Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə16/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   12   13   14   15   16   17   18   19   ...   56

46 
 
xassələrini özündə ehtiva edir. Deməli, hüquq normaları bütün 
məkanlarda elə məkanlarda mövcud olan insanın özünə xidmət 
edir.  Bu  baxımdan  da  baza  hüquq  bütün  məkanlarda  pozitiv 
ə
həmiyyətə malikdir.  
Proseslər  və  hərəkətlərdə  ümumi  toplum  tərəfindən 
birtərəfli  qavrama,  birtərəfli  emal,  birtərəfli  təqdimat  ola 
bilməz.  Yəni  bir  şeyi  hər  kəs  eyni  dərəcədə  qəbul  edə  və 
qavraya  bilməz.  Bu  baxımdan  da  qavrama  qabiliyyəti  də 
dərəcələnir.  Qavrama  qabiliyyətinin  dərəcələnməsi  beyindəki 
informasiyaların  qeyri-müəyyənlikdən  daha  çox  müəyyənliyə 
çevrilməsi  ilə  nəticələnir.  Birtərəfli  qavramada  bu  baxımdan 
subyektivlik  meydana  gəlir  və  fərdlərin  şəxsi  qabiliyyətləri 
amili  mühü  rol  oynayır.  Dünyada  baş  verən  proseslərin  dərk 
olunmasının  müxtəlif  yolları  meydana  gəlir:  universal 
dərketmə  xüsusiyətləri-əlamətlərin  bütün  insanlar  tərəfindən 
eyniləşdirilməsi və oxşadılması hallarını özündə əks etdirən bir 
istiqamət;  proseslərin  eyniləşdirilməsini,  oxşadılmasını  və 
eləcə  də  fərqləndirilməsini  təmin  edən  digər  bir  istiqamət-bu, 
daha 
çox 
rəngarəngliyə 
xidmət 
edir. 
Burada 
vahid 
qanunauyğunluqlar  hər  kəs  üçün  tətbiq  oluna  bilmir.  Bir 
çoxları  yalnız  mövcud  olanları  geniş  və  məhdud  şəkildə  əks 
olunmuş əsaslarla dərk edir, digərləri isə metafizikaya, yəni ali 
hissiyyata,  duyğulara,  eləcə  də  mücərrədliyə  uyğun  olaraq 
kənara  çıxır.  Bunun  nəticəsi  olaraq  baxışlarda  obyektiv-
reallıq,  subyektiv-reallıq,  obyektiv-ideallıq,  subyektiv-
ideallıq  meydana gəlir. Dərketmənin həm də zaman və məkan 
kateqoriyası  formalaşmış  olur.  Bu  da  əlamətləri  özündə 
cəmləşdirən  siqnalların  zamanla  əlaqəsindən  asılıdır.  İnsanlar 
kainatın  üsürləri  olduğundan  kainatın  bütövünün  tərkibidirlər. 
Bu bütövlüyün  tərkib  elementləri  müxtəlif insanlar üçün aşkar 
olunan və aşkar olunmayan olmaqla, dərəcələnirlər.  
Düşüncə-düşüncələri  (fikirləri)  dərk  edir.  Düşüncə 
düşüncəni  özünə  obyekt  edir.  Bir  düşüncə  digər  düşüncəni 
aşkarlayır.  Şəxs  həm  öz  düşüncəsini  dərk  edir,  düşüncələri  ilə 


47 
 
dərk  etmək  prosesləri  şaxələnir,  dərinləşir,  həm  də  başqasının 
fikirlərini öz düşüncəsinin obyektinə çevirir. Başqa düşüncələr 
də mərkəzə  çevrilir,  obyekt  kimi beyin  siqnallarını qəbul edir. 
İnsan  nizamlı  –şüurlu  məxluq  olduğundan  düşüncələri  də 
daxilən nizamlanmağa xidmət edir.  
İnsan hüquqları ardıcıl olaraq və müxtəlif sahələr üzrə dərk 
olunur.  Fərd  öz  hüququnu  həm  fərdi  məsələlərdə,  həm  də 
universal  məsələlərdə  dərk  edir.  İnsan  hüquqlarının  dərk 
olunmasında fəlsəfi-məntiqi metodların tətbiqində bir funksiya 
da  məhz  fikirlərin  mənbələr  rolunu  aşkarlamaqdan  ibarətdir. 
Burada  məqsəd  mənbələr  əsas  götürülməklə  nəzəri  fikirlərin 
deduktiv  və  induktiv  əsaslarla  tərkibinin  genişlənməsini  təmin 
etməkdən  ibarətdir.  İnsan  öz  hüquqlarını  öz  ardıcıl  düşüncə 
prosesinin  obyektinə  çevirir.  Dərk  etmək  məhz  düşünmə 
prosesindən  yaranır.  Düşüncə  daxildə  olur.  Lakin  onun 
siqnalları  həm  daxildən  gəlir,  həm  də  xaricdən  daxil  olur. 
Xaricdən daxil olan siqnallar faktlar rolunu oynayır. Bu faktlar 
həm  fikirlər  ola  bilir,  həm  də  qeyri-fikirlər.  Qeyri-fikirlər 
şəxsin özünün gördüyü, müşahidə elədiyi hadisələrdir, material 
vasitələrdir.  Deməli,  insanlar  material  vasitələri  həm  fərdi 
qaydada,  həm  də  obyektiv  olaraq  (burada  çoxlu  sayda 
fikirlərdən meydana gələn gerçəklik) dərk edirlər.  
Ardıcıl  olaraq  dərk  etmək  ardıcıl  olaraq  düşünməkdən 
meydana  gəlir.  Qavrayışın  əsaslarını  daxili  (yəni  insanın  öz 
daxilində  olan) və xarici  (yəni başqasının fikirləri,  mövcud 
olan fikirlər)  siqnallar yaradır. Dərk etmək qeyri-müəyyənliyi 
müəyyənliyə  çevirmə  ilə  nəticələnir.  Deməli,  beyinin  əsas 
funksiyası  məkan  və  zaman  prinsipləri  ilə  obyektləri  və 
hadisələri  aşkarlamaqdan  ibarətdir.  Bu  aşkarlama  daxili  və 
xarici  olmaqla  iki  baza  əsas  malikdir.  Deməli,  insan  öz 
daxilinin  və  onun  təmaslarını  təşkil  edən  xarici  aləmin 
vəhdətində  fəaliyyətdədir.  Buna  görə  də  öz  hüquqlarını  həm 
birbaşa  daxillərində  axtarırlar,  həm  də  xarici  obyektlərlə 
təmasda görürlər.  


48 
 
Düşüncə  düşüncələri:  həm  düşünənin  fikirlərini,  həm  də 
başqasının  düşüncələrini  dərk  edir.  Burada  düşüncənin  özü 
digər  düşüncə  üçün  inikas  rolunu  oynayır.  Deməli,  düşüncə 
dərketmədə  obyektə  çevrilə  bilir.  Düşüncə  duyğu  orqanları 
tərəfindən  qəbul  edilən  materiya  aləminin  əlamətlərini  dərk 
edir. Burada materiya aləminin inikası meydana gəlir. Materiya 
aləminin  əlamətlərinin  məzmununun  anlaşılması  düşüncə 
mənbəyində aşkarlanma ilə əlaqəlidir. Dərketmə və başa düşmə 
əsasən  aşkarlama  funksiyasının  böyüklüyündən  irəli  gəlir. 
Dərketmənin  yüksək  səviyyəsi  də  məhz  əlamətlərin  asan 
şəkildə beyində özünə yer eləməsindən ortaya çıxır. İnsanlar öz 
hüquqlarını  incəliklərinə  qədər  dərk  etmək  imkanlarına  malik 
olurlar.  Bu  dərketmə  imkanlarının  genişliliyi  incəliklərin, 
siqnalların  beyində  asan  şəkildə  özünə  yer  eləməsindən  asılı 
olur.  Dərketmə  ayıltma  vasitəsidir.  Oyanma-beyində  siqnal 
mərkəzlərinin  oyanması  dərketmənin  nəticəsidir.  Bundan  da 
gələcək hadisələr barədə müəyyən duyğular ortaya çıxır. İnsan 
hüquqları  anlayışının  geniş  məna  etibarilə  dərk  olunması 
insanın  öz  hüquqlarının  tərkib  ünsürlərini  geniş  aspektdə  dərk 
etməsi  ilə  əlaqəlidir.  Hüququn  tərkibi  olan  komponentlər 
incəliklərinə  qədər  dərk  olunur.  Hüquq  anlayışının  ardıcıl 
şəkildə dərk olunması insan hüquqlarının şərti bütövlüklə dərk 
olunmasına  səbəb  olur.  Bir  ifadənin  dərk  olunnası  öz  ardınca 
dialektik  qaydada  digər  ifadələrin  də  dərk  olunmasına  səbəb 
olur. Eləcə də fəlsəfi-məntiqi metodların (deduktiv və induktiv 
metodların)  tətbiqi  sayəsində  bütöv  halda  insan  hüquqlarının 
obrazlanması  bu  hüquqların  zəncirli  olaraq  ifadələnməsinə 
gətirib çıxarır.  
İnsan  hüquqları  bir  istiqamətdə  düşüncələr  ardıcıllığından 
və  geniş  düşüncələrdən  genişlənir,  digər  tərəfdən  də  materiya 
aləminin  ardıcıl  inikasından  öz  tərkibini  və  bölgüsünü 
genişləndirir. (Əlavə üçün ümumi qrafikin davamına baxmaq 
olar)  Deməli,  insan  hüquqları  düşüncələrdə,  bu  düşüncələrin 
ardıcıl  trayektoriyasında  genişlənir.  Digər  tərəfdən  də  fiziki 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə