Microsoft Word kitab-ahmed cavad-son docx



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə2/30
tarix19.07.2018
ölçüsü0,85 Mb.
#57170
1   2   3   4   5   6   7   8   9   ...   30

 

7

 



 

Ə.Cavadın həyat və yaradıcılığı ilə son illərdə ən çox məş-

ğul  olan  f.e.d.  Ə.Saləddinin  “Əhməd  Cavad”  (“Gənclik”,  1992) 

kitabını  da  bəzi  nöqsanlarına  baxmayaraq  bu  baxımdan  qeyd 

etmək lazımdır. 

Ə.Cavadın  ailə  üzvlərilə  uzun  müddətli  əlaqələr,  onun 

evində  qorunan  xüsusi  qovluğu  ilə  yaxından  tanışlıq,  nəhayət, 

ədəbi  irsi  üzərində  və  arxivlərdə  apardığı  araşdırmalar  sayəsində 

Ə.Saləddin  şairin  çox  mühüm  hadisələrlə  əlamətdar  olan  tərcü-

meyi-halı, yaradıcılıq  yolu, ictimai-siyasi  fəaliyyəti, pedaqoji  işi, 

orijinal  mövzular,  obrazlar  aləmi,  bədii  tərcümələri,  hələ  Azər-

baycanda  “sovetləşmənin”  ilk  illərindən  etibarən  Ə.Cavad  ətra-

fında  yaradılan,  ilbəil,  sonra  aybaay,  1937-ci  ildə  isə  günbəgün 

süni  surətdə  gərginləşdirilən  repressiya  mühiti  barədə,  bolşevik 

mətbuatında səylə təşkil  edilən böhtanlar haqqında  kitabda geniş 

məlumat vermişdir. Bu məlumatların bir çoxu çağdaş oxucu üçün 

tamamilə yenidir. 

Ə.Cavadın həyatının ən keşməkeşli hadisələri, onu 1937-ci 

il faciəsinə  gətirib çıxarmış  kampaniyanın  gedişi, bütün bunların 

Azərbaycan Yazıçılar Cəmiyyətinin, Proletar Yazıçılar Birliyinin, 

Sovet  Yazıçıları  İttifaqının  ən  müxtəlif  səviyyələrdə  (katiblik, 

rəyasət  heyəti,  plenum,  qurultay)  keçirilmiş  yığıncaqlarında  tə-

zahürü  barədə  Respublikamızın  Mərkəzi  Dövlət  Ədəbiyyat  və 

İncəsənət  Arxivində  (fond  340,  siyahı  1)  saxlanan  protokollar 

geniş  təsəvvür  oyadır.  Azərbaycan  Elmlər  Akademiyasının 

Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyindəki arxiv materialları 

arasında  şairin  bir  sıra  poema  və  şerlərinin,  dilimizə  çevirdiyi 

əsərlərin,  yazdığı  və  aldığı  məktubların  avtoqrafları,  ərəb,  yaxud 

latın  qrafikası  ilə  çıxarılmış  surətləri,  Ə.Cavadın  folklor  dəf-

tərləri, müxtəlif münasibətlərlə əlaqədar idarələrə göndərdiyi bəzi 

ərizələrin  qaralama  nüsxələri,  Gəncə  Ruhani  Seminariyasını, 

Bakı Ali Pedaqoji İnstitutunu müvəffəqiyyətlə bitirməsi haqqında 

 

8

 



 

diplomları,  müəllimlik  şəhadətnaməsi,  vəsiqələri  və  digər  sənəd-

lər “7526” şifrəsi ilə qorunub saxlanır. Şairin həyat və yaradıcılıq 

yolunun əsas tarixlərini az-çox dəqiqliklə əks etdirmək üçün mən 

öz  kitabçamda  yuxarıda  adı  çəkilən  mənbə  və  sənədlərə,  ilk 

növbədə isə Ə.Cavadın özünün kitablarına əsaslanmışam. 

 

 

*** 



 

 

Əhməd  Cavad  Məhəmmədəli  oğlu  Axundzadə  1892-ci  il 



may  ayının  5-də  Şəmkirin  Seyfəli  kəndində  doğulmuşdur.  (Rəh-

man  Həsənov  isə  “Əhməd  Cavad  yanğısı”  məqaləsində  şairin 

Seyfəli Sovetliyinə daxil olan Mehrili kəndində anadan olduğunu 

göstərir). Babaları Cənubi Azərbaycandandır. 

Atası Molla Məhəmmədəli o zamanın zəngin bilikli ziyalı-

larından  biri  imiş.  Çox  zehinli,  tez  qavrayan  uşaq  kimi  hamının 

rəğbətini  qazanan  Əhməd  hələ  məktəb  yaşına  çatmamış  Quranın 

bir  sıra  surələrini  əzbər  bilir  və  ürəyə  yatan  avazla  oxuyurmuş. 

Atası  1898-ci  ildə  vəfat  etmişdir.  Ə.Cavad  ilk  təhsilini  doğma 

kəndindəki  mollaxanada  almışdır.  Baxımsız  qalmış  ailənin 

qarşılaşdığı  maddi  və  mənəvi  çətinliklərlə  əlaqədar  olaraq  anası 

Yaxşı xanım Gəncəyə  köçərək xalça karxanasında işləməyə baş-

layır  və  Əhmədi  təhsilini  davam  etdirmək  üçün  Şah  Abbas 

məscidi nəzdində fəaliyyət göstərən ruhani seminariyasına qoyur. 

(Yaxşı xanım 1938-ci ildə vəfat etmişdir). Bu müsəlman semina-

riyasında əslində uşaqlara mükəmməl orta təhsil verilirdi. Filolo-

giya elmləri namizədi N.Qəhrəmanov bir məqaləsində göstərir ki, 

Ə.Cavad “İranda təhsil alıb”. (“Şair və tərcüməçi”, “Ədəbiyyat və 

incəsənət”,  20  sentyabr,  1985-ci  il).  Lakin  başqa  mənbələrdə 

bunu təsdiq edən bir sənədə, yaxud qeydə rast gəlmədim. 

Əhməd Cavadın müəllimləri arasında görkəmli Azərbaycan 

ziyalılarından  şair-dramaturq  Hüseyn  Cavidin,  jurnalist-tənqidçi 




 

9

 



 

Abdulla  Surun,  Şeyxülislam  Pişnamazzadənin  və  başqalarının 

olması  da  həmin  məktəbin  nüfuzu  və  səviyyəsi  haqqında  az  şey 

demir.  Yoxsul  ailədən  olduğunu  və  təhsildə  qazandığı  müvəf-

fəqiyyətləri  nəzərə  alan  müdiriyyət  Ə.Cavada  təqaüd  təyin  et-

mişdi. Şairin öz ixtisasına dərindən yiyələnməsində, orta məktəb-

lərdə, texnikum və ali məktəblərdə dərs deməsində vaxtilə Gəncə 

seminariyasında  öyrəndiyi  biliklərin,  xüsusən  də  Azərbaycan, 

ərəb,  fars,  rus  dillərindən,  tarixdən  aldığı  əla  qiymətlərin  şəksiz 

rolu  və  əhəmiyyəti  olmuşdur.  (Gəncə  müsəlman  ruhani  semina-

riyasını bitirməsi haqqında attestat, 27 may 1912-ci il). Öz qələm 

təcrübələrinə  hələ  seminarist  ikən  başlayan  Ə.Cavad  ilk  şerlərilə 

bəzi  müəllimlərinin  diqqətini  cəlb  etmişdi,  Abdulla  Tofiq  (Sur) 

vaxtilə  dostu  Abdulla  Şaiqə  yazdığı  bir  məktubda  bir  gənc  şair 

kimi Ə.Cavadın onda böyük ümidlər oyatdığını etiraf etmişdir. 

Gənc  Əhməd  Cavad  hələ  Gəncədə  təhsil  alarkən  öz  müəl-

limlərinin  və  böyük  həvəslə  oxuduğu  kitabların,  dövrü  mətbuat 

nümunələrinin təsiri ilə vətənpərvərlik ruhunda böyüyür, getdikcə 

türkçülük, islamçılıq, çağdaşlıq əsasında milli istiqlaliyyət ideya-

larına  tapınırdı.  Öz  millətini,  xalqını  sevməsi,  türk  kökümüzə 

qayıtmaq, mənəviyyatımızda və əxlaqımızda islamın mövqelərini 

bərpa  etmək  uğrunda  mübarizəyə  hələ  gənclik  illərindən  qoşul-

ması  Ə.Cavadın  başqa  xalqların  dilini,  ədəbiyyatını  və  mədəniy-

yətini  layiqincə  öyrənib  qiymətləndirməsinə  əsla  mane  olmurdu. 

(Dünya  ədəbiyyatı  klassiklərindən  qiymətli  tərcümələri  barədə 

yeri gəldikdə məlumat veriləcəkdir). 

Ümumiyyətlə  gənc  Azərbaycan  ziyalılarında  milli  şüurun 

inkişaf  etməsində  rus  müstəmləkəçiliyinin  ölkəmizdə  törətdiyi 

rəzalətlərin  də  rolunu  göstərmək  lazımdır.  Axı  təbiətin  məşhur 

qanunlarından  biri  müəyyən  mənada  cəmiyyətin  də  həyatına  tət-

biq edilə bilir: təsir əks təsirə bərabərdir. Məlum olduğu kimi rus-

yapon müharibəsində ciddi məğlubiyyətə uğradığına, 1905-1907-

 

10

 



 

ci  illərdəki  kütləvi  təlatüm  və  iğtişaşlardan  müəyyən  qədər 

sarsıldığına baxmayaraq Rusiya imperiyası Birinci dünya mühari-

bəsi ərəfəsində hələ çox güclü idi. Hər halda bu imperiya özünün 

ucqarlarında  “süngü  və  pulemyotlar  üzərində”  də  olsa  öz  müs-

təmləkəçilik  siyasətini  ardıcıl  surətdə  yeridir  və  millətlərin  öz 

müqəddəratını  təyin  etmək  hüququ  barədə  təşəbbüslərini  aman-

sızcasına boğurdu. “Təsir əks təsirə bərabərdir” doktrinində oldu-

ğu kimi, çarizm azlıqda qalan xalqlara münasibətdə yeritdiyi veli-

korus  şovinist  siyasətini  kəskinləşdirdikcə  o  dövrün  Azərbaycan 

gəncliyində,  xüsusən  də  yetişməkdə  olan  yeni  ziyalılar  arasında 

əslə,  kökə  qayıtmaq  meylləri  qüvvətlənir,  türkçülük  ideyalarına 

rəğbət  daha  da  artırdı.  1912-ci  ildə  Balkanlarda  müharibə  baş-

larkən, əsasən azərbaycanlılardan ibarət xüsusi bir Qafqaz könül-

lü dəstəsinin cəbhəyə gedib Türkiyə tərəfindən əməliyyatlara qo-

şulmasının  bir  əsas  səbəbi  də  elə  bu  idi.  Tədqiqatçıların  qeyd 

etdiyi  kimi,  həmin  könüllü  dəstənin tərkibində Əhməd Cavad  da 

vardı. 


1912-ci  ildə  Əhməd  Cavad  təhsilini  bitirərək  müəllimlik 

şəhadətnaməsi  aldı.  Birinci  Dünya  müharibəsi  illərində  şair  rus 

imperializminə  və  onun  həmişə  havadarlıq  etdiyi  erməni  daş-

naklarına  qarşı  türk  vilayətlərindəki  mübarizədə  yaxından  iştirak 

etmişdir. O, müharibədən zərər çəkmişlərə kömək edən Azərbay-

can Xeyriyyə cəmiyyətinin fəal üzvlərindən biri (katibi) kimi Ər-

zurum, Qars və Batumda da geniş fəaliyyət göstərmişdir. Bu mü-

nasibətlə  Əhməd  Cavad  o  zaman  müharibə  zərərdidələrinin  ən 

çox toplandıqları Batumda küçə-küçə, həyət-həyət gəzib siyahılar 

tərtib edir, yoxsulları, əlilləri qeydə alırdı. O, təmsil etdiyi cəmiy-

yətin  imkanlarından  istifadə  edərək  qaçqınlara,  davada  həlak 

olmuş əsgərlərin ailələrinə  hər cür maddi  və  mənəvi  kömək  gös-

tərirdi.  Bu  mürəkkəb  şəraitdə  gərgin  ictimai  fəaliyyətlə  yanaşı, 

imkan  düşdükcə  Əhməd  Cavad  vaxt  taparaq  məqalə  və  şerlərlə 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə