Microsoft Word Iqtisadiyyat makro imtahan doc



Yüklə 306,64 Kb.
Pdf görüntüsü
səhifə12/13
tarix14.05.2018
ölçüsü306,64 Kb.
#43766
1   ...   5   6   7   8   9   10   11   12   13

 

26

zəruri məhsul və xidmətlərin istehlakının mümkün həddini göstərir. O minimum istehlak 



səbəbi  və  icbari  ödənişlərin  məcmusundan  ibarətdir.  Minimum  istehlak  büdcəsi 

insanların əmək qabiliyyələrini normal səviyyədə saxlamaq üçün istifadə edilir və insanın 

sağlamlığının  və  həyat  səviyyəsinin  minimum  səviyyəsi  üçün  lazım  olan  ərzaq  qeyri-

ə

rzaq  malları,  o  cümlədən  xidmətlərin  elmi  əsaslar  üzrə  müəyyənləşdirilir.  Azərbaycan 



Respublikasında  yaşayış  minimum  müəyyənləşdirmək,  onun  dövlət  təminatın,  ölkənin 

sosial-  iqtisadi  inkişafına  uyğun  olaraq  onun  yüksəldilməsi  istiqamətlərini  müəyyən 

eetmək  üçün  2004-cü  ildə  “Yaşayış  minimum”  haqqında  Azərbaycan  Respublikasının 

qanunu  qəbul  edilmişdir.  Yoxsulluq  ümumbəşəri  bir  problem  olub  daim  dəyişən 

prosesdir.  Əhalinin  yoxsulluq  səviyyəsinin  göstəriciləri  yoxsulluq  dərəcəsi  (orta  gəliri 

minimumdakı  aşağı  olanların  sayının  əhalinin  ümumi  sayına  nisbəti)  yoxsulluq  həddi 

(yaşayış minimum səviyyəsində istehlakın təmin edilməsi) – yoxsulluğun miqyası (gəliri 

yaşayış minimumdan aşağı olan əhalinin syaı), dilənçilik gəlirləri yaşayış minimumunun 

50%-dən  aşağı  olan  əhalinin  sayı)  və  s.  göstəricilərdir.  Yoxsulların  sayı  yoxsulluq 

həddini  müəyyənləşdirilməsindən  asılı  olaraq  müsbət  və  nisbi  cəhətdən  dəyişir.  Mütləq 

yoxsulluq minimum həyat səviyyəsi olub insanların qida məhsullarına, mənzilə və geyim 

ş

eylərinə  olan  fizioloji  tələbatları  ilə  müəyyən  olunur.Nisbi  yoxsulluq  isə  ölkədə  orta 



rifah  səviyyəsinə  nisbətən  minimum  istehlak  səbətinin  neçəyə  başa  gəldiyini  göstərir. 

Nisbi  yoxsulluq  da  əhalinin  gəlirləri  mövcud  cəmiyyətdə  qəbul  edilmiş  standartlara 

uyğun olunur. 

 

42.



 Sosial siaysətin məqsədi və istiqamətləri 

 

 Yoxsulluq , az təminatlılıq və həyat səviyyəsinin pisləşməsi sonda sosial narazılığa 



və  digər  neqativ  hallara  səbəb  olduğundan  dövlət  onların  həyat  səviyyəsinin 

mühavizəsini  və  sosial  müdafiəasini  təşkil  etməli  olur.  Dövlətin  sosial  sahədə  yerinə 

yetirməli olduğu vəzifələr aşağıdakılardır:  

ə

halinin  həyat  səviyyəsinin  stabilləşdirilməsi  və  kütləvi  yoxsulluğun  qarşısının 



alinması;  işsizliyin  azalması  və  onların  maddi  cəhətdən  təmin  olunması;  antiinfilyasiya 

tədbirləri həyata keçirməklə əhalinin real gəlirlərinin stabitliliyinin qorunub saxlanılması; 

sosial sferaya aid olan sahələrin inkişaf etdirilməsi və s. 



 

27

  Əhalinin  sosial  təminatı  əsasən  sosial  sığorta  və  dövlət  yardımları  proqramları 



ə

sasında təşkil edilir. Sosial sığorta əmək haqqından məcburi tutulmuş sığorta ayırmaları 

heabına  formalaşan  sosial  fondundan  verilən  müavinətlərdir.Dövlət  yardım  proqramları 

isə dövlət büdcəsindən yaşamağa heç bir vəsaiti olmayan şəxslərə verilir. Bundan başqa 

qocalara,  xəstələrə,  əmək  qabiliyyətini  itirənlərə  ünvanlı  sosial  müavinətlər,  çoxuşaqlı 

ailələrə kömək, ərzaq imtiyazları, pulsuz təhsil və səhiyyə xidməti və s. dövlət yardımları 

proqramına daxildir. 

   Əhalinin  sosial  müdafiasinin  təmin  edilməsi  istiqamətlərindən  biri  də  gəlirlərin 

indeksləşdirilməsidir.Bu  daha  çox  infilyasiya  prosesi  ilə  bağlıdır.Belə  ki,  infilyasiya 

zamanı  alıcılıq  qabiliyyətini  qoruyub  saxlamaq  üçün  əhalinin  pul  gəlirləri  də  qiymət 

indeksinə uyğun olaraq artırılmalıdır.Yaşa, əlilliyə ,ailə başçısını itirməyə görə həmçinin 

ə

mək pensiyalarının indeksləşdirilməsi də əhalinin sosial təminatında xüsusi rol oynayır.  



  Qeyd etmək lazımdır ki, yoxsul və az təminatlı əhalinin sosial müdafiəsinin təşkili 

dövlətin  həyata  keçirdiyi  sosial  siyasətin  mükəmməlliyindən  və  səmərəliliyindən 

asılıdır.Sosial  siyasət  minimum  əmək  haqqı  siyasətinin  qanunvericilik  vasitəsi  ilə 

müəyyənləşdirilməsi  ,məşğulluğun  təmin  edilməsi,  normal  əmək  şəraitinin  yaradılması, 

sosial müdafiə və sosial təminat və s problemlərin həll olunmasını nəzərdə tutur. 

 

43. Qiymətli kağızların məzmunu və funksiayları. 



 

  qtisadiyyatın ümumi vəziyyəti qiymətli kağızlar bazarından əhəmiyyətli dərəcədə 

asılıdır.  Qiymətli  kağızların  buraxılması  istehsal  və  kommersiya  fəaliyyətinin 

genişlənməsində  kreditlərin  cəlb  edilməsi  işinin  mürəkkəbləşməsi  ilə  bağlıdır.  Belə  ki, 

istehsalın  inkişaf  etdirilməsi  və  genişləndirilməsi  üçün  bir  neçə  şəxsin  vəsaiti  kifayət 

etmir.  Bunun  üçün  daha  çox  sayda  sahibkarın  və  digər  şəxslərin  maliyyə  vəsaitlərinin 

səfərbər edilməsi lazım gəlir. Qiyməli kağızları almaq pul kapitalının bir hissəsini borca 

vermək deməkdir. Qiymətli kağızların mühüm keyfiyyəti onların likvidliyi (yəni istənilən 

anda pula çevrilə bilmək) və ölkədə olan sərbəst pul vəsaitlərinin iqtisadiyyatın müxtəlif 

sahələrinə cəlb edilməsidir.  Qiymətli kağızlar əmlak hüquqlarını və borc münasibətlərini 

təsdiqləyən  pul  sənədidir.  Qiymətli  kağızlara  səhmlər,  istiqrazlar,  veksellər,  sertifikatlar 

və s. aiddir, nağd və nağdsız formada buraxılır. Qiymətli kağızlar sərbəst pul vəsaitlərinin 

səfərbərliyə  alınması,  iqtisadiyyata  investisiyaların  cəlb  edilməsi,  investorlara  qiymətli 



 

28

kağızlar  haqqında  məlumat  verilməsi,  iqtisadiyyatın  strukturunun  təkmilləşdirilməsi, 



iqtisadiyyatın  iformasiya  təminatı,  açıq  bazarlarda  əməliyyatlar  aparmaqla  pul  kredit 

sisteminin tənzimlənməsi və s. funksiyalar həyata keçirirlər. Qiymətli kağızların meydana 

gəlməsi  nəticəsində  kapitalın  ikiləşməsi  baş  verir.  Bir  tərəfdə  real  kapital,  yəni  istehsal 

fondları  formasında  olan  kapital,  digər  tərəfdə  isə  onların  qiymətli  kağızlar  formasında 

ifadələri mövcud olur. 

 

44.



 Kommersiya banklarının əməliyyatları 

Ikipilləli  bаnk  sistеminin  digər  hissəsi  kоmmеrsiyа  bаnkıdır.  Bu  əsаsən  bаzаr 

iqtisаdiyyаtlı ölkələrdə fəаliyyət göstərir. Kоmmеrsiyа Bаnklаrı krеdit, fаiz və vаsitəçilik 

ə

məliyyаtlаrını  həyаtа  kеçirir,  bütövlükdə  ölkədə  tədiyyə  dövriyyəsini  təşkil  еdirlər. 



Kоmmеrsiyа  bаnklаrının  əməliyyаtlаrınа  pul  hеsаblаşmаlаrının  (nəqd  və  nəqdsiz 

qаydаdа) həyаtа kеçirilməsi, müхtəlif bаzаr subyеktlərinə müхtəlif məqsədlərlə müddətli 

krеditlərin  vеrilməsi,  tədiyyə  dövriyyəsinə  хidmət  еtmək,  qiymətli  kаğızlаrın  аlvеrini 

təşkil еtmək, dividеndlərin və fаizlərin vеrilməsi ilə məşğul оlmаq dахildir. 

Kоmmеrsiyа  bаnklаrının  pаssiv  əməliyyаtlаrınа  pul  vəsаitlərinin  tоplаnmаsı 

dахildir.  Оnun  vəsаitləri  Milli  Bаnkın  bаnkın  vəsаitləri,  bоrc  vəsаitləri  və  cəlb-еdilmiş 

vəsаitləri  və  digər  bаnklаrdаn  аlınmış  krеditlər  hеsаbınа  əmələ  gəlir.  Аktiv 

ə

məliyyаtlаrınа  müəssisə  və  firmаlаrа,  əhаliyə  və  digər  bаnklаrа  qısа  və  uzunmüddətli 



krеditlər  vеrmək,  kаpitаl  qоyuluşlаrını  mаliyyələşdirmək,  qiymətli  kаğızlаrа  qоyuluşlаr 

а

iddir.  Müаsir  şərаitdə  kоmmеrsiyа  bаnklаrı  əməliyyаtlаrı  dаhа  dа  gеnişlənərək 



firmаlаrdа  mаliyyə  vəziyyətinin  təhlili,  krеdit  kаrtоçkаlаrının  burахılmаsı,  vаlyutа 

dəyişmək,  müştərilərin  qiymətli  şеylərini  sахlаmаq  və  s.  fəаliyyətləri  əhаtə  еdir. 

Kommersiya  banklarının  fəaliyyəti  özlərinin  pul  yaratmaq  qabiliyyətinin  malik  olması, 

iqtisadi  müstəqilliyinin  olması,  kreditləşmədə  vasitəçiliyin  həyata  keçirilməsi, 

hesablaşma  ödəniş  mexanizminin  təmin  edilməsi,  qiymətli  kağızlarla  əməliyyatlarda 

vasitəçiliyin  aparılması  və  s.  prinsiplər  əsasında  fəaliyyət  göstərir.  Digər 

kredittəşkilatlarından fərqli olaraq öz fəaliyyətlərində meydana gələn riskləri öz üzərinə 

götürürlər. 



45. Əhali gəlirləri və onların növləri. 

 Əhalinin  həyat  səviyyəsi  ilk  növbədə  onların  əldə  etdiyi  gəlirlərdən  asılıdır.  Əhali 

gəlirləri  müəyyən  vaxt  ərzində  cəmiyyət  üzvlərinin  sərəncamına  daxil  olur  və  onların 




Yüklə 306,64 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə