Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   16   17   18   19   20   21   22   23   ...   57

verilməsini, maliyyə yardımı göstərilməsini, elmi- texniki mübadilənin, turizmin, hər cürə 
pul  götürmələrinin  genişlənməsinin  həyata  keçirir.  Valyuta  münasibətləri,  beynəlxalq 
səviyyədə həyata keçirilir. Milli səviyyədə bu münasibətlər ancaq milli valyuta sistemini 
ə
hatə edir. Milli valyuta sistemi (M.V.S.) hər bir ölkənin valyuta münasibətlərinin təşkili 
forması olub, onun valyuta qanunçuluğu ilə müəyyən edilir. M.V.S. -in əsas cəhəti hər bir 
ölkənin  iqtisadiyyatının  inkişaf  dərəcəsi  və  xüsusiyyəti  ilə  əks  olunur.  Həmçinin  başqa 
ölkələrə olan iqtisadi əlaqələrdə öz əksini tapır. 
Milli valyuta aşağıdakı cəhətlər ilə səciyyələnir: 
• 
Milli valyuta vahidliyi; 
• 
Rəsmi qızıl valyuta ehtiyatlarının tərkibi; 
• 
Milli valyuta bərabərliyi və valyuta məzənnəsinin formalaşması mexanizmi; 
• 
Valyuta dönərliyi şərtləri; 
• 
Ölkədə xarici, iqtisadi hesablaşmaların həyata keçirilməsi qaydası və s.; 
Milli  Valyuta  sistemləri  arasındakı  əsas  əlaqə  valyuta  məzənnəsi  və  bərabərliyi  ilə 
həyata keçirilir, Beynəlxalq valyuta sistemi (B.V.S.) dünya təsərüfatı miqyasında valyuta 
münasibətlərinin  təşkili  formasıdır.  Bu  sistem  dünya  kapitalist  təsərüfatının  təkamülü 
nəticəsində  meydana  gəlmiş  və  dövlətlər  arası  hüquqi  cəhətdən  təsbit  edilmişdir. 
Beynəlxalq Valyuta sisteminin əsas elementləri bunlardır: 
• 
Milli və kollektiv valyuta Ehtiyatı; 
• 
Pula çevrilə biləcək, beynəlxalq aktivlərin tərkibi və quruluşu; 
• 
Valyuta bərabərliyi və kursu mexanizmi; 
• 
Qarşılıqlı valyuta dönərliyi şərtləri; 
• 
Beynəlxalq hesablamaların formaları; 
• 
Beynəlxalq valyuta bazarının və dünya qızıl bazarının üsul qaydası; 
• 
Dövlətlərarası  valyuta  –  maliyyə  münasibətləri  tənzim  edən  valyuta  –  kredit 
təşkilatları; 
 Beynəlxalq valyuta fondu və beynəlxalq rekonstruksiya və inkişaf bankının statusu. 
Beynəlxalq  valyuta  sisteminin  ən  başlıca  vəzifəsi  ondan  ibarətdir  ki,  Beynəlxalq 
hesablaşmaları,  valyuta  bazarlarını  tənzim  etsin.  Bununlada  iqtisadi  artımın  sabitliyini 
təlim  etmək,  infilasiyanın  qarşısını  almaq,  xarici  iqtisadi  mübadilə  və  tədiyyə  əlaqələri 
yaratmaq imkanı əldə etmiş olsun. 
Bu  mənada  B.V.S  Beynəlxalq  iqtisadi  münasibətlərin  genişlənməsi  və 
məhdudlaşmasına təsir edən əsas mexanizmlərindən biridir. 
Hazırda dünya ölkələri arasında xarici iqtisadi əlaqələrin artması ilə əlaqədar olaraq 
beynəlxalq valyuta  əlaqələrində  genişlənir.  Ölkələr  arasında valyuta  münasibətləri  dünya 
təsərüfatı sistemi səviyyəsində, beynəlxalq xidmətlər formasında, əmtəə və kapital ixracı 
ə
sasında yaranır. Beynəlxalq valyuta sistemi dinamik inkişafda olub, ardıcıl olaraq dəyişir, 
təkamül edir. Məhz bu təkamülün istiqaməti beynəlxalq münasibətlərdə böyük rolu olmuş, 
Qərb iqtisadiyyatının dəyişməsi ilə, bütövlükdə dünya təsərüfatının tələbatını və şəraitini 
dəyişilməsilə müəyyən edilir. 
Beynəlxalq valyuta sistemi öz inkişafında 4 mərhələ keçmişdir və buna uyğun olaraq 
4  beynəlxalq  valyuta  sistemi  mövcud  olmuşdur.  1-ci  valyuta  sistemi  –  qızıl  –  standartı 
sistemi adlanır və XIX əsrin axırlarında kortəbii olaraq qərarlaşmışdır. Məlumdur ki, XVI-
XVIII əsrlərdə bimetam pul sistemi mövcud olmuşdur. 


Yəni  tədavüldə  qızıl  və  gümüşdən  istifadə  edilmişdir.  XIX  əsrin  60-70  ci  illərində 
qızıla nisbətən gümüşün qiymətdən düşməsi özünü gösrərmişdir. Bir müddət vəziyyətdən 
çıxmaq  üçün  qızıl,  gümüş  sikkələrə  deyil,  qızıl  külçələrinə  dəyişdirilir.  Bazarda  1866-
1870-ci illərdə 15,5 kq gümüş 1 kq qızıla bərabər götürülürdü. Qızıl sikkələrinin gümüşü 
sıxışdırması nəticəsində bir çox dövlətlər bimetam pul sistemindən imtina etmişlər. Qızıl 
monometam pul sisteminə ilk dəfə  ngiltərədə XVIII-əsrin axırlarında keçmişdir. 
XIX  əsrin  axırlarında  isə  bu  sistem  kapitalizm  ölkələrində  daha  hakim  olmuşdur. 
Qızıl standartı şəraitində: 
• 
Hər  bir  valyuta  vahidi  müəyyən  qədər  qızıl  məzmununa  malikdir.  Sərbəst  olaraq 
qızıl sikkələr hazırlamağa icazə verilir; 
• 
stər  ölkə  daxilində  və  ya  istərsədə  ölkədən  kənarda  valyutanın  dönərliyi  –  qızıla 
dəyişdirilməsi təmin edilirdi. 
Ona görə də dövlətin iqtisadiyyata qarışması ilə qızıl standart mexanizmi ilə müəyyən 
edilən valyuta kursu ilə dəyişdirilir. 
Deməli  qızıl  sikkə  sistemində  valyutanın  kursu  və  dəyəri  müəyyən  miqdar  qızıl  ilə 
idarə olunurdu. 
Məsələn:  B.Britaniyada  1821-  ildən  1  funt  sterlinq  7,322385  qr  xalis  qızıl 
məzmununa  malikdir.  Bir  alman  markası  1873-ildən  0,385422  qr  qızıla  bərabər 
götürülürdü. 
Ona  görədə  müəyyən  hesablaşmalarda  bir  alman  markası  funt  sterlinqə  nisbətən 
20,43 dəfə az qızıla bərabər götürülürdü. 
Qızıl  külçə  sistemində  hər  bir  bank  bileti  sikkəyə  deyil  külçəyə  dəyişdirilirdi.  Qızıl 
sikkələr kəsmək nümunəsini müəyyən etmək və s. ehtiyac qalmırdı. 
Qızıl sikkələr daxili bazarlarda deyil ancaq xarici hesablaşmalarda istifadə edilirdi. 
Üçüncü sistem. Qızıl deviz standart sistemdir. Bu sistemdə deviz olaraq dollar və ya 
funt sterlinq əsas götürülür. 
Bunlarda  müəyyən  qızıl  kursuna  malik  olur.  Başqa  ölkənin  bank  biletləri  bir  başa 
qızıl  deyil,  bu  devizlərə  dəyişdirilir.  Sonra  onların  malik  olduğu  kurs  əsasında  qızıla 
çevrilirdi. 
Bu  sistemi  1922-ildə  taliyada  Geniya  konfransının  qərarı  nəticəsində  yaranmalıdır. 
Bu konfrans aprelin 10-dan mayın 19 – dək davam etmişdir.  qtisadi maliyyə  məsələləri 
müzakirə  edilirdi.  28  kapitalist  ölkəsi  iştirak  edirdi.  Fərəhli  haldırki  Sovet  dövlətinin 
nümayəndə heyətinə N.Nərimanov rəhbərlik etmişdir. Bu sistem sonralar bir çox kapitalist 
dövlətləri tərəfindən qəbul edilmişdir. 
1931-də  B.Britaniya  kağız  pulların  qızıla  dəyişdirilməsi  öhtəliyindən  imtina  edir. 
Beləliklə, bir çox dövlətlər qızıl standartdan əl çəkirlər. 
ABŞ 1933 -ildə valyuta ilə qızılın əlaqəsini ləğv etdi. 
1934-də  yenidən  qızıl  standartına  qayıtdı.  Lakin  dolların  qızıla  olan  bərabərliyini 
(qızıl kursunu) azaltdı. 
Ə
vvəlkinin 54%-nə bərabər kurs götürdü. 
• 
Qızıl  sikkələr  sərbəst  olaraq  qızıl  külçələrə  dəyişdirilə  bilər:  qızıl  sərbəst  idxal  və 
ixrac edilir. Beynəlxalq qızıl bazarında alınıb satılır; 
• 
Ölkə  daxilində  olan  qızıl  ehtiyyatı  ilə  daxilində  pula  olan  tələb  arasında  nisbətən 
ciddi riayət edilirdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə