48
Dünya yalnız Ruhun güzgüsündə görünür. Ruh vasitəsilə İnsan həm
də özünün özündən böyük Mənasını dərk edir, özünü bu Məna əsasında
Kamilləşdirir, Ülviləşdirir.
İnsanı İnsan eləyən Ağıl yox, Ruh oldu.
Mənəviyyat İmtinadan başlayır.
Çünki İnsan təbiətin verdiyi ilə kifayətlənmir, bundan daha Yüksək
olmağa can atır, özüylə döyüşür.
İmtinada İnsan özünün və ətrafındakıların naqisliyini anlayır,
onlardan əl çəkir, özünü Mənən öldürür və yenidən dirildir.
İmtinada İnsan ikinci dəfə doğulur.
Burada İnsan özünü özündən böyük Mahiyyəti əsasında
dəyişdirir, özünün əsil İnsani Mənadan aşağı olduğunu anlayır,
özünü rədd edir.
İnsanın əsl ömrü, taleyi bundan sonra başlayır.
Mənəviyyatın ikinci – Vicdan mərhələsində İnsan Mənəvi Həyatını
daxili
tələb
əsasında
nizamlayır,
yetkinləşdirir,
özünü
özünün
sərəncamına verir.
Son mərhələdə İnsan Özündənkeçməklə özünü özündən Alidə tapır.
Özündən İmtina, Özünütapma və Özündənkeçmə – İnsan
Mənəviyyatının pillələri bunlardır.
Beləliklə də, İnsan – Ruhla Dünyanı dərk edən, Müqəddəslikdə
Həqiqət arayan, Özündənkeçmədə Özünü tapan, Dünyaya, Təbiətə,
Cəmiyyətə, Özünə sığmayan Varlıqdır.
O, Gərgin Həyat sürür. Dünyaya naməlum gəlib, naməlum da gedir,
heç kəs onun kim olduğunu bilmir, çünki Həyati təsəvvürlərə sığmır.
Onun ictimai tarixi – özündənayrılma, özünün əksinə çevrilmə, öz
İnsani Mahiyyətinin əksinə yaşamaq, Zorakılığın Ruhaniliyi üstələməsi
tarixi olub.
İnsanın
İnsani
Mənası
isə
Peyğəmbərlərin
Kəlamlarında,
Qəhrəmanların
Mənəvi
Qüdrətində,
Müdriklərin
Fikirlərində,
Dostluqda, Məhəbbətdə aşkara çıxıb.
İctimai Həyat Ruhani Həyata demək olar ki, həmişə düşmən kəsilib,
ona görə də İnsan İnsan kimi yaşaya bilməmişdir. İnsanı əhatə eləyən
İctimai Dünya demək olar ki, heç vaxt İnsani Dünya olmamışdır.
Burada şər, eybəcərlik, yalan, naşılıq çox olmuş, Xeyirin, Gözəlliyin,
Həqiqətin üzərinə kölgə salmış, onlara xələl gətirmişdir.
Bu baxımdan, Dünya heç vaxt doqmatik nikbinliyin tələbinə tam cavab
verməmişdir.
Ancaq Dünya həmişə özündən kənara çıxmağa, özündən daha yaxşı
olmağa, Mütləqə yaxınlaşmağa can atmışdır.
Bu baxımdan, o, bədbinliyə də bəraət qazandırmır.
49
Soyuq, avam nikbinlik də, miskin, zəif bədbinlik də Dünyanın Mənasına
yaddır.
Dünya Nikbinlik və Bədbinlik anlayışlarının hər ikisindən Yüksəkdir.
O, Mütləqə can atandır, ancaq şəri tam yox edən deyil!
Gözəllik yaradandır, ancaq mənfiliyi yox edən deyil!
Şərdə dayanmır, ondan uzaqlaşmağa səy göstərir, ancaq Şəri özüylə
gələcəyə aparır.
Dünyanın gedişində İnsanı Hiddətləndirən cəhətlər çoxdur, ancaq
gedişin özü Kamilliyə, Gözəlliyə doğrudur.
Buna görə də İnsan Dünyadan küsmür, ancaq Dünyayla ayaqlaşmağa
da səy etmir; o, Dünyada mövcud olur, ancaq İdealda, Mütləqdə yaşayır,
buna görə də özünü və Dünyanı yenidən yaradır.
IV. XALQ
Xalq Ruhu və cəmiyyətdə bərqərar olan ideologiya – müxtəlif
hadisələrdir.
Xalq – Mənəvi Ənənənin daşıyıcısı, hifz edəni və gələcək nəsillərə
bəxş edənidir.
Bu səbəbdən də o, Əbədi Sərvətlər rəmzidir.
Cəmiyyət dəyişilir, Xalq Ruhu isə çox cüzi dəyişilməyə məruz qalır,
onun yalnız zahiri cəhətlərində, üst qatında dəyişiklik müşahidə olunur.
Xalq Ruhunda həmişə Əbədi keyfiyyətlər saxlanılır.
Hər yeni cəmiyyət Xalq Ruhunu dəyişdirdiyinə inanır, ancaq gec-tez bu
xülya yox olur, məlum olur ki, Xalq cəmiyyət qanunlarına əməl eləyir, an-
caq öz qanunları əsasında yaşayır.
Bu səbəbdən də qəsbkarların yaratdıqları eybəcər mühitdə belə, Xalq
Xalq olaraq qalırdı.
Çünki Xalq İnsanların sadəcə cəmi deyil, Birliyidir.
Bu Birlik Mənəviyyatın dərinliyində mövcud olur, bu dərinliyə isə
cəmiyyət müdaxilə edə bilmir.
Bu səbəbdən də cəmiyyət ölür, ancaq Xalq yaşayır.
Xalqı Xalq eləyən üç keyfiyyətdir: Etnik Birlik, Mənəvi Birlik, Ərazi
Birliyi.
Etnik Birlik – Xalqın yaranması, Həyata gəlməsi, İrqi xüsusiyyətləri ilə
bağlıdır.
Mənəvi Birlik – Dini, Fəlsəfi, Bədii Sərvətlərlə nəsildən-nəsilə keçən,
sabit Adət-Ənənələrlə əlaqədardır.
Ərazi Birliyi – Vətən anlayışının coğrafi Mənasıyla, Xalqın yaşadığı
ümumi məkanı ifadə edir.
Bu üç cəhətin hər biri əsasdır.
50
Bu baxımdan, yalnız İdeoloji Birlik əsasında yaradılan və yuxarıdakı
amilləri nəzərə almayan Xalq anlayışı çox süni və yanlış anlayışdır.
İdeoloji Birlik əsasında ərəblər qəsb etdikləri Xalqlar əsasında yeni
vahid Xalq yaratmadılar.
Romalılar da öz möhtəşəm imperiyasında Xalqların cəmindən yeni
Xalq yetirmədilər.
Napoleon – özünü Fransa inqilabının davamçısı kimi qələmə verdi,
ancaq inqilabi ideologiya əsasında ümumi bir inqilabi Xalq icad etmədi.
Bir-birindən Etnik, Mənəvi və Ərazi cəhətcə fərqlənən Xalqları ümumi,
vahid Xalq Birliyi adı altında birləşdirmək yalnız bir nəticə verə bilər:
sayca balaca olan Xalqları sayca böyük olan Xalqların içərisində əritmək,
böyük xalqı daha da artırmaq, genişləndirmək, gücləndirmək.
Doqmatizmin ən böyük günahlarından biri Bəşəriyyəti Xalqlara,
Millətlərə qarşı qoymaqdır.
Əslində Doqmatizm müxtəlif Xalqlardan, Millətlərdən ibarət olan əlvan
və buna görə də Həyati, Təbii Bəşəriyyət tanımır. O, müxtəlifliklərdən
təcrid olunmuş Xalqlar, Millətlər, Adət-Ənənələr əlvanlığından azad
olunmuş Bəşər tanıyır.
Bu səbəbdən də o, Millətlərin gec-tez aradan qaldırılmasını, bir-birinə
qovuşmasını və az qala bir dildə danışmasını, Vahid Bəşəriyyət
Varlığında itməsini – qarşısıalınmaz mütərəqqi hadisə sayır.
Narahat olanları sakitləşdirmək üçün Doqmatizm Millətlərin bir-birinə
qovuşmasını uzaq gələcəyin öhdəsinə buraxır. Ancaq bununla zərərli
fikrin təhlükəli mənası dəyişilmir.
Hər halda biz bilməliyik ki, gec-tez ayrı-ayrı Xalqlar əvəzinə yeganə,
vahid bəşər əmələ gələcək, həmin bəşərin vahid mədəniyyəti olacaq və
beləliklə də həlli çətin olan Milli məsələ öz qəti, tam “həlli”ni tapacaq.
Doqmatizm Milli məsələni Millətlərin ləğvi şəklində “həll edir”.
Sual olunur: Həyatı Müxtəliflik, Əlvanlıq, Çoxcəhətlilik Gözəlliyindən
təcrid edən Yeknəsəq Dünya cənnətdən çox cəhənnəmə bənzəməzmi?
Digər tərəfdən, əgər Millətlər aradan qalxacaqsa, onda onların
çiçəklənməsi nəyə gərəkdir?
Bu, təxminən şaqqalanmağa hazırlanan qoyunun qəssab əlinə
keçməmişdən qabaq kökəldilməsinə bənzəmirmi?
Xalqa deyirlər ki, Mədəniyyətini, Tarixini, Dilini öyrən, sonra da məlum
olur ki, Xalq özü gec-tez itəcək.
Bu ona bənzəyir ki, məhsulu becərəsən, biçəsən, anbara doldurasan,
sonra da anbarı yandırasan.
Doqmatizm Xalqlara çox fəlakətli aqibət hazırlayır.
Azərbaycanlıların özlərinə məxsus tarixi taleyi var: Etnik cəhətcə biz
Oğuz Türkləriyik, Səlcuqların varisləriyik.
Dostları ilə paylaş: |