Microsoft Word ki telimati new


KREDİT İTTİFAQLARINA KREDİT VERİLMƏSİNƏ DAİR



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix20.09.2018
ölçüsü0,88 Mb.
#69871
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

KREDİT İTTİFAQLARINA KREDİT VERİLMƏSİNƏ DAİR 

KREDİT TƏLİMATI 

İCRAÇI KREDİT AGENTLİYİ 

Səhifə: 

17

 

 

 

 



Kredit sənədləri təhlil olunarkən xüsusi diqqət veriləcək aspektlər: 

 

  Öz vəsaitləri (kapital) və Müştərinin aktivləri - onun əmlakı və digər vəsaitləri 



  Sub-borcluların istehsal edəcəkləri məhsulların həcmi  – Bütün görüləcək işlər Biznes plana daxil 

edilməlidir: əkin sahəsi, mal-qaranın sayı, tərəvəz, bağçaçılıq və s. 

  Mənfəət  və  zərər  haqqında  məlumat  – Bu,  müştərinin cəmi gəlirindən  (kredit  ərizəsində  nəzərdə 

tutulan aktivlər, həyətyani sahənin məhsullarının satışı və göstərilən xidmətlər) istehsal xərclərini, 

qeyri-istehsal xərclərini, faiz xərclərini, vergilər və s. çıxmaqla hesablanır. 

  Kİ-nin  krediti  ödəmə  qabiliyyəti  -  Borcalanın  öz  vəsaitinin  borcun  vaxtında  ödənilməsi  üçün 

kifayət  etməsi,  borc  ödəmə  qabiliyyətinin  vəziyyəti,  müəssisənin  dövriyyə  vəsaitlərinin  onun 

ehtiyaclarını  ödəyə  bilməsi  xüsusiyyətləri  araşdırılacaq  müştərinin  krediti  ödəmə  qabiliyyəti  

yoxlanılır.  Kredit verilən müştərilərin krediti ödəmə qabiliyyəti, obyektiv və subyektiv  faktorları, 

maliyyə  iqtisadi  vəziyyəti,  bütün  potensial  riskləri  ilə  birlikdə  yoxlanaraq,  müştərinin  şəxsi 

keyfiyyətləri də nəzərə alınaraq müəyyənləşdirilməlidir. 

 

5.  İKA və Kİ-lərin məsuliyyətləri 

5.1

 İKA-nın məsuliyyətləri 



 

  İKA hər bir qeydiyyatdan keçmiş, lisenziya almış və İKA-nın tələblərinə uyğun olan Kİ-nin öz 

üzvlərinə kredit verməsi üçün Kredit Xətti ilə (KX) təmin edə bilər.  

  İKA, öz üzvlərinə kredit vermək üçün Kİ-yə verdiyi Kredit Xəttinə (KX) diqqətlə nəzarət edəcək; 

  İKA Kİ-lərin səmərəli fəaliyyətinə kənardan və yerlərdə təftiş/nəzarət vasitəsilə kömək edəcək. 

  Kİ-nin İdarə Heyətinin iclaslarında müşahidəçilər kimi iştirak edəcək; 

  Kredit Xəttinin/İKA-nın Kİ-yə cəlb olunmuş vəsaiti üzrə fəaliyyətinin monitorinqi; 

 

 



5.2

 Kİ-nin məsuliyyətləri 

Kİ-lər  üzvlərə  krediti  təmin  edən  əsas  Yerli  Maliyyə  Vasitəçiləri  olduğundan,  aşağıdakılara  cavabdeh 

olacaqlar: 

  Özünün  kredit  və  maliyyə  əməliyyatlarını  öz  əməliyyat  və  kredit  təlimatlarına  uyğun  olaraq 

aparmalıdır. Həmin təlimatlar İKA-ya məqbul sənədlər olmalıdır.     

  Kİ-nin  İH  Sədri,  baş  mühasibi  və  İH  digər  üzvləri  İKA  tərəfindən  təşkil  olunmuş  peşə  imtahandan 

müvəffəqiyyətlə keçməlidirlər; 

  Borcluların və sub layihələrin müvafiqliyini yoxlamaq; 

  Prinsiplərə  və  sağlam  kredit  idarə  etməsi  təcrübəsinə  uyğun  olaraq  kredit  müraciət  formalarını 

qiymətləndirmək  və  təsdiq  etmək,  kreditin  qiymətləndirilməsi,  təsdiqi,  ödənilməsi  və  monitorinqi 

prosesi ərzində bütün krediti idarə etmə siyasətinə və prosedurlarına riayət olunmalıdır.  

  Kİ-nin verdiyi kreditin əsas və faiz borcunun vaxtında qaytarılması; 

  Kİ  İKA-nın  təmin  etdiyi  KX-nin  səmərəli  istifadəsi  barədə  monitorinq  aparmalı  və  İKA-ya  aylıq 

hesabat verməlidir;  

  Nizamnaməyə, AMB-nin Prudensial normaları və İKA-nın tələblərinə uyğunluq; 

  Kredit  vaxtında  qaytarılmadıqda  Kİ həmin borcludan  kreditin əsas və  faiz borcunun  tamlığı ilə vaxt 

itirmədən qaytarılması üçün bütün səylərini əsirgəməyəcək; 

  Kİ-nin əməliyyatları üzrə daha səmərəli daxili nəzarətə malik olmaq üçün Təftiş və Audit sisteminin 

yaradılması; 



Формат: Список

Формат: Список


KREDİT İTTİFAQLARINA KREDİT VERİLMƏSİNƏ DAİR 

KREDİT TƏLİMATI 

İCRAÇI KREDİT AGENTLİYİ 

Səhifə: 

18

 

 

  Bütün  hüquqi,  inzibati  sənədləri,  kredit  komissiyasının  qərarlarını  və  mühasibatlıq  üzrə  kitabları 



istənilən vaxt təftiş və monitorinq üçün İKA-nın işçi heyətinın ixtiyarına vermək; 

  Kİ  üzvlərinə  məlumatın  verilməsi  ilə  eyni  zamanda  İKA-ya  müntəzəm  və  fövqəladə  ümumi 

yığıncaqların  tarixi,  vaxtı,  yeri  barədə  məlumat  vermək  və  İKA  nümayəndələrinin  bu  yığıncaqlarda 

müşahidəçi kimi iştirakına imkan yaratmaq. 

  Hər ilin aprel ayından gec olmayaraq İKA-ya məqbul hesab edilən auditi keçirməlidir və İKA-ya audit 

 rəyini təqdim etməlidir. 

 

Müşahidə Şurası, İdarə Heyəti və Kredit Komissiyasının üzvləri özlərinin hərəkət və hərəkətsizliyinə görə Kİ-



yə  dəyən  ziyan  üçün  Azərbaycan  Respublikası  qanunvericiliyində  müəyyən  olunmuş  qaydada  məsuliyyət 

daşıyırlar

 

6.  Kreditin idarə olunması prosedurları 



6.1

 Kİ-lərin İKA-dan Kredit alması üçün Ümumi Tələblər 

  

Kİ-lərin kreditalma müvafiqliyinin təhlilinin məqsədi İKA-dan cəlb olunan vəsaitin maliyyə cəhətdən sağlam, 



idarəetmə üzrə lazımi daxili gücə malik olan Kİ-lərə verilməsinə əmin olmaqdır. 

 

Kreditalan müvafiqliyin təhlili  üçün tələblər təfsilatı ilə aşağıda təsvir olunur: 



 

  Kİ idarə olunması üçün lazımi bacarıqlara malikdir; 

  Kredit vermə konsepsiyası başa düşülür; 

  Kİ lazımi qaydada qeydiyyatdan keçirilmişdir və lisenziyalaşdırılmışdır; 

  İKA-nın Kredit Siyasətində tələb olunduğu kimi, minimum üzvləri və ödənilmiş kapitalı olmalıdır; 

  Kİ AMB-nin prudensial normalarına və İKA-nın müəyyən etdiyi tələblərə uyğun olaraq fəaliyyət göstərir; 

  Kİ əməliyyatlara hazırdır: 

o

  Təlim proqramlarında iştirak edib; 



o

  Ofis təşkil olunub; 

  Kİ-nin rəhbərliyi və işçi heyəti əməliyyat üçün hazırdır: 

o

  Kİ-nin işçi heyəti işə götürülüb;  



o

  İş bölgüsü həyata keçirilib;  

o

  Mühasibatlıq uçotu təşkil olunub və bank hesabları açılıb;  



o

  Rəhbərlik Kİ-nin fəaliyyəti üçün büdcə hazırlayıb.  

  Rəhbərlik əməliyyatın ilk 12 ayı üçün aylıq büdcəni və növbəti 3 il üçün büdcə planı hazırlayıb; 

  Kİ İKA-nın məğbul saydığı Əməliyyat Təlimatında göstərilən kredit proseduralarına əməl edib; 

  Kİ-nin Kredit müracət forması/Ödəniş tələbi tam İKA-nın tələblərinə uyğun olaraq hazırlanıb;  

 

6.2



 Kİ-nin İKA-dan vəsait alması üzrə xüsusiyyətlər 

 

6.2.1



  AMB-nin müəyyən etdiyi Prudensial Normalar 

 

Kİ  daima  AMB-nin  normalarına  uyğun  fəaliyyət  göstərməlidir.  Əgər  bu  normaların  biri  və  ya  bir  neçəsi 



yerinə yetirilməyibsə, Kİ-yə kredit verilməsi dərhal dayandırılacaqdır. Prudensial normalar  Əlavə 1-də əhatə 

olunmuşdur. 

  

6.2.2


  İKA-nın tələbləri 

 

Формат: Список



Формат: Список

Формат: Список

Формат: Список


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə