Microsoft Word ki telimati new


KREDİT İTTİFAQLARINA KREDİT VERİLMƏSİNƏ DAİR



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix20.09.2018
ölçüsü0,88 Mb.
#69871
1   ...   14   15   16   17   18   19   20   21   22

KREDİT İTTİFAQLARINA KREDİT VERİLMƏSİNƏ DAİR 

KREDİT TƏLİMATI 

İCRAÇI KREDİT AGENTLİYİ 

Səhifə: 

40

 

 



Müşahidə Şurasının üzvlərindən biri auditorluq təcrübəsinə malik olmalıdır. Müvafiq təcrübəyə malik 



üzv olmadıqda müqavilə ilə auditor cəlb oluna bilər. 

 

Maddə 14.Kredit ittifaqının fəaliyyətinə rəhbərlik  

1.  Ümumi  yığıncaqlar  arasındakı  dövrdə  Kredit  ittifaqının  fəaliyyətinə  ümumi  yığıncaqda  seçilən  İdarə 

Heyəti  və  İdarə  Heyətinin  sədri  rəhbərlik  edir.  İdarə  Heyətinin  üzvü  müşahidə  şurasının  və  kredit 

komissiyasının üzvü ola bilməz. 

2.  İdarə Heyətinin üzvlərinin sayı, seçilmə müddəti, İdarə Heyətinin, onun üzvlərinin və sədrin hüququ, 

vəzifəsi və səlahiyyəti nizamnamə ilə müəyyən olunur. İdarə Heyətinin tərkibi 3 nəfərdən az olmamalıdır.  

3.  İdarə Heyəti: 

3.1   Nizamnamə  ilə  müəyyən  edilmiş  qaydada  Kredit  ittifaqına  yeni  üzvlərin  qəbul  edilməsi  və  üzvlükdən 

azad edilməsi məsələlərinə baxır; 

3.2  Kredit ittifaqını məhkəmədə və üçüncü şəxslərlə münasibətdə təmsil edir;  

3.3  ümumi yığıncağın keçirilməsini təşkil edir 

3.4  Kredit ittifaqının adından işə cəlb olunanlarla əmək müqaviləsi bağlayır, öz üzvləri və üçüncü şəxslərlə 

mülki sövdələşmələr aparır 

3.5  kredit komissiyasının rəyi əsasında kredit verir;  

3.6  mühasibat balansını və digər maliyyə hesabatlarını hazırlayır;  

3.7  nizamnamədə nəzərdə tutulan digər funksiyaları yerinə yetirir.  

4  İdarə Heyətinin üzvlərinin əmək haqqı nizamnamədə nəzərdə tutulmuş qaydada müəyyən olunur.  

 

Maddə 15. Kreditin verilməsi  

1.  Kredit  verilməsi  haqqında qərarı  kredit komissiyasının rəyi  əsasında  İdarə  Heyəti  qəbul  edir.  Azı üç 

nəfərdən  ibarət  kredit  komissiyası  ümumi  yığıncaqda  Kredit  ittifaqının  üzvlərindən  seçilir.  Kredit 

komissiyasının  səlahiyyət  müddəti,  vəzifələri,  hüquqları  və  məsuliyyəti  nizamnamə  ilə  müəyyən 

olunur 


2.  Kredit komissiyasının üzvü İdarə Heyətinin və müşahidə şurasının üzvü ola bilməz.  

3.  Kredit komissiyası üzvlərin kredit almaq haqqında ərizələrinə baxır, kreditin verilməsi və qaytarılması 

şərtlərini müəyyənləşdirir və bu məsələlər üzrə İdarə Heyətinə təkliflər verir. İdarə Heyəti kredit 

komissiyasının rəyi olmadan üzvlərlə kredit müqaviləsi bağlaya bilməz 

4.  Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada kreditə təminat tələb oluna 

bilər 


5.  Kredit komissiyası kreditlərə faiz dərəcəsini müəyyənləşdirmək üçün ümumi yığıncağa təkliflər verə 

bilər 


6.  Kredit komissiyası ildə bir dəfə öz fəaliyyəti barədə ümumi yığıncağa hesabat verir.  

 

Maddə 16.Müşahidə şurasının, İdarə Heyətinin və kredit komissiyasının məsuliyyəti  

Müşahidə şurasının, İdarə Heyətinin və kredit komissiyasının üzvləri öz hərəkətləri (hərəkətsizliyi) ilə kredit 

ittifaqına vurduğu zərərə görə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada 

məsuliyyət daşıyırlar.  

 

Maddə 17.Kredit ittifaqlarında vergitutma qaydası, uçot və hesabat  

1.  Kredit ittifaqlarında vergitutma qaydası Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən 

olunur.  

2.  Kredit ittifaqlarında mühasibat uçotu qaydaları, hesabatın xarakteri, strukturu və təqdim edilmə 

müddətləri qanunvericiliyə uyğun olaraq bank fəaliyyətinə xüsusi razılıq verən orqan tərəfindən 

müəyyən edilir.  

 

IV FƏSIL KREDİT İTTİFAQININ FONDLARI 

   

Maddə 18.Nizamnamə kapitalı  



KREDİT İTTİFAQLARINA KREDİT VERİLMƏSİNƏ DAİR 

KREDİT TƏLİMATI 

İCRAÇI KREDİT AGENTLİYİ 

Səhifə: 

41

 

 

2.  Kredit ittifaqının nizamnamə kapitalı üzvlərin paylarından formalaşır.  



3.  Kredit ittifaqı nizamnamə kapitalının minimum məbləği bank fəaliyyətinə xüsusi razılıq verən orqan 

tərəfindən, üzvlərin payının həcmi, ödənilmə qaydası və qaydanın pozulmasına görə məsuliyyət isə 

nizamnamə ilə müəyyən olunur.  

4.  Nizamnamə kapitalı qarşılıqlı kreditləşmə məqsədinə istifadə olunur. Ümumi yığıncağın qərarı ilə 

nizamnamə kapitalından Kredit ittifaqının fəaliyyətə başlaması üçün zəruri olan bina, avadanlıq və 

inventar əldə olunmasına vəsait yönəldilə bilər.  

5.  Nizamnamə kapitalının formalaşması üçün Kredit ittifaqının aldığı borcdan istifadə olunması 

qadağandır. 

 

Maddə 19. Kredit İttifaqlarının Ehtiyat fondu  

2  Kredit ittifaqına fəaliyyəti nəticəsində dəyən zərəri ödəmək məqsədilə xüsusi ehtiyat fondu yaradılır.  

3  Ehtiyat fondu qanunvericiliklə nəzərdə tutulmuş qaydada formalaşır.  

 

Maddə 20. Qarşılıqlı kredit fondu  

1.  Kredit ittifaqı kredit vermə mənbəyi olan qarşılıqlı kredit fondu yaradır. Qarşılıqlı kredit fondu 

nizamnamə kapitalı, Kredit ittifaqının mənfəətindən, habelə bu Qanuna müvafiq digər mənbələrdən cəlb 

olunmuş vəsaitlər hesabına formalaşır. Bu fondun vəsaitlərindən yalnız üzvlərə kredit verilməsi üçün 

istifadə olunur.  

2.  Kredit fondundan verilən kreditin məbləği kredit alan üzvün payının 10 mislindən və qarşılıqlı kredit 

fondu vəsaitlərinin 10 faizindən çox ola bilməz.   

 

 

 



 

V FƏSIL KREDİT İTTİFAQININ LƏĞVİ, YENİDƏN TƏŞKİLİ VƏ MÜBAHİSƏLƏRƏ 

BAXILMA 

 

Maddə 21. Kredit ittifaqının ləğvi  

1. 

Kredit ittifaqının ləğvi üçün əsaslar:  



1.1  Kredit ittifaqının ləğvi haqqında ümumi yığıncağın qərarı 

1.2  Kredit ittifaqı üzvlərinin minimum sayının və minimum nizamnamə kapitalının azalması 

1.3  müflis olmuş Kredit ittifaqının ləğvi haqqında məhkəmənin qüvvəyə minmiş qərarı;  

1.4  Azərbaycan Respublikası qanunlarının pozulmasına görə Kredit ittifaqının ləğv olunması haqqında 

məhkəmənin qüvvəyə minmiş qərarı 

Ləğvetmə haqqında qərar qəbul edən orqan ləğvetmə komissiyası yaradır və İdarə Heyətinin funksiyası 



ləğvetmə komissiyasına verilir 

Kredit ittifaqının ləğvi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada həyata 



keçirilir. Kredit ittifaqı ləğv olunduqda paylar və onlara mütənasib olaraq hesablanmış gəlirlər Kredit 

ittifaqının bütün öhdəlikləri yerinə yetirildikdən sonra üzvlər arasında bölüşdürülür.  

 

Maddə 22.Kredit ittifaqının yenidən təşkili  

1. 


Kredit  ittifaqı  qanunvericilikdə  nəzərdə  tutulan  qaydada  yenidən  təşkil  edilə  bilər.  Yenidən  təşkil 

edilən  Kredit  ittifaqının  tərkibindən  bir  və  ya  bir  neçə  hüquqi  şəxsin  ayrılması,  habelə  bölünməsi, 

birləşməsi formasında ümumi yığıncağın qərarı ilə həyata keçirilir. 

2. 


Kredit ittifaqlarının  yenidən təşkili üçün İdarə Heyəti tərəfindən layihə hazırlanır.  Layihəyə  müstəqil 

auditor tərəfindən rəy verilir.  

3. 

Yenidən təşkil edilmə layihəsində aşağıdakı məlumatlar verilir:  



3.1  Kredit ittifaqının adı və ünvanı; 

3.2  Üzvlərin sayı; 

3.3  Nizamnamə kapitalı;  



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə