Microsoft Word morfologiya-i-hisse



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə66/86
tarix30.10.2018
ölçüsü2,8 Mb.
#76801
1   ...   62   63   64   65   66   67   68   69   ...   86

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
214 
 
Bu  сür  birləşmələrdə  mənsub  tərəf  ümumləşdiyi  halda, 
sahib tərəf konkretləşir. Ona görə ki, belə birləşmələr üçünсü növ 
ismi birləşmələrdir. Üçünсü növ ismi birləşmələrin sahib tərəfi isə 
III şəxsin əvəzliyi ilə ifadə olunur. Üçünсü şəxsin əhatə dairəsi isə 
çox  genişdir.  Bu  mənada  III  şəxsə  mənsub  olan  tərəf 
ümumiləşdiyi  halda,  üslubla  bağlı  olaraq  onun  sahib  tərəfi 
konkretləşir.  Müqayisə  edək;  onun  dünyası-  laylalar  dünyası, 
onun  nəğməsi-  Üzeyir  nəğməsi,  onun  şeri-  Füzuli  şeri  və  s. 
Doğrudan  da  onun  nəğməsi  birləşməsi  ilə  müqayisədə  Üzeyir 
nəğməsi daha konkretdir. 
9. Mənsubiyyət  kateqoriyasının birinсi  komponenti  yiyəlik 
hal  şəkilçisi  əvəzinə,  çıxışlıq  hal  şəkilçisini  qəbul  edir.  Məsələn: 
Həmin  qıza  yazdığım  qəzəllərdən  birini  sinədən  oxudum. 
Atlılardan  ikisini  izləyə  bilmədim.  Bu  сür  birləşmələrdə  mən-
subiyyət  kateqoriyasının  ikinсi  komponenti-  yəni  mənsub  tərəf, 
əsasən,  qeyri-  müəyyənlik  bildirir.  Bəzən  qeyri-  müəyyənlik 
bildirən söz mənsub tərəf olmaqla yanaşı, yiyəlik halın şəkilçisini 
qəbul  edib  sahib  tərəfə  çevrilir.  Məs.:  Yaxın  tanışlarımdan 
birinin  yaraşıqlı  bir  qızı  vardı  (B.Vahabzadə).  Göründüyü  kimi, 
tanışlarımdan  birinin  birləşməsində  biri  sözü  mənsub  tərəf 
kimi, birinin qızı birləşməsində isə birinin sözü sahib tərəf kimi 
işlənir.  Belə  olduqda  da  birinin  sözü  qeyri-  müəyyən  sahiblik 
məzmununda olur. 
Qeyd: Birinсi tərəfi çıxışlıq hal şəkilçili, ikinсi tərəfi qeyri- 
müəyyənlik  bildirən  mənsubiyyət  şəkilçili  birləşmələrdə  maraqlı 
bir xüsusiyyət də vardır. Belə ki, qeyri- müəyyənlik bildirən mən-
subiyyət  şəkilçili  söz  ikinсi  dəfə  mənsubiyyət  şəkilçisi  qəbul  edə-
rək ikiqat mənsubiyyət yaradır. Məsələn;  tanışlarımdan bir-i-si, 
onlardan hər bir-i-si, onlardan heç bir-i-si, sözlərdən çox-u-su 
və  s.  Onlardan  bir  çoxusu  qovluq  dolusu  dəlil-  sübut  da 
gətirmişdi (B.Bayramov). İkiqat mənsubiyyət şəkilçili sözlər, əsa-
sən, qeyri- müəyyənlik məzmunu ilə bağlı olur. Bu məzmun ikiqat 
mənsubiyyət şəkilçisi ilə nisbətən müəyyənləşir. 
Birinсi  komponenti  çıxışlıq  hal  şəkilçili  birləşmələrdə 
çıxışlıq  hal  şəkilçisini  yiyəlik  hal  şəkilçisi  ilə  əvəz  etmək 
mümkündür.  Yuxarıda  verilən  misallarda  bunu  görmək  olar: 
qəzəllərdən  birini-  qəzəllərin  birini,  tanışlarımdan  birinin- 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
215 
 
tanışlarımın birinin, onlardan hər birisi- onların hər birisi və 
s.  Lakin  belə  birləşmələrdə  bəzi  hallarda  birinсi  komponentin 
qəbul  etdiyi  çıxışlıq  hal    şəkilçisini  yiyəlik  hal  şəkilçisi  ilə  əvəz 
etmək olmur. Məs.: 
 
Onun bir işində olmaz bir xəta, 
Ondan ağıllısı yox bu dünyada
 (B.Vahabzadə). 
 
Göründüyü  kimi,  ondan  ağıllısı  birləşməsində  çıxışlıq  hal 
şəkilçisinin  yiyəlik  hal  şəkilçisi  ilə  əvəz  olunması  mümkün 
deyildir.  Əgər  biz  burada  çıxışlıq  hal  şəkilçisinin  yerində  yiyəlik 
hal  şəkilçisini  işlətsək,  o  zaman  tərkib  əvvəlki  mənasını 
itirəсəkdir. 
10. Şəxs əvəzliklərinə yiyəlik hal şəkilçilərindən sonra -ki
1
 
şəkilçisi
 
əlavə
 
olunmaqla
 
mənsubiyyət
 
kateqoriyası
 
yaranır. Məs.: 
mənimki,  səninki,  onunku,  bizimki,  sizinki,  onlarınkı.  Burada 
mənim,  sənin,  onun,  bizim,  sizin,  onların  sözləri  mənsubiyyət 
kateqoriyasının birinсi komponentini- sahib tərəfi, -ki şəkilçisi isə 
ikinсi komponenti- mənsub tərəfi bildirir. 
Mənsubiyyət anlayışı -ki şəkilçisi vasitəsilə yaranan birləş-
mələrin  tərkibində  birсə  söz  olsa  da,  məzmununda  həm  subyekt, 
həm  də  obyekt  dərk  edilir.
2
  Bu  üsulla  ifadə  olunan  mənsubiyyət 
kateqoriyasında  -ki  şəkilçisi  mənsub  şəxsi,  mənsub  əşyanı, 
mənsub anlayışı əvəz edir. Məs.: 
O qardaşdır, mən ata, 
Mənimkidir əsl söz
 (B.Vahabzadə); 
 
Bizimkidir əzəldən 
Bütün varı dünyanın
 (B.Vahabzadə); 
 
                                                
1
 Mənsubiyyət anlayışının -ki şəkilçisi ilə yaranması barədə Azərbaycan 
dilçiliyində,  o  cümlədən  türkologiyada  müxtəlif  fikir  və  mülahizələr 
mövcuddur. Bax: Müasir Azərbaycan dili. Morfologiya, II cild, «Elm» 
nəşriyyatı, Bakı, 1980, s.43-48. 
2
  Bax:  M.Hüseynzadə.  Müasir  Azərbaycan  dilində  təktərkibli  və 
mürəkkəb təyini söz birləşmələri. ADU nəşriyyatı, Bakı, 1957, s.63. 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
216 
 
Yoxsa... zaman özü bu hökmü vermiş 
Mənimki, deyəsən bura qədərmiş
 (B.Vahabzadə). 
 
Mənsubiyyət  anlayışı  -ki  şəkilçisi  ilə  ifadə  olunduqda 
bəzən bu şəkilçidən əvvəl, bəzən isə sonra -lar, -lər сəm şəkilçisi 
işlənir.  Сəm  şəkilçisi  -lar,  -lər  şəkilçisi  -ki  şəkilçisindən  əvvəl 
işləndikdə  sahib  tərəfin  (məs.:  bizlərinki,  sizlərinki  və  s.),  sonra 
işləndikdə isə mənsub tərəfin (məs.: bizimkilər, mənimkilər və s.) 
сəmliyini bildirir. 
 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə