439
Ali Təhsil müəssisəsinin Elmi Şurası aşağıdakı kimi məsələlərə baxır və müvafiq
tədbirlər həyata keçirir:
- Ali Təhsil Müəssisəsinin Nizamnaməsini qəbul edir, onda əlavələr və dəyişikliklər
aparır, tələbələrin, müəllimlərin, əməkdaşların, aspirant, doktorant və dinləyicilərin daxili
intizam qaydalarını təsdiq edir;
- ali təhsil müəssisəsinin inkişaf proqramını təsdiq edir;
- hər il ali məktəbin fəaliyyəti barəsində rektorun hesabatını dinləyir;
- mütəxəssislərin, elmi-pedaqoci kadrların hazırlanması, onların ixtisaslarının
artırılması və yenidən hazırlanması məsələlərinə baxır, bütün təlim-tərbiyə və elmi-tədqiqat
işləri ilə bağlı məsələləri həll edir;
- Elmi Şuranın üzvləri içərisindən Şuranın katibini seçir, təhsil və elm, sosial-iqtisadi
və təsərrüfat fəaliyyətləri üzrə komissiyalar yaradır. Onların hesabatlarını dinləyir və
müvafiq qərar qəbul edir;
- Şuranın işini təşkil etmək, iclasları hazırlamaq və qərarların həyata keçirilməsinə
nəzarət etmək məqsədilə Şura üzvləri içərisindən elmi katib seçir;
- fakültələrin, kafedraların və ali təhsil müəssisələrinin digər struktur bölmələrinin
yaradılması, ləğvi, yenidən təşkili barəsində məsələləri həll edir;
- vaxtaşırı fakültələrin tədris, elmi-tədqiqat və tərbiyə işləri haqqında hesabatını
dinləyir;
- professor və dosent elmi adlarının, eləcə də respublikanın fəxri ad və mükafatlarının,
orden və medallarının verilməsinə təqdim edir;
- kafedra müdirlərini, professorları, baş elmi işçiləri seçir və onların vaxtından əvvəl
tutduqları vəzifələrindən azad olunmaları məsələlərinə baxır;
- müstəsna hallarda - fakültə Elmi Şuraları olmadıqda və münaqişələr yarandıqda
rektorun qərarı ilə fakültə dekanlarını, dosent, baş müəllim və assisentləri, elmi işçiləri seçir
və onların vaxtından əvvəl azad olunmaları barəsində məsələlərə baxır.
Elmi Şura tədris ili və hər semestr üçün nəzərdə tutulmuş iş planı üzrə işləyir. Elmi
Ş
uranın iş planı Şura iclasında müzakirə olunub qəbul edilir və rektor tərəfindən təsdiq
edilir.
Tədris, elmi və tərbiyə işlərinin bütün məsələləri üzrə Elmi Şuranın qərarları açıq
səsvermədə sadə səs çoxluğu ilə, professor-müəllim heyətinin, kafedra müdirlərinin, fakültə
dekanlarının seçilməsi və geri çağırılması, professor, dosent və fəxri adların verilməsinə
təqdimat zamanı isə müəyyən olunmuş qaydada gizli səsvermə yolu ilə qəbul edilir.
Elmi Şuranın qərar çıxarması üçün onun üzvlərinin ən azı 2/3 hissəsinin iştirakı
vacibdir. Elmi Şurada iştirak edənlərin ümumi sayının 50 %-dən çoxu müzakirə olunan
məsələnin leyhinə səs verərsə qərar qəbul olunmuş hesab edilir.
Elmi Şuranın qərarları yalnız ali məktəbin rektoru tərəfindən təsdiq olunduqdan sonra
qüvvəyə minir.
Elmi Şuranın iclasları protokollaşdırılır, Elmi Şuranın sədri və elmi katibi tərəfindən
imzalanır və elmi katibdə saxlanılır.
Elmi Şuranın sədri Şuranın qərarlarının icrasının müntəzəm yoxlanılmasını təşkil edir
və Şuranın üzvlərinə qəbul olunmuş qərarların yerinə yetirilməsi barəsində məlumat verir.
Ə
sas səbəblər olduqda- Elmi şuranın qəbul etdiyi qərarın obyektiv olmadığı,
qanunvericiliyə zidd olduğu müəyyənləşdirildikdə ali məktəbin Elmi Şurasının qərarı
həmin ali məktəbin tabe olduğu mərkəzi idarəetmə orqanı tərəfindən ləğv oluna bilər.
440
Beləliklə, ikinci suala nəticə olaraq göstərmək olar ki, Azərbaycan Respublikasında ali
təhsil müəssisələri ali və orta ixtisas təhsili proqramlarını həyata keçirən hüquqi şəxs
statusuna malik olan təhsil müəssisələridir. Digər tərəfdən isə sualın açıqlanması prosesində
ali təhsil müəssisələrinin ali kolleclər, institutlar, konservatoriyalar, akademiyalar,
universitetlər və s. kimi növləri və onların fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi
formaları haqqında hüquqi biliklər əldə etmiş oldunuz.
Ə
n nəhayət ali təhsil müəssisələrinin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirən ali
təhsil müəssisələrinin Elmi Şurasının aparıcı rolu barədə hüquqi biliklər əldə etmiş oldunuz.
SUAL 3. POLIS AKADEMIYASI - DÖVLƏ
T ALI TƏ
HSIL MÜƏ
SSISƏ
SI
KIMI.
Azərbaycan Respublikası D N-in Polis Akademiyası (bundan sonra Akademiya)
Azərbaycan Respublikası Prezidentin 23 may 1992-ci il tarixli 782 saylı Fərmanına və
Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli 321 saylı qərarına əsasən yaradılmış,
Azərbaycan Respublikası Daxili şlər Nazirliyinin birbaşa tabeçiliyində olan dövlət ali təhsil-
elm müəssisəsidir.
D N-in 02 sentyabr 1997-ci il tarixli 324 №-li əmri ilə Polis Akademiyasının
Nizamnaməsi təsdiq edilmişdir. Polis Akademiyasında tədris prosesinin təkmilləşdirilməsi
tədbirlərinə dair D N 05 dekabr 2001-ci il tarixli 470 № -li əmrini vermişdir.
Akademiya hüquqi şəxsdir. Müəyyən olunmuş qaydada ona təqdim edilmiş bayrağa və
üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş
möhürə malikdir. O, Respublika D N, həmçinin onun razılığı ilə müqavilə əsasında başqa
nazirliklər, təşkilatlar, eləcə də digər dövlətlər üçün ali hüquq təhsilli kadrlar hazırlayır.
Polis Akademiyasında tədris əyani və qiyabi formalarda həyata keçirilir. Akademiya
birinci dərəcəli ali təhsil ocağıdır, öz fəaliyyətində Azərbaycan Respublikası
Konstitusiyasını, qanunlarını, Prezidentin fərmanlarını, Nazirlər Kabinetinin qərarlarını,
Daxili şlər və Təhsil Nazirliklərinin normativ aktlarını və Polis Akademiyasının
Nizamnaməsini rəhbər tutur.
Akademiya öz fəaliyyətini Azərbaycan Respublikası D N-in tabeçiliyində olan orqan
və hissələrlə, həmçinin kadrları hazırlanan başqa nazirliklər, təşkilatlar, eləcə də dövlətlərin
müvafiq orqanları ilə sıx əməkdaşlıq şəraitində həyata keçirir.
Akademiyanın qarşısında duran əsas vəzifələr aşağıdakılardır:
- daxili işlər orqanlarının ali hüquq təhsilli mütəxəssislərə olan tələbatını ödəmək;
- müdavim və dinləyicilərə hüquqi və mənəvi tərbiyəni, yüksək intizamı, icraçılıq,
mənəvi mətinlik və fiziki dözümlülük xüsusiyyətlərini aşılamaq;
- Akademiyada hazırlanmış mütəxəssislərin ixtisasına uyğun olaraq daxili işlər
orqanları fəaliyyətinin aktual problemləri üzrə tədqiqat işlərini təşkil etmək və aparmaq, əldə
edilmiş nəticələri daxili işlər orqanlarının iş təcrübəsinə və tədris prosesinə tətbiq etmək;
- daxili işlər orqanları əməkdaşları ilə ixtisasartırma kursları keçirmək;
- dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, mühazirələr, elmi əsərlər, məcmuələr,
konfrans materialları, məlumat bületenləri hazırlamaq və nəşr etmək;
- elmi informasiya fəaliyyətini həyata keçirmək;