13
3. Ata Hökmləri həyata keçməli: Ailə Böyüməli; Fikir Evi Ucalmalı;
Ruhani Əməl Xalqlaşmalı.
4. Mütləq özümləşmə Məqsədinə çatmalı.
Qaranlıqlar Yarılsın!
2 Ümid günü, Günəş Ayı, 15-ci il. Bakı. (bu nəşr, səh. 386).
(Qeyd: Odtəkinin təmsil etdiyi Ailə – ona qədər Özümlünün təmsil
etdiyi Ailə idi).
Ata Azərbaycanda özümlü düşünən xalq yaratmaq istəyirdi. Evladlara
gündəlik yazmaq, özünü öyrənmək (özüylədöyüş dəftəri tutmaq) buyur-
muşdu – vaxtaşırı (ildə bir dəfə) Özü onları gözdən keçirməklə.
ÖZÜYLƏDÖYÜŞ ƏMƏLİ
1. Evladlar özüylədöyüş üçün xüsusi dəftər ayırırlar, müntəzəm
surətdə kamilliyə doğru Yolun gedişatını, məqamlarını, nəticəsini həmin
dəftərə yazırlar...
4. Hər il “Ata Günü” Bayramından əvvəl özüylədöyüş Dəftəri Ataya
təqdim edilir və Ata ona qiymət verir. Həmin qiymət Mərasimdə oxunur.
17 Qismət günü, Köçəri Ay, 11-ci il. Bakı. (bu nəşr, səh. 208)
Evladlara “ailə qurmağa tələsməyin” deyirdi. “Yurdun ən gözəl oğlan
və qızları Ocağımıza gələcəklər, onda evlənərsiniz” deyirdi. “Evlənməklə,
ailə qurmaqla Ocağa Evlad gətirin, Evlad gətirə bilməsəniz, dost gətirin,
dost gətirə bilməsəniz, yağı da gətirməyin” deyirdi. Ailə quranlara uğurla-
ma (xeyir-dua) yazırdı. Ocaqçıların cismani ailələrində doğulan körpələrə
Mütləqə İnam yönlü ruhsal, ulusal adlar verirdi, onları ata-analarıyla
birlikdə “Atalılar soyu” adlandırırdı. Bu Bitiqdə Kutsal Quruculuğun
həmin qolunun da bəlgələri var.
Atanın bu yöndə yeritdiyi xətt İnamçı Türk Ulus`u yaratmaq məqsədi
daşıyırdı: birləşdirici-bəlirləyici Şəxs, Sima (Özü) – Ulus`al kök (7
İçsəsdəki ardıcıllıq) – Öyrəti (Öz Ruhaniyyatı – Mütləqə İnam) – Tərbiyə,
Yönəltmə vasitəsi (Ocaq) – Adlandırma – Soylandırma – özgün İlsıra,
Günsıra (Tarix, Təqvim) – Əlifba – Rəqəm – Geyim – Görüşmə (Salam-
laşma) – Ayrılma sözləri (“Ürəyində Ata Günəsi olsun!” – “Atamız var
olsun!”), – Bayramlar...
Beləliklə, O bizə ulus`al özümlü yaşam fəlsəfəsi, yaşam tərzi verirdi –
fərddən başlayıb – Ocaqdan keçib – Ulusda sonuclanan – hədəfinə yetən
fəlsəfə.
Bugün bu Əməklər geniş ictimaiyyət içində bəhrəsiz qalmış kimi
görünə bilər, ancaq heç də belə deyil! Bu Ulu Əmək Azərbaycanda öz
kimliyi üzərində öz mənliyi uğrunda ruhani-idraki mübarizə aparan Bilinc
14
(Şüur) yaratmışdır. Ata bulağından su içmişlərin ən öləziyi, ən dönüyü, ən
suçlusu belə, öz şüurunun ya önündə, ya altında həmin Bilincin işartılarını
daşıyır.
Biz bu Əməklərə söykənib, “İnamın Gəlişi” kitabını yazdıq və orada
Azərbaycan xalqını hər hansı dinin daşıyıcısı (mənsubu) kimi deyil, məhz
“Mütləqə İnam Xalqı” kimi görüb təsbit etdik. Xalq deyir: “Qoyun ayağı
qısalır, quzu ayağı uzanır”.
Kimlərsə də buna və bunun davamı olan əməklərə söykənib,
“Azərbaycan Xalqının Gəlişi”ni yaza bilər. Beləliklə də Kutsal Quruculuq
davam edər.
İctimaiyyət arasına, eləcə də mətbuata çıxışı yasaqlanan illərdə Onun-
la təsadüfən qarşılaşanların “Niyə görünmürsünüz? Nə ilə məşğulsunuz?”
sualına Ata adətən belə cavab verirdi: “Qabaqlar çoxlu balaca qazanlar
qaynadırdım, indi bir Böyük Qazan qaynadıram”. Bu Bitiq Ata Sözünün
təsdiqidir.
Bütövlükdə Onun Bilinci lap başlanğıcdan quruculuq üstə olmuşdur.
Onda araşdırıcılıq (öyrənmə, dolğunlaşma) zamanca və məcburən öncə
gəlsə də, önəmcə ikincidir, quruculuq üçün alt yapıdır. Araşdırıcılığın özü
də, bir araşdırıcılıq olaraq, tək istək (hədəf) deyil, onun gərəkli Dağıdıcılıq
kimi də bir içəriyi (tərkib hissəsi, “komponenti”) var.
OCAQLAŞDIRMA ƏMƏLİ
Ocaqçı Yurdumuzu, Şərqimizi, Dünyamızı Din – Ateizm, Kapita-
lizm – Sosializm, Demokratiya – Totalitarizm Dairəsindən çıxarmaq üçün
Ocaqlaşdırma Əməlinə sarılır.
1. Dini Ayinlər, Mərasimlər əvəzi – Mütləqə İnam Biliyi öyrədilir Xalqa.
2. Toy Dəllallığı əvəzi – Ocağın Ailə Qaydaları öyrədilir Xalqa.
3. Yas mövhumatı əvəzi – Ocağın Matəm Sözləri öyrədilir Xalqa.
4. Yığıncaqlar, Seçki Oyunu, Parlament Qanunları əvəzi – Ruhani
Cəmiyyət İdealı öyrədilir Xalqa.
5. Qərbçilik əvəzi – Özümlü Şərq İdealı öyrədilir Xalqa.
6. İctimai Tərbiyə əvəzi – İnsanlaşma öyrədilir Xalqa.
7. Dini Bayramlar əvəzi – Ocaq Bayramları – camaatla birgə...
15 Ümid günü, Ata Ayı, 14-cü il. Bakı. (bu nəşr, səh. 369).
Ata İdrakı, Ata Bilinci quruculuqla qaynayır. “Yol. Ata Sözü”, “Sədaqət”
kitabları özəllikcə “Sədaqət”ə daxil olan, 1984-ilin oktyabrında yazılmış
“Əməl” Əsəri. Həmin Əsər belə başlanır:
Asif Hərəkatı:
Asif Ata – Hərəkatın yaradıcısı, hərəkata məsul.
Asifçilik:
15
Asif İnamı – Mütləqə İnam...
Asifçilər:
Asif İnamına yüksələnlər...
Evlərdə, müəssisələrdə Asif Ailələri yaranır.
Onlar Asifçilər çağırılır.
Hər həftənin bir günü “Müqəddəs Gün” sayılır və həmin gün Asif
Amalına həsr olunur.” (bu nəşr, səh. 91).
Bundan bir il sonra yazılmış “Müqqəddəs Əməl” Əsərinin (“Kutsal
Quruculuq” da elə “Müqəddəs Əməl” deməkdir) başlanğıcı da bu
başlanğıcın (“Əməl”inkinin) üzvi davamıdır:
Evladlara: 1. Müqəddəs Amal yarandı. Ata öz borcunu yerinə yetirdi.
Müqəddəs Əməl yaranmalıdır. Evlad öz Müqəddəs borcunu ye-
rinə yetirməlidir. (bu nəşr, səh.96).
Budur, 35 ildir (Atadan sonra 16-cı ildir) ki, Evladlar öz Müqəddəs borc-
larını yerinə yetirməkdədirlər, demək olar ki, uğurla. Və bu zaman Atanın
Buyuruqlarına meyarlanırlar. Belə Buyuruqlar – Ruhsal Bəlgələr
yüzlərcədir – bu Bitiqdə 500-dən artıqdır! Demək asandır! Onlarca naşı
ilə illərcə işləmək, onların bilməzliklərinə qatlanmaq, yerişlərini izləmək,
böyümələrini gözləmək, zaylara çəkilən əməyin itməsinə dözmək, hər
bilməz ilə bu yolu yenidən başlamaq!.. Bunlar hələ o Quruculuğun bir
bölümüdür – beşdə bir, onda bir!..
Aydındır ki, biz beləsinə deyə bilərik, deməliyik peyğəmbər,
Peyğəmbərimiz – Atamız.
Mütləqə İnam sivilizasiyasının, Ruhani Birliyin ilkin xəmiri nə qədər su
apararmış! Bunu anlayanlar, Ata Quruculuğunun hər zərrəsini qızıla tut-
maq istəyənlər olacaq yəqin ki...
Nəyə gərək o Əmək?
Azərbaycan türk xalqının inanmasına ki, onun belə bir yaradıcılığı
olub, var və hansısa bəhrəni verib və verməkdədir. Bu baş veribsə, bu
xalq artıq o xalq deyil; o özünün var olduğunu, var olmaq (Peyğəmbər,
yeni fəlsəfə, yeni dünyabaxış, Müqəddəs Kitab, Mütləq İdrak, Mütləq
İradə... yetirmək) imkanı daşıdığını sezmiş xalqdır; hər cümləqurana
(ayə`çiyə) bel əyən, baş əyən noxulular, Batıya “ləbbeyk” deyən idraki
əzbərçilər yığını deyil. Bu Sezinti İnam Ata Əməyinin bəhrəsidir: “Xalq
sonsuz Mətanət, Əzab-Əziyyət bahasına öz bənzərsizliyini, Bəşəri
Ləyaqətini saxlayırsa, – özündəki Mütləqə yaxınlaşır”.
Dostları ilə paylaş: |