Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə30/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   26   27   28   29   30   31   32   33   ...   244

 

59 


 

3.  Dövlət  idarəetmə  sahəsi  -  dövət  fəaliyyətinin  elə  sahəsidir  ki,  burada  xüsusi  növ 

subyektlər fəaliyyət göstərirlər. Ümumilikdə, onları ya dövlət idarəetmə orqanları, ya da icra 

hakimiyyəti orqanları adlandırırlar. Bu, o deməkdir ki, inzibati hüquq münasibətlərdə dövlət 

idarəetməsi öz əksini tapmış olur, yəni dövlət fəaliyyətinin bu növündə müvafiq subyektlərin 

səlahiyyətləri ifadə olunurlar. 

Müxtəlif  inzibati  hüquq  münasibətlər  yalnız  dövlət  idarəetmə  sahəsində  yaranmır 

(burada mülki-hüquqi münasibətlər də yarana bilər), onların yaranma sahələri daha genişdir. 

nzibati  hüquq  münasibətlər  icra  hakimiyyətinin  səlahiyyətli  subyektlərinin  idarəetmə 

səlahiyyətlərinin həyata  keçirilməsi  ilə  əlaqədar və  səbəbindən  də  asılı  olaraq  yarana bilər. 

Məsələn:  vətəndaşlarla  idarəetmə  orqanları  arasında  yaranan  inzibati  hüquq  münasibətlərin 

konkret  məzmunu  məhz  belədir.  Bu  münasibətlərdə  açıq-hüquqi  marağın  ifadə  edilməsi 

ə

sasdır.  Lakin  belə  münasibətlər  vətəndaşlar  arasında,  həmçinin  qeyri-hökumət  təşkilatları 



arasında və onların daxilində yarana bilməz. 

nzibati  hüquq  münasibətlərin  bu  xüsusiyyəti  onunla  izah  olunur  ki,  inzibati  hüquq 

tənzimləmənin  əsas  obyektini  təşkil  edən  idarəetmə  fəaliyyəti  -  dövlətin  iradəsini  və 

marağını birbaşa və bilavasitə əks etdirir. Onları yalnız elə subyektlər ifadə edə bilərlər ki, 

onlar: 



  birincisi, dövlətin adından fəaliyyət göstərirlər; 



  ikincisi,  dövlət-hakimiyyət  xarakterinə  malik  olan  müvafiq  səlahiyyətlərin 

daşıyıcılarıdırlar. 

Ona görə  də  inzibati  hüquq  münasibətlərdə daim  tərəflərdən biri icra  hakimiyyətinin 

(geniş  mənada  -  dövlət  idarəetməsinin)  rəsmi  və  səlahiyyətli subyekti olmalıdır.  Başqa cür 

desək,  inzibati-hüquqi  münasibətlərdə  müxtəlif  tərəflərin  iştirak  etmələrinə  baxmayaraq, 

onlarda  daim  mütləq  tərəf  olmalıdır  (iştirak  etməlidir),  onlarsız  bu  növ  münasibətlər 

ümumiyyətlə  yarana  bilməzlər.  Beləliklə,  onlar  yalnız  açıq  hüquqi  maraq  təmsil  edən 

müvafiq  icra  hakimiyyəti  orqanının  (vəzifəli  şəxsin)  mütləq  iştirakı  şəraitində  yaranırlar. 

Bunun da birbaşa nəticəsində dövlət idarəetmə fəaliyyətinin ″hakimiyyət təbiəti″ özünü əks 

etdirir. 

Göründüyü kimi, məsələn, vətəndaş müxtəlif inzibati hüquq münasibətlərin potensial 

iştirakçısı olmasına baxmayaraq, o, belə rollarda çıxış edə bilməz. 

4.  nzibati hüquq münasibətləri öz  mahiyyətinə görə təşkilatçılıq xarakteri daşıyırlar. 

Nəzərə  almaq  lazımdır  ki,  icra  hakimiyyəti  funksiyasının  həyata  keçirilməsi  ilə  onların 

birbaşa  əlaqəsi,  öz  məzmununa  görə  başlıca  olaraq  ″hüquq  icraetmə″  prosesinin  təşkilinə 

yönəldilmişdir. Onların çərçivəsində ″hüquq icraetmə″ prosesi və bu prosesin struktur, kadr, 

maddi və digər rəmzlərlə təmin edilməsi yaranır, onlarsız da dövlət idarəetmə mexanizminin 

fəaliyyəti  mümkün deyil. 

Beləliklə,  inzibati  hüquq  münasibətləri  ″təşkilati  münasibətlərin″  xüsusi  növlərindən 

biridir  və  onlar  yalnız  idarəetmə  aparatının  özünəməxsus  işinin  təşkili  məqsədini  güdmür, 

həm də özünün ″təşkiletmə″ çərçivəsindən kənara çıxan müxtəlif növlü təşkilati aspektləri də 

ə

hatə edirlər. Məsələn, quruluş mənasında müxtəlif idarəetmə strukturlarının təşkili; yaranan 



qeyri-hökumət təşkilatlarının qeydiyyatı və s. 

Funksional  mənada  isə    bu,  dövlət  idarəetmə  sahəsi  ilə  əlaqəsi  olanların  hamısının 

davranışlarına  gündəlik  tənzimləyici  təsirlərin  göstərilməsindən  ibarətdir.  Əgər  inzibati 

hüquq  münasibətlər  öz  mahiyyətinə  görə  ″təşkilatçılıq″  xarakteri  daşıyırlarsa,  onlar  dövlət 

idarəetmə  orqanlarının  xüsusi  subyektlərinin  fəaliyyəti  ilə  bilavasitə  bağlıdırlar  və  belə 



 

60 


 

hallarda  onlar  spesifik  hüquq  normaları,  xüsusən  də  inzibati  hüquq  normaları  əsasında 

yaranırlar. 

5.  nzibati  hüquq  münasibətləri tərəflərin birinin təşəbbüsü ilə yaranır.  Lakin  onların 

yaranmasında ikinci tərəfin razılığı və ya istəyi bütün hallarda məcburi şərt kimi qəbul edilə 

bilməz. Onlar ikinci tərəfin istəyindən və ya razılığından asılı olmayaraq da yarana bilər. 

nzibati  hüquq  münasibətlərin  bu  əlaməti  onları  mülki  hüquq  münasibətlərdən  daha 

yüksək dərəcədə fərqləndirir. 

nzibati hüquq münasibətlərin bu xüsusiyyəti başlıca olaraq onunla müəyyən edilir ki, 

onlarda hakimiyyət subyektlərinin iştirakı məcburi xarakter daşıyır. Belə şəraitdə də inzibati-

hüquqi  normalar,  həmin  subyektlərə  elə  hərəkətlərin  həyata  keçirilməsini  məcbur  edir  ki, 

onların  yerinə  yetirilməsi  nəticəsində  konkret  inzibati  hüquq  münasibətlərin  yaranması  baş 

verir.  Beləliklə,  göstərilən  subyekt  başqa  tərəflə  müqavilə  əlaqəsinə  girməmək  şərti  ilə  öz 

təşəbbüsü və hərəkətləri ilə belə hüquqi nəticələri yaratmağa borcludur, bu da mülki-hüquqi 

münasibətlərə xasdır. Belə hallarda inzibati hüquq normaları faktiki olaraq ″mümkün olan″ 

davranışı yox, inzibati hüquq münasibətləri yaradan tərəflər üçün ″məcburi″ davranışı dürüst 

ifadə edir. 

6.  nzibati hüquq münasibətlərin tərəfləri arasında mübahisələr mümkündür. Məsələn: 

icra  hakimiyyəti  orqanı  (vəzifəli  şəxs)  tərəfindən  vətəndaşa  qarşı  tətbiq  edilən  tənbehlərin 

qanunauyğunluğu mübahisə doğura bilər. 

Bu mübahisə hüquq münasibətinin yaranmasına heç bir təsir göstərə bilmir, lakin bu 

narazılıq  müəyyən  hüquqi  nəticələrin  yaranmasına  səbəb  olur  (məsələn:  vətəndaş  tətbiq 

edilmiş  tənbehin  qanuni  olub-olmamasına  etiraz  etmək  hüququna  malikdir).  Konkret 

inzibati-hüquqi mübahisələr belə yaranırlar. 

Məlumdur ki, mülki hüquq mübahisələrin həll edilməsi üçün xüsusi prosessual qayda 

müəyyən edilmişdir (iddia icraatı).  nzibati hüquq mübahisələrin həll edilməsi üçün də belə 

qayda mövcuddur. Bir qayda olaraq, bu növ mübahisələr inzibati qaydada, yəni məhkəmədən 

kənar qaydada həll edirlər. Bunun məzmunu ondan ibarətdir ki,  mübahisələrin həll edilməsi 

dövlət idarəetmə sahəsi çərçivəsindən kənara çıxmır, əksinə o, dövlət idarəetmə fəaliyyətinin 

rəmzlərindən biri kimi mövcuddur.  nzibati hüquq mübahisələrin həll edilməsinin mahiyyəti 

belə  hallarda  səlahiyyətli  icra  hakimiyyəti  orqanı  (vəzifəli  şəxs)  tərəfindən  mübahisə 

predmeti  üzrə  hüquqi  hakimiyyət  qərarının  qəbul  edilməsindən  ibarətdir.  Beləliklə  də, 

mübahisə vəziyyətini yaradan qərarın (hərəkətin)  qanuniliyi bu qaydada həll edilir. 

Qüvvədə olan qanunvericilik bir çox hallarda inzibati hüquq mübahisələrin məhkəmə 

qaydası ilə həll edilməsini müəyyən etmişdir. 

nzibati  hüquq  mübahisələrin  həllinə  prokurorluq  orqanlarının  nəzarət  fəaliyyətinin 

yanakı münasibəti var. Onlar icra hakimiyyəti subyektlərinin qeyri-qanuni qərarlarına qarşı 

protest  vermək  hüququna  malikdirlər,  lakin  belə  hallarda  da  mübahisələr  həll  edilmir  və 

yaxud da idarəetmə aktına qarşı verilən protest, onalrın ″avtomatik olaraq″ ləğv edilməsinə 

səbəb olmur. 

7.  Mülki  hüquq  münasibətlər  üçün  bir  tərəfin  digər  tərəf  qarşısında  məsuliyyət 

daşıması  xasdır.  nzibati-hüquqda  isə  inzibati  hüquq  normaların  tələblərinin  pozulmasına 

görə,  inzibati  hüquq  münasibətlərin  tərəflərinin  məsuliyyətinin  digər  qaydası  müəyyən 

edilmişdir.  Belə  hallarda  hüquq  münasibətləri  iştirakçılarının  məsuliyyəti  bir  tərəfin  ikinci 

tərəf  qarşısında  yox,  birbaşa  dövlət  qarşısında,  onun  adından  çıxış  edən  müvafiq  orqan 

(vəzifəli şəxs) qarşısında məsuliyyət  daşıması kimi başa düşülür. Bu onunla izah olunur ki, 




Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə