456
Sonsuz Sonluda Təzahür edir, həm də Sonlunu İnkar edir,
Sonsuz öz
İnkarında Gerçəkləşir.
Sonsuz – Bütövdür, ancaq Sonsuzla Sonlu arasında Təzad var; bu
səbəbdən də Dünya Ziddiyyətlidir.
Sonsuz – Sonlu Birliyi ideyası – cəfəngiyyatdır.
Təzadlar arasında Birlik olmur.
Dünya – Sonsuz Mahiyyət və Sonlu Gerçəklik Təzadıdır.
5. KAMİL – QEYRİ-KAMİL
Kamil – Qeyri-Kamilin İnkarıdır, həm də Mənasıdır: Kamil Qeyri-
Kamildə Təzahür edir, Həm də onu İnkar edir; Kamil öz İnkarında
Gerçəkləşir; Kamil – Bütövdür, ancaq Kamillə Qeyri-Kamil arasında
Təzad var; bu səbəbdən də Dünya Ziddiyyətlidir.
Kamillə Qeyri-Kamil Birliyi İdeyası – cəfəngiyyatdır.
Təzadlar arasında Birlik olmur.
Dünya – Kamil Mahiyyət və Qeyri-Kamil Gerçəklik Təzadıdır.
6.
DÜNYALIQ – DÜNYA
Dünya – Dünyalıqdan yaranıb, Dünyalıq Dünyada Təzahür eləyir,
ancaq Dünyalıqla Dünya arasında Təzad var, bu səbəbdən də Dünya
Ziddiyyətlidir.
Dünyalıqla Dünyanın Birliyi İdeyası – cəfəngiyyatdır.
Təzadlar arasında Birlik olmur.
Dünya – Əzəli, Əbədi, Sonsuz, Kamil Dünyalıqla, – Ötəri, Keçici,
Sonlu, Qeyri-Kamil Gerçəkliyin Təzadıdır.
7. HƏYATLIQ – HƏYAT
Həyat – Həyatlıqdan yaranıb, ancaq Həyatlıqla Təzad təşkil edir; bu
səbəbdən də Dünya Ziddiyyətlidir.
Həyatlıqla Həyat arasında Birlik İdeyası – cəfəngiyyatdır.
Təzadlar arasında Birlik olmur.
Dünya – Əzəli, Əbədi, Sonsuz, Kamil Həyatlıqla, – Ötəri, Keçici,
Sonlu, Qeyri-Kamil Həyat arasında Təzaddır.
8. İNSANLIQ – ADAM
Adam – İnsanlıqdan yaranıb, ancaq İnsanlıqla Adam arasında Təzad
var; bu səbəbdən də Dünya Ziddiyyətlidir.
Adamla İnsanlıq arasında Birlik İdeyası – cəfəngiyyatdır.
Təzadlar arasında Birlik olmur.
(İnsan Təzadı aradan qaldırmağa qadirdir; bu, ondan Gerçəkliyi ötmək
qüdrəti tələb eləyir).
457
Dünya – Əzəli, Əbədi, Sonsuz, Kamil İnsanlıqla, – Ötəri, Keçici,
Sonlu, Qeyri-Kamil Adam Təzadıdır.
9. RUH – BƏDƏN
Ruh – Bədəndə yaşayır, həm də Bədənlə Təzad Təşkil eləyir.
Ruhla Bədən Birliyi ideyası – cəfəngiyyatdır.
Təzadlar arasında Birlik olmur.
Dünya – Ruhla Bədən Təzadıdır.
10. RUHANİ – CİSMANİ
Ruhani Cismanidə Təzahür edir, həm də Cismaniylə Təzad Təşkil
eləyir.
Cismani – Ruhani Birliyi ideyası – cəfəngiyyatdır.
Təzadlar arasında Birlik olmur.
Dünya –Ruhani –Cismani Təzadıdır.
11. DAXİLİ – ZAHİRİ
Daxili – Zahiridə Təzahür edir, həm də Zahiriylə Təzad Təşkil eləyir.
Daxili – Zahiri Birliyi İdeyası – cəfəngiyyatdır.
Təzadlar arasında Birlik olmur.
Dünya – Daxili–Zahiri Təzadıdır.
12. AMAL – HƏYAT
Amal – Həyatda mövcud olur, ancaq Həyatla Təzad təşkil eləyir.
Amalla Həyat Birliyi İdeyası – cəfəngiyyatdır.
Təzadlar arasında Birlik olmur.
Dünya – Amal–Həyat Təzadıdır.
13. XEYİR – ŞƏR
Şər – Xeyirin Davamı deyil, – İnkarıdır.
Şər Xeyirdən yaranmayıb, – Şərdən yaranıb.
Xeyir–Şər Birliyi İdeyası – cəfəngiyyatdır.
Təzadlar arasında Birlik olmur.
Dünya – Xeyir–Şər Təzadıdır.
14. İNAM – ŞÜBHƏ
Şübhə – İnamın Davamı deyil, – İnkarıdır.
Şübhə İnamdan yaranmayıb, – Şübhədən yaranıb.
İnam–Şübhə Birliyi ideyası – cəfəngiyyatdır.
Təzadlar arasında Birlik olmur.
Dünya – İnam–Şübhə Təzadıdır.
458
15. HƏQİQƏT – YALAN
Yalan – Həqiqətin Davamı deyil, – İnkarıdır.
Yalan – Həqiqətdən yaranmayıb, – Yalandan yaranıb.
Həqiqət – Yalan Birliyi İdeyası – cəfəngiyyatdır.
Təzadlar arasında Birlik olmur.
Dünya – Həqiqət–Yalan Təzadıdır.
16. HƏYAT – ÖLÜM
Ölüm – Həyatın Davamı deyil, – İnkarıdır.
Ölüm – Həyatdan yaranmayıb, – Ölümdən yaranıb.
Ölüm – Həyat Birliyi İdeyası – cəfəngiyyatdır.
Təzadlar arasında Birlik olmur.
Dünya – Həyat–Ölüm Təzadıdır.
17. İKİLİ DÜNYA
Dünyadan başqa Dünya yoxdur.
“O Dünya” İdeyası – cəfəngiyyatdır.
Ancaq Bir olan Dünya – İkilidir.
12 Ümid günü, İşıq Ayı, 14-cü il. Bakı.
VARLIĞIN ÖZÜNDƏ – VARLIQDAN ARTIQ
(Üçüncü Müqəddəs Kəlam)
1. Dünyanın Mahiyyətini Dünyadan kənarda axtarırlar – Allahda,
Transsendentalda, Zərurətdə...
Əslində Dünyanın mahiyyəti – Dünyanın özündədir.
Dünyadan Artıq olan – Dünyanın özündədir.
Bu Həqiqət Ağıla sığmır.
2.Dünya – Dünyadakılardan ibarətdir; ancaq öz Mahiyyəti etibarilə
Dünyadakılardan Artıqdır.
Dünyadakılar – Ötəridirlər; – Dünyanın Mahiyyəti – Əzəli.
Dünyadakılar – Keçicidirlər; – Dünyanın Mahiyyəti – Əbədi.
Dünyadakılar – Sonludurlar; – Dünyanın Mahiyyəti – Sonsuz.
Dünyadakılar – Qeyri-Kamildirlər; – Dünyanın Mahiyyəti – Kamil.
Dünya – Dünyadakılardan ibarətdir və Dünyadakılardan Artıqdır.
Dünyadakılardan Artıq olan – Dünyada Yaşayır.
Dünyanın “Mütləqilik” adlı Mahiyyəti Dünyada Yaşayır.
Dünyanın “Əzəlilik” adlı Mahiyyəti Dünyada Yaşayır.
Dünyanın “Əbədilik” adlı Mahiyyəti Dünyada Yaşayır.