Microsoft Word mehmanxana cavab01az docx



Yüklə 452,22 Kb.
Pdf görüntüsü
səhifə10/17
tarix14.01.2018
ölçüsü452,22 Kb.
#20498
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

− gələn qonaqların qeydiyyat sənədlərini çeşidləyir; 

− şöbənin və digər iclaslarda iştirak edir; 

− sonrakı gün ərzində (səhər) gəlib-gedən qonaqların siyahısını nəzərdən keçirir; 

− əməkdaşlarına gəlib-gedən qonaqlar barədə zəruri sərəncamlar verir; 

− əməkdaşların iş cədvəlini yoxlayır; 

− qonaqlara xidmət göstərən köməkçilərə gündəlik təlimat verir. 

Məsələn, baş inzibatçının köməkçisi qonağı qarşılayır, qeydiyyatına kömək edir, nömrəyə qədər 

müşayiət edir,  yükünü əvvəlcədən nömrəyə aparır və s. Bununla da baş inzibatçının köməkçisi 

bir  neçə  funksiyanı  yerinə  yetirərək  əlavə  bölməyə  və  işçilərə  ehtiyac  olmadığını  göstərir.  Bu 

yenilikdən kiçik və orta lüks mehmanxanalarda istifadə məqsədə uyğundur.  

Bəzi otellərdə bronlaşdırma (sifariş) bölməsinin meneceri satış üzrə direktora (menecerə),  gecə 

auditoru isə baş mühasibə hesabat verir. Baş inzibatçının bölməsinin çox vaxt  mehmanxananın 

ürəyi də adlandırırlar. Qonağın oteldə qaldığı müddət ən çox təmasda olduğu yer baş inzibatçının 

bölməsidir.  Bu  bölmənin  məlumat  və  xidmətlərindən  qonaqlar  daha  çox  istifadə  edirlər. 

Qonaqlar xidmət göstərən və onlarla birbaşa təmasda olan işçilərin vəzifə təlimatları olmalıdır. 

Baş inzibatçının vəzifə təlimatında 3 amil əsasdır. Bunlardan birincisi mehmanxana nömrələrinin 

satışına  rəhbərlikdir.  Mehmanxananın  şöbə  və  bölmələri  bir  komanda  kimi  həmahəng 

işləməlidir.  Nömrələrin  satışı  şöbəsi  və  bronlaşdırma  (nömrə  sifarişini  qəbul  etmə)  bölməsi 

nömrələrin satışını təşkil edir. Bronlaşdırma bölməsi sifarişləri səhər 09.00-dan axşam 18.00-dək 

qəbul edir. Bundan sonra bronlaşdırma bölməsi işini qurtarır, boş nömrələri və sifarişləri qəbul 

etmək  vəzifəsini  növbətçi  inzibatçıya  təhvil  verir.  Növbətçi  inzibatçı  mehmanxananı  100  faiz 

doldurmaqda  maraqlıdır,  lakin  nəzərə  alınmalıdır  ki,  hər  an  mehmanxananin  daimi,  nüfuzlu 

müştərisi zəng edib nömrə sifariş edə bilər. Baş inzibatçının bölməsi nəinki nömrələrin satışını 

peşəkarlıqla  təşkil  etməli,  həmçinin  nömrələrin  orta  gündəlik  qiymətlərin  optimallığına  nail 

olmalıdır.  Baş  inzibatçının  ikinci  əsas  vəzifəsi  qonaqların  hesabat  balansının  aparmasıdır.  Bu 

vəzifə avans depozitlərinin alınması, qonaq üçün şöbə və bölmələrdən alınan hesablarla başlanır. 

Bir  çox  mehmanxanalar  avtomat  idarəçilik  sisteminə  malikdir  və  məlumatlar  baş  inzibatçının 

ofisinə verilir.  Qonağın  mehmanxananın müxtəlif obyektlərində qeyd olunmuş məsrəfləri onun 

hesabına  yazılır  və  müştəri  mehmanxanadan  gedən  gün  bu  hesablar  ödənir.  Hesablar  qonağa 

təqdim  olunur  və  ya  şirkətə  göndərilir.  Şirkətə  göndərilən  hesab  göstərildiyi  müddətdə 

ödənilməlidir.  Bu  bölmə  sutka  ərzində  üç  növbə  işləyir,  qonaqların  istək  və  arzularını, 

tələblərini, sifarişlərini yerinə yetirməyə çalışır. 



 

Suаl–29. Mehmanxananın təhlükəsizliyi bölməsi 

Mehmanxananın  əsas  vəzifələrindən  biri  qonaqların  və  onların  əmlaklarının  təhlükəsizliyini 

təmin  etməkdir.  Qonaqları  oğrulardan,  dələduzlardan,  zorakıliqdan  qorumaq  məqsədilə 

mehmanxana sahibi və əməkdaşları qanun üzrə zəruri ehtiyyat tədbirləri görməlidirlər. Qonağın 

oteldə  yaşadığı  müddətdə  ona  dəymiş  ziyana  görə  mehmanxana  məsuliyyət  daşıyır. 

Mehmanxanada  baş  verən  xoşa  gəlməz  hadisələr  ona  nəinki  maddi  ziyan  vurur,  həmçinin 

nüfuzuna  xələl  gətirir.  Buna  görə  mehmanxananın  təhlükəsizlik  şöbəsi  aşağıdakı  problemlərlə 

məşğul olur: 

−  fövqəladə vəziyyət yaranarsa, buna cavab olaraq prosedurları işləyib 

hazırlamaq; 

−  nömrələrin  gündəlik  təhlükəsizliyini  yoxlamaqla  nömrələrin  və  digər  obyektlərin 

açarların nəzarətə götürməklə, kilidlərə nəzarət etməklə oğurluğun qarşısını almaq; 




−  otelin binasınına girən yolları nəzarətdə saxlamaq; 

−  mehmanxanada həyəcan-xəbərdarlıq (siqnalizasiya) sisteminin zəruriliyini təmin etmək; 

−  otelin ərazisini nəzarətdə saxlamaq; 

−  otelin bayır tərəfdən işıqlandırılması; 

−  telemonitor vasitəsilə müşahidə sistemi aparmalıdır; 

−  mehmanxanada odadavamlı şkaflar və seyflər olmalıdır; 

−  məlumatların mühafizəsini və qorunmasını təmin etməlidir. 

Fövqəladə  vəziyyətlərə  təhlükəsizlik  xidmət  adekvat  reaksiya  verməyə  borcludur.  Terrorizmin 

yayıldığı  müasir  cəmiyyətdə  bu,  çox  mühüm  amildir.  Mehmanxanalarda  cinayətlər  çox  vaxt 

19.00 ilə gecə 05.00 arasında baş verir.  

Las-Veqasın otellərində təhlükəsizlik məsələləri xüsusən aktualdır, çünki bu otellərin ərazisində 

yerləşən kazinolar milyonlarla dollar əməliyyat aparır. 

Təhlükəsizlik xidmətinin ən vacib məsələlərindən biri nömrələrin açar problemidir. Adətən baş 

inzibatçının  ofisində  açarların  surətləri  olur  və  vaxtaşırı  bu  açarlar  yoxlanılmalıdır.  Şöbədə 

xüsusi jurnal olmalıdır ki, əməkdaşlar aldığı və verdiyi açarlara görə imza qoysunlar. 

 

Suаl–30. Otelçilikdə konsyerj xidməti 

Konsyerjlər

* - uniformada olan xidmət personalıdır. Onları vestibüldə xüsusi masa arxasında və 

ya  mərtəbədə  görmək  olar.  1936  -  cı  ilə  qədər  konsyerjlər  otel  işçiləri  deyildi.  Onlar  müstəqil 

kiçik sahibkarlar (iş adamları) idi, oteldən yer alıb onun ərazisində fəaliyyət göstərirdilər. 

Mehmenxanaların iriləşməsi ilə konsyerj vəzifəsinə zərurət doğur. Bir sıra iri, dəbdəbəli otellər 

öz  konsyerjlərinə  malikdir.  Belə  ki,  800  nömrəli  «Plaza  Hotel»  də  (Nyu-York)  10  konsyerj 

çalışır.  Onlar  qonaqlara  müxtəlif  xidmətlər  göstərir.  O  cümlədən  ən  məşhur  teatrlara  bilet  alır, 

restoranda qonaq üçün stol sifariş edir, milli restoranlar, əyləncə yerləri haqqında məsləhət verir, 

aviabiletlər  sifariş  edib  alır,  nüfuzlu  qonaqlara  müxtəlif  xidmətlər  göstərir,  hətta  onlar  üçün 

bazarlıq  da  edir,  işgüzar  tapşırıqları  yerinə  yetirirlər.  Konsyerjlər  qonaqların  bütün  istək  və 

arzularını yerinə  yetirməyə çalışırlar.  «Conde Nast Traveler» jurnalı konsyerjlər arasında sorğu 

keçirərək  onların  göstərdiyi  qeyri-adi  xidmətlərin  siyahısını  dərc  etmişdir.  Məsələn,  Madridin 

«Palace Hotel» mehmenxanasında yaşayan yapon turistləri öküzlərin döyüş tamaşasına baxandan 

sonra  Yaponiyada  da  belə  tamaşa  təşkil  etməyi  qərara  alırlar  və  konsyerjdən  xahiş  edirlər  ki, 

toreador*  tapsın,  öküzlər  alsın  və  Yaponiyaya  göndərməyi  təşkil  etsin.  Konsyerj  bu  tapşırığın 

öhdəsindən  məharətlə  gəlir.  Peşəkar  konsyerj  olmaq  üçün  otelin  bütün  xidmət  sahələrini  yaxşı 

bilmək lazımdır, bir neçə xarici dil bilmək və ünsiyyətdə olmaq vacibdir. 

Konsyerjlərin  peşəkar  təşkilatı  mövcuddur  -  U.P.P.G.H.  (Union  Professionalle  des  Portiers  des 

Grand  Hotels).  Bu  təşkilat  adətən  «Qızıl  açarlar»  («Clefs  d’or»)  adlanır.  Konsyerjlərin 

uniformasında  bu  nişan-qızıl  açarlar  çarpaz  şəkildə  ilmədə  vurulub.  Bu  təşkilatın  24  ölkədən 

dörd mindən çox üzvü var. 

 

Suаl–31. Mеhmаnхаnаlаrın inşаsındа nəzərə аlınаəsааmillə

Müasir  turist  bazarının  təlabatını  təmin  etmək  üçün  bir  sıra  mehmanxana  tipləri  mövcuddur. 

Mehmanxanada  qonaqların  rahatlığı  üçün  şərait  yüksək  və  aşağı  səviyyədə  ola  bilər. 

Mehmanxana  binası  çoxfunksiyalı  tikintidir  və  mürəkkəb  texnoloji  avadanlıqla  təchiz  olunur. 

Mehmanxanalar memarlıq üslublarına görə seçilir. Mehmanxananın inşasında nəzərə alınan əsas 

amillər aşağıdakılardır: 

1.  Ümumi mənzərənin xüsusiyyətləri qorunaraq bina ətraf mühitə uyğunlaşdırılır; 



Yüklə 452,22 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə