81
kooperasiyalaşması hər bir ayrıca məhsul istehsalında ən yüksək iqtisadi nəticə əldə
etmək məqsədilə bir – birini tamamlayan ixtisaslaşmış istehsalın qarşılıqlı əlaqəsidir.
Nəqliyyat xərclərinin aşağı salınması ilə ictimai əməyə qənaət etmək üçün
kooperasiyalaşma mühüm rol oynayır. Onun rayondaxili, sahələrarası və sahədaxili
forması var. Kooperasiyalaşma ikitərəfli istehsal əlaqəsi prosesidir. Bu əlaqə mal
göndərənlə istehsalçı müəssisə arasında yaranır.
ctimai əməyə qənaətlə əmək məhsuldarlığının artırılması yönündə istehsalın
təmərküzləşməsinin böyük rolu vardır. Təmərküzləşmə - iri müəssisələrin
yaranmasına gətirib çıxarır. O, istehsalın iri müəssisələrdə cəmləşməsi, orta və kiçik
müəssisələrin əlaqələndirilməsidir. Bu da iş qüvvəsindən daha səmərəli istifadə
etməyə, istehsalın təşkilinin yeni və əlverişli üsullarının istifadə edilməsini təmin
edir.
Ə
məyə qənaətin digər bir üsulu kombinələşmədir. Kombinələşmə sayəsində
xammal, material və energetika ehtiyatlarından daha səmərəli istifadə olunur.
Kombinələşmə aşağıdakıları təmin etməklə əmək məhsuldarlığı səviyyəsinə təsir
edir:
-
stehsal tullantılarının azalmasını;
-
Texnoloji prosesin fasiləsizliyini;
-
stehsal tsiklinin qısalmasını
-
Xammal emal etmə prosesinin dərinləşməsini.
82
Bütün bunlar məhsulun maya dəyərini aşağı salır, rentabelliyi artırır. Eyni
zamanda nəqliyyat xərcləri aşağı düşür, texnikadan istifadənin səmərəliliyi artır.
Bazar iqtisadiyyatı şəraitində hər bir müəssisə yüksək keyfiyyətli məhsullar
istehsal etmək, yüksək rəqabət qabiliyyəti əldə etmək və daha çox mənfəət götürməyi
hədəfləyir. Bunlara isə əmək məhsuldarlığını yüsəltmək yolu ilə nail olmaq
mümkündür.
§
3.2. darəetmə prosesi və onun həyata keçirilməsi texnologiyası.
darəetmə prosesi müəssisə və təşkilatların son məqsədə çatmaq üçün onun
fəaliyyətinin həyata keçirilməsinə xidmət edir. darəetmə prosesi bu sahədə bütün
funksiyaların, prinsiplərin, metodların bilavasitə həyata keçirilməsinin məcmusudur.
darəetmə prosesi müəssisənin fəaliyyətinin bütün tərəflərini əhatə edir. Elə bir sahə
yoxdur ki, o idarəetmədən kənarda qalsın. Əks təqdirdə, həmin sahədə problemlər
təhlil edilməz, onların qarşısı alınmaz, nöqsanlar aradan qaldırılmaz və bu da müəssi-
sənin fəaliyyətində arzu olunmaz nəticələrə gətirib çıxarar.
Proses dedikdə, müəyyən nəticəyə və yekuna gətirib çıxaran hərəkətlərin,
hadisələrin, fəaliyyətlərin məcmusu başa düşülür.
darəetmə prosesi sosial proses olaraq hüquqi, iqtisadi, ictimai, psixoloji
prosesləri özündə birləşdirir və hüquqi proseslərin bütün fəaliyyət mərhələlərini əks
etdirir. Rəhbərlərin və idarə edən şəxslərin səlahiyyətlərinin icrası hüquqi prosesdir.
nzibati proses isə hüquqi proses olaraq bütün sahələrin tənzimlənməsini həyata
keçirir. nzibatçılıq normalar əsasında fəaliyyətin tənzimlənməsinə yönəldilir.
nzibatçılıq idarəçilik işlərinin həllinə və nəticələr əldə edilməsinə yönəldilir.
darəetmə prosesi idarəetmə fəaliyyəti ilə əlaqədar davranışları və hərəkətləri
özündə əks etdirir. darəetmə prosesinin xüsusiyyətləri aşağıdakılardır:
83
1.
darəetmə prosesi şüurlu və məqsədyönlü fəaliyyətdir;
2.
darəetmə prosesi planlaşdırılmış işlərin həyata keçirilməsinə yönəlmiş
fəaliyyətdir;
3.
darəetmə prosesi hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi
fəaliyyətidir;
darəetmə prosesinin əsas məqsədi işçi qüvvəsini və əmək vasitələrini elə
işlətməkdir ki, bu zaman son məqsədə çatmaq mümkün olsun. Bundan başqa
idarəetmə prosesi az məsrəf sərf etməklə çox gəlir əldə edilməsini nəzərdə tutur.
darəetmə prosesi xammaldan hazır məhsul alınması ilə əlaqədar texnoloji və
iqtisadi əməliyyatların təşkili və icrası ardıcıllığını özündə əks etdirir.
darəetmə bir proses kimi bütövlükdə müəssisənin və onun ayrı-ayrı sahələrinin
idarə olunmasını özündə birləşdirir. darəetmə prosesi aşağıdakı kimi təsnif olunur:
1.
Müəssisənin idarəedilməsi.
2.
Ayrı-ayrı şöbə və ya bölmələrin idarə edilməsi (plan, maliyyə, təchizat,
istehsal, satış, kadr və s. şöbələrin idarə edilməsi).
3.
stehsalın idarə edilməsi.
Müəssisənin idarə edilməsi aşağıdakı məsələləri əhatə edir:
1.
Müəssisənin fəaliyyətinin planlaşdırılması;
2.
Təşkilati məsələlərin idarə edilməsi;
3.
stehsalın həyata keçirilməsini təmin etmək;
4.
Marketinq və satış fəaliyyətinin həyata keçirilməsini təmin etmək;
5.
Müəssisədə ümumi nəzarətin həyata keçirilməsi;
6.
nformasiya təminatının həyata keçirilməsi;
7.
Ayrı-ayrı şöbə və ya bölmələrin fəaliyyətinin əlaqələndirilməsi.
Müəssisənin idarə edilməsinin başında onun rəhbəri durur. Lakin o, bu prosesi
təşkilati struktur vasitəsi ilə həyata keçirir. Yəni onlar müavinlərin, menecerlərin,
ş
öbə və ya bölmə müdirlərinin vasitəsilə müəssisənin fəaliyyətini idarə edirlər.
Ş
öbə və ya bölmə rəhbərləri idarəetmənin alt həlqələridirlər. Onlar öz struktur
vahidlərinin fəaliyyət planını və proqramını tərtib edir, şöbənin fəaliyyətinə nəzarət
84
edir, işçilərin arasında koordinasiya yaradır, fəaliyyətin nəticələrinə dair müəssisə
rəhbərliyinə hesabat verirlər.
stehsalın idarə edilməsi idarəetmə prosesinin ana xəttini təşkil edir. Çünki,
istehsal müəssisənin əsas fəaliyyət sferasıdır. Digər sahələr isə ona xidmət edir.
Məsələn maddi-texniki təchizat sahəsi istehsal sferasını texnika və xammal-
materiallarla təchiz edir. Satış sahəsi istehsal edilmiş məhsulların satışı ilə məşğul
olur və s. Bütün sahələrdə işin həcmi istehsalın həcmi ilə bağlıdır. Yəni istehsalın
həcmi nə qədər böyük olarsa, bu həmin sahələrin işinin həcminə təsir göstərəcəkdir.
stehsalın idarə edilməsi müəssisənin istehsal fəaliyyətini əhatə edir. stehsal
işçi qüvvəsi tərəfindən əmək alətlərinin təsiri ilə xammaldan hazır məhsul alınması
prosesidir. Deməli, istehsalın idarə edilməsi bu prosesi bütünlüklə əhatə edir.
stehsalın idarə edilməsini aşağıdakı kimi təsnifləşdirmək olar:
1. stehsalın planlaşdırılması.
2. stehsalın təşkili.
3. Texnoloji proseslərin idarə olunması.
4. stehsal heyətinin idarə olunması.
5. stehsal fəaliyyətinə nəzarət edilməsi.
darəetmə prosesində istehsalın təşkili zamanı bir sıra prinsipləri nəzərə almaq
lazımdır:
1.
stehsalın səmərəliyi.
2.
stehsalın fasiləsizliyi.
3.
stehsal texnologiyalarının ardıcıllığı.
4.
stehsalın ahəngdarlığı (müntəzəmliliyi).
5.
stehsalın resurs təminatı.
6.
Əmək bölgüsü.
7.
Əməyin təhlükəsizliyi.
8.
ş vaxtından səmərəli istifadə olunması.
stehsalın səmərəliyinin artırılması idarəetmə prosesində aşağıdakı vəzifələrin
yerinə yetirilməsini tələb edir:
Dostları ilə paylaş: |