Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə140/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   136   137   138   139   140   141   142   143   144

 

698 


 

xanım.  Ümmülbəninin  Həzrət  Əli  (ə)‐dan  dörd  oğlu  olmuşdur:  Abbas, 

Cəfər,  Abdullah  və  Osman.  Dördü  də  aşura  günü  Kərbəlada  şəhid 

olmuşdular.   

Ünas – qadınlar 

Ünfan, ünfən – istəmədən, məcburi 

Üruc – yüksəlmə 

Üryan – lüt  

Üsəra – əsirlər 

Üstüxan – sümük 

Üşşaq – aşiqlər 

Üzar – yanaq, üz 

Üzma – çox böyük 

 

 

Vadiyi‐Sina – Sina vadisi 



Vadiyi‐eymən – əmin‐əmanlıq vadisi  

Va vələda – vay, övladım! 

Va əsəfa – vay, təəssüflər olsun! 

Vaveyla – heyf, təəssüf; bağırtı, fəryad  

Vaqiə – hadisə, əhvalat; yuxu, röya 

Varisi‐Heydər – Həzrət Əli (ə)‐ın varisi 

Vəcahət – gözəllik, gözəl üz 

Vəch – üz, sima; üsul, tərz; səbəb, vasitə; qiymət, dəyər 

Vəcih – gözəl, lətif 

Vəhid – tək‐tənha 

Vəhşü tüyur – vəhşi heyvanlar və quşlar 

Vəqf – savab bir iş üçün ayrılmış mülk, mal və s.; Əhli‐Beyt (ə) aşiqlərinin 

ayırdıqları vəsait hesabına tərtib edilən məclislər.  

Vəqti‐zəval – tələf olma, məhv olma vaxtı 

Vəliyullah – Allahın vəlisi; Həzrət Əli (ə)‐ın ləqəblərindən biri 

Vəsf – tərif etmə, təsvir etmə 

Vəsl – birləşmə, qovuşma, vüsala çatma 

Vəsiyyi‐Peyğəmbər – Peyğəmbərin (s) canişini, Həzrət Əli (ə)‐a işarədir. 

Vətənqərib – vətəndən ayrı düşmə 

Vəz‐züha  –  Qurani‐Kərimin  93‐cü  surəsi.  Səhər  və  səhər  işığı  mənası 

verir. 



 

699 


 

Virdi‐zəban – dilin əzbəri 

Vükəla – bur. nümayəndələr 

Vürud – daxil olma  

Vüs`əti‐aləm – geniş dünya 

Vüzu – dəstəmaz 

 

 

Yasin – Qur`ani‐Kərimin 36‐cı surəsi 



Yavər – köməkçi, yardımçı 

Yekkəvü tənha – tək‐tənha 

Yeksər – başdan‐başa, tamamilə 

Yeksan – düz, bərabər 

Yəbni – “ya ibni”, “ey mənim oğlum” deməkdir  

Yədullah – Allahın əli 

Yəhya  (ə)  –  Bəni  İsrail  peyğmbərlərindən  Zəkəriyya  (ə)  peyğəmbərin 

oğludur. Yəhudilər tərəfindən qətlə yetirilmişdi. 

Yə`qub  (ə)  –  Qurani‐Kərimdə  adı  çəkilən  peyğəmbərlərdəndir.  Yusif  (ə) 

peyğəmbərin atası, İshaq (ə)‐ın oğludur. Bir adı da İsrail olduğundan bu 

nəsildən  olanlara  Bəni  İsrail  deyilir.  Böyük  oğlunun  adı  Yəhud 

olduğundan sonradan onlara yəhudi deyilmişdir. 

Yəmin – sağ, sağ tərəf 

Yəsar – sol, sol tərəf 

Yəsrib –  Mədinə şəhərinin qədim adı 

Yəzid  ibn  Müaviyə  –  atası  Müaviyə  öldükdən  sonra  hakimiyyətə  gələn 

ikinci  Əməvi  xəlifəsi.  Əhli‐Beyt  (ə)‐ın  qatı  düşmənlərindən  biri,  Kərbəla 

faciəsinin əsas baiskarı.  

Yövmi‐ərəsat – Məhşər günü 

Yusifi‐Kən`an  –  Yəqub  peyğəmbərin  on  iki  oğlundan  ən  kiçiyi,  Qurani‐

Kərimin 12‐ci Yusif surəsi onun haqqındadır.  

 

 

Zadeyi‐Mərcanə  –  Mərcanənin  övladı.  İbn  Ziyada  işarədir.  Kufə  valisi 



Übeydullah ibn Ziyadın anası Mərcanə adlı bir kəniz olub.  

Zadeyi‐Zəhra  –  Zəhra  övladı.  İmam  Həsən  (ə),  İmam  Hüseyn  (ə)  və 

onların övladları. 



 

700 


 

Zadeyi‐Ziyad – Ziyad övladı, İbn Ziyada işarədir 

Zahid – ibadətlə məşğul olan şəxs 

Zağü zəğən – qarğa 

Zakir – zikr edən, təsbih və vird edən; təziyələrdə əzadarlıq edib növhə 

oxuyan 


Zar – ağlayan, inləyən 

Zail – fani, keçib gedən, keçici 

Zair – ziyarət edən 

Ziba – gözəl 

Zibh – kəsmək, qurban kəsmək 

Zibəs – o qədər, kifayət qədər 

Zibi‐çəmən – çəmənin bəzəyi, zinəti 

Zikri‐mühən  –  müsibətlərin,  dərdlərin  xatırlanması.  Kərbəla  faciəsindən 

bəhs edən növhə, sinəzən, mərsiyə söyləmək və ya yazmaq.  

Zikri‐möhnət – bax: zikri‐mühən 

Zikri‐müsibət – bax: zikri‐mühən 

Zimistan – qış 

Zində – diri 

Zindəganlıq – yaşayış, həyat  

Zirü zəbər – alt‐üst 

Ziyadə – çox 

Zivər – zinət, bəzək 

Zəban – dil 

Zəbihi‐rahi‐Əllah – Allaın yolunda kəsilən 

Zəbihullah – Allah yolunda kəsilən 

Zəbun – zəif, taqətsiz 

Zəccə – nalə, fəyad, şivən 

Zəcr – məcbur etmə; zülm etmə 

Zəvvari‐Kərbəla – Kərbəlanı ziyarət edənlər 

Zəhi – nə gözəl (bur. istehza ilə deyilib)  

Zəhra  (s.ə)  –  Peyğəmbərimizin  (s)‐in  qızı  Həzrət  Fatimə  (s.ə)‐nın 

ləqəblərindən biri 

Zəhri‐həlalhil – çox qüvvətli və öldürücü zəhər 

Zəmzəm – Məkkədə Kəbənin yaxınlığındakı quyunun adı 

Zeynəlabidin  (ə)  –  On  iki  İmamın  (ə)  dördüncüsü,  Peyğəmbər  (s)‐in 

nəvəsi  İmam  Hüseyn  (ə)‐ın  ortancıl  oğlu.  Kərbəla  faciəsi  zamanı  xəstə 

olduğuna görə qətlə yetirilmir. 




 

701 


 

Zeynəb – Həzrət Əli ibn Əbu Talib (ə)‐ın və Həzrət Fatimeyi‐Zəhra (s.ə)‐

nın qızları, İmam Hüseyn (ə)‐ın bacısı. Kərbəla hadisəsində iştirak etmiş, 

Yəzidin  qoşununa  əsir  düşmüş  və  Şama  aparılmışdı.  Növhə 

ədəbiyyatında qorxmazlıq, dönməzlik, iradə, iffət nümunəsi kimi verilir.

 

Zəxmdar – yaralı 



Zəxmi‐xəncəri‐bürran – iti xəncərin yarası 

Zəlalət – doğru yoldan azma; alçalma; əziyyət çəkmə 

Zəlilanə – yazıqcasına 

Zərbi‐şəst – qolun qüvvəti 

Zərd – sarı 

Zəmin – yer, torpaq 

Zən, zənan – qadın, qadınlar 

Zənəx – çənə 

Zükurü ünas – kişilər və qadınlar 

Zülfiqar – Həzrət Əli (ə)‐ın iki haçalı qılıncının adı 

Zülcənah – İmam Hüseyn (ə)‐ın atının adı 

Zülfi‐müənbər – ənbər saçan zülf 

Zülfi‐mişki‐fam – müşk kimi qara zülf 

Züleyxa – Yusif peyğəmbərə (ə) aşiq olmuş Misir əzizinin zövcəsi.  

 

 



Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə