26
marketinqdə yığılmış təcrübəni əks etdirən reklamda üstünlük və şirkətin ölçüsü
eyni zamanda həm ixrac, həm də idxal amilləri kimi çıxış edirlər. Masştab
iqtisadiyyatı, istehsalın təmərküzləşməsinin yüksək dərəcəsi və təbii resurslara olan
ehtiyac birbaşa investisiyaların ancaq ixrac amilləridir. Kapitala olan ehtiyac,
çoxsaylı milli filiallar, daha aşağı istehsal xərcləri, daxili bazarın yüksək müdafiə
səviyyəsi və daxili bazarın böyük ölçüsü birbaşa xarici investisiyaların ancaq idxal
səbəbləridir.
Ümumilikdə isə birbaşa xarici investisiyaların yerləşdirilməsinin əsas motivi
kimi satış bazarının genişlənməsini, ucuz resurslara çıxış imkanının yaranmasını,
mülkiyyətin əldə edilməsini göstərmək olar.
Bazarın genişləndirilməsi məqsədilə birbaşa xarici investisiyaların həyata
keçirilməsini aşağıdakılar şərtləndirir:
− Milli istehsal gücünün olmaması;
− Əmtəələrin nəqliyyat xərclərinin yüksək olması və bunun da onların
ixracının qeyri-mənfəətli olmasına gətirib çıxarması;
− dxalatçı ölkədə ticarət məhdudiyyətləri;
− “Miqyas effekti”ndən istifadəyə can atma;
− “Müştərilərin arxasınca getmə” (avtomobil şinlərinin istehsalçıları
avtomobil istehsalçılarının arxasınca hərəkət edirlər);
− “Rəqiblərin arxasınca getmə”;
− Yerli istehsalçıların məhsullarına üstünlük verən xarici alıcıların əldə
edilməsi;
− Müqayisəli xərclərdə gözlənilən dəyişikliklər və s.
Ucuz istehsal amilləri mənbələri əldə etmək baxımından birbaşa xarici
investisiyaların həyata keçirilməsinə aşağıdakılar təkan verir:
− Xərclərin
aşağı
salınması
məqsədilə
istehsalın
ölkələrarası
regionallaşdırılması;
27
− Kapitalı qəbul edən ölkədə xarici investisiyaların dövlət tərəfindən
stimullaşdırılması;
− Kapitalı ixrac edən ölkənin özünü strateji resurslarla təmin etməyi qarşısına
məqsəd qoyması.
Xaricdə mülkiyyətin əldə edilməsi və ya yeni tikintinin həyata keçirilməsi
aşağıdakılarla izah edilir:
− Ayrı-ayrı resursların xarici müəssisəyə ötürülməsi çətinlikləri;
− Tanınmış firmanın reputasiyasını, ticarət markasını öz mülkiyyətinə
keçirmək imkanı (françayzinq müəssisəsinin alınması zamanı);
− Risklərin, xərclərin aşağı salınması və s.
Çox zaman birbaşa xarici investisiyalar yuxarıda sadalanan səbəblərdən biri
ilə əlahiddə surətdə deyil, həmin səbəblərin müəyyən toplusundan istifadə etməklə
izah edilir.
BMT-nin transmilli şirkətlər üzrə mərkəzi xarici ölkədə əmtəə və xidmət
istehsalının təşkil edilməsi ilə birbaşa kapital qoyuluşlarının dörd əsas səbəbdən
baş verdiyini göstərir:
1. Birbaşa xarici investisiyalar ona görə həyata keçirilir ki, bir sıra əmtəə və
xidmətlərin xarici ölkəyə idxalı müxtəlif məhdudiyyətlər və ya əmtəələrin,
xüsusilə də xidmətlərin özünəməxsus cəhətləri səbəbindən qeyri-
mümkündür və ya çox çətindir.
2. Əmtəə və xidmətlərin yerində istehsalı həmin xarici bazara xidmət
göstərilməsi üçün daha ucuz və səmərəli üsuldur.
3. Sahibkar kapitalını qəbul edən ölkə, əmtəə ə xidmətlərin sonradan onların
dünya bazarlarına çıxarılması şərti ilə istehsalı üçün daha ucuz yer kimi çıxış
edir.
4. Bir sıra məhsullar, xüsusilə də texniki cəhətdən mürəkkəb olan üçün
satışdan sonra xidmət, məsləhət və digər xidmətlər tələb edir ki, bu da
istehsalçının bazarda olmasını zəruri edir. Bu halda xarici ölkədə istehsalı
təşkil etmək orada ancaq satış firmasını təşkil etməkdən daha faydalı olur.
28
Birbaşa xarici investisiyalar aşağıdakı əsas formalarda həyata keçirilir:
1. Xarici filialların və qız şirkətlərinin yaradılması yolu ilə. Bu, ənənəvi forma
hesab edilir. Bu zaman filiallar tam olaraq ana şirkətə tabe olur, hüquqi şəxs
hesab edilmirlər, özlərinin xüsusi balanslarına malik olmurlar, öz
öhdəliklərinə görə müstəqil şəkildə cavab verirlər, özlərinin xüsusi balansına
malik olurlar və özləri firmanın inkişaf istiqamətlərini müəyyən edirlər.
2. Firmaların beynəlxalq qovuşması və birləşməsi yolu ilə. Bu cür əməliyyatlar
mülkiyyət hüququnu və qovuşan və birləşən firmaların milliliyini dəyişir.
3. Strateji alyansların yaradılması yolu ilə. Bu cür alyanslar, adətən elmtutumlu
sahələrdə yaradılır və bu şirkətin digər şirkətin mülkiyyətində hansısa bir
paya uzunmüddətli sahib olmasını nəzərdə tutmur. Müqavilə sazişləri bir və
bir neçə fəaliyyətin həyata keçirilməsi üçün imzalanır. Strateji əməkdaşlıq
informasiya texnologiyaları, əczaçılıq, avtomobilqayırma kimi sahələri əhatə
edir.
Birbaşa xarici investisiya ilə xarici ticarət arasında həm fərqli, həm də
ümumi cəhətlər mövcuddur ki, onlar da beynəlxalq iqtisadi münasibətlərin bu iki
forması arasında qarşılıqlı əlaqəni və qarşılıqlı tamamlanmanı göstərir. Həm əmtəə
ixracı, həm də birbaşa xarici investisiya ixracı firmalar tərəfindən xarici bazarlarda
maksimum mənfəətin əldə edilməsinə yönəlib. Və bu zaman birbaşa xarici
investisiyalar təkcə maliyyə formasında deyil, həm də əmtəə formasında yatırıla
bilər. Birbaşa investisiyaların köklü fərqi ondan ibarətdir ki, onların ölkə
iqtisadiyyatlarına yatırılması zamanı investorun mülkiyyət hüququ qorunur və
investor yatırılan vəsaitə görə dəfələrlə mənfəət əldə etmək imkanına malik olur.
Ə
mtəə ixracı zamanı isə əksinə əmtəələrin satışı baş verir, yəni mülkiyyət hüququ
satıcıdan alıcıya keçir və satıcı yalnız bir dəfə, satış zamanı mənfəət əldə edir.
Göstərilən fərqlərə baxmayaraq, xarici ticarət və birbaşa xarici investisiyalar
bir-birlərini tamamlayan bir sıra cəhətlərə də malikdirlər. Onları aşağıdakı kimi
müəyyən etmək olar:
Dostları ilə paylaş: |