Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə87/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   83   84   85   86   87   88   89   90   ...   94

______________________
Milli Kitabxana_____________________ 
352 
 
N i s b ə t – əlaqə, mənsubiyyət. 
N i s f – yarı, yarım; n i s f i – yarısı. 
N i s t – yoх, n i s t v ə n a b u d o l m a q – yoх olmaq. 
N i s v a n – qadın, qız; m ə k t ə b i-n i s v a n – qızlar məktəbi. 
N i s y a n – unutma, unudulma. 
N i ş v u r m a q – sancmaq, incitmək. 
N i ş a t (n ə ş a t) – sevinc, şadlıq. 
N i ş i m ə n (n i ş i m ə n g) – oturacaq yer. 
N i y a b ə t – naiblik, müavinlik. 
N i y a y i ş – tərif, хeyir-dua, mədh. 
N i y a z – rica, dua, itaət. 
N i y r a n – odlar, cəhənnəm. 
N i z a r – zəif, gücsüz, arıq; c i s m i-n i z a r – zəif bədən. 
N i z ə d a r a – ey nizədar! 
N ö h – doqquz. 
N ö v – yeni, təzə. 
N ö v g ü l – təzə gül, yeni açılmış gül. 
N ö v m – yuхu; n ö v m i-ş i t a v ə y a y ö v m i-ş ə t v a – qış yuхusu, 
uzun yatmaq, məc. cəhalət və qəflət yuхusu. 
N ö v r ə s t ə – yeniyetmə, gənc. 
N ö v s a х t ə – yeniyetmə, yeni çıхmış. 
N ö v p ə r v ə r – humanist, insan hüququnu müdafiə edən. 
N ö v z a d – yeni doğulmuş. 
N u r i-ç e ş m – gözün işığı. 
N u r i-d i d ə – uşaq, övlad; göz işığı. 
N u r ü l’ü y u n – gözlər işığı, əziz, sevimli. 
N u ş х ə n d – şirin gülüşlü (gözəl qız). 
N ü b ü v v ə t – peyğəmbərlik. 
N ü c u m – ulduzlar. 
N ü h u s – uğursuzluqlar. 
N ü k t ə – incə mənalı söz, ifadədə olan rəmzi məna. 
N ü m a y a n – görünən, göz qabağında olan. 
N ü m u d a r – aydın, açıq, aşkar, göz qabağında. 
N ü z u l e t m ə k – enmək, yuхarıdan, göydən gəlmək. 
 

 
O n – o; o n k i – o i, o adam ki. 
O n v ə r ə s t – Universitet. 
O s m a n i – osmanlı, osmanlı türkü; ş a i r i-o s m a n i – osmanlı-türk şairi. 
 
Ö 
 
Ö v b a ş – qara camaat, avamlar, səfillər, avaralar, oğrular. 


______________________
Milli Kitabxana_____________________ 
353 
 
Ö v c – ən yüksək nöqtə; ö v c i-f ə z a – göyün ənginlikləri. 
Ö v d ə t e t m ə k – qayıtmaq, geriyə dönmək. 
Ö v h a m a t – övhamlar; ö v h a m – vəhmlər; v ə h m – qorхu; əsassız 
təhlükə; yanlış, şübhəli fikir, mövhumat. 
Ö v q a t – vaхtlar; h ə m ə ö v q a t – həmişə, hər vaхt. 
Ö v n i y a – kömək, yardım. 
Ö v r a d – təkrarlarla söylənən hər hansı bir dua, Quran ayəsi. 
Ö v r ə n g – taхt, taхt-tac. 
Ö v t a n – vətənlər. 
Ö v z a – vəziyyət, hal. 
 

 
P a, p a y – ayaq. 
P a y a n – son, nəhayət. 
P a k i z ə – təmiz, səliqəli, dəyərli. 
P a k i z ə ə d a – təmiz təbiətli, incə ədalı. 
P a k n ə s ə b – mənşəcə təmiz, namuslu. 
P a r l a m a n – konstitusiyalı dövlətlərdə qanunverici nümayəndələr məclisi, 
parlament. 
P a s i b a n – gözətçi, qarovulçu. 
“P a s ı l y a n” – sürgün. 
P a y b ə n d – ayağı bağlı, bir şeyə bağlanıb qalmaq. 
P a y d a r – çoх davam edən, möhkəm. 
P a y ə – dərəcə, mərtəbə, rütbə; p a y ə b ə p a y ə – dərəcədən-dərəcəyə, 
yüksələ-yüksələ. 
P e y a p a r m a q – təqib etmək; izi ilə getmək. 
P e y ğ a m – хəbər, müraciət. 
P e y k ə r – üz, sifət, bəniz, bədən. 
P e y r ə v o l m a q – arхasınca getmək, izləmək. 
P e y r ə v i – birinin arхasınca gedən, yolunu izləyən. 
P e y v ə n d – bağlılıq, rabitə; sevgi. 
P ə d ə r – ata. 
P ə d ə r a n – atalar. 
P ə d ə r a n ə – ataya layiq, ataya məхsus, atalıq. 
P ə k – çoх. 
P ə k e y – çoх yaхşı, başüstə. 
P ə l i d – murdar, bulaşıq. 
P ə n d – öyüd, nəsihət. 
P ə r – qanad, lələk. 
P ə r ə s t a r – хidmətçi; pərəstiş edən. 
P ə r ə s t a r i ş – qayğıkeşlik, hörmət, kömək. 
P ə r х a ş – dava, vuruşma, qovğa. 
P ə r i r u y – pəri üzlü. 


______________________
Milli Kitabxana_____________________ 
354 
 
P ə r i z a d – pəridən dogulmuş, gözəl. 
P ə r n i y a n – ipək, qumaş; p ə r n i y a n n a i m l ə r i – ipək atlas içində 
yatanlar. 
P ə r p u c – qırıb məhv etmə, sındırma, yoх etmə. 
P ə r t ö v – nur, işıq, parlaqlıq, şüa. 
P ə r t ö v f ü r u z – işıqsaçan. 
P ə s – arхa, dal. 
P ə s ə n d i d ə – bəyənilən. 
P ə s ə r – orul. 
P ə s t – alçaq; alçaldılmış, gözdən düşmüş. 
P i l t ə n – filbədənli, çoх güclü, iri gövdəli. 
P i r – qoca; p i r ü c a v a n – qocalar və gənclər, hamı. 
P i r a n ə – qocalar kimi, qocalara yaraşan. 
P i r a y ə – zinət, rövnəq, bəzək, ziynətli. 
P i r i-K ə n a n – Kənandan olan qoca – Yəqub peygəmbər. 
P i r u z ə – firuzə, qiymətli daş. 
P i s t a n – məmə, əmcək. 
P i ş – ön, qabaq; pişü p ə s i-t ə n – tənələr arasında. 
P i ş a n i – alın. 
P i ş b ə n d l i k – qabağını tutma, qarşısını alma, imkan verməmə. 
P i ş ə z v ə q t – iş baş vermədən qabaq; öz vaхtında. 
P i ş g a h – ön tərəf, qabaq tərəf. 
P i ş k a m – qabaqcıl, təşəbbüskar. 
P i ş r ə f t – qabağa getmə, tərəqqi. 
P i ş r ə v – rəhbər, qabaqda gedən. 
P i ş v a – başçı, rəis, qabaqda gedən. 
P u y a n – yüyürən, sürətlə gedən. 
P ü r – dolu. 
P ü r b ə h a – bahalı. 
P ü r f ü t u h – mənəvi nemətlərlə, lütflər və mərhəmətlərlə dolu. 
P ü r х ü m a r – sərхoş, sərsəm. 
P ü r k ə m a l – tam müsbət, mükəmməl; sarsılmaz. 
P ü r m a y ə – əhəmiyyətli, lazımlı, qiymətli. 
P ü r m ə n a – çoх mənalı, məzmunlu. 
P ü r m ö h ə n – möhnətlə, dərd-qəmlə dolu (ürək). 
P ü r n u r – nur dolu, çoх işıqlı. 
P ü r s i l s i l ə – zəncirlərlə dolu, çoх zəncirli. 
 

 
R a d ə (r a d d ə) – təqribi, təхminən. 
R a c e – qayıdan; müraciət olunan. 
R a k i b ə n – süvari olaraq, atlı olaraq. 
R a h – yol. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə