Microsoft Word Iqt mikro cavablar imtahan doc



Yüklə 357,24 Kb.
Pdf görüntüsü
səhifə5/15
tarix01.04.2018
ölçüsü357,24 Kb.
#35691
1   2   3   4   5   6   7   8   9   ...   15

və s. kimi neqativ hadisəiərə səbəb olur. Buna görə də dövlətin iqıisadiyyata müdaxliə etməsi ilə 

cəmiyyət üzvlərinin sosial və digər tələbatlarının ödənilməsinə əsaslanan tənzimlənən bazar tipii 

daha üstündür. Tənzimləmə prosesi birbaşa tələb, təklif, qiymət və rəqabət, yaxud dövlətin vergi, 

kredit  mexanizmi  vasitəsilə  həyata  keçirilir.      Əmtəə  istehsahnın  və  bazarın  getdikcə  inkişafı 

bazar iqtisadiyyatının formalaşmasına səbəb oldu. 

  4.4     Bazar iqtisadiyyatının  formalaşması prinsipləri 

Məlumdur ki, iqiisadiyyatın təşkilinin və idarə edilməsiniım bazar mexanizmi səmərəli üsul kinıi 

bu  gün  dünyanın  əksər  ölkələrində  fəaliyyət  göstərir.  nzibati  -  amirlik  sistemində  yaşayan 

keçmiş  SSR   və  Şərqi  Avropa  ölkəiəri  də  bu  sistemdən  imtina  edərək  mütərəqqi  sistem  kimi 

bazar  iqtisadiyyatını  qurdular.  Qeyd  etmək  lazımdır  ki,  bazar  iqtisadiyyatına  xas  olan  ümumi 

cəhətlər: çoxnövlü mülkiyyət formaları, iqtisadi azadlıq və müstəqillik, rəqabət, geniş sahibkarhq 

fəaliyyəti,  iqtisadiyyatın  dövlət  tərəfındən  tənzimlənməsi  və  s.  kimi  xüsusiyyətlər  bu  ölkələrin 

hamısında mövcud olur. Lakin lıeç də bazar iqtisadiyyatının inkişaf xüsusiyyətləri və səviyyəsi 

bütün ölkələrdə eyni deyii. Bu hər bir ölkənin tarixi və iqtisadi inkişaf səviyyəsi, təbii resurslarla 

zənginliyi,  məhsuldar  qüvvələrin  inkişaf  səviyyəsi,  təbii  şəraiti,  milli  adət  və  ənənələri,  sosial 

səraitin  müxtəlifliyi  ilə  əlaqədardır.  Nisbətən  bir-birinə  yaxm  olan,  eyni  inkişaf  səviyyələrinə 

malik olan istiqamətlər onları bir modeldə birləşdirməyə imkan verir. Bu modellər öikədə dövlət 

və  xüsusi  mülkiyyətin  nisbətindən,  iqtisadiyyata  dövlət  müdaxiləsinin  həddindən,  əmək 

münasibətiərindən, social məsələlərin həilli səviyyəsindən asılı olaraq bir-birindən fərqlənir.  



  4.5     Sivilizasiyalı bazar sisteminin formalaşması prinsipləri 

Müasir  bazar  iqtisadiyyatının  fərqləndirici  xüsusiyyətlərındən  biri  də  onların  obyekt  və 

subyektlərində baş verən dəyişikliklərdir. Bu obyektlərə şirkətlər, fırmalar, birliklər, konsernlər, 

korporasiyalar,  fermer  təsərrüfatları  və  s.  aiddir.  Bazar  iqtisadiyyatının  subyektləri  də  çoxalır. 

Sahibkar (istehsalçı), menecer (idarə edən), biznesmen (iş adamları), kommersant (iri ticarətçi), 

fermer  (kənd  təsərrüfatında  fəaliyyət  göstərən  şəxs)  bazar  iqtisadiyyatının  subyektidir.  Müasir 

qloballaşan dünyada inkişaf etmiş ölkələrdə artıq sivilizasiyalı bazar sistemi formalaşıb inkişaf 

edir. Bu bazar sisteminin əsas prinsipləri xüsusi mülkiyyət, rəqabət, iqtisadiyyatın açıqlığı, bazar 

iqtisadiyyatının dövlət tənzimlənməsidir. Sivilizasiyalı bazar sistemi daha çox davamlı iııkişafa 

təminat  verən,  iqtisadiyyatla  sosial  həyatın,  ekologiyanın  qarşılıqlı  fəaliyyətini  əhatə  edən, 

humanist və vətəndaş cəmiyyətidir. Sivilizasiya cəmiyyətin həyatının təkrar istehsalının  

 

özünəməxsus  üsulu,  daxili  və  xarici  amillərin  vəhdədliyi  ilə  səciyyələnir.  Sivilizasiyalı  sistem 



özündə iqtisadi və qeyri- iqtisadi elementlərin fəaliyyətini daxil edir.Qeyri-iqtisadi amillər kimi 

sosial  mədəni  (milli,  dini,  etik,  mental)  sosial-siyasi  (demokratiya,  vətəndaş  cəmiyyəti  hüquqi 

dövlət) postiqtisadi (sosial-yaradıcı və kommunikativ) eləcə də təbii iqlim, coğrafi, qeosiyasi və 

d.  amillər  daxildir.    Müasir  qloballaşan  dünyada  sivilizasiyalı  bazar  sisteminin  formalaşması 

olduqca  çətin  və  mürəkkəbdir.  Çünki  bazar  sistemi  ilə  yaşayan  ölkələrin  hər  biri  milli 

iqtisadiyyatın  inkişafı  və  milli  mənafelərin  reallaşması  istiqamətində  rastlaşmış  və  həllinə  nail 

ola bilmişlər. Digər tərəfdən dünya iqtisadiyyatının vaxtaşırı tsiklik inkişafı bazar sisteminə ciddi 

təsir  göstərməklə  onun  mahiyyətinədə  yeni  xüsusiyyətlərin  meydana  gəlməsinə  səbəb  olur.  Bu 

vaxtdan müasir sivilizasiyalı bazar sistemi coxnövlü mülkiyyət formalaşmasında milli dövlət və 

şə

xsi  mənafelərin  uzlaşdırılmasına  çalışmalı,  iqtisadi  yüksey  səviyyəsi  demokratikləşdirmə 



prosesi  ilə  əlaqələndirilməli,  ümumi  mənafelərin  ödənilməsi  naminə  dövlətin  tənzimləmə 


siyasətinə  üstünlük  verilməli,  əmtəə  və  xidmətlər,  istehsal  amilləri  və  maliyyə  bazarının 

inklişafına xidmət göstərən bazar infrastrukturunun yaradılmasl prinsipləri həyata kecirilməlidir.  



 

MÖVZU   5    Bazar iqtisadiyyatının modelləri 

1.  Müasir dünya iqtisadiyyatında bazar sisteminin üstünlüklərı 

2.  Bazar iqtisadiyyatının modelləri və onların fərqləndirici cəhətləri 

3.  Bazar sisteminin əsas modelləri  

4.   Bazar iqtisadiyyatının milli modelləri və onların xarakterik xüsusiyyətləri 

5.  Azərbaycanda bazar iqtisadiyyatının formalaşmasının ümumi cəhətləri və xüsusiyyətləri 



 

     5.1    Müasir dünya iqtisadiyyatında bazar sisteminin üstünlüklə 

Bazar  iqtisadiyyatı        bazarla      bağlı        olan        iqtisadi        münasibətlərin  məcmusudur. 

qtisadiyyatın  təşkilinin  bazar  mexanizmi  vasitəsilə  aparılmasıdır.  Müasir  dövrdə  bazar 

iqtisadiyyalı  ən  səmərəli.  mütərəqqi,  çevik.  tez  təkmilləşən  iqtisadiyyat  forması  hesab  olunur. 

Bazar iqtisadiyyatının nəzəri əsasları klassik iqtisadçılar (A.Smit, D.Rikardo, C.Miil) tərəfindən 

tədqiq edilmişdir. A.Smit bazar iqtisadiyyatını öz-özünü tənzim edən, sərbəst fəaliyyət göstərən 

bir  sistem  kimi  göstərmişdir.  Neoklassik  iqtisadçılar    (A.Marşal,  L.Valras,  Y.Şumpeter)  bazar 

iqtisadiyyatının müxtəlif tərəflərini izah etmişdir.   ngilis iqtisadçısı C.Keyns bazar  iqtisadiyyatı 

təliminə zəngin töhfə verərək bazar iqtisadiyyatının dövlət tənzimlənməsi ideyasını yaratnıışdır. 

Bazar  iqtisadiyyatının  əsas  məqsədləri  ölkədə  iqtisadi  artıma,  tam  məşğulluğa,  istisadi 

səmərəliliyə, qiymətlərin sabit səviyyəsinə, iqtisadi azadlığa, gəlirlərin ədalətli bölgüsünə, milli 

iqtisadi  təhlükəsizliyə  nail  olunmasıdır.    Bazar  iqtisadiyyatının  məzmunu  əsasən  aşağıdakılarla 

müəyyən olunur: 1) O insanların iqtisadi azadlığına və bazar iştirakçılarının sərbəst fəaliyyətinə 

ə

saslanır.  2)  nkişaf  etmiş  əmtəə  təsərrüfatı  və  əmək  bölgüsünün  dərinləşməsi  ilə  çoxsaylı 



mülkiyyət  formaları  mövcud  olur.  Bu  isə  xüsusi  sahibkarlıq  fəaliyyətinin  yaranmasına  və 

inkişafına səbəb olur. 3)  stehsalçıların iqtisadi müstəqillikləri oniarın istelısalının səmərəliliyinə 

və  mənfəətlərinin  artırılmasına  şərait  yaradır.    Müasir  bazar  iqtisadiyyatında  bu  xüsusiyyətlər 

daha  geniş,  əhatəli,  dərin  məzmuna,  mürəkkəb  xassələrə  malikdirlər.  Bura  çox  mülkiyyətlilik, 

iqtisadi deınokratikləşdirmə, geniş bazar infrastrukturu xasdır. 

           5.2       Bazar iqtisadiyyatının modelləri və onların fərqləndirici cəhətləri 

Müasir dünya iqtisadiyyatı bazar sisteminin üstünlük təşkil etdiyi bir şəraitdə fəaliyyət göstərir. 

Lakin bazar sistemi strukturasından, növündən, infrastrukturundan aslı olmayaraq onun 

fəaliyyəti müxtəlif modeldə fəaliyyət göstərir. Bu müxtəliflik ölkələrin tarixi inkişaf

  

şə

raitindən,  



resursların mövcüdluğundan, mülkiyyətin hakim formasından və s. asılıdır. Bundan başqa ayrı-

ayrı ölkələrdə məhsuldar qüvvələrin inkişaf səviyyəsi əhalinin adət və ənənələri cəmiyyətdə 

sosial və siyasi qrupların nisbətindən və s. asılı olaraq müəyyən fərqlər mövcud olur. Hər bir 

ölkə öz şəraitinə müvafiq olaraq iqtisadi inkişaf modeli secir və buna müvafiq olan iqtisadi 

siyasət yeridir.  Bu modellərin fərqləndirici orada təsərrüfatçılıq fəaliyyətində xüsusi mülkiyyətin 

payı dövlət mülkiyyətinin payı kollektiv mülkiyyətin payı iqtisadiyyata dövlət müdaxiləsinin 

həddi, əmək münasibətlərinin həlli, sosial məsələlərin həlli və s.-dir 

        5.3        Bazar sisteminin əsas modelləri  



Yüklə 357,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə