Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə45/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   41   42   43   44   45   46   47   48   ...   64

                                                                                                                                      
177
Verər istiottək çox tünd danələr. 
Hər gecə-gündüzdə ondan bir azca 
Yeyərək yatarlar elə ordaca. 
Bir xırman başqa ot versən də əgər, 
Yeyərlər, yenə də doymaq bilməzlər. 
Ayla Gün səmada üz-üzə gəlcək 
Onlar qaynaşarlar xırda qurdlartək. 
Nə düşsə, qorxusuz tutub yeyərlər 
Bu sayaq, Ay yarı olana qədər. 
Göydə Ay kiçilib olanda yarı
Azalar bir qədər iştahaları. 
Qara buludlardan ildə bir kərə
Böyük bir əjdaha düşər o yerə; 
Yaman yekə olur həmin o heyvan. 
Yəcuclar doyunca yeyərlər ondan. 
Yıxılıb qalarlar, bir aya qədər 
Sərxoştək yatarlar, heç nə yeməzlər. 
Köklə otdan başqa bilməzlər yemək. 
Xəstəlik görməzlər ölən günədək. 
Bir nəfər ölərsə onlardan əgər, 
Hamısı yığışıb ölünü yeyər, 
Şoran torpaqlarda nə murdar qalar. 
Nə də ölülərə qazılar məzar. 
Yaxşı cəhəti də budur: o torpaq 
Məzardan xalidir, murdardan uzaq! 
Arabir hücumla talayıb bizi, 
Xaraba qoyarlar evlərimizi. 
Qoyun-quzumuzu aparıb onlar. 
Yeyərlər nə qədər azuqəmiz var. 
Bu itsifətlərdən qorxduğu qədər 
Canavardan qorxmaz bizim sürülər. 
Bizləri qırmaqçın edərlər qovğa, 
Didərgin salarlar yurddan uzağa. 
Biz uca dağlara qaçıb qorxudan 
Quştək ağaclarda salarıq məkan. 
Ancaq ayaqları süstdür bir qədər, 
Ardımızca dağa çıxa bilməzlər. 


                                                                                                                                      
178
Bu böyük bəlanı bizdən əgər sən 
Dəf etsən, çox böyük səvab edərsən!" 
İskəndər bildi ki, zordur yəcuclar, 
Yəqin hər birində bir fil gücü var. 
Bir sədd ucaltdı ki, orda poladdan, 
Olmaz həşrə qədər onu dağıdan. 
Ona uca bəxti köməklik etdi. 
Tikilib qurtardı İskəndər səddi. 
Dönüb bir şəhərə gəldi şah ordan, 
Axtarıb tapmadı orda bir insan. 
Yenə səfərinə davam etdi şah, 
Köçməyə başladı ordan qərargah. 
Bu işdən keçəndə bir xeyli müddət, 
Bir ay dağlar, çöllər aşıb, nəhayət, 
Gözəl bir mənzildə məskən saldılar, 
Bu yerdən hamısı məmnun qaldılar. 
Bir yol töhfəsitək böyük hökmüran 
Göstərdi qoşuna şəhri uzaqdan. 
Başqa cürə idi burda təbiət, 
Su ilə, əkinlə tapmışdı ziynət. 
Hasarsız, divarsız bağlardı hər yan, 
Bol-bol sürü vardı, yoxdu bir çoban. 
Qoşundan birisi tər meyvələrə 
Əlini uzadıb istədi dərə, 
Həmin meyvələrdən birini dərcək 
Bədəni qıc olub qaldı kamantək. 
Başqa bir atlı da qoyun tutanda 
Onu bərk qızdırma tutdu bir anda. 
İskəndər: "Bax, bunlar ibrətdir", deyə, 
Əlini vurmadı orda heç nəyə. 
Qoşuna əmr edib şah dedi: "Heç kəs 
Özgənin bağına toxuna bilməz!" 
Tələsik gedərək ordan bir qədər, 
O axar-baxarlı yerdən keçdilər, 
Cənnəttək, neməti bol-bol, firavan 
Bir şəhər gördülər onlar uzaqdan. 
Gəlib darvazaya çatdı İskəndər, 


                                                                                                                                      
179
Gördü ki, qapıdan yoxdur bir əsər. 
Müdrik qocalarla girdi şəhərə, 
Baş vurdu onlarla burda hər yerə, 
Gördü çox bəzəkli, dolu dükanlar, 
Ancaq nə qapısı, nə qıfılı var. 
Nəcib şəhər əhli onu görəntək 
Çıxdı qarşısına təzim edərək. 
Gətirdilər qəsrə bir mehman kimi, 
Saray ziynətliydi asiman kimi. 
Süfrə bəzədilər, büsat qurdular, 
Özləri xidmətdə hazır durdular. 
Pərəstiş etdilər o mehmanlara, 
Əhsən qonaqsevən bu insanlara! 
Süfrəni bəyəndi böyük hökmüdar, 
Onlar fərəhlənib çox şad oldular. 
İskəndər soruşdu: "Nə üçün sizlər 
Qorxu bilməzsiniz heç zərrə qədər? 
Neçün burda belə arxayınlıq var? 
Neçün qıfılsızdır burda qapılar? 
Yoxdur heç bir bağda keşikçi, bağban, 
Neçin sürünüzü güdməz bir çoban? 
Çobansız sürülər nədir bir belə, 
Baxdıqca yayılıb düzənə, çölə? 
Belə arxayınlıq, laqeydlik nədir? 
Sizin inamınız, deyin, kimədir?" 
Ədalət yurdunun ağsaqqalları 
Bir də mədh eləyib o hökmüdarı
Dedilər: "Başına tac qoyan allah 
Ömrünü payidar eləsin, ey şah! 
İşində haqq sənə havadar olsun, 
Şöhrətli adına hünər yar olsun! 
Bizim güzəranı sordu hökmüran, 
Buyurub dinləsin, biz edək bəyan: 
Doğrusu budur ki, bizlər qədimdən 
Bu dağı, bu çölü etmişik məskən. 
Fağır bir tayfayıq, həm də dinpərvər, 
Düzlükdən keçmərik əsla tük qədər. 


                                                                                                                                      
180
Əyri dolanmaqla yoxdur işimiz, 
Düzlükdən başqa yol tanımırıq biz. 
Əyrilik yoluna çəkmişik hasar, 
Düzlüklə olmuşuq əzabdan kənar. 
Yalan gətirmərik biz dilimizə, 
Əyri yuxular da görünməz bizə. 
Faydasız etmərik heç sorğu-sual. 
Çünki allaha da xoş getməz bu hal. 
Allahdan nə gəlsə, edərik şükür, 
Çünki narazılıq naşükürlükdür. 
Biz razı qalarıq nə gəlsə həqdən, 
Düşmənlik edərmi pərəstiş edən? 
Acizin dərdinə edərik çara, 
Xilas eyləyərik düşərsə dara. 
Bizim aramızda, bilsək ki, əgər, 
Birinə bir işdə yetişib zərər, 
Biz öz kisəmizdən onu ödərik, 
Verib mayasını təmin edərik. 
Bizdə bərabərdir hamının varı, 
Bərabər bölərik bütün malları. 
Bizdə artıq deyil heç kəsdən heç kəs, 
Bizdə ağlayana heç kimsə gülməz. 
Oğrudan qorxmarıq, biz nə şəhərdə
Keşikçi qoyarıq, nə də çöllərdə. 
Oğurluq eləməz bizdə bir nəfər, 
Oğurlaya bilməz bizdən özgələr. 
Nə zəncir, nə qıfıl görər qapılar, 
Gözətçisiz otlar bizim mal-davar. 
Bizim uşaqları böyüdər allah, 
Naxıra şir, pələng toxunmaz əsla. 
Bizim bir qoyuna dəysə canavar, 
Ordaca gəbərib yerində qalar. 
Kim dərsə bir sünbül bizim əkindən, 
Qəfil bir ox dəyər düz ürəyindən. 
Biz əkin zamanı səpərək dəni, 
Haqqa tapşırarıq sonra əkini. 
Altı ay olarıq əkindən uzaq, 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə