54
Kredit multiplikatoru bu prosesin hərəkətverici qüvvəsini açıqlayır. Yəni
multiplikasiyanın yalnız bazar münasibətlərinin kreditləşməsi zamanı baş verə
bilməsi faktını açıqlayır.
Kredit multiplikatoru dedikdə kommersiya banklarının kreditlərinin mərkəzi
bankın kommersiya banklarına verdiyi kreditlərə nisbəti kimi başa düşülür.
Depozit multiplikatoru multiplikasiyasının obyektini, daha dəqiq,
multiplikasiya prosesində artan kommersiya banklarının depozit hesablarındakı
pulları tərənnüm edir.
Ümumi şəkildə pul multiplikatorunu pul təklifinin pul bazasına qarşı
münasibəti kimi təsəvvür etmək olar:
M = Ms / MB (1)
Burada:
Ms – pul təklifi (M = nağd pul + tələb olunan depozitlər)
MB – pul bazası (MB = nağd pul + ehtiyyatlar)
(1)
formulundan (2) formulunu çıxarmaq olar.
Ms = mMB (2)
Beləliklə pul təklifi birbaşa pul bazasının həcmindən və pul
multiplikatorundan asılıdır.
Pul bazası
- mərkəzi bank tərəfindən buraxılan (Mərkəzi Bankın
xəzinədarlığında olan nağd pullar nəzərə alınmadan) nağd pullar və kommersiya
banklarının məcburi ehtiyyatlarıdır.
Pul multiplikatoru pul bazasının artması zamanı pul təklifinin necə
dəyişməsini göstərir. Depozit əmsalı və ehtiyyat normasının artması uyğun olaraq
pul multiplikatorunu azaltmış olur.
55
Nağd pul dövriyyəsi ölkəmizin Mərkəzi Bankının hesablaşma kassa
mərkəzlərindən başlayır. Nağd pullar onların ehtiyat fondlarından dövriyyə
kassalarına köçürülür və beləliklə də nağd pullar tədavülə daxil olur. Nağd pullar
dövriyyə kassalarından kommersiya banklarının əməliyyat kassalarına
yönəldilir.Banklar bu pulların bir hissəsini ödəniş əsasında bir-birinə verə bilər.
Lakin nağd pulların əksər hissəsi müştərilərə - hüquqi və fiziki şəxslərə (müəssisə
və təşkilatların kassalarına, ya da bilavasitə əhaliyə) verilir.Müəssisə və
təşkilatların kassalarında olan nağd pulların bir hissəsindən onların arasında
hesablaşmalar üçün istifadə olunur. Lakin bu pulların əksər hissəsi pul gəlirlərinin
müxtəlif növləri kimi (əmək haqqı, pensiya və müavinət, təqaüd sığorta ödənişləri,
qiymətli kağızların satışından mədaxil və s.) əhaliyə verilir.
Nağd pul emissiyası pulların tədavülə pul kütləsinin artması ilə baş verən
buraxılışdır.
Nağd pulların inhisarçı emissiya hüququ hər bir dövlətin mərkəzi bankına
verilir ki, bu da bu bankı digər kommersiya banklarından fərqləndirən əsas
cəhətlərdəndir.
Mərkəzi bank özünün analoji fəaliyyəti çərçivəsində kommersiya banklarının
kassa dövriyyələrinin proqnozlarından istifadə etməklə pul emissiyasının ölçüsünü
müəyyən etmiş olur. Həmçinin onu da qeyd etmək lazımdır ki, bu zaman
emissiyanın optimal həcmi ilə yanaşı, onun regionlar arasında düzgün
paylaşdırılması da vacib şərtlərdəndir.Nağd pul emissiyası üçün ərazilər üzrə
mərkəzi bankın baş idarələrinin hesablaşma-kassa mərkəzlərində (HKM) ehtiyyat
fondları və dövriyyə kassaları yaradılır.
Ehtiyyat fondlarında tədavülə buraxılmaq üçün nəzərdə tutulan, lakin hələ
mahiyyət etibarilə pul hesab edilməyən (pul tədavülü prosesində iştirak etmədiyi
üçün ) pul nişanları saxlanılır.
56
Hesablaşma kassa mərkəzinin dövriyyə kassalarından pullar daim hərəkətdə
olurlar. Belə ki, kommersiya bankları nağd pul qalıqlarını bura təhvil verir və
yaxud da lazım olduqda oradan nağd pullar alırlar.
Beləliklə hesablama – kassa mərkəzlərinin dövriyyə kassalarındakı pullar
daim hərəkətdə olur və tədavüldə olan pullar hesab olunur.
Ə
gər HKM dövriyyə kassalarına nağd pul qəbulu ondan çıxan pullardan çox
olarsa, bu zaman əmələ gələn fərq tədavüldən çıxarılır və ehtiyyat fonduna
keçir.Burada bu pullar müvəqqəti olaraq pul olma xassəsini itirirlər.
Ə
ksinə əgər, HKM-nin dövriyyə kassalarından çıxan pullar kassaya daxil olan
puldan çox olarsa, ehtiyyat fondundan dövriyyə kassalarına əlavə pul keçir ki,
bununla da bir növ pul emissiyası baş vermiş olur.
Lakin onu da nəzərə almaq lazımdır ki, bir HKM-nin digər HKM ilə emissiya
yerinə yetirməsi zamanı bir kassaya əlavə daxilolmalar, digər kassadan çıxan artıq
pullarla ört-bastır oluna bilər. Buna görə də tadavüldə nağd pulların ümumi həcmi
dayişməyə də bilər, bununla da emissiya baş verməyə də bilər.
Müəyyən bir gündə pul emissiyasının baş verib – verməməsi haqda məlumat
yalnız hər bir ölkənin mərkəzi bankının direktorlar şurası tərəfindən müəyyən
edilir. Belə ki, məhz bu şura gündəlik emissiya balansı tərtib edir.
Müasir iqtisadi şəraitdə nağd puldan istifadənin ön plana çıxarılmasının
iqtisadi münasibətlərdə özünəməxsus yeri vardır. Belə ki, məhz nağd pul dövranı
sferasında təsərrüfatda istehsal olunan malların yekun reallaşması baş verir və
ictimai istehsalla şəxsi tələbat arasındakı əlaqənin keyfiyyəti yoxlanılmış olur.
Buna görə də çox hallarda təsərrüfatda pulların normal sirkulyasiyası, onların
alıcılıq qabiliyyətinin dayanaqlığı nağd pul dövranının vəziyyətindən asılıdır.
Azərbaycan ərazisində dövriyyədə olan nağd pullar bir növ kredit pullar hesab
oluna bilər. Tədavülə pulun buraxılması təsərrüfatın kreditləşməsi ardıcıllığı ilə baş
verməlidir. Ölkənin mərkəzi emissiya funksiyasını yerinə yetirən Mərkəzi Bank
57
tədavülə pul buraxmaq və lazım gəldikdə pulu tədavüldən çıxarmaq hüququna
malikdir. Mərkəzi Bank təsərrüfatda kassa əməliyyatlarının həyata keçirilməsi
ardıcıllığını müəyyənləşdirir, banknot və sikkələrin hazırlanmasını təşkil edir, nağd
pulların köçürülmə, saxlanılma və inkassasiya qaydalarını formalaşdırır. Banknot
və metal pulların ehtiyat fondlarının yaranmasını təmin edir, pul nişanlarının
ödəmə qabiliyyətinin müəyyənləşməsi ardıcıllığını, həmçinin onların
bölüşdürülməsi, istifadəyə yararsız pulların məhv edilməsi və yeniləri ilə əvəz
olunmasını həyata keçirir.
Banka daxil olan bütün nağd pulların gəlir və xərcləri ilə bağlı əməliyyatların
yerinə yetirilməsi üçün hər bir kommersiya bankı dövriyyə kassasına malik
olmalıdır. Əməliyyat gününün axırına kimi banka daxil olan bütün nağd pullar elə
həmin gün dövriyyə kassasına mədaxil olunmalı və müvafiq hesablara
köçürülməlidir.
Müəssisə və təşkilatlara nağd pulların verilməsi də dövriyyə kassaları
vasitəsilə həyata keçirilir. Bu zaman hər bir kommersiya bankı özünün rasional pul
dövriyyəsini təşkil etməyi bacarmalıdır. Daha dəqiq desək müəssisələr bu nağd
vəsaitləri Mərkəzi Bankdan aldığı mərkəzləşdirilmiş kreditlər hesabına deyil, öz
resursları hesabına təqdim etməyə meylli olmalıdır. Bu işin yerinı yetirilməsi
kommersiya bankları tərəfindən rüblük operativ kassa proqnozlarının tərtib
olunması və yerinə yetirilməsi yolu ilə həyata keçirilə bilər. Bütün məssisə və
təşkilatlar banka kassa ərizələri təqdim edirlər.
Müəssisələrin, təşkilatların kassa ərizələri 4hissədən ibarətdir. 1ci bölmədə
müəssisə və təşkilatların kassa planının ayrı – ayrı maddələri üzrə nağd kassa
mədaxillərinin məbləği göstərilir. 2-ci bölmədə gəlirlər xərclər, pul qalıqları
göstərilir. 3-cü bölmədə əmək haqqına xərclənən pul vəsaitləri, sosial xarakterli
ödəmələr, təqaüdlər və s. göstərilir. Bu bölmənin göstəriciləri keçən ilin müvafiq
dövrünə uyğun olaraq müəyyənləşir.
Dostları ilə paylaş: |