Microsoft Word ?liyeva Zibeyd? 869M. doc



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə10/21
tarix21.06.2018
ölçüsü0,53 Mb.
#50634
1   ...   6   7   8   9   10   11   12   13   ...   21

 

 

28 



 

geyimi dəst kostyumdur–şalvarlı və ya ətəkli, bir az belinə yapışan formada.  ngilis 

stilində jaket,  jaketin uzunluğu dəbdən asılı olur. Amma, hec bir zaman ətəyi nə 

çox mini, nə də çox maksi olmur.  

Klassik üslubda şanel kostyumlarını misal göstərmək olar.(şək. 5)Sadə, orta 

dabanlı  və    təbii  dəridən  olan  ayaqqablara  üstünlük  verərlər.  Bu  qadınlar  sərbəst 

üslubu (idman üslubunu) çox xoşlamazlar.Onlar aksessuarlarını diqqətlə seçər  və   

geyim  dəstinə  tam  uyğunluğuna  fikir  verərlər.    pək  şərflər,  eleqant,  qiymətli 

bijuteriyalarla  seçilərlər

.   


Çantaya  da  digər  aksessurlar  kimi  xüsusi  diqqət 

yetirməklə  yanaşı,  həndəsi  formada  olmasına  üstünlük  verərlər.  Əgər  portfel 

seçilirsə, mütləq bahalı dəridən olmalıdır. 

Hər üslubun öz hiylələri və xüsusiyyətləri var, klassik üslub həmişə layiqli 

görünür,  amma  belə  bir  təhlükə  də  danılmaz  olur  ki,  çox  ciddilik,  ideallıq  və 

düzgünlük  təbiiliyi  söndürür,  nəticədə  insan  özündən  razı  görünür.  Hərdən  bir 

qarderobu  yeniləmək  və  üslubu  dəyişmək  yaxşı  effekt  verə  bilər.  Bu  üsluba  bir 

qədər romantik və əlvanlıq qatar.Çox uzun sürməyən klassik dövr yerini təmtəraqlı 

ş

lyapalarla  tamamlanan  ayaq  topuqlarını  və  ayaqqabıları  göstərən  qısa  geyimlərə 



buraxdı. 

Eleqant üslub:Yüz illər boyu gözəllik və üslub  haqqında təsəvvürlər dəyişir,  

ancaq eleqant görünmək–qəşəng görünmək dəbə aid deyil. Eleqantlıq - danışığın,  

geyimin,  hərəkətin,    hətta  oturuşun    və  yaxud  da    susmağın  belə  xüsusi    ifadə 

tərzidir. 

Eleqantlıq  –  başı  bir  qədər  zərif  hərəkətlə  döndərməklə,  saçın  formasını 

səliqəyə  salan incə  bir  jestlə,  duruş  tərzi, yeriş  ahəngi,  xarakterin  təkrar  olunmaz 

cizgisi  ilə  və  ümumiyyətlə,  insanın  şəxsi  cazibədarlığını  ifadə  etməsi  ilə  özünü 

büruzə  verir.    Bu  təkəbbürdən  uzaq  daxili  qürur  və  təzyiq  etmədən,  göstərişsiz 

olaraq özünə təbii şəkildə olan bir inamdır.  Eleqantlıq nəinki  xarici görünüşün  bir 

keyfiyyətidir, əslində insan xarakterinin xüsusiyyətləridir.  Eleqantlıq yalnız geyim  

üslubu deyil, bu fəlsəfə və həyat yoludur, sözün yaxşı mənasında özünə sevgidir. 

Elə bir sevgi ki, onu öyrənmək çətindir, bunu hiss etmək, duymaq  və buna çatmaq 

lazımdır. 




 

 

29 



 

Eleqantlıq  bayağılığı  və  bənzətməni  qəbul  etmir.(şək.  7)  Eleqantlığın  əsası 

klassiküslubdur. Klassik üslubda olduğu kimi, kişi geyimi ikili və ya üçlü kostyum, 

qadında isə don və ya ətək, yaxud da şalvarla jaket səciyyəvidir. Dəb aləmində öz 

üslubları ilə sözünü deyən  çox məhşur qadınlar  Jorj Sand, Coco Chanel, Marlen 

Ditrix şalvarlı kostyumlar geyiniməklə, yeni üsul və eleqant tərzi təsdiq etdilər. 



 

2.2.  dman üslubun formalaşması və inkşafı 

dman  geyimlərinin    ilk  növlərinin  görünüşü  XVI  əsrə  aiddir.Məhz  həmin 

vaxtdan  Britaniyanın  və  Fransanın  kral  malikanələrində  at  sürmək,  mütəşəkkil 

ovçuluq,  tennis,  kriket  və  digər  aktiv  oyunlar  üçün  xüsusi  "standart"  paltar 

meydana  çıxdı.  Təxminən,  XVIII  əsrdən  başlayaraq  Qərbdə,  XIX  əsrdə 

Rusiyadapopulyarlığının  artması  nəticəsində  müxtəlif  idman  klubları,  qondarma 

klub forması yaranır. 

 

lk idman geyimi, 



rəsmi qaydada qəbul olunmuş, 

ağ rəngli 

“kriket”  və  bir  neçə  əsr  əvvəl  çox  məhşur  olub.  Sürətlə  populyarlıq  əldə  etmiş, 

futbol,  xokkey,  su  idman,  atletik  və  digər  idman  növləri  üçün  müvafiq  idman 

geyimlərinə tələbat yaranmışdır. 

XIX əsrin sonları bir birinin ardıncamüxtəlif idman geyimlərinin patentinin 

yaradılması  qeydə  alınır.

 

XX  əsrin  əvvəllərində  idmanın  inkişafının  və  Olimpiya 



hərəkatının  dirçəlişinin  başlanması  ilə  peşəkarlaşması  yolunda  idman  kostyumu 

yeni  dinamika  alır. dmancıların  rahatlıq  və  komfortunu  təmin  etmək  üçün 

dünyanın  müxtəlif  ölkələrində,  ən  güclü  sənaye  şirkətləri  yeni  idman  formasının 

yaradılması  üzərində  işləyirlər.  dman  növlərinin  özlərinin  transformasiyasıyla 

ə

laqədar,    idmançıların  geyiminə  yeni  elementlər  əlavə  olunur  və  müxtəlif 



dəyişikliklərə məruz  qalır. Məsələn, əgər xokkeyçiləri XIX əsrin sonunda kifayət 

qədər  dar  idman  şalvarını  geyinirdisə,  artıq  XX  əsrin  əvvəllərində  xokkey 

geyimlərinin qolları və baldırları  qorunmaq üçün xüsusi qalxanlarla zənginləşir. 

Peşəkar  idman  növü  kimi  üzgüçülüyün  fəal  inkişafı  nəticəsində,  sirk 

kostyumunun uyğunlaşması  müşayiət olunur. Beləki, qadınların bədəninə yapışan 



 

 

30 



 

siluetli  çimərlik  paltarını  nümunə  gətirmək  olar.  lk  belə  model  olan  “cersi”     

1912-ci il Stokholmda keçirilən Olimpiya oyunları zamanı nümayiş etdirilib. 

Dünya səviyyəsində ən əhəmiyyətli  idman geyimi tarixində əlamətdar hadisə 1936 

il Berlin Olimpiadasdır. Məhz bu ildən, məcburi qaydada vahid komanda formasını 

geymək, bütün milli yığmaların Olimpiya nizamnaməsinə tapşırılır. 

Rusiyada 1917-ci ilin inqilabi hadisələrindən sonar, idman kütləvi vüset alır. 

Lakin,  idman  geyimləri  maksimum  sadə  qalır,  diqqət  geyimin    funksionallığına 

verilir. Əsasən onlar sadə, lakin möhkəm materiallardan hazırlanır.XX əsrin 20-30-

cu  illərindən  başlayaraq  qərb  ölkələrində  idman  və  dəb  evləri  fəal  əməkdaşlığa 

başlayır.Xüsusilə, o idman növlərinə uyğun olaraq, hansılar ki, o zaman bahalı və 

elit hesab edilirdilər. 

1920-ci illərdə zənginlərin ümumi olaraq idman etməyə, xüsusilə tennis və 

üzgüçülüyə  marağı  artır.Bu  maraq,  geyimlərə  gözəllik,  rahatlıq  və  sadəliyidə 

bərabərində  gətirir.  1920-ci  illər    idmançı  geyiminin  dəb  olduğu  illərdir.  Ballets 

Russes kostyumları ( gözəllik və rahatlığın bir arada olduğunu sübut etmişdi. Jan 

Patou bu ehtiyacı ödəyən ilk dizaynerdir. Patou, həmçinin çimərlik paltarları, dağ 

idman  növləri  üçün    də  geyimlər  hazırlayırdı.  Chanel  və  Sonya  Delaunay  da  bu  

sahədə çalışmışdılar. 

dman  geyimləri  dəbi  öz  təsiri  altına  almışdır.Tennis  və  dəniz  idman 

növlərinin  rəngləri  olan  ağ-göy,  qırmızı-ağ,  sarı-yaşıl  rəngli  bu  təzlər  gündəlik 

geyimlərdə də dəbdə olmuşdur. 

Belə  ki,  1919-cu  il  Uimbldon  yarışında  tennisçi  Suzanne  Lenglen, 

tamaşaçını  Jean  Patou-dan    olan  qısa  qollu,  öz  kiçik  ağ  donuyla  sözün  əsl 

mənasnda  şoka  salır.(şək.  3)  Amma  artıq  çox  tezliklə  "kiçik  tennis  donu"  bütün 

dünyada qadın tennisi üçün standart olur. 

Olimpiyaçılar üçün müxtəlif illərdə ən məşhur evlərin ən yaxşı dizaynerləri 

idman  geyimləri  hazırlanması  ilə  məşğul  olublar.Bunlara  misal  " v  Sen-Loran" 

"Koko  Şanel"  "Pyer  Karden".Kimi  dəb  evlərini  sadalamaq  olar.  Məşhur  kuturye  

Valentin  Yudaşkin  1994-ci  il  qış  Oyunları  və  1996-ci  il  Atlanta  yay  Olimpiya 

Oyunları üçün kolleksiyaları yaradır. 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə