylı
beynəlxalq simpoziumların və konfransların keçirilməsi muxtar respublikada
informasiya və kommunikasiya texnologiyalarının ictimai həyatımıza sürətli
inteqrasiyasını təmin etmişdir.
2011-ci ilin yanvar-noyabr aylarında informasiya və rabitə xidmətlərinin həcmi
1995-ci ildəki göstəricini 90 dəfə üstələyərək 37 milyon 879 min manat həcmində
olmuşdur ki, bunun da 32 milyon 801 min manatı mobil rabitənin payına düşür.
Hazırda muxtar respublikada aktiv istifadə olan mobil telefonların sayı 421 min
569 ədəddir. Əhalinin hər 100 nəfərinə düşən aktiv mobil telefonların sayı 102 ədəd
olmuşdur.
15
420,3
2448,4
9014,2
37879,2
1995-ci il
2000-ci il
2005-ci il
2011-ci ilin
yanvar-noyabr
ayları
Đnformasiya və rabitə sahəsində göstərilmiş xidmətlərin
həcmi, min manatla
Muxtar respublikada informasiya-kommunikasiya texnolojgiyalarının tətbiq
olunduğu mühüm fəaliyyət istiqamətlərindən biri təhsil sahəsidir.
Muxtar respublikanın ümumtəhsil məktəblərində 01 dekabr 2011-ci il tarixə
2896 dəst kompyuter quraşdırılmış, beləliklə hər 17 şagird bir kompyuter dəsti ilə
təmin olunmuşdur. Hazırda ümumtəhsil məktəblərində istifadədə olan 2896 dəst
kompyuterin 2365-i və ya 81,7 faizi internetə qoşulmuşdur.
Son 16 ildə sahibkarlıq subyektlərinə 150 milyon
manata yaxın kreditlər verilmişdir
Özəl sektora dövlət dəstəyinin gücləndirilməsi nəticəsində ciddi nailiyyətlər
əldə edilmiş, fəaliyyət istiqamətləri və güzəştli kreditlərə çıxış imkanları
genişlənmişdir.
2011-ci ilin ötən dövrü ərzində muxtar respublikanın bank strukturları və kredit
təşkilatları tərəfindən sahibkarlara verilmiş kreditlərin həcmi 1995-ci illə müqayisədə
179 dəfə artaraq 44 milyon 864 min 200 manat təşkil etmişdir. Bunun 26 milyon
844 min 200 manatı qısamüddətli, 18 milyon 20 min 600 manatı isə uzunmüddətli
kreditlərdir.
16
2000-ci ildən ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığa
Kömək Fondu tərəfindən 1012 layihənin maliyyələşdirilməsinə ümumilikdə
73 milyon 756 min manatdan çox kredit verilmişdir.
Daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında,
idxaldan asılılığın azaldılmasında, əhalinin tələbatının daha dolğun ödənilməsində
yerli istehsalın rolu əhəmiyyətli dərəcədə artırılmışdır.
Həyata keçirilmiş tədbirlər nəticəsində bu gün 113 növdə, 331 çeşiddə ərzaq,
195 növdə, 479 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 308 növdə, 810 çeşiddə məhsul
istehsal olunur. Đstehsal olunan 93 növdə ərzaq, 166 növdə qeyri-ərzaq olmaqla, cəmi
259 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.
Özəl sektorun inkişafı üçün yaradılmış münbit şəraitin nəticəsi olaraq 2011-ci
ilin yanvar-noyabr aylarında muxtar respublikada Ümumi Daxili Məhsul istehsalında
özəl bölmənin payı 86 faiz təşkil etmişdir. Özəl sektor inkişaf etdikcə, ümumi daxili
məhsulda bu sektorun xüsusi çəkisi artdıqca və sahibkarlıq fəaliyyəti genişləndikcə
məşğulluq problemi də öz həllini tapır.
Son 16 ildə muxtar respublikada
68477 yeni iş yeri yaradılmışdır
1995-ci ildən 01 dekabr 2011-ci il tarixədək muxtar respublika üzrə
68477 yeni iş yeri yaradılmışdır. Yeni iş yerlərinin 22513-ü və ya 32,9 faizi
dövlət sektorunda, 45964-ü və ya 67,1 faizi qeyri-dövlət sektorunda
yaradılmışdır. Yeni yaradılmış iş yerlərinin 42431-i və ya 62 faizi daimi iş yeridir.
Son 16 il ərzində muxtar respublikanın məşğulluq xidməti orqanları 21647 nəfərin
işlə təminatında köməklik və vasitəçilik etmişdir.
Reallaşdırılan səmərəli iqtisadi siyasətin nəticəsi olaraq əhalinin gəlirləri,
gəlirlərdən son istehlak xərcləri çıxıldıqdan sonra onun yığıma yönəldilən hissəsi
davamlı şəkildə yüksəlməkdədir. Muxtar respublikada əhalinin gəlirləri 2011-ci ilin
yanvar-noyabr aylarında 1 milyard 372 milyon 174 min manat təşkil etmişdir ki, bu
17
da 1995-ci ildəki göstəricini 44 dəfə üstələyir. Bu dövr ərzində hər bir nəfərə düşən
gəlirlər 35 dəfə artmışdır.
Aparılan məqsədyönlü iqtisadi siyasət muxtar respublikada əhali rifahının
davamlı yüksəlişinə əsaslı zəmin yaratmışdır. 2011-ci ilin yanvar-noyabr aylarında
muxtar respublikada bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği
340,3 manat təşkil etmişdirsə, 1995-ci ildə bu göstərici 15,9 manat səviyyəsində idi.
Orta aylıq əməkhaqqı
Müqayisə
dövrü
Müqayisə predmeti
2011-ci ilin
yanvar-noyabr
ayları üzrə
1995-ci il
üzrə
artım
Orta aylıq əməkhaqqı,
manat
340,3
15,9
21,4 dəfə
Orta aylıq əməkhaqqının artımı, digər tərəfdən isə sahibkarlığın geniş vüsət
alması məcburi dövlət sosial sığorta haqlarının yığılmasına öz müsbət təsirini
göstərmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən
2011-ci ilin yanvar-noyabr aylarında yığılmış vəsait 1995-ci ildəki göstəriciyə
nisbətən 58 dəfə artaraq 36 milyon 871 min manatdan çox olmuşdur. Məcburi dövlət
sosial sığorta haqlarının yığımında artım tempi ümumilikdə muxtar respublikamızda
sahibkarlıq fəaliyyətinin genişlənməsindən, gəlirlərin dinamik artımından, ən əsası
isə yaradılmış münbit şəraitdən səmərəli yararlanaraq inkişaf edən özəl sektordakı
iqtisadi fəallıqdan xəbər verir. Bu proses isə öz növbəsində milli gəlirin təkrar
bölgüsü zamanı sosial xarakterli ödənişlərin, pensiyaların məbləğini artırmağa imkan
yaratmaqdadır.
2011-ci ilin yanvar-noyabr ayları ərzində Dövlət Sosial Müdafiə Fondu
tərəfindən pensiya və müavinətlərin ödənilməsinə 76 milyon 979 min manatdan çox
vəsait yönəldilmişdir ki, bu da 1995-ci ildəki göstəricidən 29 dəfə çoxdur.
Hazırda pensiya və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 48 faizi
məcburi dövlət sosial sığorta haqqı kimi muxtar respublikada toplanılır.
18
Xarici ticarət dövriyyəsinin illik həcmi
400 milyon dollara çatacaqdır
Muxtar respublikada iqtisadi təhlükəsizliyin təmin edilməsi və daxili bazarın
qorunması fonunda ixracın stimullaşdırılması işi də intensivləşdirilməkdədir.
Son 16 il ərzində muxtar respublikada sahibkarlıq fəaliyyəti və ticarət
əməliyyatları üçün yaradılmış münbit şəraitin nəticəsi olaraq xarici ticarət
əlaqələrinin coğrafiyası daha da genişlənmiş və ilk dəfə olaraq 2009-cu ildə xarici
ticarətdə müsbət saldo yaranmışdır. Bu proses 2011-ci ilin yanvar-noyabr ayları
ərzində də davam etdirilmiş, bu dövr ərzində xarici ticarət dövriyyəsinin həcmi
347433,6 min ABŞ dollarına çatmışdır ki, bunun da 274686,7 min ABŞ dollarını
ixrac, 72746,9 min ABŞ dollarını isə idxal təşkil etmişdir.
Đlin əvvəlindən xarici ticarət dövriyyəsi üzrə 202 milyon dollarlıq müsbət saldo
yaranmışdır. Yerli istehsal potensialının davamlı olaraq gücləndirilməsi qarşılığında
kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatın ödənilməsində idxaldan asılılıq
əsas etibarı ilə aradan qaldırılmışdır. Bir faktı da qeyd etmək olar ki, əgər 1995-ci ildə
muxtar respublikaya xarici ölkələrdən idxal olunan məhsulların 90 faizini ərzaq və
kənd təsərrüfatı məhsulları təşkil edirdisə, ötən il bu göstərici azalaraq 28 faizə
düşmüşdür. Onun isə əsas hissəsi muxtar respublikada yetişdirilməsi mümkün
olmayan bitkilərdən ibarətdir.
Xarici ticarət dövriyyəsi
min ABŞ dolları ilə
Müqayisə
predmeti
2011-ci ilin
yanvar-noyabr
aylarında
1995-ci
ildə
analoji
nisbət
Xarici ticarət dövriyyəsi
347433,6
19024,0
18,3 dəfə
o cümlədən
ixracın ümumi həcmi
274686,7
1937,0
141,9 dəfə
19
Sosial qayğının əhatəliliyi təmin olunmuşdur
Ötən 16 il ərzində muxtar respublikada sosial müdafiəyə ehtiyacı olan əhali
qrupuna yönəldilmiş xüsusi dövlət qayğısı prioritet istiqamət kimi saxlanılmış,
Azərbaycan Vətən Müharibəsi, 1941-1945-ci illər müharibəsi əlillərinə və Çernobıl
Atom Elektrik Stansiyasındakı qəzanın ləğvi zamanı əlil olanlara 259 ədəd avtomobil
verilmiş, 178 əlil və şəhid ailəsi mənzil və fərdi yaşayış evləri ilə təmin olunmuşdur.
2011-ci ilin yanvar-noyabr ayları ərzində muxtar respublikada hər bir nəfərə düşən
aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 3 milyon 251 min manatdan çox
ünvanlı dövlət sosial yardımı ödənilmişdir.
Son 16 il ərzində ehtiyacı olan 3270 nəfər əlil müxtəlif texniki reabilitasiya
vasitələri ilə təmin olunmuşlar. Protez-ortopedik məmulatlara ehtiyacı olan
1680 nəfərə xidmət göstərilmiş, respublikamızın müxtəlif sanatoriyalarında müalicə
olunmaq üçün 1730 nəfər göndərişlərlə təmin olunmuşdur. Bundan əlavə, 1700 nəfər
əlilin Naxçıvan Əlilərin Bərpa Mərkəzində, 770 nəfər 18 yaşadək sağlamlıq imkanları
məhdud uşaqların Naxçıvan Uşaq Bərpa Mərkəzində müalicələri təşkil olunmuş,
1197 nəfərin respublika daxilində müalicəsinə köməklik göstərilmiş, onurğa
sütunundan əziyyət çəkən 116 nəfərin Ukrayna Respublikasında müalicəyə
göndərilməsi təmin edilmişdir.
Đqtisadi yüksəliş dövrünü yaşayan muxtar respublikamızda həyata keçirilən
uğurlu sosial siyasət bütövlükdə cəmiyyət üzvlərinin maddi və mənəvi tələblərinin
ödənilməsinə, həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdir. Bu mənada muxtar
respublikada ahıllar dövlətin daimi diqqət və qayğısı ilə əhatə olunmuşlar. Naxçıvan
Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 30 may tarixli Sərəncamı ilə
təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ahıl vətəndaşların sosial
müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” bu diqqət və qayğının daha bir
ifadəsidir. Dövlət Proqramının qəbulundan ötən dövr ərzində ahıl vətəndaşların sosial
müdafiəsinin gücləndirilməsi istiqamətində uğurlu nəticələr əldə edilmiş, tənha
yaşayan, hərəkət qabiliyyəti məhdudlaşmış ahıllara evdə xidmət işinin keyfiyyəti
xeyli yüksəldilmiş, ahıl və tənha vətəndaşlara göstərilən sosial xidmət daha da
20
təkmilləşdirilmiş, ahılların sağlamlığı səmərəli qorunmuş, onların muxtar
respublikanın sosial-iqtisadi və mədəni həyatında fəal iştirakı təmin edilmişdir.
Son 16 ildə 119 min körpə doğulmuşdur
01 dekabr 2011-ci il tarixə muxtar respublikada əhalinin sayı 01 yanvar
1996-cı il tarixə olan göstəriciyə nisbətən 79,9 min nəfər artaraq 417,7 min nəfərə
çatmışdır. Əgər 1995-ci ilin sonuna muxtar respublikada bir kvadratkilometrə düşən
əhalinin sayı 63 nəfər olmuşdursa, hazırda bu göstərici 78 nəfər təşkil edir.
337,8
417,7
01 yanvar 1996-cı il
01 dekabr 2011-ci il
Əhalinin sayı, min nəfərlə
Son 16 il ərzində muxtar respublikada 119 min nəfər uşaq doğulmuşdur ki, bu
da hər gün orta hesabla 20-21 körpənin dünyaya gəlişi deməkdir.
Muxtar respublikamızda əhali sağlamlığının və rifahının davamlı yüksəlişi,
tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması öz növbəsində 1 yaşa
qədər ölən uşaqların sayı üzrə göstəricini kəskin şəkildə aşağı salmışdır. Belə ki, hər
1000 nəfər doğulana hesabı ilə 1 yaşa qədər ölən uşaqların sayı 1995-ci ildə
20,6 nəfər olmuşdursa, 2011-ci ilin yanvar-noyabr ayları ərzində bu göstərici sıfıra
yaxınlaşmışdır.
21
20,6
11,2
0,7
1995-ci il
2000-ci il
2011-c i ilin yanvar-
noyabr ayları
1 yaşa qədər uşaq ölümü
(hər 1000 nəfər doğulana he sabı ilə)
Son 16 ildə muxtar respublikaya
2 milyon 620 min turist gəlib
Turizm müasir cəmiyyətdə siyasi, iqtisadi və mədəni əlaqələrin əsas vasitəsinə
çevrilmiş fəaliyyət növü kimi özünü göstərməkdədir. Məhz bu baxımdan muxtar
dövlətimiz cəmiyyətin digər əsas tələbatları və fəaliyyət növləri ilə bərabər turizmin
ahəngdar inkişafını təmin etməkdədir.
Ötən 16 il ərzində muxtar respublikamıza xarici ölkələrdən və respublikamızın
digər bölgələrindən ümumilikdə 2 milyon 620 min nəfər, o cümlədən cari ilin yanvar-
noyabr aylarında isə 305 min 498 nəfər turist gəlmişdir.
Cinayət hadisələrinin sayı sıfır səviyyəsinə yaxınlaşır
2011-ci ilin yanvar-noyabr aylarında muxtar respublikanın ərazisində
17 cinayət hadisəsi qeydə alınmışdır ki, bu da 1995-ci illə müqayisədə 32 dəfə
azalma deməkdir. Əhalinin hər 100 min nəfərinə hesabı ilə 4,1 cinayət hadisəsi
(1995-ci ildə 161 hadisə) qeydə alınmışdır.
Qeydə alınmış cinayət hadisələri
Müqayisə
dövrü
Göstəricilər
2011-ci ilin
yanvar-noyabr
ayları üzrə
1995-ci il
üzrə
fərq
Cinayət hadisələri
17
541
-524
Yetkinlik yaşına çatmayanlar tərəfindən
törədilmiş cinayət hadisələri
-
25
-
22
Struktur islahatları ümumi inkişafla
paralel aparılmaqdadır
Đnstitusional islahatların mühüm istiqamətlərindən biri idarəetmənin çevikliyini
və səmərəliliyini təmin etmək məqsədilə yeni dövlət hakimiyyəti, yerli
özünüidarəetmə orqanlarının və digər strukturların yaradılmasından, ştat vahidlərinin
tələbata uyğun olaraq səmərəli sistemləşdirilməsindən ibarətdir. Ötən dövr ərzində
muxtar respublikada bu istiqamətdə mühüm tədbirlər reallaşdırılmış, yeni idarəetmə
strukturları təsis olunmuş, səlahiyyətləri təkrarlanan və paralel funksiyalara malik
orqanlar birləşdirilmiş, bütün bunlar isə öz növbəsində muxtar respublikada dayanıqlı
və professional kadr potensialının formalaşdırılmasına əsaslı zəmin yaratmışdır.
Bu müddət ərzində Əliabad və Qıvraq kəndlərinə qəsəbə, Şahbuz qəsəbəsinə
şəhər statusu verilmiş, Heydərabad qəsəbəsi və bir yeni inzibati rayon – Kəngərli
rayonu, 96 inzibati ərazi dairəsi və 300-dən artıq dövlət hakimiyyəti və yerli
özünüidarəetmə orqanı, dövlət mülkiyyətində olan digər idarə, müəssisə və təşkilat
yaradılmışdır ki, bu da idarəetmənin əhatəli və səmərəli təşkili üçün mühüm
islahatlardandır.
Hazırki sosial-iqtisadi inkişaf modeli üzrə əldə olunmuş nailiyyətlər muxtar
respublikamızın perspektivdə də daha böyük uğurlara imza atacağına əminlik yaradır.
Bu gün həyata keçirilən məqsədyönlü modernləşmə strategiyası, düzgün və səmərəli
islahatlar kursu inkişafın uzun müddətliliyini təmin edən əsas faktorlardandır.
Ötən 16 ilin ümumiləşdirilmiş xarakteristikası ondan ibarətdir ki, Naxçıvan
Muxtar Respublikasında bütün sahələr üzrə əsaslı nailiyyətlər qazanılmış, hərtərəfli
yüksəliş təmin olunmuşdur. Düzgün təməl üzərində müəyyənləşən bu inkişaf
meylləri gələcəkdə daha geniş miqyas almaqla intibahın əsas amili olacaqdır.
Bu gün muxtar respublikamızda təmin olunmuş hərtərəfli tərəqqi heç şübhəsiz
ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının
davamlı icrası istiqamətində muxtar respublika rəhbəri tərəfindən reallaşdırılan
ardıcıl və yorulmaz fəaliyyətin, məqsədyönlü və qətiyyətli mövqeyin, fədakar işin
23
məntiqi nəticəsidir. Bu misilsiz əzmkarlığa və zəhmətə, göstərilən xidmətə ən böyük
qiymət də məhz dahi öndərimiz tərəfindən belə verilmişdir:
“ Mən ümumiyyətlə demək istəyirəm ki, Naxçıvanda işlər lazımi səviyyədə
gedir. Vasif Talıbovu bu vəzifəyə seçəndə mən onun çox xüsusiyyətlərini
bilirdim. Amma o, çox gənc idi. Daxilən bir az fikirləşdim ki, gəncliyinə görə,
bəlkə də, ağır, çətin olar. Ancaq o, sübut etdi ki, vətəninə, millətinə, xalqına
sədaqətli olan adam yaşından asılı olmayaraq böyük işlər görə bilər”.
Dostları ilə paylaş: |