Microsoft Word Insan huquqlari I kitab doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə35/36
tarix20.09.2017
ölçüsü2,82 Kb.
#875
1   ...   28   29   30   31   32   33   34   35   36

108 
 
  Hər  bir  material  anlayış  qavramanın  tərkibi  olaraq,   
obyektin  subyektiv  inikası  olaraq  dərk  olunandır.  İnsanların 
özləri  anlayışları  (burada  predmetlərin  və  proseslərin 
ə
lamətlərini)    dərk  edirlər  və  yeni  anlayışları  ortaya  çıxarırlar. 
Yeni  anlayışlar  əsasən,  həyatdakı  proseslər  və  fəaliyyət 
sayəsində  müəyyən  olunur.  Anlayışlar  və  onların  dərk 
olunması  obyektiv  gerçəkliklərlə    və  idealizmlə  sıx  bağlıdır. 
Bir  çox  hallarda  düşüncələr  anlayışları  meydana  gətirir  və 
obyekt  və  maddi-material  aləm  həmin  anlayışlara  müvafiq 
olaraq dərk edilə və qavranıla bilir.  
İ
nsan hüquqlarının dərk olunmasında sillogizmdən istifadə 
olunması mümkündür və bu metod anlayışın tərkibinin daha da 
dərindən  dərk  olunması  üçün  mühüm  əhəmiyyətə  malikdir. 
Belə  qəbul  etmək  olar  ki,  insan  hüquqlarının  təsnifatı,  yəni 
onun bölgüsü,  növlərə  və  qruplara ayrılması xüsusi əhəmiyyət 
kəsb edir. İnsan hüquqları ilə bağlı sillogizmi belə qəbul etmək 
olar:  hüquq  insana  aiddir,  insanlar  canlı  məxluqlar  kimi  yer 
üzünün  ali  varlıqlarıdır.        Deməli,  hüquq  alidir.  Azadlıq 
hüququ  şərtləndirəndir.  İnsan  azaddır.  Deməli,  insan  hüququ 
şə
rtləndirəndir.    Əxlaq  hüququn  sərhəddidir.  Əxlaq  insanın 
hərəkətlərinin sərhəddi və məzmunudur.  Deməli, hüquq insan 
hərəkətlərinin    sərhəddidir.    Əxlaq  hüquqla  bağlıdır.  Hüquq 
insan  davranışlarının  normasıdır.  Deməli,  insan  davranışları 
və hüququ əxlaqla əlaqəlidir. Dövləti yaradan xalqdır. Dövlət 
hüquqa malikdir. Deməli, dövlət hüququ xalqın hüququdur. 
Dövlət vətəndaşlardan təşkil olunan bir qurumdur. Vətəndaşlar 
hüquqa  malikdir.  Deməli,  dövlət  hüquqa  malikdir.  Ləyaqət, 
namus,  vicdan,  qeyrət,  şərəf  və  s.  kimi  nemətlər,  dəyərlər 
ə
xlaqın, mənəvi həyatın tərkibidir. Əxlaq hüquqla vəhdətdədir. 
Deməli,  mənəvi  dəyərlər  hüququn  tərkibindədir.  Hər  kəsin 
fikir  və  vicdan  azadlığı  vardır.  Azadlıq  hüquqla  əlaqəlidir. 
Deməli, hər kəsin fikir və vicdan hüququ vardır.  


109 
 
Dövlət  beynəlxalq  hüququn  əsas  subyektidir.  Xalq  dövləti 
yaradandır.  Lakin  burada  belə  bir  nəticəyə  gəlmək  olmaz  ki, 
xalq  beynəlxalq  hüququn  subyektidir.  Çünki  beynəlxalq 
münasibətlərdə subyekt və tərəf kimi dövlətlər taınınırlar. Belə 
nəticəyə  gəlmək  olar  ki,  xalqın  yaratdığı  dövlət  beynəlxalq 
hüququn subyektidir.  
İ
nsanların  fəaliyyəti  məhdudluqla  yanaşı,  həm  də 
sonsuzdur, 
insanların 
imkanlarına 
bağlıdır. 
Sonsuzluq 
hüquqdur.  Deməli,  hüquq  fəaliyyətdir.  İnsan  hüquqları 
anlayışı  çox  geniş  olduğundan  burada  ümumidən    xüsusiyə 
keçmə  halları  çoxdur.  Ümumidən  xüsusiyə  keçmə  anlayışın 
tərkibinin  hissələrə  parçalanması  üçün  çox  mühüm  rola 
malikdir. Sillogizm həm fikirlər arasında məntiqi ardıcıllığı və 
şə
rtləndiriciliyi  təmin  edir,  həm  də  ətraflı  şəkildə  başa 
düşmənin  əsaslarını  yaradır.  Sadə  hüquqi  sillogizmə  misal 
olaraq  qeyd  etmək  olar:  Bütün  xalqlar  öz  müqəddaratını 
təyinetmə  hüququna  malikdirlər.  Azərbaycanlılar  xalqdır. 
Deməli,  azərbaycanlılar  öz  müqəddaratını  təyinetmə 
hüquqlarına 
malikdir. 
İ
nsanlar 
 
kölə 
halında 
saxlanılmamalıdırlar. Qadınlar insandır. Deməli, qadınlar kölə 
halında  saxlanılmamalıdırlıar.    İnsanlar  işgəncələrə  və  ya 
ağır,  qeyri-insani  və  ya  onların    ləyaqətini  alçaldan  rəftara  və 
ya cəzaya məruz qalmamalıdlırlar. Uşaqlar insanlardır. Deməli, 
uşaqlar  işgəncələrə  və  ya  ağır,  qeyri-insani  və  ya  onların 
ləyaqətini 
alçaldan 
rəftara 
və 
ya 
cəzaya 
məruz 
qalmamalıdırlar.    İslamda  İnsan  Hüquqlarına  dair  Qahirə 
Bəyannaməsinin  (İslam  Konfransı  Təşkilatına  üzv  dövlətlər 
tərəfindən  5  avqust  1990-cı  il  tarixində  Qahirədə  qəbul 
olunmuşdur)  6-cı  maddəsində  yazılır:  a)Qadın  insan  ləyaqəti 
cəhətdən kişiylə bərabərdir və da hüquq və vəzifələrə malikdir. 
Onun  öz  vətəndaşlıq  statusu  və  müstəqil  maliyyə  təminatı 
vardır, adını və nəsibini qorumaq haqqına malikdir. b) Ailənin 


110 
 
xərc  yükü  və  onun  rifahına  görə  məsuliyyət  kişiyə  aiddir.
113
   
Bunlar hüquq normalarıdır. Misir İslam Konfransı Təşkilatının 
üzvüdür. Bu bəyannaməni qəbul edib. Deməli, Misir qadınları 
və  kişiləri    bu  hüquq    normasından  istifadə  haqqına 
malikdirlər.  
 
İ
nsan hüquqlarının  konseptuallığı 
 
İ
nsan  hüquqları  anlayışının  konseptuallığı  ilk  növbədə 
onun  ümumi  təsəvvürlərdə  və  ümumi  münasibət və əlaqələrdə  
öz  əksini  tapması  ilə  xarakterizə  edilməlidir.  Hüquq  həm  də 
fərdi  şəkildə  obyektə  çevirilir  və  elm  sahələrinin    predmeti 
kimi öyrənilir. İnsan hüquqları və onun təmin olunması həm də 
ümumi  obyekt  və  predmet  kimi      humanitar  və  dəqiq  elm 
sahələrini problem olaraq düşündürür. Hüququn konseptuallığı 
həmçinin    onun  universal  məzmunda  olan    atributivliyindədir. 
Yəni, hüquq insanların hamısını universal qaydada düşündürür, 
eləcə 
də 
bütün 
insanların 
hərəkətlərinin 
ə
lamət 
müəyyənedicisinə  çevrilir.      Buna  görə  də  anlayışın  geniş 
fəlsəfi  məzmunu  vardır  və  hər  kəs  tərəfindən  (təbii  ki,  böyük 
adamlar  nəzərdə  tutulur)    dərk  oluna  bilir.  İnsan  hüquqları 
anlayışı  ümumi  bir  obyektdir  və  hər  kəsin  düşüncəsi 
daxilindədir.  Hüquqları  bütün  insanlar  ilk  növbədə  azadlıqda 
axtarırlar və azadlığın real ifadəsində görürlər. Azad hərəkətlər 
və  ifadələr  insan  hüquqlarına  təkan  verən,  eləcə  də  insan 
hüquqlarını  özündə  daşıyan  amillərdir.  Hüquq  azadlıqdadır  və 
hərəkətlərin  hamısının  tərkibindədir.  Hüquq  hərəkətlərin 
sadəcə  olaraq  normalara  və  qaydalara  salınması  xarakterini  və 
funksiyasını  özündə  əks  etdirmir.  Hüquq  həm  də  hərəkətləri 
                                                 
113
 İslamda İnsan Hüquqlarına dair Qahirə Bəyannaməsi (İslam 
Konfransı Təşkilatına üzv dövlətlər tərəfindən 5 avqust 1990-cı il 
tarixində Qahirədə qəbul olunmuşdur). AMEA-nın İnsan Hüquqları 
İ
nstitutu. Din və etiqad azadlığı beynəlxalq, regional və milli hüquqi 
sənədlərdə. Bakı, “Elm və Təhsil” nəşriyyatı-2013, səh. 130.  
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə