136
Bakterial soluxma xəstəliyi, əsasən, xəstə toxumdan alınmış
şitillərlə yayılır. İxtisaslaşmış şitil istehsalçıları toxumları mütləq
səpinqabağı dərmanlamalıdırlar ki, xəstəlik geniş ərazilərə yayıl-
masın. Xəstə şitil əkildiyi torpaq artıq sirayətlənmiş hesab olunur.
Patogen torpaqda yaşamaq qabiliyyətinə malikdir. Buna görə
şitillərin alınıb, gətirilməsi məqsədəuyğun hesab edilmir. Torpaqda
xəstəlik mənbəyi varsa, köklərin ilk mexaniki zədələnmiş hissəsin-
dən daxil olan patogen tezliklə bütün bitkini yoluxdurur. Yoluxma
həmçinin əlavə köklər vasitəsi ilə və əmici tellərdən də baş verir.
Torpaqda olan nematodlar, gəmirici cücülər və ya istiqanlılar
tərəfindən zədələnmiş yerlərdən bitkiyə daxil ola bilir. Aqrotexniki
qulluq zamanı zədələnmiş köklərdən, suvarma suyu vasitəsi ilə
yoluxma artır və yayılma bütün sahəni əhatə edir. Törədicinin
inkişafı üçün optimal temperatur 20-30°C olduğu vaxt xəstəlik
kütləvi yayıla bilər.
Apardığımız tədqiqatlarla müəyyən olunmuşdur ki, xəstəliyə
qarşı mübarizədə toxumların səpinqabağı 1-2 saat müddətində Qa-
mair ( Bacillus subtilis şt. M-22 titr > 1011 KOE/q) 0,015%-li məh-
lulunda 2 saat müddətində isladılması və sonradan təmiz su ilə yu-
yularaq cücərməyə qoyulması, 2 gündən sonra səpilməsi bakterial
soluxma xəstəliyinə qarşı 75-89% səmərəlilik göstərmişdir.
Xəstəliyin qarşısının alınmasında sağlam şitildən istifadə olun-
malı, torpaq yoluxmuşdursa, torpaq funqisidləri ilə fumiqasiya edil-
məli, alaq otlarından təmiz saxlanmalıdır. Növbəli əkin sisteminin
tətbiqi bakterial soluxmanın minimuma enməsində başlıca şərtdir.
Əgər xəstəliyə qarşı davamlı sortlar varsa, istifadə olunması səmərə-
li hesab olunur (Şəkil 74).
Gövdə bakteriozu. Törədicisi Pseudomonas corrugata Ro-
berts and Scarlett. tərəfindən törədilir. Patogen Pectobacterium
şöbəsinin, Gammaproteobacteria sinifinin, Pseudomonadales sıra-
sının, Pseudomonadaceae fəsiləsinin, Pseudomonas cinsinə aid
olub, qram-mənfi bakteriyadır.
Xəstəlik törədicisi kök, kökboğazı, gövdə, saplaq və meyvələri
sirayətləndirir. Azərbaycanda açıq və örtülü şəraitdə becərilən po-
137
midorun, əsasən, gecyetişən sortlarında müşahidə edilir. Xaçmaz,
Şabran rayonlarında açıq sahədə, Abşeron yarımadası ərazisində ör-
tülü və açıq sahədə yayılmışdır. Xəstəliyin ilk əlamətləri 1-ci çiçək
topasında meyvə əmələ gəldiyi dövrdə kolun yuxarı yarusunda olan
tər yarpaqların saralması və qismən soluxması ilə nəzərə çarpır.
Xəstəliyin intensivliyi artdıqca gövdənin aşağı hissəsində kökboğa-
zından başlayaraq meyvə çətirinə qədər gövdənin rəngi dəyişir. Bu
sarımtıl-yaşıldan qonurumtul-qara rəngə qədər dəyişir. Uzununa
kəsik etdikdə görürük ki, gövdənin ortasında köklü hissəsindən
başlayaraq tünd yaşılımtıl-qara rəngli örtüklə örtülmüş və borulaş-
mış hissələr mövcuddur. İlk əvvəl bu hissələrdə olan toxumalar
(ötürücü hissə) rəngini dəyişərək struktur dəyişikliyinə-parça-
lanmaya məruz qalır. Sonradan gövdə tamamilə borulaşır vegeta-
siyanın axırına çatmamış bitki tamamilə soluxur və quruyur.
Patogenin yayılması mexaniki zədələnmə yerlərindən, toxum-
larla və torpaqda qalan bitki qalıqları ilə baş verir. Əgər əvvəlki ildə
həmin sahədə pomidor əkilmişdirsə, aqrotexniki tədbirlərin yerinə
yetirildiyi zaman zədələnmiş kök, gövdə və yarpaqlar vasitəsi ilə
bakteriya bitkiyə daxil olur. Odur ki, növbəli əkin sisteminin tətbiqi
əhəmiyyətlidir.
Meyvələrdə xəstəlik toxumluqlara qədər sirayət etdiyindən to-
xumların üzərində qalmış mənbə daha təhlükəlidir. Bunu nəzərə ala-
raq toxumlar sterilləşdirilməli və xəstə bitkilərdən toxum alınmama-
lıdır. Pomidor sahəsində xəstəlik müşahidə olunarsa, xəstə bitkilər
kökündən çıxarılaraq sahədən kənarlaşdırılmalıdır.
Azot gübrəsi ilə birtərəfli və normadan artıq yemləndirmə göv-
də bakteriozunun inkişafını və yayılmasını sürətləndirir. Bitkinin
həddindən artıq şirəli və lətli olması bakteriyaların inkişafını stimul-
laşdırır. Meyvələrin yaşıl texniki yetişkənlik dövründə həddən artıq
suvarılması, süni yağışla havanın nisbi rütubətinin yüksəldilməsi
yolverilməzdir.
Xəstəliyə qarşı mübarizədə patogen ehtiyatının minimuma en-
dirilməsi üçün pomidor növbəli əkin sistemində öz əvvəlki yerinə
minimum 2 il sonra gəlməlidir. Ən yaxşı sələf qarğıdalı, arpa,
138
buğda və yoncadır. Toxumlar səpinqabağı KMnO
4
-ün 1%-li məhlu-
lunda 1 saat ekspozisiya ilə nəmləndirilməli və təmiz suda yuyu-
laraq 2 gün sonra səpilməlidir. 5-10%-li xörək duzu məhlulunda da
eyni metodla dezinfeksiya səmərə verir.
Qamair 3 AB İT ( Bacillus subtilis ştamm M-22 VİZR) prepara-
tının 1-2 qr/kq hesabı ilə işçi məhlulun sərfiyyatı 1-1,5 l/kq hesabı
ilə toxumların səpinqabağı nəmləndirilməsi xəstəliyə qarşı 75-80%
səmərəlilik verir. Alınmış nəticələr toxumların süni yoluxdurulması
şəraitində və xəstə meyvələrdən alınmış toxumların üzərində apa-
rılmışdır.
Birtərəfli nitrat azotu ilə yemləmədən imtina edilməsi, gövdə
və strukturun vaxtında və normal formalaşması üçün Bravo K,
Favor (10:10:40) yemləmə gübrələrindən istifadə olunması bitkinin
ümumi davamlılığının yüksəlməsinə səbəb olur. Vegetasiya döv-
ründə 2 dəfə 5-6 yarpaq və çiçəkləmədən qabaq çiçəkləmə və da-
mlama üsulu ilə yemləmə verilməsi xəstəliyin qarşılayıcı tədbiri
kimi səmərəlidir.
Qeydə alınan xəstəliklərlə yanaşı PB bir sıra başqa bakterial
xəstəliklərlə yoluxur. Bu sırada Pseudomonas campestris pv. vesi-
catoria, Pectobacterium carotovorum (Jones) Waldee, ( Erwinia ca-
rotovora subsp. carotovora), Ralstonia solanacearum (Smith 1896)
Yabuuchi et al. 1996) yayılaraq ziyan vurur (Şəkil 75).
Chromista aləminə aid olan xəstəliklər
Fitoftoroz
Törədicisi Phytophthora infenstans (Mont.) de Bary. Hetero-
kontophyta şöbəsi, Oomycota sinifi, Peronosporales sırası, Pythia-
ceae fəsiləsi, Phytophthora cinsinə aid olub, müşahidə aparılan bü-
tün bölgələrdə geniş yayılmışdır. Dünya ədəbiyyatında Fitoftoroz
xəstəliyi geniş öyrənilmişdir. Xəstəliyin təsirindən ayrı-ayrı illərdə
30-50%, epifitotiya illərində isə 100%-ə qədər məhsul itkisi yaranır.
Bu göstərici fitoftora ilə mübarizənin əhəmiyyətinin böyük oldu-
Dostları ilə paylaş: |